Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8084/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 nömrəli işi üzrə xx.xx.2022ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və hüquqi şəxsin cavabdeh qismində mülki işə cəlb olunması barədə ərizə verərək, 2(001)-5743/2022 nömrəli iş üzrə "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb olunmasını, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, ünvan 5 küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 manatının və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödlənilmiş 156 manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri barədə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 manatın Cavabdeh1 tutlaraq (alınaraq) iddiaçı X2 verilməsi (ödənilməsi) və İddiaçı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu "xxxx" MMC-nin nizamnamə (təsis) kapitalının ½ hissəsinə İddiaçı pay hüququnun tanınmasını, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan və ünvan 1 ünvanında yerləşən, qeyriyaşayış sahəsinə ½ hissədə mülkiyyət hüququnun tanınması və iddia ərizəsində qeyd olunan digər tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.31) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 35.1, 36.2, 44.1-ci maddələrinə əsasən, Cavabdeh1 mülki işin ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, qərardaddan şikayət edildiyindən işin baxışının davam etdirilməsinin dayandırılmasını, elektron formada ərizə və şikayət vermək imkanı olmadığından apellyasiya şikayətinin yazılı şəkildə (kağız daşıyıcıda) təqdim edilməsini üzrlü hal hesab edilərək qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı Cavabdeh1 qarşı "pay hüququnun tanınması” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.2.1, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfin şikayətində qeyd etdiyi dəlillər qanuni və əsaslıdır və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5743/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək, iş ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. iddiaçı hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərkən cavabdehin qeydiyyat ünvanı kimi göstərdiyi ünvan 5 küçəsi, ev 31, mənzil 63 ünvanından Cavabdeh1 xx.xx.2021 -ci il tarixdə qeydiyyatdan çıxaraq, Masallı rayonu, Təzə Alvadı kəndi ünvanında qeydiyyata düşmüşdür. Elektron məhkəmə sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən cavabdehin qeydiyyat ünvanı ünvan 2lmişdir. Cavabdehin müraciətindən sonra elektron məhkəmə sistemində yenidən sorğu edilmiş və nəticədə cavabdehin qeydiyyat ünvanı ünvan 3 Məhkəmə işin cavabdehin yaşadığı yerin məhkəməsinə göndərilməsini qanuni hesab edir. İddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2 (001)-5743/2022 nömrəli 10 noyabr 2022-ci il tarixli qərardadının ləğv olunması və mülki işə Binəqədi rayon Məhkəməsində baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 36.2, 39.1, 44-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə tərəflərdən üç cavabdeh vardır ki, onlardan ikisi fiziki şəxs, biri isə hüquqi şəxsdir. Bu isə onu bildirir ki, iddiaçı olaraq qeyd olunan cavabdehlərin yaşayış yeri hansı ərazidərdirsə, elə həmin məhkəmənin də məhkəməsinə iddia ərizəsinin verilməsi məcburidir. Ancaq burada cavabdehlərin sayının çox olması artıq iddiaçının seçim hüququnu da yaratmış olacaqdır. Nəticə etibarı ilə, cavabdehlərin hər üçünün də yaşayış yerləri məlumdur. Buna baxmayaraq, işə baxan məhkəmə MPM-nin 44.2.1-ci maddəsinə istinad edərək, əvvəlcə yaşayış yeri bəlli olmayan cavabdehə münasibətdə işi həll etməyə çalışmışdır. Lakin iş materiallarında bütün cavabdehlərin, hətta iş üzrə üçüncü şəxsin də hüquqi ünvanları barədə yetərincə məlumatlar vardır. Hazırki işə isə, cavabdeh qismində təkcə Cavabdeh1 olmamış və orada digər cavadehlər də olmuşdur. İkinci tərəfdən, Cavabdeh1 yaşayış yeri əvvəlcədən də məlum olmuş və hətta məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və hətta, qeyd edilən vəsatəti də o vermişdir. Digər tərəfdən, qərardadın özündə də bir başa göstərilir ki, tərəflərindən xx.xx.2022-ci il tarixdə iddia ərizsəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh1 yaşayış ünvanı Binəqədi rayonu ərazisində olmuşdur. Ancaq həmin ünvandan Cavabdeh1 qeydiyyatdan çıxması isə xx.xx.2021-ci il tarixə aid olması qeyd olunur (qərardadın 1-ci səhifəsinin sonuncu abzası və davamı 2-ci səhifədə). Buna baxmayaraq, məhkəmə özü qeyd edir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ünvanı kimi ünvan 5 küçəsi, ev 31, mənzil 63 ünvanı olaraq müəyyən olunmuşdur. Deməli, hətta cavabdeh kimi yalnız Cavabdeh1 özü təkcə iddia ərizəsində göstərilmiş olsaydı belə, yenə də iddia ərizəsi ərazi aidyyəti üzrə göndərilə bilməzdi. Çünki MPM-nin 44.1-ci maddəsi aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməsini imperativ olaraq qəbul edir. Beləliklə, qərardadda istinad olunan MPM-nin 44.2.1-ci maddəsinin müddəaları hazırki işə aid olmamış, həm də elə 44.1-ci maddənin kobud pozulması ilə qərardad çıxarılmışdır. Qeyd olunan məsələ hələ Cavabdeh1 tərəfindən verilmiş vəsatətin rədd olunması barədə məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(001)- 5743/2022 nömrəli qərardadında birbaşa göstərilmişdir (xx.xx.2022-ci iitarixii qərardadın 1- ci səhifəsinin son abzası). Yəni, məhkəmə ilk əvvəl 44.1- ci maddənin hazırki münasibətə tətbiq edildiyini qəbul edir, ancaq sonradan işə aidiyyəti olmayan və mahiyyətinə təsir etməyən digər normaya - 44.2.1-ci maddəyə istinad gətirmişdir. Əgər belə bir hal olmuş olsa idi, elə xx.xx.2022-ci il tarixli qərardadda da bunu göstərə bilərdi, lakin buna əhəmiyyət verməyən məhkəmə heç bir əsas gətrimədən hazırki qərardadı qəbul etmişdir. İlk olaraq işə baxan məhkəmə prosessual hüquq normalarının pozulması ilə qəradad qəbul etmiş olsa da, sonunda Konstitusiya Məhkəməsinin istinad edilən qərarını da kobud şəkildə pozmuşdur.Belə ki, Konstitusiya Məhkəməsinin bu qərarı iddia ərizəsinin ərazi aidyyəti ilə bağlı mübahisələrin aradan qaldırılması üçün qəbul edilmişdir. Həmin qərara əsasən, əgər ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti cavabdehlərin yaşayış yeri üzrə müəyyən olunur (yəni, MPM-nin 35.1-ci maddəsini tələblərinə əsasən). Ancaq bütün hallarda deyil, yalnız qanunla başqa hal nəzərdə tutulmaışdırsa, onda bu qayda tətbiq edilə bilməz. Məhz bu səbəbdəndir ki, qanunvericilik iddiaçıya seçim hüququ verməklə, MPM-nin 36.2-ci maddəsinin tələbləri üzrə əlavə hüquqlar müəyyənləşdirir. Deməli, işə baxmış məhkəmə, Konstitusiya Məhkəməsinin "qanunla başqa hal nəzərdə tutumulmamışdırsa" tələbini nəzərə almamış və işdə də bir çox cavabdehlər olmasına baxmayaraq, yalnız Cavabdeh1 yaşayış yerini əsas gətirməklə, ərazi aidyyəti üzrə işi Masallı rayon məhkəməsinə göndərmişdir.Nəticədə, təkcə Mülki Prosessual qanunvericliyin tələbləri deyil, eləcə də istinad edilən Konstitusiya Məhkəməsinin qərarı da qeyd olunanlara münasibətdə tam kobud şəkildə pozulmuşdur. Qeyd olunan hüquq normasının tələbinə əsasən, bu növdən olan qərardaddlardan qanunvericiliyin tələblərinə uyğun şikayət verildiyi halda, dövlət rüsumu ödənilmir və şikayəti verən şəxs belə rüsumun ödənilməsindən azaddır. İşə baxmış məhkəmə, ancaq özünün fikir və mülahizələri ilə qərardad qəbul etmişdir. Çünki işə baxmış məhkəmə işdə digər cavabdehlərin olmasına baxmayaraq, onların işdə olmasını qərardadda qəsdən göstərməmişdir. Digər məqam isə, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və Cavabdeh1 vəsatətinin rədd olunmasını özündə əks etdirən qərardaddan fərqli olaraq, xx.xx.2022-ci il tarixdə qəbul edilən və hal-hazırda mübahisələndirilən qərardadda göstərilən həm hüquqi tərəfləri, həm də işin prosessual-faktiki tərəfləri arasında çox fərqliliklər vardır. Əgər birinici qərardad cavabdehlərdən hüquqi şəxsin olması göstərilsə də, ancaq sonuncu qərardadda bu barədə bildirilmir. Sanki cavabdeh ancaq Cavabdeh1dir. İkinci tərfədən, MPM-nin 36.2ci maddəsinin tələbləri əsaslandırılır və hüquqi şəxsin də ünvanının Binəqədi rayon ərazisi olması qeyd edilməsinə baxamayaraq, ancaq ikinci qərardadda bu barədə bir dənə də olsun söhbət açılmır. Bu kimi digər xüsusatlar da qeyd etmək olar ki, ümumiyyətlə mübahiəsləndirilən qərardad prosessual qanunvericliyin kobud pozulması ilə və ümumiyyətlə, MPM-nin 44.2.1-ci maddəsinin isə hazırki mübahisə ilə bağlı heç bir əlaqəsi olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh eyni zamanda mülki iş üzrə Cavabdeh2 MMC-nin təsisçisi Cavabdeh1 etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı və onun vəkilinin iddia ərzələri əsasında Binəqədi Rayon Məhkəməsində 2(001)-5743/2020 saylı iş üzrə İddiaçı və onun vəkilinin iddia ərzələri üzrə açılmış işin aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsini, İddiaçı və onun vəkilinin iddia ərzələri əsasında Binəqədi Rayon Məhkəməsində 2(001)- 5743/2020 saylı iş üzrə İddiaçı və onun vəkilinin iddia ərzələri üzrə iddia tələblərinin təmin edilməməsini, İddiaçı və onun vəkilinin iddia ərzələri əsasında Binəqədi Rayon Məhkəməsində 2(001)-5743/2020 saylı iş üzrə İddiaçı və onun vəkilinin iddia ərzələri əsasında qəbul edilmiş MTT üzrə Qərardadların qüvvədən düşməsi ilə bağlı qərar verilməsini, onun internetdən və elektron sistemdən istifadə etmədiyini, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olduğunu, rayon ərazisində yaşadığını, vəkilinin olmadığını, elektron formada ərizə və şikayət vermək imkanının olmadığını üzürlü hal hesab edərək etirazını yazılı (kağız) şəkildə qəbul edilməsini xahiş etmişdir . Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mülki Prosessual Məcəllənin tələblərinə görə: Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1). Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (36.1). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. (44.1, 44.2.1). Məhkəmə vəsatətin istinad edilən hallarına və hüquqi əsaslarına qiymət vermədən yalnız məcəllənin 35.1-ci maddəsinin dispozitiv şərtini təsbit etməklə kifayətlənmişdir. Prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti və işdə iştirak edən tərəflərin yaşayış və qeydiyyatda olduğu yerlə müəyyən edilir. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə, habelə digər cavabdehlərin qeydiyyatda olduğu yerin ərazi aidiyyəti üzrə məhkəməsində baxılma müddəaları bilvasitə olaraq hazırki tələblə (tələbin dəqiqləşməsi barədə ərizə ilə) bağlılığı baxımından qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsində vəsatətə baxılarkən şikayətdə qeyd edilən əsaslı dəlillər nəzərdən qaçmışdır. Ona görə vəsatət birinci instansiya məhkəməsində yenidən müzakirə edilməli, iddianın dəqiqləşdirilməsi və hər bir cavabdehə qarşı yönələn tələbin baxılması mümkünlüyü nəzərə alınaraq ərazi aiddiyyəti məsələsi əsaslı şəkildə təfsir edilməli, vəsatətin təmin edilməsinin prosessual hüquqi imkanları nəzərdən keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5743/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 ərazi aidiyyəti barədə vəsatətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-8084/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8084/2022
19.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver