Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8455/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)-4892/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kv.m olan qeyri-yaşayış sahəsinə tikintiyə iddiaçının mülkiyyət hüququnun tanınması və buna dair çıxarışın (şəhadətnamənin) verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisaiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqlşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480.8 kv.m olan 3 mərtəbəli qeyr-yaşayış sahəsinin tikintisi üçün xərclədiyi 471.500 manat pul və əlavə xərclər 128.500 manat məbləğində pul da nəzərə alınmaqla cəmi 600.000 (altı yüz min) manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi faktiki sahəsi 520 kv.m. olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığındakı X3 cavabdeh İddiaçı hesabına boşaldılması və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması və həmin qeyri-yaşayış sahələrinə istifadə və sahibliklə bağlı cavabdeh İddiaçı tərəfindən olan maneələrin aradan qaldırılması, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 520 kv.m. olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X3 2019-cu ilin dekabr ayından 2022-ci ilin sentyabr ayına qədər icarəyə verilməsindən əldə olunmuş 330.000 manat pul vəsaitinin, həmçinin 2022-ci ilin sentyabr ayından etibarən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 520 kv.m. olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasmm 3-5 metr yaxınlığında yerləşən X2rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləği cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)- 4892/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin həmin qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia ərizəsi ona 2022-ci ilin sentyabr ayının ortalarında təqdim edilmiş və o da qarşılıqlı iddianı xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Eləcə də hesab edir ki, verilmiş qarşılıqlı iddia ilk iddianın qarşılıqlı ödənilməsinə yönəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(011)- 4892/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)-4892/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə, yəni iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilməli, bu müddət keçdikdən sonra qarşılıqlı iddia ərizəsi o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsi əsası ilə isə qeyd olunan müddətin keçməsindən sonra qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbinin mahiyyətindən göründüyü kimi, həmin tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmasından ibarət deyil. Belə ki, iş materiallarından göründüyü kimi, ilkin iddia tələbi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480.8 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı olduğu halda, qarşılıqlı iddia ərizəsində göstərilən tələblər həmin qeyri-yaşayış sahəsi ilə yanaşı eyni zamanda Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığındakı X4 ilə bağlıdır. Bu hal isə ilkin və qarşılıqlı iddia tələbləri arasındakı əlaqəni istisna edir. Eləcə də Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)-4892/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)-4892/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-8455/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8455/2022
26.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver