Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-855/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehlərin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Adil qızından 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 116.980,15 ABŞ dolları məbləğində əsas borcun, 69.344,27 ABŞ dolları məbləğində faiz borcun və 6.757,9 ABŞ dolları məbləğində cərimə borcunun, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 197.356,07 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsümünün, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsümünün və 20 manat xidmət haqqının tutulması, həmin tutulmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilinin hərracdan satışdan sonra əldə olunan vəsaitin hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-168/20) iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 116.980,15 ABŞ dolları məbləğində əsas borc, 69.344,27 ABŞ dolları məbləğində faiz borc və 2000,00 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumillikdə cəmi 192.598,17 ABŞ dolları məbləğində və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsümu və 20 manat xidmət haqqının əvəzinin tutularaq İddiaçı İKB ASC-y ə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 148.800,00 manat müəyyən edilməsi, və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçi Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 oğlu tərəfindən boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilən hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 20 faizlə 48 ay müddətinə 126.227,00 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili 2014-cü ilin 14 oktyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bundan əlavə, Cavabdeh2 ilə 14 oktyabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış və 05 iyul 2019-cu il tarixədək Cavabdeh1 banka həmin kredit müqaviləsi üzrə 116.980.15 ABŞ dolları məbləğində əsas borcu, 69344.27 ABŞ dolları məbləğində faiz borcu və 6757.9 ABŞ dolları məbləğində cərimə borcu, borcun 14.10.2018-ci il tarixdən 05.07.2019-cu il tarixədək gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları olmaqla, cəmi 197.356,07 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda Reyestr orqanına da ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydə alınmışdır. Cavabdeh bildirişə heç bir məhəl qoymamış və borcunu ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, tərəflər arasında kredit müqaviləsi bağlandığı zaman dolların manata olan məzənnəsi 0,78 manat olmuş və sonradan dolların manata olan məzənnəsi qalxdığından, yaranmış kredit borcunun tam olaraq ödənilməsi mümkün olmamışdır. Bundan sonra Cavabdeh1 mənzili satmaq qərarına gəlmiş və bankla razılaşdırıldıqdan sonra mənzili etibarnamə əsasında 2015-ci ilin ortalarında Tofiq Qərənizadə adlı şəxsə vermişlər və tərəflər şərtləşmişlər ki, həmin borc məbləğini məhz o ödəyəcək. Onlar ipoteka predmeti olan mənzilə 148800 manat qiymət müəyyən edilməsi ilə razı deyillər. Həmin mənzilin dəyəri ondan artıq olduğundan, həmin mənzilə aşağı qiymətin müəyyən edilməsi və hərraca bu satış qiyməti ilə çıxarılması gələcəkdə onların üzərinə əlavə vəsaitlərin ödənilməsi vəzifəsi qoyula bilər. Bundan başqa əsas borc, faiz və cərimə ilə də razı deyillər. Müvafiq ekspertiaların təyin edilməsini istəyirlər. Cavabdehlərin nümayəndəsi və vəkili Z.Abbasov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız iddianın təmin edilən hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli, 6-SMEGZ-1-0-2041-14 nömrəli kredit müqaviləsinə əsasən "Bank” tərəfindən “borcalan”a 48 ay müddətinə, illik 20 faiz olmaqla, 126.227,00 ABŞ dolları məbləğində kredit vəsaiti (pul) ayrılmışdır. İddiaçı İKB ASC ilə ipoteka qoyan borcalan Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə ipoteka qoyan ömülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 saylı evin 20-ci mənzilini (ipotka predmetinin bazar dəyəri 120.000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə ozünün, yəni Cavabdeh1 yaranmış öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanılmış 14.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli, 6-SMEGZ-1-0- 2041-14 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına zamin durmuşdur. İddiaçı cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmadığına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən 116.980,15 ABŞ dolları məbləğində əsas borcun, 69.344,27 ABŞ dolları məbləğində faiz borcun və 6.757,9 ABŞ dolları məbləğində cərimə borcun, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumillikdə 197.356,07 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir. İddiaçı borcun mövcudluğunun təsdiqi kimi İddiaçı İKB ASC-nin 05.07. 2019-cu il tarixli maliyyə arayışını təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə bu qənaətə gələrkən məhkəmə baxışının gedişində keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 10.06.2020-ci il tarixli 969 nömrəli rəyini və ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinə dair 08.01.2020-ci il tarixli rəyi nəzərə almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10.06.2020-ci il tarixli 969 nömrəli rəyindən görünür ki, Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli, 6-SMEGZ-1-0-2041-14 nömrəli kredit müqaviləsi üzrə 03.10.2019-cu il tarixə əsas borc üzrə 117.129,11 ABŞ dolları, faiz borcu üzrə 75.04,97 ABŞ dolları borcu vardır. “xxxx” MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 08.01.2020-ci il tarixli rəylə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilin hazırkı bazar qiyməti 148.800,00 (yüz qırx səkkiz min səkkiz yüz) manat təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə görə ipoteka predmetinin ilkin satış qiyməti mütəxəssis və məhkəmə tərəfindən aşağı göstərilmiş, həmçinin kredit üzrə əsas, faiz və cərimə düzgün hesablanmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq işin tam, hərtərəfli, obyektiv araşdırılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarıı təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2020-ci il tarixli, 9/5768 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 14 oktyabr 2018-ci il tarixinə iddiaçıya olan əsas kredit borcu 117 129,11 ABŞ dolları, faiz borcu 69366,46 ABŞ dolları, 14 oktyabr 2018-ci il tarixdən 05 iyul 2019-cu il tarixədək 5% ilə hesablanmış faiz borcu 4245,93 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə cavabdehdən iddia tələbi həcmində 116 980,15 ABŞ dolları məbləğində əsas borc, 69.344,27 ABŞ dolları məbləğində faiz borcu, 2000,00 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda tutulmuşdur ki, bu da ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcu məbləğindən azdır. Bu baxımdan birinci instansiya məhkəməsi borcun tutulmasını iddia tələbi həcmində təmin etməkdə haqlı olmuşdur və iddiaçı qətnaməni mübahisələndirmədiyindən hazırda ekspert rəyini əsas götürməklə borcun yenidən hesablanması cavabdehin mənafeyinə zidd olardı. “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 aprel 2021-ci il tarixli, 27 saylı hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 24 saylı binanın 20 saylı mənzilinin likvid dəyəri 105 000 manat təşkil edir. Birinci instansiya məhkəməsi müvafiq mütəxəssis rəyinə əsaslanaraq mənzilin ilkin satış qiymətinin 148.800,00 manat olması qənaətinə gəlmişdir. Qətnamə bu hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh isə qətnamənin həmin hissəsini ilkin satış qiymətinin aşağı göstərilməsi əsası ilə mübahisələndirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mənzilin ilkin satış qiymətini hazırkı mütəxəssis rəyindən daha artıq müəyyən etmişdir. Cavabdeh tərəf mənzilin dəyərinin 148.800,00 manatdan artıq olduğunu bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qətnaməni ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirmədiyindən, cavabdeh isə qətnaməni həmin hissədə ilkin satış qiymətinin aşağı olması əsası ilə mübahisələndirdiyindən hazırda ilkin satış qiymətinin ekspert rəyi əsasında yenidən müəyyən olunması cavabdehin mənafeyinə uyğun deyil. Göründüyü kimi, cavabdeh tərəf apellyasiya şikayətində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehlərin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 250 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” MMC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Rəşad Həsənov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-855/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-855/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver