Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7831/2023 28.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 cavabdehlər İddiaçı və "X6" MMC-yə qarşı “Hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(008)-5015/2023 saylı qərardadından ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi, 1430,6 kv.m torpaq sahəsində yerləşən 15 saylı, 2 mərtəbəli, 24,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 1430,6 kv.m torpaq sahəsindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 cavabdehlər İddiaçı və "X6" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına dair “X6” MMC tərəfindən keçirilmiş və xx.xx.2023-cü il tarixli, 139/23 saylı protokolun və “X6” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5015/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının icraatında olan 1(102)-2025/2023 saylı cinayət işinə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 cavabdehlər İddiaçı və "X6" MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı 2(008)-5015/2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə baxışının gedişində, qarşılıqlı iddiaçılar tərəfindən Cavabdeh3 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının mübahisə predmetini təşkil edən və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, (102)-2025/2023 saylı qərarı mülki işin materiallarına əlavə olunmaq üçün təqdim edilmişdir. Həmin qərara əsasən, ilk iddiaçının iddiasının əsasını təşkil edən preyudisial hal - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə aid hissəsi ləğv edilmişdir. Bundan sonra ilk iddiaçı tərəfindən vəsatət verilərək, Ali Məhkəmənin qərarı ilə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işinə mahiyyəti üzrə baxılanadək, hazırkı mülki işin icraatının dayandırılması xahiş edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraat dayandırılmışdır. Hesab edir ki, icraatın dayandırılması üçün prosessual əsaslar yoxdur, qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməldir. Hazırki mülki iş üzrə sübutlara qiymət verilməsi, Bakı Apellyasiya Məhkəməsində baxılacaq, cinayət işinin nəticəsindən asılı deyil. Belə ki, ilk iddiaçı qarşılıqlı iddiaçıların həmin evdən çıxarılmaları barədə iddia qaldırmış və sübut kimi qarşılıqlı iddiaçılardan birinin məhkum edilməsinə dair cinayət işi üzrə qüvvəyə minmiş qərara istinad etmişdir. Qarşılıqlı iddiaçıların təqdim etdiyi Ali Məhkəmənin qərarına əsasən ilk iddiaçının istinad etdiyi qərar ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5015/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(008)-5015/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Eyni zamanda, Plenum hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)- 2025/2023 saylı qərarına əsasən Cavabdeh3 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilmiş, cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilmişdir. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı qəbul edildikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin iş üzrə çıxarılmış 1(101)-455/2017 saylı hökmü xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış və hökm əsasında verilmiş 1(101)-455/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli sifarişinə əsasən həmin əmlak açıq hərraca çıxarılmış və nəticədə 105.000 manat pula İddiaçı satılmışdır. Hazırda da İddiaçı mülkiyyət hüququna söykənərək cavabdehlərin həmin əmlakdan çıxarılmasını və əmlakın ona təhvil verilməsini tələb edir. Cavabdehlər isə qeyd edilən hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Bununla belə, hüquqi nəticə etibarı ilə mübahisə predmetini təşkil edən əmlakın İddiaçı mülkiyyətinə keçməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-2025/2023 saylı qərarı ilə məhz bu əmlakın müsadirə edilməsi ilə bağlı hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilmişdir. Bu da öz növbəsində həmin hissədə cinayət işinə baxılıb müvafiq məhkəmə aktı çıxarılanadək hazırki iş üzrə icraatın dayandırılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iş üzrə icraatı dayandırmışdır. Qərardad qanuni və əsaslıdır. Şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5015/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7831/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7831/2023
28.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver