Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8176/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK), Cavabdeh1 Məhəmməd oğlu, Cavabdeh2 və Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Vəkil2, cavabdeh MTK-nın vəkili (nümayəndəsi) X4, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh5 vəkili (nümayəndəsi) Vəkil3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında hündürmərtəbəli binanın “A” blokunun 2-ci mərtəbəsində (yeni ünvan: ünvan 2 və ümumi sahəsi 395 kv.metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh MTK ilə Cavabdeh1 arasında bağlanmış 07.06.2012-ci il tarixli "xxxx", həmçinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh5 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair Bakı Şəhəri 14 saylı Notariat Ofisində bağlanılmış 30.01.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı "xxxx" etibarsız hesab olunması, həmin ünvana dair Cavabdeh5 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) verdiyi ********** qeydiyyat nömrəli, 06.02.2020-ci il qeydiyyat tarixli “Çıxarışın” ləğv olunması, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə "xxxx" bağlanması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması, mübahisəli qeyriyaşayış sahəsinin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2004-cü ildə Bakı şəhərində mənzil almaq istəmiş, lakin qardaşı olan Cavabdeh2 ona qeyri-yaşayış sahəsi almağı məsləhət görmüşdür. Bundan sonra iddiaçı, qeyri-yaşayış sahəsini almış, digər qardaşı – Cavabdeh1 həmin sahədə reklam şirkəti açmışdır. İddiaçı, qardaşı Cavabdeh2 etibarnamə vermiş, Cavabdeh2 da etibarnaməni Cavabdeh1 vermişdir. İddiaçı Naxçıvan şəhərində yaşadığından qeyri-yaşayış sahəsi qardaşlarının istifadəsində olmuşdur. 2004-cü ilin ortalarında "xxxx" MMC (hazırda "xxxx" MTK) ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və əvəzində sahəsi daha artıq olan qeyri-yaşayış sahəsi verməyi təklif etmişdir. Bu barədə aralarında müqavilə bağlanmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, qardaşları birləşərək MTK ilə razılığa gəlmiş və iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsini ələ keçirmişlər. 2015-ci ildə iddiaçı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qətnaməsinə əsasən Cavabdeh1 iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli-3 ünvanında yerləşən 169,3 kv.metr qeyriyaşayış sahəsindən çıxarılması qət edilmişdir. Lakin qətnamə icra olunarkən qeyri-yaşayış sahəsinin sökülməsi müəyyən olunmuşdur. Hazırki vaxtadək MTK tərəfindən qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.05.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) E.Quliyev, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh5 vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. İş üzrə üçüncü şəxs olan DƏDRX-nin Bakı Ərazi İdarəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə DƏDRX Əİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 14.03.2002-ci il tarixli, 179 saylı “Yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, ünvan 4 ünvanda yaşayan X5 müraciəti nəzərə alınaraq həmin ünvanda ona məxsus (14.07.1999-cu il tarixli, 30/12666 və 16.11.1996-cı il tarixli, 30/22692 saylı qeydiyyat vəsiqələri) 280 kv.metr sahənin təhkim olunmasına və yerində altımərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı ŞİH başçısının 14.03.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 09.06.2004-cü il tarixli, 122 saylı sərəncamından görünür ki, X5 vəfat etməsini nəzərə alaraq 14.03.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 5 ünvanda X6 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv.metr torpaq sahəsinin təsisçisi mərhumun varisi olan "xxxx" MMC-yə alğı-satqı qaydasında əldə edilmiş əlavə mənzillərin tutduğu torpaq sahəsi nəzərə alınmaqla 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı ŞİH başçısının 09.06.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 16.07.2004-cü il tarixli, 147 saylı sərəncamından görünür ki, 09.06.2004-cü il tarixli, 122 saylı sərəncamında “0,1666 ha” ifadəsi “0,2604 ha” kimi oxunmalıdır. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanladığı 14.02.2015-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri Səbail rayonu, Y.İbrahimli küçəsində yerləşən 169,3 kv.metr qeyri-yaşayış sahəsinə dair 03.02.2004-cü il tarixli 002030 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. "xxxx" NEO MMC ilə “Alıcı” Cavabdeh1 arasında bağlanmış 07.06.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, MMC-nin Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış və ofis binasının “A” blokunda 3cü mərtəbədə yerləşən, ümumi sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsini müqavilənin bəndləri ilə müəyyən edilmiş şərtlərlə alıcıya verməyi öhdəsinə götürmüşdür Müqavilənin 2.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin dəyəri tərəflərin razılığı əsasında 540.000 manat müəyyən edilmişdir. Cavabdeh MTK üzvlərinin ümumi iclasının 09/13 saylı, 15.03.2013-cü il tarixli protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 MTK-ya üzv qəbul edilməsi və MTK-nın ünvan 7 ünvanında MTK-ya məxsus çoxmərtəbəli yaşayış və ofis binasında “A” blokunun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 395 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi qərara alınmışdır. DƏDRX tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı, 20.04.2016-cı il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 129-cu məhəllə 3 (yeni qaydalarla Səbail rayonu, H.Abdullayev küçəsi, giriş 20A 2-ci mərtəbə qapı 1) ünvanında yerləşən və sahəsi 390,4 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 15668 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX Bakı şəhəri Əİ tərəfindən tərtib olunmuş 20.04.2016-cı il tarixli “Texniki pasportdan” görünür ki, ünvan 8 ünvanında yerləşən **********78-05301-083007 reyestr nömrəli qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06.09.2016-cı il tarixli qətnaməsindən (İş № 2(009)-455/2016) görünür ki, həmin qətnamə ilə Cavabdeh1 Məhəmməd oğlunun İddiaçı məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli-3 ünvanında yerləşən 169,3 kv.metr qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsindən (İş № 2(009)-96/2018) görünür ki, həmin qətnamə ilə ünvan 9 ünvanda yerləşən 169,3 kv.metr ölçülü qeyri-yaşayış sahəsinin alğı-satqısına dair cavabdehlər İddiaçı ilə X3 arasında 24.01.2004-cü il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış “Alğı-satqı müqaviləsi”, həmin müqavilə əsasında həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına aparılmış qeydiyyat və bu qeydiyyata dair dövlət reyestrindən verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə dair “Alğı-satqı müqaviləsi” Cavabdeh1 Məhəmməd oğlu ilə X3 arasında bağlanmış hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən (İş № 2(103)-10900/2018) görünür ki, həmin qətnamə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh1 Məhəmməd oğlunun cavabdehlər İddiaçı, X3 və Bakı Şəhəri 41 saylı Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi, müqavilənin bağlanmış hesab edilməsi barədə” iddiasının rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qərarından (İş № 2(102)-2952/2019) görünür ki, həmin qərarla Cavabdeh1 Məhəmməd oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 16.04.2015-ci il tarixli qərarından (İş № 2- 1(81)-1909/2015) görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 10 ünvanında “A” blokunun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 395,0 kv.metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınmasına, mülkiyyət hüququnun dövlət reyestri xidmətində qeydə alınmasına və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və həmin qətnamə ilə iddia təmin edilərək qeyriyaşayış sahəsi Cavabdeh1 adına ilkin hüquqi qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2015-ci il tarixli qərarından (İş № 2-1(103)-1180/2015) görünür ki, həmin qərarla DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16.04.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli qərarından (İş № 2-1(102)-1321/2015) görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. DƏDRX ünvan 11 ünvanlanmış 24.12.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yeni qaydalarla: ünvan 8) 20.04.2016-cı il tarixdə ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X1 30.01.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Makhmudov Mekhradzha (Cavabdeh1) məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 ünvanında yerləşən (yeni qaydalarla: Səbail rayonu, H.Abdullayev küçəsi, giriş 20A 2-ci mərtəbə qapı-1) ü/s 390,4 kv.metr ölçülü qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmir. "xxxx" Makhmudov Mekhradzh ilə “Alıcı” Cavabdeh5 arasında bağlanmış 30.01.2020-ci il tarixli, AN – İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, "xxxx" yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini 400.000 manata “Alıcıya” satmışdır. DƏDRX tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı, 06.02.2020-ci il tarixli “Çıxarışdan” görünür ki, həmin qeyri-yaşayış sahəsi Cavabdeh5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 15668 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR-İ seriyalı, 947451 saylı 07.02.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh5 özünə məxsus həmin qeyri-yaşayış sahəsinin bütün sənədləşdirmə əməliyyatlarını aparmağı, bununla əlaqədar onu bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda təmsil etməyi, sənədləri toplamağı, təhvil verməyi, almağı, aldığına dair imzalamağı, adından ərizə ilə müraciət etməyi, DƏDRX Əİ-dən “Forma 1” arayışını, MİS-dən “Forma 2” arayışını və s. lazımı arayışları, sənədləri almağı, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, bank əməliyyatları aparmağı, depozitə pulu qoymağı, almağı, buna dair istənilən müqavilələr imzalamağı, müqaviləni ləğv etməyi, pulunu almağı, vəkillə müqavilə bağlamaq, məhkəmələrdə iştirak edilməsi üçün etibarnamə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi X2 5 il müddətinə, yəni 07.02.2025-ci il tarixədək etibar etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən olunur ki, Cavabdeh1 07.06.2012-ci il tarixli müqaviləyə əsasən mübahisəli qeyri-yaşayış sahəsini dəyərini tam ödəməklə "xxxx" MMC-dən almış, daha sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən DƏDRX-də qeydə alınmış, Cavabdeh1 (mübahisəli) qeyri-yaşayış sahəsini Cavabdeh5 satmış, hazırda qeyri-yaşayış sahəsi sonuncunun mülkiyyətindədir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin İddiaçı ona məxsus olmuş və Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli-3 ünvanında yerləşən, ölçüsü 169,3 kv.metr olan qeyri-yaşayış sahəsini sökdükdən sonra "xxxx" MTK tərəfindən ünvan 12 ünvanda yerləşən, ölçüsü 395 kv.metr olan qeyri-yaşayış sahəsinin (yeni qaydalarla: Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı-1) ona verilməsini, lakin həmin sahəyə dair onunla deyil, qardaşı Cavabdeh1la müqavilə bağlanmasını iddia etsə də bu halı təsdiq edə biləcək mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair nə vaxtsa hər hansı bir hüququnun mövcud olmasını sübuta yetirə bilmədiyindən cavabdehlər arasında bağlanmış müqavilələri mübahisələndirmək üçün subyektiv hüquqa malik olmaması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Rayon Məhkəməsinin Cavabdeh5 vəkili (nümayəndəsi) Vəkil3 iddia tələblərinə iddia müddətinin tətbiqi ilə bağlı etirazında istinad etdiyi hallara münasibətdə iddia müddətini tətbiq etməsinin qeyri-mümkün olması barədə qənaəti və bunu iddia müddətinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddət olduğundan, iddiaçının cavabdehlərə qarşı hazırkı tələbləri irəli sürmək hüququ olmaması ilə əsaslandırması işin hallarına uyğundur və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8176/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8176/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver