Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-860/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(005)- 784/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 29.10.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə 42353,92 manat məbləğində əsas kredit borcu, 3703,14 manat məbləğində faiz borcu və 4963,38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 51020,44 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutulması, tələbin Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 51020,44 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(005)- 784/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən 42353,92 manat məbləğində kredit borcu, 3703,14 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 46557,06 manat məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 40 manat məbləğində xidmət haqqının tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan məbləğ---46557,06 manat məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehlər Cavabdeh5 və Cavabdeh2 verilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetləri olan Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 19000 manat, Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 51000 manat məbləğində müəyyən olunması, Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi, Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və ipoteka saxlayana təhvil verilməsi, aparılmış qiymərləndirmə tədqiqatlarının qiymətləri olan hər biri ayrılıqda 200 manat olmaqla, cəmi 400 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsini, əsas borcun 32000 manatdan artıq hissədə, faiz borcunun 500 manatdan yuxarı hissədə, cərimə borcunun isə tam ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsas və faiz borcu şişirdilmiş, ipoteka predmeti dəyərindən çox aşağı qiymətləndirilmişdir. Şikayətin məzmunundan görünür ki, şikayətin xahiş hissəsində qeyd edilməsə də, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiyməti də mübahisələndirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Məhsəti Əliyeva apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(005)-784/2020 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, bank ilə Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli kredit müqaviləsi ilə sonuncuya 120 ay müddətinə 700000 manat məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə 46000 manat məbləğində kredit götürmüşdür. Bank ilə X3 arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli 056S**********03 nömrəli, Cavabdeh3 ilə bağlanmış 29 oktyabr 2018-ci il tarixli 056S**********02 nömrəli, Cavabdeh4 ilə bağlanmış 29 oktyabr 2018-ci il tarixli 056S**********01 nömrəli zaminlik müqavilələri ilə zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Bank ilə Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus, Cavabdeh5 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə X3 və Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən, 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində X2 xüsusi mülkiyyətində olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2020-ci il tarixli QXM/292-1M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilə birgə 5 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 51000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2020-ci il tarixli QXM/292-2M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin bazar dəyəri 19000 manat məbləğində müəyyən edilmişdir. 10 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən 16 iyul 2019-cu il tarixdə Cavabdeh1 götürdüyü kredit borcuna görə 42353,92 manat məbləğində əsas kredit borcu, 3703,14 manat məbləğində faiz borcu və 4963,38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51020,44 manat məbləğində borcu yaranmışdır. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. 19.03.2021-ci il tarixli ekspert rəyinə əsasən, 29 oktyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh1 16 iyul 2019-cu il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 42620,15 manat, faiz borcu 3376,46 manatdır. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən verilmiş "xxxx" MMC-nin 18.02.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin likvid dəyəri 14000 manat, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 35000 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Məhkəmə qətnaməsi ilə tutulmalı olan əsas borcun məbləği 42353,92 manat, faiz borcunun məbləği 3703,14 manatdır. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, əsas borcun məbləği 42620,15 manat, faiz borcunun məbləği isə 3376,46 manat müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği qətnamə ilə tutulmalı olan əsas borcun məbləğindən çox, faiz borcunun məbləği isə azdır. Buna görə də əsas borcun məbləği qətnamədə olduğu kimi saxlanmalı, faiz borcunun məbləği isə azaldılaraq 3376,46 manat müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndində əsas borc və faiz borcunun vaxtında qaytarılmadığı təqdirdə hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi cərimə məbləğini ədalətli həddə qədər azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cərimə borcunun tam ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Kollegiya həmçinin qeyd edir ki, apellyator əsas borcun 32000 manatdan artıq hissədə, faiz borcunun 500 manatdan artıq hissədə, cərimə borcunun isə tam ləğv edilməli olması barədə dəlillərini əsaslandırmamışdır. İpoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən aşağı qiymətləndirilməsi barədə apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, məhkəmə qətnaməsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 manat, Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 51000 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticələri əsasında tərtib edilmiş rəyə əsasən, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin likvid dəyəri 14000 manat, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri isə 35000 manat təşkil edir. Göründüyü kimi, təkrar qiymətləndirmə zamanı ipoteka predmeti olan daşınmaz əmlaklar daha aşağı qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş ipoteka predmetlərinin ilkin satış qiymətləri iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən və ilkin satış qiymətinin aşağı salınması qətnamənin apellyatorun ziyanına dəyişdirilməsi kimi qiymətləndirildiyindən, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(005)- 784/2020 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 3376,46 manat, cəmi borcun məbləği isə 46230,38 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 50 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-860/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-860/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver