Məhkəmə qərarları › İş №2(103)-8235/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8235/2020

11.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8235/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X3, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Mirzəyeva (Hüseynova) İradə Rahib qızına və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi N.Hüseynova və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, heç bir hüquqi əsas olmadan onun vəsaiti hesabına varlanmış Cavabdeh2 Rahib oğlunun adına alınmış "xxxxxxxx” Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında 1 otaqlı, ümumi sahəsi 66,82 kv.m olan 62 nömrəli mənzilin Cavabdeh2 Rahib oğlundan alınaraq ona geri qaytarılması və Mirzəyeva (Hüseynova) İradə Rahib qızı ilə nikah dövründə əldə etdikləri “xxxxxxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 49da yerləşən mənzilə ½ hissədə payının müəyyən edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Mirzəyeva (Hüseynova) İradə Rahib qızına və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 vəfat etdiyindən, mübahisə predmeti olan mənzil order əsasında Cavabdeh2 sahibliyində olduğundan və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaransa belə, həmin istifadə hüququ hüquq varisliyinə yol vermədiyindən Cavabdeh1 münasibətdə xitam verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onu hüquq varisi ilə əvəz etməlidir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və Cavabdeh1 hüquqi varisinin müəyyən edilməsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, prosessual hüquq varisliyindən bəhs etmək üçün ilkin şərt hüquq varisliyinin mövcud olmasıdır. Hazırkı mübahisə üzrə hüquq münasibətləri hüquq varisliyə yol verir. İş materiallarından görünür ki, iddiaçı ilə mərhum Cavabdeh1 birgə nikahından xx.xx.1996cı il təvəllüdlü X1 və xx.xx.2001-ci il təvəllüdlü X2 anadan olmuşdur. Göründüyü kimi mərhumun iki vərəsəsi var. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərin mübahisəli əmlaka dair istifadə hüququ kimi qiymətləndirsə də, iddia ərizəsindən də görünür ki, həmin münasibətlər birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə aiddir. Belə olan halda birinci instansiya məhkəməsi səhvən hüquq münasibətlərinə düzgün qiymət verməmiş və prosessual hüquq varisliyinin olmaması qənaətinə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Cavabdeh1 vərəsələrinin olub-olmamasını müəyyən etməli olduğu halda bunu etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata Mirzəyeva (Hüseynova) İradə Rahib qızına münasibətdə xitam verməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı, göstərilən hallar nəzərə alınmaqla mülki işə Mirzəyeva (Hüseynova) İradə Rahib qızına münasibətdə hüquqi varislərin olub-olmamasının müəyyən edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki işə Mirzəyeva (Hüseynova) İradə Rahib qızına münasibətdə hüquqi varislərin olubolmamasının müəyyən edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar