Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-857/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "İddiaçı" X8 Təşkilatı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4490/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "İddiaçı" X8 Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, "İddiaçı" X8 Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2015/00042-01 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə xx xxxxx 2018-ci il tarixə 25771.09 ABŞ dolları əsas, faiz borcu üzrə 7846.84 ABŞ dolları, 4240 ABŞ dolları cərimə borcu, cəmi 37857.93 ABŞ dolları, eləcə də dövlət rüsumuna ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "İddiaçı" X8 Təşkiiatı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsindəki 27 C saylı evin 5 saylı mənzilinə yönəldilməsi, həmin evin hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin qeyd olunan pul tələblərinin təmin edilməsi, eyni zamanda ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində həmin əmlakdan əmlakları ilə birlikdə çıxarlıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4490/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "İddiaçı" X8 Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2015/00042-01 saylı kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh "İddiaçı" X8 X2 Cəmiyyətinin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 25771,09 ABŞ dolları əsas kredit borcu, 7846.84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 33717.93 ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsindəki 27 C saylı evin 5 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh "İddiaçı" X8 Təşkilatı ASC-yə olan 33717.93 ABŞ dolları miqdarında borcunun və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(008)-4490/2018 saylı qətnaməsi qismən, yəni "əsas borc, hesablanmış faiz, dəbbə pulunun tutulması, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi" hissəsində ləğv edilməli və iş üzrə iddia tələblərinin həmin hissədə yenidən araşdırılmaqla əsas, faiz və cərimə borcunun qismən təmin edilməsi, əmlakın satış qiymətinin 120000 manat müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddia tələbinin hesablanmış faiz və dəbbə pulu hissəsi ilə bağlı iddia tələbinin həmin hissəsinin də əsassız və qanunsuz olduğunu qeyd etsə də və iddia tələbinin həmin hissəsinin əsassız olmasına dair mövqeyini qeyd etsə də, birinci instansiya məhkəməsi bu hala düzgün qiymət verməmişdir. Belə ki, kredit müqaviləsinə əsasən, bir qayda olaraq bank (kreditor) müəyyən pul məbləğini müəyyən müddətə istifadə etmək üçün borcluya verməyi, sonuncu isə həmin vəsaiti təyinatı üzrə istifadə edib, onu razılaşdırılmış müddətdə geri qaytarmağı və istifadə iiçün təyin olunmuş haqq (faiz) ödəməyi öhdələrinə götürürlər. Kredit öhdəlikləri təminatlı və ya təminatsız olmaqla, sərbəst və ya annuitet qaydada geri qaytarılma xarakteri daşıyır. Sərbəst ödəniş halında borclu hər ay faizləri öləmək şərti ilə əsas borcu kredit müqaviləsinin müddəti bitənədək istənilən vaxt ödəyə bilər. Annuitet ödənişlə götürülmüş kreditlər isə hər ay həm əsas borcun bir hissəsi, həm də həmin vaxta geri qaytarılmamış əsas borc məbləğinə hesablanmış faiz borcunun bərabər hissələrlə aylıq, rüblük və ya başqa qaydada müəyyənləşdirilən dövrü ödənilməsini ehtiva edir. Bankların kreditləri əsasən annuitet qaydada geri qaytarma şərti ilə verməsi daha az riskə məruz qalmaq, borclunun ödəııiş qabiliyyətini vaxtında analiz edərək ödəniş qabiliyyəti olmayan borcludan krediti ləngimədən geri tələb etmək və s. məqsədini güdiir. Ancaq nəzərə almaq lazımdır ki, həm sərbəst, həm də annuitet ödəniş halında faizlər mövcud olan əsas borc qalığına hesablanır və faiz borcunun hesablanması heç də annuitet ödəniş üçün verilmiş ödəmə cədvəlindən asılı deyildir. Məsələn, borclunun hər hansı ayda ödəmə cədvəlində nəzərdə tutulmuş məbləğdən artıq əsas borcundan ödəniş etməsi növbəti aylar üçün ödənilməsi nəzərdə tutulmuş faizlərin azalmasına, az ödəniş etməsi isə faizlərin artmasına səbəb olacaqdır. Başqa sözlə, borclu yalnız özündə saxladığı əsas borc məbləğinə hesablanan faizləri ödəmək öhdəliyi daşıyır ki, onların da vaxtında ödənilməsini təmin etmək məqsədilə kreditor bir qayda olaraq bir sıra məsuliyyət tədbirləri tətbiq edir. Bu tədbirlərə zaminlik, girov (ipoteka), cərimə ya penya şəklində dəbbə pulu, maliyyə sanksiyası şəklində normal faiz dərəcəsinin artırılması və s. aid etmək olar. Ancaq kreditor sonuncu tədbirlərdən yalnız birini seçə bilər. Yəni, kredit müqaviləsində həm dəbbə pulu, həm də normal faiz dərəcəsinin artırılması nəzərdə tutulduğu halda kreditorun seçiminə görə, onlardan yalnız biri tətbiq oluna bilər. Çünki, dəbbə pulu öhdəliyin təminatı qismində çıxış etdiyi halda, normal faiz dərəcəsinin artırılması maliyyə sanksiyası hesab olunur və həmin sanksiya yalnız Mülki Məcəllənin 449.1 -ci maddəsinin dispoziya şərtləri daxilində tətbiq oluna bilər. Azərbaycan Respublikası mülki qanunvericiliyində «normaİ faiz dərəcəsinin artırılmasi) anlayışına rast gəlmək mümkün deyil, ancaq bu hal bank-kredit münasibətlərində geniş tətbiq olunan məsuliyyət tədbiri hesab olunur. İddiaçı BOKT MMC-nin ondan kredit borclarını vaxtında qaytarmadığına görə artırılmış faiz məbləği tələb etməsi yolverilməzdir və belə bir tələb nə qanunun ümumi prinsiplərinə, nə də Miilki Məcəllənin 420-ci maddəsinin tələblərinə uyğun gəlmir. Ona görə də faizlər kredit müqavilələri üzrə müəyyən olunmuş norma dərəcə üzrə tutulmalı, onların tutulmalı olduğu dövr isə iddianın qaldırıldığı vaxt məhdudlaşmalıdır. Göründüyü kimi, qətnamədə tutulmalı olan pul məbləği dəqiq göstərilməli, mücərrəd tutmalara yol verilməməlidir. Lakin, birinci instansiya məhkəməsi borcun dəqiq məbləğini müəyyən etmək üçün heç bir tədbir görmədən, tərəfımdən edilmiş 30000 yuxarı olan ödənişləri nəzərə almadan iddiaçı tərəfındən irəli sürülmüş məbləğlərdə iddia tələbini təmin etmişdir. Halbuki, birinci instansiya məhkəməsi ödənişlərim nəzərə alınmaqla əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza təyin etməli idi. Birinci instansiya məhkəməsinin son iclasında ekspertizanın təyin edilməsi ilə bağlı şifahi vəsatət verilsə də, birinci instansiya məhkəməsinin hakimi vəsatəti yazılı formada təqdim edin deyərək prosesin sonunda vəsatətin təqdim edilməsi üçün vaxt vermədən müşavirəyə gedərək qətnamənin nəticə hissəsini elan etmişdir. Birinci instansiya məhkəməsi ciddi prosessual pozuntuya yol vermişdir və bununla da, onun məsuliyyətinin artmasına səbəb olmuşdur. İddia tələbinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsini peşəkarlıq və etibarlılıq səviyyəsi bilinməyən, nizamnamə kapitalı cəmi 10 manat təşkil edən tanımadığı bir "xxxxxxxxxxxxxxx" MMC adlı müəssisəyə həvalə etmişdir. Həmin şirkət isə onun əmlakına real bazar dəyərindən xeyli aşağı qiymətləndirmişdir. Dövlətin yaratdığı və obyektiv rəy verməsi ilə etibar qazanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin əvəzinə tanımadığı və kütləvi etibar qazanması ilə bağlı heç bir məlumatı olmayan şirkətin cəlb edilməsi ciddi pozuntudur. Bunun nəticəsi olaraq, mülkiyyətimdə olan əmlak düzgün qiymətləndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3495/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4490/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə narazı qalan cavabeh Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6000/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3495/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi borc məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən apellyasiya baxışına qaytarılmış, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı "İddiaçı" X8 Təşkilatı ASC-nin nümayəndəsi X4 izahatında apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin müübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini kassasiya instansiya məhkəməsinin qərarına əsasən cavabdehdən xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 25771,09 ABŞ dolları əsas kredit borcu, 7846.84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 33717.93 ABŞ dolları məbləğində borcunun tutulması hissəsində baxılır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4490/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi “Cavabdeh "İddiaçı" X8 X2 Cəmiyyətinin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 25771,09 ABŞ dolları əsas kredit borcu, 7846.84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 33717.93 ABŞ dolları məbləğində borcunun tutulması” hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında xx xxxx 2015-ci il tarixli, 2015/00042-01 saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı X8 Təşkilatı ASC tərəfindən cavabdeh X1 istifadəyə görə illik 24 % borc faizləri ödəməsi şərtilə 60 ay müdətinə 40000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasındakı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsindəki 27 C saylı evin 5 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə Arayışından görünür ki, Cavabdeh xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixinə əsas borcu 25771.09 ABŞ dolları faiz borcu üzrə 7846.84 ABŞ dolları, cərimə borcu 4240 ABŞ dolları təşkil edir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin mötəbər sübutlara əsaslandırmamışdır. Belə ki, AR MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarından göründüyü kimi cavabdeh onun tərəfindən edilmiş ödəmə qəbzlərinin surətlərini apellyasiya şikayətinə əlavə etməklə apellyasiya instansiyasında borc məbləğinin düzgün müəyyən edilməsi ilə əlaqədar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, onun həmin vəsatətlərinə hüquqi qiymət verilməmişdir.Hazırkı halda işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən borc məbləğinin faktiki olaraq nə qədər olması, həmin borca faizlərin düzgün hesablanıb-hesablanmaması və eləcə də ümumi borcun düzgün müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasiatlıq ekspertizasının təyin olunması və əsaslı rəyin alınması təmin olunmamış və bununla da işin tam, hərtərəfli və obyektiv araşdırılmasına dair AR MPM-nin 14.1-ci maddəsinin tələbləri və eləcə də ədalətli araşdırma prinsipinin müddəaları pozulmuşdur. Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 420-ci mаddəsinə əsаsən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərini iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə müqayisəli şəkildə yoxlamış və müəyyən olunmuşdur ki, xx xxxx 2015-ci il tarixli (1600 ABŞ dolları kredit müqaviləsi üzrə 4% komissiya olaraq), xx xxxx 2015-ci il tarixli (1151 ABŞ dolları), xx xxxxxxx 2015-cı il tarixli (1892 ABŞ dolları), xx xxxxx 2016-cı il tarixli (660 ABŞ dolları), xx xxx 2016-cı il tarixli (1000 ABŞ dolları), xx xxxx 2016-cı il tarixli (1000 ABŞ dolları), xx xxxx 2016 (6800 ABŞ dolları), xx xxxx 2016-cı il tarixli (6800 ABŞ dolları), xx xxxxxxxx 2016-cı il tarixli (800 ABŞ dolları), xx xxxxxxx 2016cı il tarixli (5000 AZN), xx xxx 2017 tarixli (400 ABŞ dolları), xx xxxx 2017-ci il tarixli (300 ABŞ dolları), xx xxxx 2017-ci il tarixli (300 ABŞ dolları), xx xxxxxx 2017-ci il tarixli (850 ABŞ dolları və 1500 ABŞ dolları) və xx xxxxxx 2018-ci il tarixli (380 ABŞ dolları) qəbzlər xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli maliyyə arayışlarında olan ödənişlərlə üstüstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fıziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu -pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbayca Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxx 2015-ci il tarixli, 2015/00042-01 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı X8 Təşkilatı ASC tərəfindən cavabdeh X1 istifadəyə görə illik 24 % borc faizləri ödəməsi şərtilə 60 ay müdətinə 40000 ABŞ dolları məbləğində kredit vermiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka borcu yaranmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı X8 Təşkilatı ASC ilə cavabdeh X6 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu öhdəliklərini yerinə yetirməməsinə görə "İddiaçı" X8 X2 Cəmiyyəti cavabdehdən 25771,09 ABŞ dolları əsas kredit borcu, 7846.84 ABŞ dolları faiz borcu tələb etmiş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə təmin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçı bankın cavabdeh X5 qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə cərimə borcunun (dəbbə pulunun) tutulması barədə iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən 100 ABŞ dolları məbləğində cərimə borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qənaətə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yoxlama apararaq hesab edir ki, Cavabdeh "İddiaçı" X8 X2 Cəmiyyətinin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 25771,09 ABŞ dolları əsas kredit borcu, 7846.84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 33717.93 ABŞ dolları məbləğində borc tutulması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qətnamənin bu hissəsinə aid apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4490/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi “Cavabdeh "İddiaçı" X8 X2 Cəmiyyətinin xeyrinə xx xxxx 2015ci il tarixli kredit müqaviləsi üzrə 25771,09 ABŞ dolları əsas kredit borcu, 7846.84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 33717.93 ABŞ dolları məbləğində borc tutulması” hissəsində dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4490/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi “Cavabdeh "İddiaçı" X8 X2 Cəmiyyətinin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 25771,09 ABŞ dolları əsas kredit borcu, 7846.84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 33717.93 ABŞ dolları məbləğində borc tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-857/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-857/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver