Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8291/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-5178/2020 saylı qərardadından ərizəçinin şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 və xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə Xəzər dənizində çimərkən suda bataraq boğulub ölmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 5178/2020 saylı qərardadı ilə ərizəçinin ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə, məhkəmə tərəfindən qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Belə ki, ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, ölüm haqqında tibbi sənəd almaq üçün aidiyyəti üzrə əvvəlcə şifahi, sonra isə rəsmi olaraq yazılı şəkildə Bakı şəhər Təcili və X5 stansiyasına müraciət etmiş, həmin stansiyanın baş həkimi Rauf Nağıyevin ona göndərmiş olduğu xx.xx.2019-cu il tarixli, 606 saylı məktubda xx.xx.2019-cu il tarixdə həkim briqadasının məlumat əsasında hadisə yerinə gedərək mərhumlar X9 və X1 meyitlərinin aşkar edilməsi (həkimə qədərki ölüm), hər iki meyitin 42-ci Polis bölməsinin baş leytenentı Elçin Məmmədova təhvil verilməsi barədə arayış verməklə kifayətlənmiş, ölümün səbəbi həkimlərə məlum olmadığından bu barədə həkim arayışı verilməmiş, başqa sözlə tibb müəssisəsi ölüm anı həkimə qədər baş verdiyindən və meyitlər hüquqmühafizə orqanının, polisin nümayəndəsinə təhvil verildiyindən faktiki olaraq ölümün səbəbi barədə tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Həmçinin Bakı şəhəri Sabunçu rayon prokurorluğundan tələb olunaraq alınmış sənədlərdən görünür ki, fakt üzrə ********* saylı cinayət işi başlanılmış, ibtidai istintaq aparılmış və həmin azyaşlıların dənizdə öz səhlənkarlıqları üzündən bataraq boğulub ölmələri qənaətinə gəlinməklə prokurorluğun müstəntiqi X2 xx.xx.2019-cu il tarixli qərarı ilə işin icraatına xitam verilmişdir. İşin icraatına xitam verilməsinə dair qərardan görünür ki, meyitlərin məhkəmətibbi ekspertizası keçirilməmişdir, lakin prokurorluğun araşdırması ilə müəyyən olunmuşdur ki, hər iki azyaşlının ölümünə səbəb suda boğulma olmuşdur. Ona görə də hesab edir ki, nə qədər ki, azyaşlıların ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün vaxtında müvafiq məhkəmə-tibbi ekspertizası təyin olunmamış və ekspert rəyi alınmamışdır, belə olan halda hər hansı tibb müəssisəsindən “ölüm haqqında tibbi şəhadətnamə” veriləcəyini gözləmək, tələb etmək mənasızdır, həm də burada bir daha təkrarən qeyd edilməlidir ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamə alınması üçün müraciət etsə də, ona belə bir şəhadətnamə verilməmiş, yalnız təcili yardımın əməkdaşlarının çağırışa uyğun olaraq Xəzər dənizinin sahilinə gedərək orada iki uşaq meyitinin olmasını aşkar etdiklərini, meyitlərin polisə təhvil verildiyini qeyd etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və nümayəndəsi-vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan Bakı şəhər Təcili və X5 Stansiyası tərəfindən Ərizəçi verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17:50-də “103” xidmətinə Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanından Əli Cəfərzadənin (11 yaş) və Məsumə Cəfərzadənin (12 yaş) adına “suda boğulma” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 14 saylı bölmənin həkimi Püstəxanım Əzizova icra edərək, hadisə yerində X8 (11 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Oğlan uşağı meyiti” və X4 (12 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Qız uşağı meyiti” diaqnozu qoymuşdur. Hər iki meyit 42-ci polis bölməsi baş leytenant Elçin Məmmədova təhvil verilmişdir. Göründüyü kimi, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X10 həkim gələnə qədər ölmüşlər, meyitlər polis bölməsinin əməkdaşına təhvil verilmiş, ölümün səbəbi məlum olmamış və tibb müəssisəsi tərəfindən ölüm faktı barədə müvafiq sənəd verilməmişdir. xx.xx.2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı dindirmə protokolları və cinayət işinin digər istintaq materialları ilə ünvan 1 ünvanında yaşamış xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X10 Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 16-cı dalan Xəzər dənizinin kənarında qeyri-çimərlik ərazidə üzən zaman öz ehtiyatsızlıqları səbəbindən boğularaq ölmələri təsdiq edilmiş, onların ölməsinin digər şəxs və ya şəxslərin hər hansı bir qanunsuz hərəkəti nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. Ona görə də onların boğulmaları faktına görə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.3 və 307.2.8-ci maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, eləcə də müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 5178/2020 saylı qərardadı ləğv edilsin və Ərizəçi “ölüm faktının müəyyən edilməsi tələbinə dair” ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8291/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8291/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver