Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7941/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh4 Bəhmən oğlunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 Bəhmən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 95355,89 ABŞ dolları əsas, 53620,54 ABŞ dolları faiz, 9370,22 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 158346,65 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 ilə “xxxx” İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 “xxxx” X1 ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” İKB ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEG-1-0- 1871-14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 19-SMEG-1-0-1871-14 saylı əsas kredit müqaviləsinin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh2 95355,89 ABŞ dolları əsas borc, 52976,55 ABŞ dolları faiz borcu, 930 ABŞ dolları cərimə olmaqla ümumilikdə 149262,44 ABŞ dolları Azərbaycan Respublikası manatı, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, tələbin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2 saylı evin, 20 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2 saylı evin, 20 saylı mənzilinin ilkin satış qiymətinin 125000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” İKB ASC-yə olan borcun ödənilməsi, həmin mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh2 “xxxx” İKB ASC-yə qarşı - iddiaçının ona qarşı olan iddia tələbinin rədd olunması, onun qarşılıqlı iddiasının tam təmin edilməsi, yəni “xxxx” İKB ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddanın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9328/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddiaçı “xxxx” KB ASC-nin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh2 930 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsində ləğv edilməsi, Cavabdeh2 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulacaq cərimə borcunun 9370,22 ABŞ dolları məbləğində müəyyən edilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə, yəni “xxxx” KB ASC-yə və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh4 Bəhmən oğlu da apellyasiya şikayəti verərək, “xxxx” KB ASC-nin Cavabdeh2 qarşı olan iddia tələbinin rədd olunması, Cavabdeh2 “xxxx” KB ASCyə qarşı olan qarşılıqlı iddiasının tam təmin edilməsi, yəni “xxxx” İKB ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 Bəhmən oğlunun vəkili və nümayəndəsi Vəkil bildirdi ki, hazırki apellyasiya şikayəti digər cavabdehə münasibətdədir və hazırda ona münasibətdə işə baxılmalıdır. Digər tərəfdən nə qədər ki, əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməyib və ona baxılmayıb, Cavabdeh4 münasibətdə hazırki apellyasiya şikayətinə baxılmasında heç bir maneə görmür. Digər cavabdehin apellyasiya şikayəti verməsi onların apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırmamalıdır. Xahiş edir ki, apellyasiya şikayətinə baxılsın və təmin edilsin. İşə baxılmasının vaxtı və yeri barədə işdə iştirak etməli olan digər şəxslərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi olduğu halda digər apellyasiya şikayəti üzrə də apellyasiya icraatını istisna etmir. Bununla bərabər məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanmasının prosessual qaydaları müəyyən edilmişdir. Yalnız bu qaydalara uyğun olaraq birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qətnamə və qərardaddan apellyasiya şikayəti verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 299/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi artıq ilk və qarşılıqlı iddiaçıların apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə apellyasiya icraatının predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10978/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddiaçının mübahisələndirdiyi hissədə qətnamə ləğv edilərək, həmin hissədə iddia tam təmin edilmiş, qarşılıqlı iddiaçının isə apellyasiya şikayəti təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mülki prosessual qanunvericilik apellyasiya şikayəti üzrə işə mübahisələndirilən hissədə baxan məhkəmənin qətnaməsi qüvvədə olduğu halda həmin instansiya məhkəməsinin eyni işə yenidən mübahisələndirilən hissədə baxılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 41-ci bəndində göstərilmişdir ki,... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin qərardadın 43-cü bəndinin axırıncı cümləsində də qeyd olunur ki, bu qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Həmin qərardadın 44-cü bəndinə görə isə apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Cavabdeh4 Bəhmən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan açıq-aşkar görünür ki, onun mübahisələndirdiyi hissə tam olaraq ilk və qarşılıqlı iddiaçının şikayətləri üzrə artıq apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxalınmış və həmin hissələrə hüquqi qiymət verilmişdir. Buna görə də Cavabdeh4 şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmadığına görə qeyri-mümkün hesab edilməlidir. Mübahisələndirilən hissə üzrə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə olduğu halda Cavabdeh4 Bəhmən oğlunun apellyasiya şikayətinin mümkünlüyü üçün prosessual əsasların mövcud olmadığı, artıq bəlli idi. Lakin birinci instansiya məhkəməsi Cavabdeh4 Bəhmən oğlunun apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinə baxarkən bu məsələyə yuxarı instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərə almadan xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh4 Bəhmən oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunda nəzərdə tutulan prosessual müddəti ötürülməmiş hesab edərək apellyasiya şikayətini baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 Bəhmən oğlunun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılmalıdır. İlkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyrimümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 42ci bəndində göstərilmişdir ki, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyaları məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində həyata keçirilməlidir. Ancaq işdən görünür ki, Cavabdeh4 apellyasiya şikayətinin mümkünlüyünə xx xxxxxxx 2020-ci il tarixdə baxılaraq ilkin mərhələdə mümkün hesab edilmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Bəhmən oğluna və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilkin iddiası, Cavabdeh2 “xxxx” İKB ASC-yə qarşı “kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 Bəhmən oğlunun verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Cavabdeh4 Bəhmən oğluna Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9328/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin mübahisələndirmək istədiyi hissəsindən kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7941/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7941/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver