Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8512/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Vaqif oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ipoteka predmetinə tutma yönəldilməsi, açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-4905/2011 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4905/2011 saylı 26.12.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Vaqif oğlundan İddiaçı ASC-nin xeyrinə cəmi 56639,22 manat məbləğində pulun tutulması, tutmanın mülkiyyət hüququ əsasında Cavabdeh1 Vaqif oğluna məxsus olan Bakı şəhəri, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,0331 ha torpaq sahəsində yerləşən 157 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində 56,4 kv.m ümumi, 43,4 yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, Bakı şəhəri, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,0331 ha torpaq sahəsində yerləşən 157 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində 56,4 kv.m ümumi, 43,4 yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,0331 ha torpaq sahəsində yerləşən 157 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində 56,4 kv.m ümumi, 43,4 yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil açıq hərracda satıldıqdan bir ay müddətində cavabdehlərin həmin mənzili tərk etmələri, Cavabdeh1 Vaqif oğlundan İddiaçı ASC-nin xeyrinə 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdeh2 qətnamədən 12.03.2021-ci il tarixində apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəni onunla əsaslandırmışdır ki, qətnamədən məlumatı olmayıb, 2012-ci ildən 2018-ci ilə kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı CMdə olmuş və qətnaməni rəsmi olaraq Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən rəsmi müraciət edərək poçt vasitəsi ilə faktiki yaşadığı Səbail rayonu, ünvan 1 ünvanda yaşamır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-4905/2011 saylı qərardadı ilə ərizə təmin edilməmiş, həmin cavabdehə münasibətdə apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş, Cavabdeh2 verdiyi apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin qərardad qanuni qüvvəsini aldıqdan sonra həmin cavabdehə geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh2 qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş, məhkəmənin 22.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, qətnamə icra olunaraq, mənzil bankın balansına keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə belə qəanətə gəlmişdir ki, geridə qalmış on il müddəti ərzində hazırki iş üzrə 2011-ci ildə çıxarılmış qətnamədən cavabdehin məlumatının olmaması inandırıcı deyil, həmin qətnamə 06.02.2012-ci il tarixində müvafiq dövlət orqanı tərəfindən icra olunarkən bu haldan cavabdehlərin məlumatlı olmuşdur. Cavabdeh2 qətnamənin qəbulundan və icra edilməsi vaxtından 10 il müddət keçdikdən sonra apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsi üçün heç bir hal müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Qətnamə 2011-ci ildə qəbul edilib və cavabdehlərin ünvanına da göndərilmişdir, Cavabdeh2 isə 2012-ci il tarixdən 2018-ci il tarixədək Cəzaçəkmə müəssisəsində olmuşdur, eyni zamanda Cavabdeh2 ailə üzvlərinin də ünvanı eynidir. Göründüyü kimi bu qədər müddət ərzində qətnamədən məlumatlı olmaması barədə qeyd edilənlər inandırıcı və ağlabatan deyildir. Həmçinin, Cavabdeh2 izahatından aydın olur ki, qətnamə artıq icra olunaraq, ipoteka predmeti olan mənzil bank tərəfindən əldə edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-4905/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8512/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8512/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver