Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7844/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Nüsrəddin qızının iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «daşınar əşya və pul» tələbinə dair ilk, həmçinin qarşılqılı iddia üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı «zərər tələbi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(009)-174/2021 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X3 (bundan sonra, cavabdeh) qarşı «daşınar əşya və pul» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən obyektin qarşısında olan torpaq sahəsində quraşdırılmış attraksion, daş pilitələr, uşaq sürüşmə qurğusunun, elektrik və su qurğularının, digər aksessuarların yarı hissəsinin naturada alınaraq onun mülkiyyətinə verilməsi, naturada alınması mümkün olmadıqda həmin avadanlıqlara və bağın abadlaşdırılmasına çəkilmiş 60000 manat pul vəsaitinin yarı hissəsinin, yəni 30000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh ilə biznes ortağı kimi 2010-2014-cü illərdə şərikli işlər görmüş, cavabdehin təklifi ilə anasının mülkiyyətində olan “Şah Sarayı” restoranının bir hissəsini ona satmışdır. Sonradan bağın abadlaşdırılmasına, bağda müxtəlif əyləncə vasitələrinin alınmasına pul xərcləmiş, bir müddət cavabdehlə şərikli biznes işləri davam etsə də, sonradan yaranan fikir ayrılığına görə onlar birgə işgüzar fəaliyyətlərini dayandırmışlar. Hazırda bağ sahəsindən cavabdeh istifadə edir. O, hesab edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən attraksion və digər daşınar əşyaların üzərində iddiaçının da mülkiyyət hüquqları vardır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, X4 cavabdeh İddiaçı qarşı «zərər tələbi» barədə qarşılıqlı iddia verərək, 122336 manat zərərin və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvədə olan 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 m2 ölçüdə torpaq sahəsinin İddiaçı və X7 qanunsuz sahibliyindən alınaraq ümumi istifadəyə qaytarılması, həmin ərazidə 4560 m2 ölçüsündəki torpaq sahəsinin və həmin ərazidə 4560 m2 ölçüsündəki torpaq sahəsinin onların hesabına əvvəlki vəziyyətinə gətirilərək torpaq sahəsinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş hasarın cavabdehlərin öz hesablarına sökülməsi, həmin ərazidə 4560 m2 ölçüsündəki torpaq sahəsində yerləşən iddiaçıya məxsus attraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İstinad edilən məhkəmə qətnaməsi ilə də müəyyən edildiyi kimi, ilk iddiaçının qanunsuz hərəkətləri nəticəsində ümumi sahəsi 4560 m2 sahədən ibarət torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış abadlaşdırma işləri məhv edilmiş, quraşdırılmış attraksionlar, qurğular, avadanlıqla istifadəyə yararsız hala salınmış, nəticədə ona 122336 manat məbləğində ziyan dəymişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(009)-174/2021 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ilk və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət olunmuşdur. Cavabdeh X4, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərilənlə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia təmin olunmamış, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (qarşılıqlı iddianın təmin olunmaması hissədə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyriyaşayış binasının ətrafındakı 4560 m2 ölçüdə torpaq sahəsinin İddiaçı və X7 qanunsuz sahibliyindən alınaraq ümumi istifadəyə qaytarılması, həmin ərazidə 4560 m2 ölçüsündəki torpaq sahəsinin İddiaçı və X7 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin ərazidə 4560 m2 ölçüsündəki torpaq sahəsində yerləşən iddiaçıya məxsus attraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədə, eyni zamanda qeyd edilmişdir ki, İddiaçı və X8 mübahisəli torpaq sahəsini qanunsuz olaraq hasara alıb üzərində tikinti-söküntü işləri aparmış, bu zaman Cavabdeh tərəfindən abadlaşdırılmış torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Torpaq sahəsində Cavabdeh tərəfindən quraşdırılmış attraksion sökülmüş, aparılmış abadlıq işlərinə zərər vurulmuşdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən 1 mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 m2 ölçüsündəki torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsində yerləşdirilmiş attraksionlar, avadanlıqlar, elektrik və suvarma qurğuları X2 şəxsi vəsaiti hesabına əldə edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə attraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qarşılqlı iddianın təmin olunmaması nəticəsinə gələrkən qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının ərizəsində dəyərinin tutulmasını tələb etdiyi avadanlıqların öz yerinə qaytarılması və ərazinin bərpa olunması Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdehə həvalə olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və hazırda icra mərhələsindədir. Məhkəmə kollegiyası qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı sayaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. MPM-in 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh qarşılıqlı iddiada tələb etdiyi pul vəsaitini qanuni qüvvədə olan məhkəmə qərarı ilə cavabdehə qaytarılmalı olan avadanlıqların dəyəri kimi göstərmişdir. Halbuki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası sahəsində həmin avdanlıqların (əşyaların) qaytarılması ilə mübahisə öz həllini tapa bilər. Bununla yanaşı,əgər qətnamənin həmin hissədə icrası mümkün olmazsa, o zaman cavabdeh bunun nəticəsində dəymiş zərərlə bağlı tələb hüquqlarını özündə saxlayır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, hazırki vəziyyətdə qarşılıqlı iddianın təmin olunması üçün əsaslar müəyyən edilmir. Cavabdeh qarşılıqlı iddianın əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «daşınar əşya və pul» tələbinə dair ilk, həmçinin qarşılqılı iddia üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı «zərər tələbi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(009)-174/2021 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(009)- 174/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7844/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7844/2021
12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver