Məhkəmə qərarları › İş №2(103)-7830/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7830/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7830/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İbayevin sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1, onun nümayəndəsi və vəkili X2, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)-301/2021 saylı qətnaməsindən İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 23.015,42 manat əsas borc, 3.736,96 manat faiz borcu, 578,23 manat cərimə olmaqla, cəmi 27.330,61 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməsi; tutmanın ipoteka predmeti olan və Cavabdeh2 məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 23.015,42 manat əsas borc, 3.736,96 manat faiz borcu, 578,23 manat cərimə olmaqla, cəmi 27.330,61 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) tutma yönəldildikdən və həmin sahə satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin sahədən çıxarılması, həmin sahənin boşaldılması və banka təhvil verilməsi; Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyriyaşayış sahəsinin (321 nömrəli mağaza) hərracda satdıqdan sonra əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün kifayət olmayan halda, borcun qalıq hissəsini ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)-301/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 26.11.2014-cü il tarixli 6-G-1-0-2319-14 nömrəli kredit müqaviləsi üzrə 21.07.2020-ci il tarixə yaranmış 18.781,68 manat əsas borc, 634,74 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 19.516,42 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, ümumilikdə 19.576,42 (on doqquz min beş yüz yetmiş altı manat qırx iki qəpik) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 55,8 kv.m ümumi, 39,95 kv.m əsas, 15,85 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (321 nömrəli mağazasına) yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti bazar qiyməti 135.000 (yüz otuz beş min) manat və likvid dəyəri 114.000 (yüz on dörd min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 19.576,42 (on doqquz min beş yüz yetmiş altı manat qırx iki qəpik) manat pulun İddiaçı ASC-yə ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində yerləşən 23 nömrəli qeyri-yaşayış sahəsinə (321 nömrəli mağaza) tutma yönəldildikdən və həmin sahə satıldıqdan sonra Cavabdeh2 və digər şəxslərin həmin qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və ən geci 1 (bir) ay ərzində onların həmin sahədən çıxarılmaları, həmin sahənin boşaldılması və yeni alıcıya təhvil verilməsi, qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 50 (əlli) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 300 (üç yüz) manat pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)- 301/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Eləcə də həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)-301/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə tutulan məbləğin azaldılması və ipoteka predmeti olan əmlakın qiymətinin artırılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Yelo Bank” ASC-nin nümayəndəsi X4 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmin barışıq sazişinin şərtlərinə görə, bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********), İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsində Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-7830/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar: - Borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə 26 noyabr 2014-cü il tarixli kredit razılaşması üzrə 14000 AZN əsas borcun olmasını qəbul edirlər. - Tərəflər arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən, 55.8 kv.m ümumi, 39.95 kv.m əsas, 15.85 kv.m köməkçi sahədən ibarət 23 nömrəli qeyri-yaşayış sahəsinin (321 saylı çörək mağazası) ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 78000 AZN məbləğində müəyyən edilsin. - Borclular 14000 AZN məbləğində əsas borcu qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür. Cərimə borcundan Ödənişin Əsas borcdan Faiz ödənişi Aylıq cəmi ödəniş Ödəniş günləri ödəniş sayı ödəniş (AZN) (AZN) (AZN) (AZN) 1 01.11.2021 5000 0.00 0.00 5000 2 11.1 1.2021 1000 0.00 0.00 1000 3 10.12.2021 1000 0.00 0.00 1000 4 10.01.2022 1000 0.00 0.00 1000 5 10.02.2022 1000 0.00 0.00 1000 6 10.03.2022 1000 0.00 0.00 1000 7 11.04.2022 1000 0.00 0.00 1000 8 10.05.2022 1000 0.00 0.00 1000 9 10.06.2022 1000 0.00 0.00 1000 10 11.07.2022 1000 0.00 0.00 1000 Cəmi: 14 000 0.00 0.00 14 000 . - Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri. Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən, 55.8 kv.m ümumi, 39.95 kv.m əsas, 15.85 kv.m köməkçi sahədən ibarət 23 nömrəli qeyri-yaşayış sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdehlər tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürürlər. - 3-cü bənddə göstərilmiş qrafik üzrə hər ay üçün 3 iş gününədək olan gecikmə məqbul hesab edilir. - Ödənişlərin vaxtında icra edilməməsi halında (yəni 3 iş günündən daha çox gecikmə edərsə) bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 14000 AZN borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra artıq vəsait mülkiyyətçiyə təqdim edilməsi üçün icra şöbəsinin depozit hesabına köçürülsün. Açıq hərracdan satılacaq əmlakdan əldə edilən vəsait borc ödənişinə yetərli olmadıqda qalan hissə borclulardan bankın xeyrinə müştərək qaydada tutulsun. - Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır. - Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. - Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. - Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. - Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. - Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. - Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində 18 oktyabr 2021-ci il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)-301/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə 26 noyabr 2014-cü il tarixli kredit razılaşması üzrə 14000 AZN əsas borcun olmasını qəbul edirlər. - Tərəflər arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən, 55.8 kv.m ümumi, 39.95 kv.m əsas, 15.85 kv.m köməkçi sahədən ibarət 23 nömrəli qeyri-yaşayış sahəsinin (321 saylı çörək mağazası) ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 78000 AZN məbləğində müəyyən edilsin. - Borclular 14000 AZN məbləğində əsas borcu qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür. Cərimə borcundan Ödənişin Əsas borcdan Faiz ödənişi Aylıq cəmi ödəniş Ödəniş günləri ödəniş sayı ödəniş (AZN) (AZN) (AZN) (AZN) 1 01.11.2021 5000 0.00 0.00 5000 2 11.1 1.2021 1000 0.00 0.00 1000 3 10.12.2021 1000 0.00 0.00 1000 4 10.01.2022 1000 0.00 0.00 1000 5 10.02.2022 1000 0.00 0.00 1000 6 10.03.2022 1000 0.00 0.00 1000 7 11.04.2022 1000 0.00 0.00 1000 8 10.05.2022 1000 0.00 0.00 1000 9 10.06.2022 1000 0.00 0.00 1000 10 11.07.2022 1000 0.00 0.00 1000 Cəmi: 14 000 0.00 0.00 14 000 . - Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri. Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən, 55.8 kv.m ümumi, 39.95 kv.m əsas, 15.85 kv.m köməkçi sahədən ibarət 23 nömrəli qeyri-yaşayış sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdehlər tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürürlər. - 3-cü bənddə göstərilmiş qrafik üzrə hər ay üçün 3 iş gününədək olan gecikmə məqbul hesab edilir. - Ödənişlərin vaxtında icra edilməməsi halında (yəni 3 iş günündən daha çox gecikmə edərsə) bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 14000 AZN borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra artıq vəsait mülkiyyətçiyə təqdim edilməsi üçün icra şöbəsinin depozit hesabına köçürülsün. Açıq hərracdan satılacaq əmlakdan əldə edilən vəsait borc ödənişinə yetərli olmadıqda qalan hissə borclulardan bankın xeyrinə müştərək qaydada tutulsun. - Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır. - Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. - Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. - Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. - Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. - Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. - Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində 18 oktyabr 2021-ci il tarixdə imzalanmışdır. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(004)-301/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar