Məhkəmə qərarları › İş №2(103)-8504/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8504/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8504/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 3593/2020 nömrəli qərardadından cavabdeh “xxxxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Suliddin qızı cavabdehlər Olypus Park MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “söküntü işlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə cavabdehlər “Cavabdeh2" MMC və “Cavabdeh1" MMC tərəfindən ünvan 1 və 4 ünvanlarında bütün mülkiyyətçilərin razılığını almadan söküntü işlərin aparılmasının qanunsuz hesab edilməsi, maddi zərərin əvəzi olaraq birgə cavabdehlər “Cavabdeh2“ MMC və “Cavabdeh1" MMC-dən 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq birgə iddiaçılar- İddiaçı1, İddiaçı2 və X2 ödənilməsi, mənəvi zərərin əvəzi olaraq birgə cavabdehlər “Cavabdeh2“ MMC və “Cavabdeh1" MMC-dən 5.000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı-İddiaçı1 ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdah birgə cavabdehlər “xxxxxx“ MMC və “Cavabdeh1" MMC-dən 5.000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı- İddiaçı2 qızına ödənilməsi, mənəvi zərərin əvəzi olaraq birgə cavabdehlər “Cavabdeh2" MMC və “Cavabdeh1" MMC-dən 5.000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı- İddiaçı3 Suliddin qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı1 məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, mülki işə baxılıb mahiyyəti üzrə həll edilənədək, ünvan 1 və 4 ünvanlarında söküntü, tikinti və digər hər hansı işlərinin aparılmasının birgə cavabdehlər "Cavabdeh2" MMC və "Cavabdeh1" MMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 3593/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehlər "Cavabdeh2" MMC və "Cavabdeh1" MMC tərəfindən ünvan 2 ünvanında aparılan söküntü şləri dayandırılması qərara alınmışdır. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-3593/2020 nömrəli qərardadının ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir Şikayəti onunla əslandırmışdır ki, Dövlət lahiyyəsini həyata keçiriməsi həvalə edilmniş Cavabdeh2 MMc-nbin fəaliyyətinə məhdudiyyətlər qoyulması, son nəticədə Cəmiyyətin ümumilikdə fəaliyyətinin dayanmasına və cəmiyyətə böyük maddi zərər yetirilməsinə səbəb olmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3593/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, paylı mülkiyyət üzrə 1/5 hissədə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 4 saylı evin, 19 saylı mənzilinə X3, X1 və X4 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda onların paylarına münasibətdə mülkiyyətindədir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-8504/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar