Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8396/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3258/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız pulun silinməsi, artıq hesablanmış pulun geri qaytarılması, mənzilin ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ləğv Prosesində olan Cavabdeh ASC tərəfindən hazırki iş üzrə İddiaçı qanunsuz tələb olunan 4889 ABŞ dolları məbləğində pul tələbinin qanunsuz hesab edilməsi, İddiaçı Cavabdeh ASC tərəfindən artıq hesablanaraq tutulmuş 1002 ABŞ dolları məbləğində faiz borcunun, 1041 ABŞ dolları məbləğində əsas borcun, cəmi 2043 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarılması və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekadan azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(005)-1308/2013 saylı qətnaməsinə əsasən Nərimanov rayon icra və probasiya şöbəsində başlanmış icra işi üzrə icra icraatının dayandırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3258/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı “icra üzrə icraatın dayandırılması” barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3258/2020 saylı iş üzrə xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3258/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158-ci maddəsində müəyyən hərəkətləri etməyi cavabdehə və digər şəxslərə qadağan etmək kimi təmin tədbiri nəzərdə tutulsa da, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Bu baxımdan icra sənədi üzrə icraatın dayandırılmasının əsasları və qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, X2 Məhkəməsi özünün qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, məsələ ilə bağlı icra sənədinin olmasını, həmin sənədin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraya yönəldilməsini, həmin icra işinin icrasının dayandırılmasının müvafiq icra orqanının səlahiyyətinə aid olmasını nəzərə alaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(005)- 1308/2013 saylı icra sənədi əsasında verilmiş icra vərəqəsi üzrə icra icraatının dayandırılmasının əsassız olması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3258/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3258/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8396/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8396/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver