Məhkəmə qərarları › İş №2(103)-7820/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7820/2022

22.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7820/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdehin vəkili Vəkil2 verdiyi şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə cavabdehin ərizəsi təmin edilməsin. Qərardaddan şikayəti cavabdehin vəkil verib. Vəkilin etibarnaməsi iş materiallarına yoxdur. Mülki-Prosessual Məcəllənin 267.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Vəkil işdə iştirak edən şəxs deyil və ya qərardad bilavasitə vəkilə aid deyil. Ona görə də vəkil qərardaddan şikayət vermək hüququna malik deyil. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə belə halda şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdehin vəkili Vəkil2 verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar