Məhkəmə qərarları › İş №2(103)-84/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-84/2025

12.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-84/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: «təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlməməsi») Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X22 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil3 oğlunun, üçüncü şəxs X2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 Gülaməddin oğlunun ştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən mülkiyyətində olan 0,5 ha torpaq sahəsi və üzərindəki 363,5 kv.m. əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

3. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsini alıcı Cavabdeh1 160.000 manata satmışdır.

4. “Elektron notariat” X1 Çıxarışa əsasən Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən X12 birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (**********61-12301 reyestr nömrəli, ********** dövlət nömrəli, xx.xx.2019-cu il tarixli) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.

5. ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 160.000 manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4.090 manat və torpaq sahəsinə görə yaranmış 1.375 manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxılaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatını Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

6. "xxxx" ASC-nin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarının surətlərinə əsasən xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4.090 (dörd min doxsan) manat və 1.375 (bir min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160.000 manat məbləğində pul vəsaiti köçürmüşdür.

8. Qeyd edilən əmlak 29 aprel 2021-ci il tarixdə Cavabdeh1 adına rəsmi reyestrədə qeydə alınmışdır.

9. Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi, yəni qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir.

10. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/7403-9/7720/2024 nömrəli 03 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1i ünvanında yerləşən sahəsi 363,5 kv.m olan əmlak kompleksinin müqavilə bağlanan zaman mövcud olan bazar qiyməti təqribən 92.700,0 manat məbləğində; xx.xx.2021-ci il tarixli, AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1i ünvanında yerləşən 0,5 ha topaq sahəsinin müqavilə bağlanan zaman mövcud olan bazar qiyməti təqribən 79.000,0 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan «əmlak kompleksi»nin xx.xx.2021-ci il tarixli, 4Ə- 546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan «əmlak kompleksi» qanunsuz yolla özgəninkiləşdirilərək Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********61-12-301 reyestr nömrəli çıxarış verilmişdir. O, bu hadisədən cari ilin yanvar aynda xəbərdar olmuş və faktiki olaraq aldadıldığını müəyyən etmişdir. Belə ki, 2021-ci ilin əvvəlində ona təcili pul lazım olduğundan, həmin əmlakı ucuz qiymətə olsa belə, 2 milyon 500 min manata satmaq qərarına gəlmişdir. Qardaşının yaxın dostu Cavabdeh3 bu əmlaka satıcı tapacağına söz vermiş və bir müddət keçdikdən sonra ona bildirmişdir ki, yaxın dostu maklerdir, o həmin obyekti tez bir zamanda satacaqdır. Lakin həmin maklerin şərtlərinə görə onun adına etibarnamə verilməli, o, öz əmlakı kimi həmin obyekti istədiyi qiymətə satıb, alqı-satqı günü ona çatası 2 milyon 500 min manatı ödəməklə, artıq qalan məbləği də özünə götürəcəkdir. O, buna etiraz etməmiş və onun təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsin adına etibarnamə vermiş, eynu zamanda bir müddət keçdikdən sonra isə həyat yoldaşının adından da obyekin satışına etiraz etməməsi barədə notariusdan arayış da təqdim etmişdir. Həyat yoldaşının adından arayışı təqdim etdikdən bir gün sonra da alqı-satqının həyata keçirilməsi razılaşdırılsa da, Qədimdən səs çıxmamış, bir neçə gündən sonra onunla əlaqə saxladıqda isə, o, bildirmişdir ki, alıcı ilə tam razılaşma əldə olunmadığından razılaşdırılmış gün gələ bilməmişlər, bir neçə günə, mütləq, razılıq əldə olunacaqdır. Beləliklə, bir neçə gündən sonra da, Qədimdən xəbər olmadıqda, onunla əlaqə yaradılmasına nail olmuş və tələb etmişdir ki, tərəfindən ona təqdim edilmiş bütün sənədləri qaytarsın. Lakin, həmin gündən Qədim faktiki olaraq yoxa çıxmış və onu tapmaq mümkün olmamışdır. Bir müddət keçdikdən sonra isə, qeyri-rəsmi də olsa, ona məlumat çatdırılmışdır ki, Qədimin ona təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsə verdiyi etibarnamə ilə, ona məxsus obyekt başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla əlaqədar olaraq Qədimin axtarışlarına «çıxdılar» və məlum olmuşdur ki, o, Rusiya Federasiyasındadır, onunla əlaqə yaratmış, əmlakın başqa şəxsin adına necə özgəninkiləşdirildiyini soruşmuş və bildirmişdir ki, inamından sui-istifadə etməklə ona məxsus əmlakın bu cür mənimsənilməsini həyata keçirdiyinə görə hüquq mühafizə orqanlarına müraciət etmiş, onun məsuliyyətə cəlb edilməsinə nəyin bahasına olursa olsun mütləq nail olacaq. Belə olduqda da, ona bildirmişdir ki, bundan onun xəbəri yoxdur, əmlakının başqa şəxsin adına keçirilməsi qanunsuz edilmiş, o, bunu sübut edəcəkdir və Respublikada olmadığından onun yaxın tanışı olan vəkilin adına etibarnamə verməsini xahiş etmişdir. İlk halda olduğu kimi, yaxın tanışı olan vəkilin şəxsiyyət vəsiqəsinin məlumatlarını ona göndərmiş və tərəfindən vəkil kimi ona etibarnamə verilmişdir. Beləliklə, öz növbəsində, Gəncə şəhəri 1 saylı vəkil bürosu vasitəsilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət odərək, ona məxsus əmlak barədə arayışın təqdim edilməsini xahiş edilmiş və həmin idarədə alınan xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak bütövlükdə tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-12301 reyestr nömrəli çıxarış verilmişdir. Eyni zamanda, həmin cavab məktubundan o da müəyyən olunmuşdur ki, Samux rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-226/2022 saylı qərardadına əsasən mülkün üzərinə qadağa qoyulmuşdur. Bu məsələlərlə əlaqədar olaraq o Qədimlə əlaqə saxlamamış, qardaşının dostu olduğuna görə ona tapşırmışdır ki, onunla əlaqə saxlasın və məsələnin nə ilə əlaqədar olduğuna aydınlıq gətirsin. Məhz bundan sonra onlara məlum olmuşdur ki, Qədim onun adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürmüş, həmin borcun müqabilində də 3 milyon manatdan artıq dəyəri olan əmlak ilə bağlı sənədlərin ondan alınıb ona təqdim edilməsinə nail olmuşdur. Rəşad adlı şəxs isə Qədimə verdiyi 130.000 manat borcu 160.000 manat məbləğində dəyərləndirmiş, yəni verilən 130.000 manatın üzərinə faiz də əlavə etməklə onu 160.000 manat məbləğində dəyərləndirilmiş və Qədimin aldığı borcun zamanəti kimi də bu əmlakı Səlim adlı yaxın qohumunun adına özgəninkiləşdirmiş, bununla da xüsusilə külli miqdarında dəyəri olan əmlakının mənimsənilməsi həyata keçirilmişdir.

13. Cavabdeh3 vəkili Vəkil1 iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh3 iddiaya cavab verməli olmayan şəxsdir. İddia tələbindən və iş materiallarından da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi İddiaçı olmuş, mübahisəli əmlakın alqı-salqısı isə cavabdəhlər Cavabdeh1 ilə Cavabdeh2 arasında baş vermişdir. Hazırda da əmlakın mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı iddia tələbində ona məxsus əmlak kompleksini pul lazım olduğu üçün satmaq istədiyini və bunun üçün Cavabdeh3 tanışı Rəşad adlı şəxsə etibarnamə verdiyini göstərmişdir. Lakin xx.xx.2021-ci il tarixli etibarnamə ilə mübahisəli əmlak üzərində sərəncam verilməsi hüququ barədə X9 etibarnamə ilə verilmişdir. Bundan başqa, iddiaçı ona məxsus əmlakın onun xəbəri olmadan başqa şəxsin adına özgəninkiləşdirildiyini cari ilin yanvar ayında məlumatı olduğunu bildirir. Lakin həmin əmlakın digər şəxsə satılması xəbərini 2021-ci ilin iyul ayında Cavabdeh3 iddiaçıya məlumat vermişdir. Bundan sonra Cavabdeh3 köməkliyi ilə hüququ yardım göstərilməsi üçün vəkil Rəşid Məhərrəmli ilə müqavilə bağlanmış və vəkilə xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. Bu halı iddiaçı özü də iddia tələbində etiraf etmişdir. İddiaçı iddia tələbində həmin vaxt Cavabdeh3 Rusiya Federasiyasında olduğunu və onunla əlaqə yaratdığını bildirmişdir. Əmlakın satılmasını iddiaçıya Cavabdeh3 xəbər vermiş və xx.xx.2021-ci il tarixdə vəkilə etibarnamə verərkən də İddiaçı Cavabdeh3la birlikdə Bakı şəhərində vəkillə görüşmüşdür. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə Azərbaycandan Rusiya Federasiyasına getmişdir. İddiaçı daha sonra iddia tələbində guya Cavabdeh3 Rəşada 130.000 manat borcu olduğunu və həmin borcun qarşılığında ona məxsus əmlakın sənədlərini ondan alıb Rəşada verdiyini göstərmişdir. Cavabdeh3 Rəşada 130.000 manat borcu yoxdur və bunu təsdiq edən hər hansı bir mötəbər subut yoxdur. Bunlar hamısı fərziyyədır və yalandır. İddiaçıya məxsus əmlakın Cavabdeh1 satılmasından Cavabdeh3 xəbəri olmamış, əmlakın satılmasında iştirak etməmiş və pulu əldə etməmişdir. İddia tələbindən də göründüyü kimi, Cavabdeh3 iddia tələbinə cavab verməli olmayan şəxsdir. Həmçinin Cavabdeh3 məsələ ilə dərindən heç bir əlaqəsi olmayıb, heç bir gəlir götürməyib. Bu hazırki məsələ ilə bağlı olaraq keçirilmiş ibtidai istintaq mərhələsində də sübuta yetirilmişdir. Odur ki, iddia tələbi Qədim Əbilova aid hissədə rədd olunmalıdır.

14. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir, heç bir sübuta soykənmir. İddiaçının iddia ərizəsində qaldırdığı dəlillər tam əsassızdır. Belə ki, cavabdeh artıq həmin əmlak kompleksinin xüsusi mülkiyyətçisidir, onun mülkiyyət huquqları qorunmalıdır. Notariat ofisində alqı-satqı müqaviləsi tam qanuni şəkildə həyata keçirilmişdir, alqı-satqı aparılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz; Cavabdeh1 vicdanlı alıcıdır, qanuni şəkildə əmlak almışdır, o, mübahisə predmeti olan əmlakı tam qanuni yolla əldə etmiş və dəyərini tam ödəmişdir. Vicdanlı alıcı olaraq hərəkət etmişdir.

15. Birinci instansiya məhkəməsində şahid qisminə dindirilmiş X13 ifadəsində qeyd etmişdir ki, iddiaçının qardaşıdır. Qədim onun tanışı, yaxın dostu olmuşdur. 7 ildən çoxdur ki, münasibətləri vardır. Qədim ilə ortaq dostlar da olmuşdur. Heç vaxt ondan yana şübhəsi olmamışdır. Qədimi qardaşı Musaməddinə o, məsləhət görmüşdür ki, ona güvənə bilər. Bütün bu hadisələrdən sonra Qədimlə əlaqədə saxlamış və baş verənlərlə bağlı soruşmuşdur. Sonuncu ona narahat olmamasını və özünün hər şeyi yoluna qoyacağını bildirmişdir. Bundan bir neçə ay sonra isə Qədimlə əlaqə saxlamaq mümküq olmamışdır. Artıq 7 aydan çoxdur ki, əlaqəsi yoxdur. Rəşadı tanımamışdır. İlk dəfə Əliabbas, dostları Sərvan və Rəşad Koroğlu heykəlinin yanında danışıb məsələni yoluna qoymaq ilə bağlı görüşmüşlər və o zaman görmüşdür.

16. Birinci instansiya məhkəməsində şahid qisminə dindirilmiş X7 ifadəsində qeyd etmişdir ki, o, Nəsirullanın dostudur. İddiaçını şifahi tanıyır. O, alqı-satqı olduqdan sonra Əliabbas, Nəsirulla və o, Rəşadla görüşməyə getmişlər. Rəşadla ilk görüşündə o, onlara bildirmişdir ki, Qədimə 160.000 manat ödəniş etmişdir. İkinci görüşündə isə 165.000 ABŞ dolları ödədiyini və bunu ona qaytarmalı olduqlarını bildirmişdir.

17. Birinci instansiya məhkəməsində şahid qisminə dindirilmiş X4 ifadəsində qeyd etmişdir ki, o, mübahisə predmeti olan obyektdə 2016-cı ildən icraçı direktor olaraq çalışmışdır. Əvvəllər obyektdə dövriyyə yaxşı olsa da, 2017-ci ildən sonra tələbat azaldığından və pandemiya zamanı dövriyyə aşağı düşmüşdür. Buna görə də Musaməddin müəllim obyekti satmaq qərarına gəlmişdir. Həmin obyektdə 4 istehsalat sahəsi: beton istehsalı, tamet, qum-çınqıl istehsalı və asfalt istehsalı sahələri mövcud olmuşdur. Obyekt onun ərazisinə, istehsal gücünə, orada olan avadanlıqlara görə yüksək dəyərə malik olmuşdur. Obyektin satılmasından xəbəri olmamışdır. Obyektdə olduğu müddətdə alıcılar obyektə baxmağa gəlməmişdilər.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə əvvəlki hüquqi vəziyyətinin bərpa edilməsi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160000 (bir yüz altmış min) manat pulun Cavabdeh2 tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, bu qətnamə ünvan 1i, ümumi sahəsi 363,5 kv.m.olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas olması qət edilmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında izahatlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəyləri ilə də müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır. Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satşışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulun da iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. (iddiaçı məhkəmə iclası zamanı puldan heç bir məbləğin ona verilməməsini bildirmişdir).

20. Həmçnin məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı, mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

21. Yekun olaraq məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyi üçün və bu hallar iddiaçıya alqısatqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğu üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 339.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X10 tərəfindən Cavabdeh2 verilmiş 9 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamə əsasında bağlanmış olan Samux rayonunun Tatlı kəndində 0,5 ha torpaq sahəsində yerləşən 363,5 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan əmlakının xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsi MMin tələblərinə uyğun olaraq bağlanmışdır. Belə ki, MM-in əqdin etibarlılığı ilə bağlı birinci tələbi hər iki tərəfin iradə ifadəsinin olması tələbidir ki, həmin tələb MM-in 324.4-cü maddəsində normativləşmişdir. İddiaçı X5 iddia ərizəsindən də göründüyü kimi, verilmiş olan etibarnamə əsasında “əmlak kompleksi” adı ilə dövlət qeydiyyatına alınmış, Samux rayonunun Tatlı kəndində 0,5 ha torpaq sahəsində yerləşən 363,5 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan əmlakın bu və ya digər şəxsə satmaq niyyəti olmuşdur və müqavilə bağlanarkən iradə ifadəsini göstərmişdir. Oxşar müddəa Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında da göstərilmişdir. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bundan başqa, Müsamaddin Nəzərov məhkəmə prosesi zamanı həqiqətə uyğun olmayan ifadə verərək özünün yalanlarını digər yalanlarla pərdələməyə də çalışmışdır. Belə ki, Nəzərov Müsaməddin adıçəkilən “əmlak kompleksi”nin satışından cari ilin yanvar ayında xəbəradar olduğuna dair ifadə vermişdir. Lakin bu tamamilə yalan olmaqla, “əmlak kompleksi”nin satışından peşman olması ilə bağlı məhkəməni aldatmaq məqsədilə söylənmişdir. Belə ki, Nəzərov Müsaməddin “əmlak kompleksi”nin özgəninkiləşdirilməsindən, Cavabdeh1 sərəncamına verilməsindən 2021-ci il iyul ayında artıq xəbərdar idi və “əmlak kompleksi”nin Cavabdeh1 160.000 manat məbləğində pula satılmasına hər hansı bir etiraz da bildirməmişdir. Narazılıq bildirməməsinə səbəb isə həmin dövrdə Nəzərov Müsaməddin özünün də bildirdiyi kimi pula ehtiyacı olması və İddiaçı ümumiyyətlə pandemiya dövründə daşınmaz əmlakın dəyərinin aşağı olmasını, adı çəkilən əmlakın isə yararsız və faəliyyətsiz olmasını, bu səbəblərdə də “əmlak kompleksi”nin dəyərinin daha yüksək olmacağını özü də bilməsi olmuşdur. Bundan başqa Nəzərəov Musaməddin 160 min manat məbləğində pulun ona verilmədiyini bildirmişdir. İlk növbədə qeyd edilir ki, 160.000 manat pulun verilmədiyinə əsaslanan iddia “əqdin etibarsızlığı” iddiası ilə əhatə oluna bilməz. Bundan başqa 160.000 manat məbləğində pulun özünə verilmədiyini izahatında bildirən yeganə şəxs İddiaçıdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bu faktı qətiyyətlə təkzib ediblər. Bu baxımdan 160.000 manat məbləğində pulun özünə verilmədiyinin sübutetmə yükü məhz İddiaçı üzərinə düşməlidir. Lakin İddiaçı tərəfindən verdiyi ifadəni təsdiq edən hər hansı dəlil irəli sürülməmişdir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd edilir ki, şikayətə əlavə edilən notarius orqanından aldığı çıxarışdan da göründüyü kimi, İddiaçı tərəfindən X11 heç bir əmlak etibar edilməmişdir. Belə ki, 9 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamədə etibar edilmiş şəxs qismində Cavabdeh2 göstərilmişdir. Belə ki, X19 rayonu, Tatlı kəndində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ ərizələrə imza atmağı Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ ərizə yazmağı və imzalamağı, o cümlədən qeydiyyat işləri aparmağı, bağlanmış alqı-satqı müqaviləsini ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 9 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamə ilə Cavabdeh2 etibar etmişdir. Daşınmaz əmlakın alqı-satqısını həyata keçirilən zamanı isə 9 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamə qüvvədə olmuşdur. Tamamilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, “Əmlak kompeksi”nin alqı-satqısı həyata keçirilmişdir. 9 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamə mülki qanunvericiyin tələblərinə uyğun olaraq verilmiş və təsdiq olunmuşdur, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Onun da əsasında daşınmaz əmlakın alqı-satqısı həyata keçirilmişdir. Ali Məhkəmənin də göstərdiyi mövqeyə əsasən, məhkəmələr tərəfindən etibarnamə ilə satılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilə bilməsi üçün ilk növbədə, həmin alqı-satqı müqaviləsinin bağlanmasının əsası kimi çıxış edən etibarnamənin özünün etibarsız olması müəyyən olunmalı idi. Nəsimi Rayon Məhkəməsi tərəfindən isə etibarnamənin verilməsi proseduru ilə bağlı hər hansı araşdırma aparılmadan, yalnız Nəzərov Müsaməddin verdiyi yalan izahata əsasən, qətnamə qəbul etmiş və əsassız iddianı təmin etmişdir. Qanuni etibarnamə əsasında rəsmiləşdirilmiş olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qanunvericiliyin tələblərin ciddi şəkildə pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4380/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(102)-4184/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(102)- 4170/2021 saylı xx.xx.2021- ci il tarixli, 2(102)-541/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(102)-505/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarlarlarında Ali Məhkəmənin mövqeyinə əsasən, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün məhkəmə tərəfindən ilkin araşdırılmalı lazım olan məsələ verilmiş etibarnamənin etibarsız olub-olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-541/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarına əsasən, etibarnamə əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi ilkin olaraq etibarnamənin etibarsızlığından doğur. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi 19 aprel 2021-ci il Bakı şəhəri, 14 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi tamamilə X5 əmlak barəsində sərəncam vermək, Cavabdeh1 münasibətdə isə əmlakın əldə edilməsinə əsaslanır. Göründüyü kimi hər hansı yalan və ya uydurma əqd bağlamaq niyyəti olmamış, Cavabdeh2 münasibətdə isə niyyəti yalnız X5 Cavabdeh2 verdiyi etibarnamə əsasında yalnız təmsilçilik fəaliyyətinin həyata keçirilməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarınım mövqeyindən də göründüyü kimi etibarnamə əsasında səlahiyyət verilmiş şəxs tərəfindən bağlanmış əqd də etibarlıdır və həmçinin notarial təsdiqli alqı-satqı müqaviləsi olduğundan uydurma əqd hesab oluna bilməz. Əvvəlcə niyyəti əmlakını satmaq olan X5 Cavabdeh2 verdiyi etibarnamə əsasında əmlakının bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticəsinə görə Cavabdeh1 mülkiyyətinə verilməsindən peşman olması heç bir əsas olmadan bağlanan müqavilənin uydurma əqd olmasının iddia edilməsi tamamilə əsassız və hüquqları ciddi şəkildə pozulması ilə yanaşı, Cavabdeh1 da öz əmlakına münasibətdə hüquqlarını həyata keçirməsinə mane olur. Həmçinin qeyd edilir ki, faktlardan da göründüyü kimi, müqavilənin notarial qaydada bağlanması halı məlumdur ki, bu da əqdin uydurma əqd olmadığını isbat edir. Əqdin uydurna əqd olmasının iddia edilməsi isə bu halı təsdiq edən sübutların təqdim olunması zərurətini ortaya çıxarır. Cavabdeh1 alqısatqı müqaviləsinin bağlanmasına münasibətdə Cavabdeh2 isə təmsilçiliyin həyata keçirilməsinə münasibətdə vicdanlılıq nümayiş etdirmişdir. Yuxarıda göstərilənlərdən məlum olduğu kimi, Cavabdeh1 vicdanlı sahib hesab olunur və qanunun tələblərinə müvafiq əmlak onun mülkiyyətininə verilmişdir. Bu baxımdan bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi vicdanlı sahib olan Cavabdeh1 da hüquqlarını ciddi şəkildə pozulmasına səbəb olacaqdır. Belə ki, ifadələr arasında ciddi ziddiyətlər olsa da, Nəsimi Rayon Məhkəməsi yalnız Müsaməddin Nəzərovun izahatına əsasən qətnamə qəbul etmiş, sübutların hərtərəfli qiymətləndirilməsini aparmamışdır. Belə ki, Nəzərov Müsaməddin izahatında bildirmişdir ki, Cavabdeh3 Cavabdeh2 130.000 manat borcu olduğundan “Əmlak kompleksi”ni dəyərindən aşağı olan məbləğə satdığı, özünə verilməli olan məbləğin isə ona verilmədiyini söyləmişdir. Lakin həm Cavabdeh3, həm də Cavabdeh2 məhkəmə prosesi zamanı verdikləri ifadəsində bu faktı təkzib edərək bildirmişdilər ki, Cavabdeh3 Cavabdeh2 heç bir borcu olmadığını, Cavabdeh2 isə Cavabdeh3 ona heç bir borcu olmadığını qətiyyətlə söyləmişdirlər. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh3 izahatları arasında uyğunluq özünü göstərsə də, Nəzərov Müsaməddinin izahatı digər prosesdə bu və ya digər formada iştirak edən şəxslərin ifadələri arasında hər hansı uyğunluğun şahidi olunmur. Nəzərov Müsaməddin “əmlak kompleksi”ni geri almaq məqsədilə yalan ifadə vermiş, bir neçə üst qurumlara şikayətlər verərək məhkəməyə təzyiq göstərməyə çalışmışdır. Bu kimi hallar Nəsimi rayon məhkəməsinin obyektiv araşdırma aparmasına və ədalətli qərar qəbul etməsinə əsaslı şübhələr yaratmışdır. Bu baxımdan Nəsimi rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(006)-2245/2022 saylı qətnaməsinin ləğv edilməsini, hüquqlarının müdafiə etdiyi şəxsin pozulmuş hüquqlarının bərpasını zəruri hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov tərəfindən 15 aprel 2022-ci il tarixli qərardad qəbul edilərək, ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin eksperti tərəfindən verilən ekspert rəyinə əsasən, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi”-nin dəyəri şişirdilərək 2.550.000 manat dəyərində müəyyən olunmuşdur. Ekspert rəyi ilə bağlı əsaslı şübhələr yaranmasına səbəb, əlavə olaraq məhkəməyə təqdim olunmuş olan ekspert rəylərində müəyyən olunmuş məbləğlərin birbirinə yaxın olması və mövcud bazar qiymətlərinə daha uyğun olmasıdır. xx.xx.2022-ci il tarixində tərəflərindən, o cümlədən Cavabdeh1 vəkili tərəfindən ekspert rəyinə qarşı əsaslandırılmış etirazı məhkəməyə təqdim etməsinə baxmayaraq, hakim tərəfindən təkrar ekspertiza keçirilməsinə dair qərardad qəbul edilməmişdir. Hal-hazırda da ekspert rəyi ilə razılaşmasa da, hakim tərəfindən qətnamə məhz bizim razılaşmadığımız ekspert rəyi ilə əsaslandırılmışdır. Bundan əlavə bildirmək istəyir ki, həmin “əmlak kompleksi” pandemiya dövründə satılmışdır. Həmin dövrdə Samux rayonunda əmlakın dəyərinin "xxxx" MMC-nin eksperti tərəfindən təqdim olunmuş ekpert rəyində göstərilən məbləğ qədər olması ağlabatan deyildir və onlarda əsaslı şübhələr doğurur. Həmçinin, X5 adıçəkilən mənzili pula ehtiyacı olduğundan tez bir zamanda satmağa tələsmiş, obyektin satış qiymətini də özü müəyyən etmişdir. Həmçinin obyekt hal-hazırda da daşınmaz əmlakın alqı-satqısı həyata keçirilən dövrdə olduğu kimi yararsız vəziyyətdədir və fəaliyyətsiz haldadır. Nəsimi Rayon Məhkəməsinin mülki iş üzrə tərəflərin etirazına və əsaslı şübhələrinə səbəb olan eskpert rəyini sübut kimi qiymətləndirməsi və qətnamənin əsaslandırılması kimi yalnız həmin ekspert rəyinə istinad etməsi tamamilə qanunsuzdur. Obyektivliyin təmin olunması məqsədilə ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” nin dəyərinin müəyyən edilməsi məqsədilə təkrar ekspertizanın keçirilməsini zəruri hesab edir. Belə ki, həmin əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciətləri əsasında mütəxəssiləri tərəfindən əmlakın bazar dəyəri 270.000 manat, likvid dəyəri isə 216.000 manat müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən müəyyən olunmuş dəyər daşınmaz əmlakın mövcud bazar qiymətlərinə daha uyğun olmaqla yanaşı, reallığı və həqiqəti də özündə əks etdirir. Ekspert rəyləri arasında əsaslı ziddiyyətlərin olmasına baxmayaraq, Nəsimi rayon məhkəməsi tərəfindən əsassız iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsi hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarını pozmaqla yanaşı, qanunvericiliyin tələblərini də ciddi şəkildə pozur. ”Fides” MMC-nin ekspertləri tərəfindən aparlmış qiymətləndirməyə əsasən isə adıçəkilən obyektin bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 199.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, hər iki təşkilat tərəfindən aparılan qiymətləndirmə bir-biri ilə uyğunluq təşkil edir və daşınmaz əmlakın mövcud bazar qiymətlərinə mütənasib xarakter daşıyır. Bu isə məhkəmənin öz təşəbbüsü ilə "xxxx" MMC-nin ekspertləri tərəfindən həyata keçirilən qiymətləndirməyə əsasən müəyyən olunmuş əmlak dəyərinin bazar qiymətlərinin qat-qat üstündə olmasına, o cümlədən ekspert rəyinin qeyri-obyektiv şəraitdə verilməsi əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Bu baxımdan Nəsimi rayon məhkəməsi tərəfindən yol verilmiş qanunsuzluğu aradan qaldırmaq məqsədilə təkrar ekspertizanın keçirilməsini ədalətli hesab edir. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Adı çəkilən alqısatqı müqaviləsi də Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq verilmiş və bunun əsasında da bağlanmış alqı-satqı müqaviləsi də Cavabdeh2 təmsilçisi olduğu X10 üçün də qanununa müvafiq hüquqi nəticələr doğurmuşdur. Bu baxımdan adı çəkilən alqı-satqı müqaviləsinin etibarsız elan olunması özü qanunun tələblərini kobud surətdə pozmaqla, cavabdehlərin hüquqlarını həyata keçirməsinə mane olacaqdır. Bu səbəbdən cavabdehin “müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı iddiası əsassızdır və rədd edilməlidir. Etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmək tələbi öz-özlüyündə yanlışdır. Əgər tələb məhkəmə tərəfindən qəbul edilən hesab olunubsa da, Nəsimi rayon məhkəməsi tərəfindən 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 nömrəli etibarnamənin etibarsız olub-olmaması faktı müəyyən olunmalı idi. Əgər etibarnamə etibarsız deyildirsə, qanunvericiliyin tələblərinə əsasən verilmiş və təsdiq olunmuşdursa, bu halda iddia məhkəmə tərəfindən rədd olunmalı idi.

25. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə istər maddi hüquq normalarının tətbiqi baxımından, istərsə prosessual hüquq normalarına riayət edilməsi səbəbindən qanunsuz və əsassızdır, buna görə apellyasiya qaydasında ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. Məhkəmə qətnaməsinin təhlili göstərir ki, işə baxmış hakim işin həqiqi hallarını deyil, iddiaçının heç bir mötəbər sübuta söykənməyən, iş üzrə toplanmış dəlillərlə öz təsdiqini tapmayan, nağıla bənzəyən iddia ərizəsinə və məhkəmə iclasında verdikləri izahatları əsasında məhkəmə aktı qəbul etmişdir. Belə ki, mülki işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin notariat işində olan Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 7E-8591 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh2 ********** qeydiyyat nömrəli **********61-12301 reyestr nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi və ümumi sahəsi olan 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRXnin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş qaydada əmlakın mülkiyyətçisi olan İddiaçı adından mübahisəsi gedən əmlakı satmaq üçün bütün hüquqlara (o cümlədən öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək) malik olmuşdur. Notariat icraatında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi alıcı Cavabdeh1 160.000 manata satmışdır. Göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən olunmuş qaydalara uyğun olaraq əqd bağlanmış və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əks halda əqdin notarial qaydasında təsdiq olunmasından imtina olunardı. Notariat icraatında olan «Elektron notariat» X1 Çıxarışından görünür ki, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və X12 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (**********61-12301 reyestr nömrəli, ********** dövlət nömrəli, xx.xx.2019-cu il tarixli) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Notariat işində olan ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 160.000 manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4.090 manat və torpaq sahəsinə görə yaranmış 1375 manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatını Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Notariat işində olan "xxxx" ASCnin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqların surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4.090 (dörd min doxsan) manat və 1.375 (bir min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Notariat işində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan əmlakı vicdanlı olaraq əldə etmiş və aldığı əmlakla bağlı alqı-satqı əməliyyatını da tam qanuni olaraq həyata keçirmişdir. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilmiş, mülki qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaqla bağlanmış, müqavilə təsdiq olunarkən satıcının əmlak üzərinə sərəncam vermək hüququ, etibarnamə üzrə nümayəndənin səlahiyyətlərinin olub-olmaması, əmlakın yüklü olub-olmaması, əmlakın satılmasına razılıqlarının olması yoxlandıqdan sonra əmlaka dair alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Belə olan halda işin mübahisəsiz müəyyən olunmuş həqiqi halları olaola işə baxmış birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi hesab edir kobud maddi və prosessual hüquq pozuntusudur və qəbul edilmiş məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə qətnaməsinin təhlili həmçinin onu göstərir ki, hakim öz qənaətini yalnız iddiaçı tərəfin təqdim etdiyi, mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən formalaşdırmışdır. Qətnamənin əsaslandırıcı hissəsini konkret mübahisəyə aidiyyəti olmayan hüquq normaları, Konstitusiya Məhkəməsinin qərarları və hüquq ədəbiyyatından çıxarışlar təşkil edir. Belə ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsi öz qətnaməsində göstərir ki, hazırki mübahisə üzrə tərəflər arasında alğısatqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəylərilə də müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır. Belə maraqlı sual ortaya çıxır işə baxmış məhkəmə “iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir” deyərkən hansı mötəbər sübuta əsaslanmışdır. İddiaçının izahatınamı, iddia ərizəsinə görəmi?! Əgər izahat və ərizələrə əsasən məhkəmə aktı qəbul edilirsə, niyə görə cavabdehlərin etiraz ərizələri və izahatları qəbul olunmur?! Məgər bu işə birtərəfli yanaşma deyilmi?! Əgər iddianın təmin olunması haqda məhkəmə aktı iddiaçının təqdim etdiyi mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən qəbul edilirsə, niyə görə cavabdeh tərəfin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı qəbul edilmir?! Məgər bu hal hakimin sübutlara qərəzli yanaşmasından xəbər vermirmi?! Belə olan halda, mülki mühakimə icraatının təməl prinsipləri (çəkişmə, bərabərlik, qanunçuluq və s.) pozulmurmu?! Bundan başqa, bəs Azərbaycan Respublikası Mülki Məcəlləsinin təməl prinsiplərindən olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı prinsipləri ilə nə edək?! Göstərilənlərdən başqa məhkəmə iddianı təmin edərkən qətnamədə göstərir ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satşışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulun da iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. Bu nə deməkdir, bunun tərəflər (İddiaçı ilə Cavabdeh1) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarlığına nə aidiyyəti var?! Əmlakı alan şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada bank vasitəsilə əmlakın dəyərini ödəmişdirsə, kimin kimə pul veribverməməsinin mübahisəyə nə aidiyyəti var, getsinlər öz aralarında pul mübahisəsini həll etsinlər. Ən maraqlısı isə məhkəmə aktının 33-cü bəndində əks olunmuşdur. Belə ki, həmin bənddə hakim göstərir ki, “Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir”. Yəni hakimin qənaətinə görə alqı-satqı müqaviləsinin ən son hərəkəti (pul məbləğinin verilməsi) əqdin ilk addımını (satmaq niyyətini, əmlakı satmaq iradəsini) formalaşdırır. Təbii ki, bu absurddur! Eyni zamanda iddianı təmin edən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyini qeyd etsə də, bunu da yalnız iddiaçı tərəfin ərizə və izahatları əsasında qurmuşdur. Halbuki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı dələduzluq, yəni aldatma nəticəsində əmlakından məhrum olması faktı ilə bağlı ərizələri hüquq-mühafizə orqanları tərəfindən rədd edilmiş və ya cinayət tərkibi olmadığından xitam olunmuşdur. Lakin bütün bunlara baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq öz qətnaməsində aldatma, yalan əsasında əqdin bağlanmasını qeyd edir. İşə birinci instansiya məhkəməsində qeyri-obyektiv və qərəzli baxılmasını həmçinin o hal təsdiq edir ki, baxmayaraq cavabdeh tərəflər iş üzrə qiymətləndirmə keçirilməsi haqda haqlı vəsatət verilmişdir, heç bir əsas olmadan təmin olunmamışdır. Halbuki, iddiaçı və cavabdeh tərəfindən mübahisəli əmlakla bağlı fərqli, bir-birinə zidd qiymətləndirmə hesabatları təqdim olunmuşdur. Hakim isə işin obyektiv tədqiqi üçün ekspertiza təyin edib bu halı müəyyən etmək əvəzinə birtərəfli yanaşma nümayiş etdirərək, iddiaçının təqdim etdiyi hesabatı qəbul etmişdir. İşə baxmış hakimin ümumiyyətlə Cavabdeh1 qərəzli münasibəti həmçinin məhkəmə aktının nəticə hissəsinin "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsi ilə də müəyyən olunur. Belə ki, əqdin aldatma nəticəsində bağlanması halı qəbul edilsə belə, əgər Cavabdeh1 bu aldatmanın tərəfi olmayıbsa, əksinə, bundan zərər çəkmişdirsə, niyə görə qiymətləndirmə hesabatının dəyəri ondan tutulmalıdır?! Təbii ki, cavabdeh olaraq hər hansı aldatma, yalan nəticəsində əqd bağlandığını qəbul etmir, hesab edir ki, bağlanmış əqd qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmışdır, lakin kiçik bu hal belə göstərir ki, işə baxılarkən mübahisəyə qeyri-obyektiv, birtərəfli və qərəzli yanaşılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

28. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2023 saylı 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2245/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş; iş üzrə yeni qətnamə qəbul edilmiş; iddia rədd edilmişdir. 29.Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

30.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2065/2023 saylı 23 may 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-885/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş; iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. 31.Belə ki, məhkəmə kollegiyası apellyasiya instansiyasının mövqeyini işin müəyyən edilmiş halları baxımından əsaslı hesab etməmişdir. 32.Qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halına görə təmsil edilən iddiaçı və nümayəndəsi Cavabdeh2, etibarnamə verilənə qədər bir-birini tanımayıblar. Əmlakın, xüsusilə də daşınmaz əmlakın qiyməti satıcı və alıcı üçün mühüm əhəmiyyət daşıyır. Alqı-satqı predmeti olmuş əmlakın 0,50 ha torpaq sahəsi və üzərindəki istehsalat müəssisəsi olması işin mübahisə olunmayan halı kimi müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi mülkiyyətçinin (iddiaçının) öz əmlakını satmağı və ona çatmalı olan pulu almağı ağlabatan mühakiməyə görə tanımadığı şəxsə etibar etməməli olmamasına istinad etsə də, nə iddiaçının, nə də təmsil edən Cavabdeh2 birbirini tanımamasına və bundan çıxış edərək əmlakın alqı-satqısı ilə bağlı şərtlərin, o cümlədən əmlakın satış dəyərinin onların özləri tərəfindən qarşılıqlı razılıq əsasında müəyyən edilməməsinə qiymət verməmişdir. Əmlakın satılması barədə yalnız iradə ifadəsinin olması analoji mübahisələrdə yeganə şərt deyil, bu qəbil işlərdə həm də əmlakın qiyməti ilə bağlı şərt də iradə ifadəsi ilə əhatə olunur. Apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının əmlakı satmaq niyyəti olmasına və təmsilçi R.Əfənidyevin də bu niyyətdən çıxış edərək əmlakı satmasına istinad etsə də, iddiaçının satmaq istədiyi əmlakı hansı qiymətə satmasına yönələn iradə ifadəsinə əhəmiyyət verməmişdir. 33.Halbuki işdə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş qiymətləndirmə rəyinə uyğun olaraq əmlakın rəyin verildiyi tarixə bazar dəyəri 2.550.000 manat, Cavabdeh1, vəkilinin sifarişi ilə təqdim edilən qiymətləndirmə rəyinə əsasən bazar dəyəri, 270.000 manat, likvid dəyəri 216.000 manatdır. Lakin bir neçə istehsal sahəsindən ibarət olan həmin əmlak alqı-satqı müqaviləsinə əsasən 160.000 manata satılıb. 34.İşin müəyyən edilmiş hallarından təmsilçi olan Cavabdeh2 iddiaçının (təmsil edilənin) adından satdığı əmlaka baxş keçirməsi, həmin əmlakın nədən ibarət olması, onun həqiqi dəyəri barədə məlumatlı olması da görünmür. Belə olan halda, Cavabdeh2 görmədiyi əmlakın dəyərini iddiaçı ilə razılaşdırıb-razılaşdırmamasına, əmlaka hansı meyarlar əsasında, kimin göstərişi ilə qiymət qoymasına aydınlıq gətirilmədən yalnız iddiaçının əmlakı satmaq niyyəti olmasına və təmsilçi R.Əfənidyevin də bu niyyətdən çıxış edərək əmlakı satmasına istinad edilməsi işə formal yanaşmanı göstərir. 35.Görünüyü kimi, qanunvercilik əqdin mübahisələndirilməsinin bir əsası kimi də bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsini nəzərdə tutub. İşin qeyd edilən halları göstərir ki, iddiaçının onu təmsil edən Cavabdeh2 əmlakı onun dəyərindən xeyli aşağı qiymətə satması barədə dəlillərinə Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir. 36.Nəzərə alınsa ki, iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh2 iddiaçıya məxsus əmlakı sonuncunun dediyinə görə xeyli aşağı qiymətə digər Cavabdeh1 satıb, belə olan halda, etibarnamə verən iddiaçının etibarnamə verərkən həmin əmlakın qiyməti ilə bağlı həqiqi iradə ifadəsinin nəyə yönəlməsinin müəyyən edilməsi mübahisənin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 37.Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının qeyd edilən etibarnamə ilə Cavabdeh2 hansı şərtlərlə əqdi bağlamaq barədə iradə ifadəsinin olmasını müəyyən etmədən iddianı rədd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddiaçılar tərəfindən şahidlər dindirilsə də, apellyasiya instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə qiymət verməmiş, şahid ifadələrini nəyə görə qəbul etməməsini də əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Göründüyü kimi, hazırki iddia üzrə işin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında əks olunan hüquqi mövqe baxımından qiymətləndirilməyib. 38.Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 vicdanlı alıcı olaraq, ona münasibtədə Mülki Məcəllənin 140-cı madddəsinə uyğun olaraq reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını qeyd etmişdir. Halbuki, əmlak birbaşa mülkiyyətçisinin adından satıldığı üçün reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının, başqa sözlə vicdanlı əldə edilənlik halının hazırki işə tətbiqi istisna edilir. Qeyd edilməlidir ki, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əldə edən üçüncü şəxslərin hüquq və mənafelərinin müdafiəsinə yönələn institutdir. 39.Həmçinin qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına görə Cavabdeh1 da aldığı əmlaka baxış keçirməsi, onun hansı əmlakı almaq istəməsi barədə məlumatlı olması, aldıqdan sonra da əmlaka yiyələnməsi görünmür. Qeyd edilən hallar baxımından Cavabdeh1 təmsilçi vasitəsilə əldə etdiyi əmlakla bağlı lazımi ehtiyatlılıq nümayiş etdiribe tdirməməsinə də qiymət verilməyib. Buna görə də əqdin Cavabdeh1 münasibətdə də bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi məsələsi açıq qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 41.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. 42.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. 43.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 45.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 47.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

48.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 49.337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 50.337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 51.337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 52.339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 53.339.2-cü maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 54.339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 55.359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 56.359.3-cü maddəsinə əsasən, əmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 57.362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 58.364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 59.364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 60.567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 61.646.1 və 646.2-ci maddələrinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 62.778.1-ci maddəsinə görə də vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

63.“M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında da belə bir hüquqi mövqe əks olunub ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

64.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

65. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

67. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, özünə məxsus əmlakı 2.500.000 manata satmaq niyyətində olmuş, bu məqsədlə adından Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlanmasında onu təmsil etmək səlahiyyətini etibarnamə ilə vermiş, bununla belə onu şəxsən tanımadığını qeyd etmiş, Cavabdeh2 adına etibarnaməni digər Cavabdeh3 xahişi ilə vermişdir.

68. Müqavilə bağlandıqdan sonra isə ona məlum olmuşdur ki, Cavabdeh3 onun adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürmüş, həmin borcun müqabilində də 3.000.000 manatdan artıq dəyəri olan əmlak ilə bağlı sənədlərin ondan alınıb özünə təqdim edilməsinə nail olmuşdur. Rəşad adlı şəxs isə Cavabdeh3 verdiyi 130.000 manat borcu üzərinə faiz də əlavə etməklə əmlakı 160.000 manat məbləğində dəyərləndirmiş və sonuncunun aldığı borcun zamanəti kimi də bu əmlakı Cavabdeh1 adlı yaxın qohumunun adına özgəninkiləşdirmiş, bununla da yüksək dəyəri olan əmlakının mənimsənilməsinə şərait yaratmışdır.

69. İddianın qanuni əsası kimi iddiaçı Mülki Məcəllənin 340.1-ci və 340.2-ci maddəsinə istinad etmişdir.

70. İşə baxmış birinci instansiya məhkəməsi Mülki Məcəllənin 339.1-ci maddəsinə istinadən mübahisəli əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələrinin mövcud olduğunu, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etdiyini və iddiaçının ilkin niyyətinin əmlakı 2,5 milyon manata satmağa razılıq verdiyini, həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəyləri ilə əmlakın dəyərindən aşağı qiymətə satıldığını, Cavabdeh2 və Cavabdeh3 mübahisəli alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getdiyi və hazıradək qayıtmadıqlarını, satışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulun da iddiaçıya verildiyini cavabdeh tərəfin sübuta yetirə bilmədiyini qeyd etmişdir.

71. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqdin bağlaması ilə nəticələnmişdir. Yəni tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyindən və bu hallar iddiaçıya alqısatqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğundan, irəli sürülmüş iddia tələbini əsaslı hesab edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin (aldatma nəticəsində bağlanmış əqd olaraq) etibarsız olması nəticəsinə gəlmişdir.

72. İş materiallarından da göründüyü kimi, Cavabdeh2 etibarnamə əsasında iddiaçının adından çıxış edərək, sonuncuya məxsus olan ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni və ümumi sahəsi 0,50 ha olan torpaq sahəsini xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı 4Ə- 546 saylı nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 160.000 manata satmış, müqavilə buna səlahiyyəti olan təmsilçi vasitəsilə bağlanılmış, müqavilə bağlanan günü iddiaçının arvadının əmlakın satılmasına etiraz etmədiyi barədə ərizəsi alınmışıdır.

73. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

74. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən edilmiş halların Mülki Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş əsasla (əqdin bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması) yoxlanılmasına dair göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçının istinad etdiyi halların iddia ərizəsində göstərilən Mülki Məcəllənin 340.1-ci və 340.2-ci maddələrinə əsasən dəyərləndirilməsinə zərurət qalmayıb.

75. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsi ilə əqdin təmsilçi vasitəsilə də bağlanması mümkünlüyü təsbit edilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Ona görə də bu kateqoriyadan olan işlərə baxılarkən, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına və əqdlərin bağlanmasını mümkün edən hansı şərtləri müyyən etməsinə yönələn iradə ifadəsi olmasıdır.

76. İddiaçı etibarnamənin verildiyi, həmin etibarnamə verilən zaman onun xüsusi mülkiyyətində olan ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m olan «əmlak kompleksi»ni altındakı torpaq sahəsi ilə satmaq niyyətində olduğu, etibarnaməni də Cavabdeh2 məhz bu məqsəd ilə verdiyi faktlarını qəbul etmişdir. Yəni həmin etibarnaməni verməsində məqsədi mübahisəli əmlakı əvəzli qayadada özgəninkiləşdirmək niyyətindən ibarət olmuşdur.

77. Lakin, o özünə məxsus əmlakı 2.500.000 manat məbləğində dəyərləndirmiş, əmlakı məhz bu məbləğə satmaq istəmiş, bu barədə Cavabdeh3 və qardaşını məlumatlandırmış, etibarnamə verdiyi Cavabdeh2 da şəxsən tanımadığını qeyd etmişdir. Müqavilə bağlandıqdan sonra isə Cavabdeh3 onun adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürdüyü, 3.000.000 manatdan artıq dəyəri olan əmlakının cavabdehlər tərəfindən 160.000 manat məbləğində dəyərləndirildiyi (130.000 manat borcu üzərinə faiz də əlavə etməklə), Cavabdeh3 Cavabdeh2 aldığı həmin borcun zamanəti kimi də bu əmlakı Cavabdeh1 adlı yaxın qohumunun adına özgəninkiləşdirdiyindən xəbər tutumuşdur.

78. İstinad etdiyi halları iddiaçı şahid qismində dindirilmiş qardaşı, qardaşının dostu və sahib olduğu müəssisənin əvvəlki icraçı direktorunun ifadələri, habelə mübahisəli əmlakın qiymətinin 2.500.000 manat məbləğində olmasını müəyyən edən "xxxx" MMC-nin apardığı qiymətləndirmənin nəticəsinə əsaslanaraq sübuta yetirməyə çalışmışdır.

79. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339cu maddələri).

80. Göründüyü kimi başqasının əşyasına sərəncam verilərkən mülkiyyətçinin buna razılığının olması, habelə təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlməməsi belə şərtlərdəndir. Ona görə də həmin şərtlərin pozulması nəticəsində bağlanmış əqdin etibarsızlığı qanunda nəzərdə tutulmuşdur.

81. Mülki Məcəllənin 339.1 və 358-ci maddələrinə əsasən, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Bu qaydaların məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən səlahiyyəti olmadan, yaxud verilmiş səlahiyyəti aşaraq, habelə qarşı tərəflə razılığa gələrək öz xeyrinə müqavilə bağladıqda təmsil olunanın deyil, təmsilçinin mənafeyi qanuna zidd şəkildə təmin edilmiş olur. Belə olan halda isə təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür.

82. Halbuki, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirməsi, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməsidir. Təmsilçi, təmsil etdiyi şəxsin adından onun mənafeyi üçün hərəkət etməlidir. Odur ki, təmsil olunanın adından bağlanmış əqdin etibarsızlığına dair işə baxılarkən təmsilçinin müvafiq müqavilənin bağlanmasına dair lazımi səlahiyyətlərə malik olub-olmaması, əgər bu barədə etibarnamə varsa, oradakı səlahiyyətlər verilərkən təmsil olunanın niyyəti, bu niyyətin mübahisəli əmlakın özgəninkiləşdirilməsini əhatə edib-etmədiyi (zəruri olduqda etibarnamədəki iradə bəyanı təfsir edilməklə), etibarnamədən təmsil olunanın, yoxsa təmsilçinin özünün mənafeyinə istifadə olunması, əqd bağlanarkən təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlib-gəlməməsi tam və hərtərəfli yoxlanılmalı, nəticəsindən asılı olaraq mübahisə həll edilməlidir.

83. Kollegiya qeyd edir ki, bir şəxsin bütün əmlakının idarə olunması və ona hər cür sərəncam verilməsi haqqında səlahiyyətləri nəzərdə tutan (ümumi) etibarnamənin mövcudluğu yuxarıda qeyd olunan halların araşdırılmasını istisna etmir. Əks mövqe məsələyə formal yanaşılmasına, nəticə etibarilə təmsil olunanın haqlı mənafelərinin məhkəmədə təmin olunmamasına gətirib çıxara bilər. Odur ki, təmsil səlahiyyətinin yoxluğuna və ya bundan pis niyyətlə istifadə edilməsinə görə əqdin etibarsızlığı barədə məsələ hər bir işin konkret hallarından asılı olaraq həll edilməlidir.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da anoloji mübahisəyə dair Q.İbadovun şikayəti üzrə 7 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, “İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.

85. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu vacibdir.

86. İşdə olan materiallara əsaslanan məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iddiaçının irəli sürdüyü dəlillər – mübahisəli əmlakın 2.500.000 manata satılmalı olduğu, əmlakın onun razılığı olmadan satıldığı, cavabdehlərin onun müəyyən etdiyi şərtə əməl etməməklə onu aldatdıqlarını və s. yuxarıda göstərilən sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

87. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi zamanı şahid ifadələrinə qiymət verərkən məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçının qardaşının, sonuncunun dostunun və mülkiyyətçisi olduğu müəssisəsinin icraçı direktorunun cavabdehlərlə olan gərgin, iddiaçı ilə olan səmimi münasibətlərindən dolayı şahid kimi ifadələrinin qərəzli olması ehtimalı yüksəkdir. Ona görə məhkəmə kollegiyası qeyd olunan şahid ifadələrinə tənqidi yanaşmaqla, mötəbər sübut olaraq qəbul edilməməsi qənaətinə gəlir.

88. Bundan başqa iş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən əmlak kompleksinin qiyməti 2.500.000 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən - 270.000 manat (bazar dəyəri), 216.000 manat (likvid dəyəri); "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən - 250.000 manat (bazar dəyəri), 199.000 manat (likvid dəyəri) məbləğində müəyyən olunmuşdur.

89. Məhkəmə kollegiyası bir iş üzrə eyni daşınmaz əmlaka dair bir-birindən kəskin fərqlənən üç rəyin olmasını nəzərə almış, bu fərqin aradan qaldırılması üçün təkrar ekspertiza təyin olunmasını tərəflərin iştirakı ilə müzakirə etmişdir. Belə ki, məhkəmə kollegiyası mübahisəli əmlakın müqavilə bağlanan zaman bazar dəyərini müəyyən etmək məqsədilə ekspertizanın təyin edilməsini labüd hesab etmişdir.

90. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7403- 9/7720/2024 nömrəli 3 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1i ünvanında yerləşən sahəsi 363,5 kv.m olan əmlak kompleksinin müqavilə bağlanan zaman mövcud olan bazar qiymətinin təqribən 92.700,0 manat məbləğində; xx.xx.2021-ci il tarixli, AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1i ünvanında yerləşən 0,50 ha topaq sahəsinin müqavilə bağlanan zaman mövcud olan bazar qiymətinin təqribən 79.000,0 manat məbləğində olduğu müəyyən edilmişdir.

91. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

92. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin iş üzrə tərtib olunmuş rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, 3-16-16/2- 10/7403-9/7720/2024 nömrəli 3 aprel 2025-ci il tarixli rəyin məzmunu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2022-ci tarixli qiymətləndirmə rəylərinin məzmununa uyğundur, bu nəticələrin arasında yaranmış nisbi fərq isə, mübahisəli əmlakın bazar dəyərinin müqavilə bağlanan zaman əmlakın mövcud olmuş orta bazar qiymətlərinə əsasən deyil, qiymətləndirmə rəylərinin tərtib olunan zaman mövcud olmuş orta bazar qiymətlərinə əsasən yoxlanılması və bunun nəticəsində daşınmaz əmlak bazarında qiymətlərində baş verən artım ilə əlaqəlidir.

93. Həmçinin tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasının pandemiya dövrünə düşdüyü, COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar daşınmaz əmlak bazarında aktivliyin aşağı düşdüyü, həmin dövrün daşınmaz əmlakla bağlı əməliyyatlar üçün əlverişli vaxt olmadığı, iddiaçının özünün bildirdiyinə görə pula ehtiyacı olduğu üçün özünə məxsus əmlakı tezliklə satmaq niyyətində olduğu nəzərə alınmalıdır.

94. Qeyd edilənlərdən əsasən də məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən əmlak kompleksinin qiymətinin 2.500.000 manat məbləğində olması barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin digər üç rəydən kəskin formada fərqləndiyi və faktiki olaraq həqiqəti əks etdirmədiyi üçün əsaslı olmadığı qənaətinə gəlmək mümkündür.

95. Bu səbəbdən Cavabdeh1 əmlakı alan zaman əraziyə baxış keçirdiyi, əmlakın nədən ibarət olduğunu bildiyi və iddiaçının faktiki istifadəsində olan 2,868 ha torpaq sahəsindən yalnız 0,5 ha torpaq sahəsi və onun üzərində olan əmlak kompleksini (qurğular istisna olmaqla), təklif olunan məbləğə uyğun olduğu üçün əldə etdiyi barədə izahatı inandırıcı gəlir.

96. Belə ki, iddiaçının sahibliyində olan digər tikililəri və həmin tikililərin altında olan torpaq sahəsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmamışdır. İddiaçının adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan da görünür ki, beton istehsal edən qurğu, daş qıran qurğu, asfalt istehsal edən qurğu və s., yəni dörd növ istehsalat sahəsi, o cümlədən altında olan torpaq sahəsi (0,1449 ha), habelə sərbəst torpaq sahəsi (2,431 ha) iddiaçının sahibliyində və istifadəsində qalmışdır.

97. Göründüyü kimi baxılan işdə alqı-satqı müqaviləsinin bağlanmasında adından iştirak etmək üçün xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnamənin iddiaçı tərəfindən Cavabdeh2 verildiyi, mübahisəli 0,50 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksinin əvəzli əqdlə (alqı-satqı müqaviləsi ilə) özgəninkiləşdirilməsinin iddiaçının arzu etdiyi hüquqi nəticə olduğu, müqavilə bağlanan günü arvadının razılığının da rəsmi şəkildə alındığı, deməli iddiaçının müqavilənin bağlanmasından məlumatlı olduğu müəyyən edilmişdir.

98. Bundan başqa işdə olan sübutlara əsasən müəyyən edilir ki, satış tarixində əmlakın bazar dəyəri ilə müqavilədəki dəyəri uyğun olmuşdur. Əmlakın satılmasından umulan faydanın iddiaçının istinad etdyi kimi 2.500.000 manat məbləğində olmasının ağlabatan olmadığı aşkardır. İddiaçının ona məxsus əmlakın əslində niyyətində tutduğu qiymətdən dəfələrlə aşağı qiymətə satıldığına, bununla da aldadıldığına dair dəlillərin əsaslı olmasını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

99. İddiaçı ilə nümayəndəsi olan Cavabdeh2 etibarnamə verilənə qədər bir-birini tanımaması da iddiaçıya özünün iddia ərizəsində təsdiq etdiyi kimi qardaşının dostu olan Cavabdeh3 daha sonra isə Cavabdeh2 şüurlu sürətdə adından özünə məxsus əmlakı özgəninkiləşdirmək üçün etibarnamə verməsinə maneçilik törətməmiş, belə olan halda da iddiaçının iddia ərizəsində bu dəlilə istinad etməsi onun qanunvericiliklə verilən hüquqlardan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.

100. Bundan başqa məhkəmə kollegiyası iddiaçı ilə Cavabdeh2 arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olduğu qənaətinə gələrək qeyd etməyi zəruri sayır ki, tapşırıq müqaviləsinin lazımi qaydada yerinə yetirilmədiyini sübut etmək vəzifəsi vəkalət verənin, hazırkı halda iddiaçının üzərinə düşür. O, vəkalət alanın tapşırığı düzgün yerinə yetirmədiyini və ya tam yerinə yetirmədiyini, bunun nəticəsində zərərə uğradığını və s. təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.

101. Beləliklə, iddiaçı sübuta yetirməli idi ki, müqavilənin bağlanmasında onu təmsil edən cavabdeh etibarnamə verilən zaman ona ötürülmüş səlahiyyətlərə zidd olaraq və ya bu səlahiyyətləri aşaraq, həm də yalnız şəxsi maraqlarına uyğun şəkildə digər tərəflə razılığa gəlmişdir.

102. Göründüyü kimi həmin halların (Cavabdeh3 Cavabdeh2 faizlə 130.000 manat məbləğində borc pul götürdüyü, həmin borcun müqabilində də iddiaçıya məxsus əmlakı 160.000 manat məbləğində dəyərləndirdiyi və Cavabdeh1 adlı yaxın qohumunun adına borcun əvəzinə özgəninkiləşdirildiyi) mövcudluğunun işdə olan sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır.

103. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi əqdin etibarsız hesab edilməsi ilə yalnız o halda nəticələnə bilər ki, həmin razılaşma ilə təmsil olunan üçün mənfi nəticələr yaranmış olsun, o, zərərə düşmüş olsun. Əqdin bağlanması nəticəsində təmsil olunan üçün mənfi nəticələrin baş verməməsi isə onun nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi halının öz təsdiqini tapdığı təqdirdə belə əqdin etibarsız hesab edilməsi istisna edilir (mübahisəli əmlakın bazar dəyəri müqavilə bağlanan zaman əmlakın mövcud olmuş orta bazar qiymətlərinə uyğun olmuşdur).

104. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

105. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (Nümayəndə3anın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

106. Göründüyü kimi işdə olan sübutlara əsasən mübahisə predmeti olan alqısatqı müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatlarının qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi, təmsil edilənin-iddiaçının iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olduğu, əqdin bağlanmasında iştirak edən nümayəndənin səlahiyyətli olduğu, əmlakın müqavilə bağlanan zaman mövcud olmuş bazar dəyərinə uyğun şəkildə satıldığı, həmin məbləğin xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 tərəfindən notariusun depozit hesabına köçürüldüyü müəyyən edilmişdir. Müqavilə iddiaçının iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin bağlanması halları olmamışdır.

107. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən isə yuxarıda sadalanan bu hallar nəzərə alınmamış, cavabdehlərin etirazlarının əsaslandırdığı halları müvafiq maddi hüquq normalarının tələblərinə riayət edilməklə lazımi qaydada qiymətləndirilməmişdir. Halbuki iddiaçının işdə olan sənədlərə əsasən, müqavilənin bağlanmasından məlumatsız olduğu, müqavilə bağlanan zaman aldadıldığı və s. barədə dəlillər öz təsdiqini tapmamışdır.

108. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir.

109. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

110. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar