Məhkəmə qərarları › İş №2(103)-8534/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8534/2020

17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8534/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Asəf Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və əmlak» tələbinə dair 2(009)-1985/2020 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə pul vəsaiti hesabına alınaraq Cavabdeh mülkiyyətində olan, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən obyektin qarşısında olan torpaq sahəsində quraşdırılmış atraksion, daş pilitələr, uşaq sürüşmə qurğusunun, elektrik və su qurğularının, digər aksesuarların yarı hissəsinin naturada alınaraq onun mülkiyyətinə verilməsi, naturada alınması mümkün olmadıqda, həmin avadanlıqlara və bağın abadlaşdırılmasına çəkilmiş cəmi 122,336,00 manat pul vəsaitinin yarısı, yəni 61168,00 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin, iddianın təminetmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən bağ sahəsində olan attraksion və digər qurğuların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təminetmə tədbirinin görülməsi barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını əsaslandırmamışdır. Şikayətlə məhkəməyə təqdim etdikləri, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2018-ci il tarixli,2(044)-3981/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı iddiası qismən təmin olunaraq, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən, iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kvm ölçüsündə torpaq sahəsinin cavabdehlər İddiaçı və X1 qanunsuz sahibliyindən alınaraq ümumi istifadəyə qaytarılması, həmin ərazidə 4560 kv.m ölçüsündəki torpaq sahəsinin cavabdehlər İddiaçı və X1 hesabına əvvəlki vəziyyətinə gətirilərək torpaq sahəsinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş hasarın cavabdehlər İddiaçı və X1 öz hesablarına sökülməsi, həmin ərazidə 4560 kvm ölçüsündəki torpaq sahəsində yerləşən iddiaçıya məxsus atraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmasıqət edilmişdir. Həmçinin, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2018-ci il tarixli, 2(044)-3981/2018 saylı qətnaməsinin nəticə hissəsində olan «4560 kvm ölçüsündəki torpaq sahəsinin cavabdehlər İddiaçı və X1 hesabına əvvəlki vəziyyətinə gətirilərək» hissəsinə - mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlər İddiaçı və X1 hesabına sökülərək ərazidən daşınması və cavabdehlər tərəfindən sökülmüş iddiaçıya məxsus atraksionun əvvəlki yerinə cavabdehlər İddiaçı və X1 hesabına bərpa edilməsi kimi izah verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2018-ci il tarixli, 2(044)-3981/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0.0302 ha torpaq sahəsində yerləşən və iddiaçı Cavabdeh Elənifə oğlunun xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kv.m ölçüsündə torpaq sahəsi Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin razılığı ilə iddiaçı Cavabdeh tərəfindən 2011-ci ildə öz vəsaiti hesabına abadlaşdırılmış ümumi istifadədə olan torpaq sahəsidir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2018-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri Nizami rayonu, V.Xuluflu küçəsi, Şah sarayı şadlıq evinin qarşısında yerləşən 1930,0 kvm torpaq sahəsində X3 tərəfindən iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş, inşaat pasportunun hazırlanmasının təmin edilməsi Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə tapşırılmış, sərəncamın inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olması, layihələndirmə başa çatdırıldıqdan müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunması sifarişçinin nəzərinə çatdırılmış, lakin sərəncamın yalnız layihələndirmə üçün əsas olması, layihələndirmə başa çatdırıldıqdan müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunmasının sifarişçinin nəzərinə çatdırılmasına baxmayaraq cavabdehlər İddiaçı və X4 mübahisəli torpaq sahəsini qanunsuz olaraq hasara alıb üzərində tikintisöküntü işləri aparmış, bu zaman iddiaçı tərəfindən abadlaşdırılmış torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, torpaq sahəsində iddiaçı tərəfindən quraşdırılmış atraksionu sökmüşlər, aparılmış abadlıq işlərinə zərər vurmuşlar. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2018-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2018-ci il tarixli sərəncamı ləğv edildikdən sonra isə cavabdehlər torpaq sahəsinin ətrafına qanunsuz olaraq çəkdikləri hasarın bir hissəsini sökmüş, iddiaçı tərəfindən abadlaşdırılmış mübahisəli torpaq sahəsində sökdükləri daş döşəmənin bir hissəsini yenidən döşəyərək bərpa etmişlər. Lakin, hasarın qalan hisəssini sökməmiş, sökdükləri atraksionu yerinə bərpa etməmişlər. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən öz vəsaiti hesabına əldə edilərək yerləşdirilmiş, bu səbəbdən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan atraksionlar, avadanlıqlar, elektrik və suvarma qurğuları cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki iş üzrə toplanmış sadalanan sübutların məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilməsi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0.0302 ha torpaq sahəsində yerləşən və iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyriyaşayış binasının ətrafındakı 4560 kv.m ölçüsündə torpaq sahəsi Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin razılığı ilə iddiaçı Cavabdeh tərəfindən 20111-ci ildə öz vəsaiti hesabına abadlaşdırılmış ümumi istifadədə olan torpaq sahəsidir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2018-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri Nizami rayonuV.Xuluflu küçəsi, Şah sarayı şadlıq evinin qarşısında yerləşən 1930,0 kvm torpaq sahəsində X3 tərəfindən iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş, inşaat pasportunun hazırlanmasının təmin edilməsi Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə tapşırılmış, sərəncamın inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olması, layihələndirmə başa çatdırıldıqdan müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunması sifarişçinin nəzərinə çatdırılmış, lakin sərəncamın yalnız layihələndirmə üçün əsas olması, layihələndirmə başa çatdırıldıqdan müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunmasının sifarişçinin nəzərinə çatdırılmasına baxmayaraq cavabdehlər İddiaçı və X4 mübahisəli torpaq sahəsini qanunsuz olaraq hasara alıb üzərində tikinti-söküntü işləri aparmış, bu zaman iddiaçı tərəfindən abadlaşdırılmış torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, torpaq sahəsində iddiaçı tərəfindən quraşdırılmış atraksionu sökmüşlər, aparılmış abadlıq işlərinə zərər vurmuşlar. Bundan başqa, məhkəmə cavabdehə məxsus həmin əmlakların üzərinə nəyə görə həbs qoyulmalı olduğunu qərardadda əsaslandırmamışdır. Əgər məhkəmə həmin əmlakların gələcəkdə iddia təmin olunarsa, tələb olunan pulun və ya əmlakların əvəzində alınıb, satılıb dəyərinin iddiaçıya ödənilməli olması əsası ilə onların üzərinə həbs qoyulmasını qərara almışdırsa, onda bu nəticəyə necə və nəyin əsasında gəldiyini qərardadında əsaslandırmamışdır ki, bu da qanunsuzdur. Digər tərəfdən, məhkəmə digər qurğuların nədən ibarət olduğunu müəyyən etmədən Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində olan digər qurğuların üzərinə, həmin qurğuların nədən ibarət olmasını və kimə məxsus olmasını aydınlaşdırmadan həbs qoymuşdur ki, bu da qanunsuz olmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri cavabdehə qadağan etmək barədə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Baxılan iş üzrə iddiaçı tələbini təmin etmə tədbiri qismində əmlak üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Halbuki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(044)-3981/2018 saylı qətnaməsi ilə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan 1-ci mərtəbə və zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kv.m ölçüsündə torpaq sahəsinin, habelə torpaq sahəsindəki atraksionların, aksessuarların, avadanlıqların, elektrik və suvarma qurğularının İddiaçı və X1 qanunsuz sahibliyindən alınaraq qaytarılması qət edilmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı və X1 qanunsuz sahibliyindən alınaraq Cavabdeh qaytarılmalı olan atraksion və digər əmlakların üzərinə hazırda mübahisələndirilən qərardadla həbs qoyulması həmin məhkəmə qətnaməsinin icrasını qeyri mümkün edir, həmçinin mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət kəsb edir. Belə olan halda, hazırkı iş üzrə iddianı təmin etmə tədbirinin tətbiqi əsasları mövcud olmadığından şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və əmlak üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1985/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən bağ sahəsində olan attraksion və digər qurğuların üzərinə qoyulmuş həbs götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar