Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-864/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlövsət oğluna, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X4, Cavabdeh7, Cəlil-zadə Xanım Həmzə qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15 Firidun oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh16 və Cavabdeh1 qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və “X1 Mərkəzi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh8 vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4786/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014cü il tarixdə verilmiş 1(101)-77/2013 saylı icra vərəqəsində göstərilmişdir ki: - İş üzrə zərərçəkmiş şəxslər, mülki iddiaçılar: Cavabdeh2 349000 ABŞ dolları, məzənnə ilə 244140,9 manat, Cavabdeh13 10000 ABŞ dolları, məzənnə ilə 7869 manat, Cavabdeh16 63000 manat, Cavabdeh3 Əlövsət oğlunun 53900 ABŞ dolları, məzənnə ilə 43324,82 manat, Cavabdeh17 10000 manat və Cavabdeh4 106000 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdən vəsaitlər Cavabdeh1 onların xeyrinə tutulsun. Zərərçəkmiş şəxs Cavabdeh5 isə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70000 ABŞ dolları, məzənnə ilə 56182 manat məbləğində maddi ziyan vurulduğunu müəyyən edilmişdir. Ona görə də, Cavabdeh5 iddia tələbi qismən təmin edilərək 56182 manat məbləğində vəsait Cavabdeh1n onun xeyrinə tutulsun. - İş üzrə zərərçəkmiş şəxslər, mülki iddiaçılar: Cavabdeh6 202000 ABŞ dolları, məzənnə ilə 165034 manat, Cavabdeh14 140000 manat və Cavabdeh7 57840 manat məbləğində təqsirləndirilən şəxs Cavabdeh1 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Cavabdeh1 onların xeyrinə tutulsun. Zərərçəkmiş şəxslər Cəlil-zadə Xanım Həmzə qızının 56656,8 manat məbləğində, Cavabdeh8 63640 manat məbləğində olmaqla təqsirləndirilən şəxs Cavabdeh1 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Cavabdeh1 onun xeyrinə tutulsun.. - İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Cavabdeh1 "xxxx" MMC, "xxxx" MTK-da, həmçinin "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş təsisçilik payları üzrə olan əmlak və qeyri əmlak paylarına yönəldilsin, həmin paylar zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam aradan qaldırılması üçün yetərli olmadığı halda, "xxxx" MTK-nın həmtəsisçisi kimi onun həyat yoldaşı X5 payından, “Azər-ROSS” MRK-nın həmtəsisçisi kimi Cavabdeh1 arvadı İddiaçı adına rəsmiləşdirilmiş təsisçilik payından, "xxxx" MTK-nın həmtəsisçiləri kimi Cavabdeh1 arvadı X3 adına rəsmiləşdirilmiş təsisçilik payından, Cavabdeh1 arvadı X5 adına “Azərbaycan Beynəlxalq Bankı”nın Sənaye filialında olan 150000 Avro məbləğində pul vəsaitinə olan payından, təqsirləndirilən şəxs Cavabdeh1 arvadı X5 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Binəqədi rayonu Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X5 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri, Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X5 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsinin üzərində, həmçinin orada ona bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.metr torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 377 saylı qərarı ilə X5 adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsi ərazisində yerləşən 300 kv.metr torpaq sahəsinin üzərində olan tikililərin birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Cavabdeh1 düşən payın üzərinə yönəldilsin.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2015-ci il tarixli, 1(103)-865/15 saylı qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 77/2013 saylı, 01 iyul 2013-cü il tarixli hökmü dəyişdirilmiş, hökmün nəticəvi hisəssindən “iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutmanın Cavabdeh1 arvadı X5 adına “Azərbaycan Beynəlxalq Bankı”nın Sənaye filialında olan 150000 Avro məbləğində pul vəsaitindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Cavabdeh1 düşən payın üzərinə yönəldilməsi”nə dair müddəlar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
3. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Binəqədi rayon İcra Şöbəsinin icra məmuruna ünvanlandırılmış 25 sentyabr 2015-ci il tarixli məktubda göstərilmişdir ki, “Cavabdeh1 ... cinayət işi üzrə Sizin 21 avqust 2015-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş “İcra sənədinin izah edilməsi barədə” təkrar ərizənizə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində hökmə izah verilməsi nəzərdə tutulmamışdır. Belə ki, işin faktiki halları həmin iş üzrə məhkəmə hökmündə öz əksini tapmışdır... Cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma X5 hər-hansı bir əmlakına deyil, onların birgə nikah dövründə əldə etdikləri ümumi əmlaklarındakı Cavabdeh1 düşən payların üzərinə yönəldilmişdir.” - Sözügedən icra sənədi üzrə icra işi materialları müvafiq sorğu ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən əldə edilmiş, öyrənilən zaman müəyyən edilmişdir ki: - 06 fevral 2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - "xxxx" MMC-nin 13 dekabr 2016-cı il tarixli hesabatına əsasən, X6 məxsus olan Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi 1-ci döngədə yerləşən 2 mərtəbəli, ümumi sahəsi 442 kv.metr olan fərdi yaşayış evinin dəyəri 442000 manat olaraq müəyyən edilmişdir. "xxxx" MMC-nin 13 dekabr 2016-cı il tarixli hesabatına əsasən, X6 məxsus olan Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi 1-ci döngədə yerləşən 2 mərtəbəli, ümumi sahəsi 448 kv.metr olan fərdi yaşayış evinin dəyəri 448000 manat, 600 kv.metr torpaq sahəsinin üzərində olan tikiliyə ******* manat qiymət müəyyən edilmişdir. - İddiaçı icra şöbəsinə ünvanlandırdığı 21 sentyabr 2017-ci il tarixli ərizədə göstərmişdir ki, o, 448000 və 442000 manatla qiymətləndirilmiş fərdi yaşayış evlərinin təhvil verilməsinə etiraz etmir. - 12 dekabr 2017-ci il tarixdə İddiaçı icra şöbəsinə yeni bir ərizə təqdim edərək, göstərmişdir ki, “tərəfinizdən qanunsuzluq edilərək Cavabdeh1 tərəfindən ödənilməli olan pul vəsaitinin Cavabdeh1 ödəmədiyi təqdirdə mənə məxsus əmlaklar hesabına ödənilməsi barədə məndən təzyiq altında ərizə almışınız. Həmin ərizə mənim mənafeyimə və qanunun tələblərinə zidd olduğundan, həmin ərizəmi etibarsız hesab edəsiniz...” - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 1(81)- 218/2018 saylı qərardadından görünür ki, İddiaçı Binəqədi rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra şöbəsinin rəisi və icra məmurunun onun hüquq və azadlıqlarını pozan hərəkətlərdən çəkinmələrinə və belə qanunsuz hərəkətlərinə son qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şəhriyar Şirinovun 11 iyul 2017-ci il tarixli və 17 avqust 2017ci il tarixli aktların tərtib edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia mümkün sayılmamışdır. - İcra məmuru tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisinə ünvanlandırılmış xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, “... xx.xx.2017-ci il tarixdə Məmmədova (Ramazanova) X9 rayon icra şöbəsinə gələrək hazırda onun istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 448000 və 442000 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evlərinin zərərçəkmiş şəxslərə verilməsinə etirazı olmayacağını bildirmiş və bunun müqabilində həmin evlər barədə məcburi icra tədbirlərinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə Manana Məmmədova təkrar olaraq Binəqədi rayon icra şöbəsinə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxslərə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tələbin onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 442000 manat məbləğində qiymətləndirilmiş iki mərtəbəli, altı otaqlı fərdi yaşayış evini zərərçəkmişlərə olan borcu ödəmək qarşılığında bir ay müddətində vaxt verilməsi üçün könüllü olaraq müvəqqəti olaraq zərərçəkmiş şəxs Cavabdeh8 istifadəsinə verilməsini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh8 ərizə ilə icra şöbəsinə müraciət edərək, həmin evdən 2018-ci ilin yanvar ayında çıxdığını və məcburi tədbirlərin davam etdirilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə X8 ərizə ilə Binəqədi rayon icra şöbəsinə müraciət edərək, ******* manat məbləğində qiymətləndirilmiş qeyri-yaşayış sahəsində olan payından Cavabdeh1 xeyrinə imtina etdiyini, bunun əvəzində 442000 manat və 448000 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evlərinin Cavabdeh1 aid payın onun xeyrinə həll edilməsini və zərərçəkmiş şəxslərə ödənilməsi üçün 40000 manat pul təklif etdiyini bildirmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(006)- 1093/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair iddiası təmin edilməmişdir. - “X1 Mərkəzi” MMC-nin 09 sentyabr 2020-ci il tarixli “Açıq hərracın keçirilməsi barədə” bildirişindən görünür ki, Binəqədi rayon icra şöbəsinin sifarişi əsasında açıq hərracın keçirilməsi 30 sentyabr 2020-ci il tarixə təyin edilmiş, bildirişdə borclu qismində Cavabdeh1, X8, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MTK göstərilmişdir. - “X1 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli, YP-004 nömrəli “Satış protokolu”ndan görünür ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı icra sənədi üzrə İddiaçı adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsində olan 4 mərtəbəli tikili (ümumi sahəsi 2256,31 kv.metr) ******* manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 801900 manata Cavabdeh2 Əlihseyn oğlu, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11 və Cavabdeh12 satılmışdır. - “X1 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli, YP-005 nömrəli “Satış protokolu”ndan görünür ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı icra sənədi üzrə İddiaçı adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (442 kv.metr) 442000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 322218 manata Cavabdeh2 Əlihseyn oğlu, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11 və Cavabdeh12 satılmışdır. - “X1 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli, YP-006 nömrəli “Satış protokolu”ndan görünür ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı icra sənədi üzrə İddiaçı adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (448 kv.metr) 448000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 326592 manata Cavabdeh2 Əlihseyn oğlu, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11 və Cavabdeh12 satılmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(001)- 2486/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia rədd edilmişdir. Qərnamə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli YP004, YP005, YP006 nömrəli Sarış protokollarını və Hərracın yekunları üzrə əmlakların alğı-satqısı barədə müqavilələri etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən müddət ötürülmüşdür. Məhkəmə hazırki işin bütün hallarını və hadisələrin xronologiyasını nəzərə alaraq, iddiaçının hərracın keçirilməsindən və əmlakların başqa şəxslərə təhvil verilməsindən iki ilə yaxın müddətdən sonra xəbər tutmasını inandırıcı hesab etmir. Qətnamə apellyasiya və kassasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri, hazırki iş üzrə Cavabdeh1 borc öhdəliyinin Cavabdeh1la onun birgə mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən, ümumi dəyəri ******* manat qiymətləndirilən 2 ədəd yaşayış evindəki və 1 ədəd 4 mərtəbədən ibarət qeyri-yaşayış sahəsindəki payının 725355 manat olmasının müəyyən edilməsi, bu məbləğin sözügedən tikililəti 30 sentyabr 2020-ci il tarixdə “X1 Mərkəzi” MMC-də keçirilmiş hərracda qanunsuz alan 17 nəfərdən (cavabdehlərdən) onun xeyrinə tutulması, ona çatası məbləğin hərraca çıxarılmış 2 yaşayış evinin ümumi dəyəri olan 648810 manatdan 76545 manat çox olması nəzərə alınaraq, evlərin geri, onun mülkiyyətinə qaytarılması və qeyri-yaşayış binasının satışından əldə edilmiş məbləğdən də onun xeyrinə 76545 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 yanvar 1989-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikah dövründə ünvan 2 ünvanında 2 ədəd yaşayış evi və həmin ünvanda 4 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişlər. Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinn 01 iyul 2013- cü il tarixli, 1(101)-77/2013 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 29, 120.2.7, 178.3.2, 228.3 və 313-cü maddələr ilə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün mülki iddiayla bağlı hissəsində göstərilmişdir ki, Cavabdeh1 törətdiyi cinayət əməli nəticəsində zərərçəkənlərə vurduğu zərər onunla Manana Ramazanovnanın birgə nikah dövründə tikdirdikləri sözügedən əmlaklardakı payı hesabına ödənilsin. Məhkəmənin icra sənədi mülki iddiaya aid hissədə icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, lakin 2014-cü ildən 30 sentyabr 2020-ci il tarixədək icrasız qalmışdır. Belə ki, adları çəkilən həmin 2 yaşayış və 1 qeyri-yaşayış sahəsində iddiaçı ilə Cavabdeh1 payları nə natura şəklində, nə də pul şəklində müəyyən edilmədiyindən mümkün olmamışdır. Bu ərəfədə Cavabdeh1 cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçıya qarşı əmlak bölgüsünə dair iddia qaldırsa da, iddia təmin edilməmişdir. 2015-ci ildə, 2017-ci ildə iki dəfə əmlaklar hərraca çıxarılmış, hərrac baş tutmamışdır. İcra sənədinin hansı qaydada icra olunması izah edilə bilməmişdir. Nəhayət, Binəqədi rayon icra şöbəsi 3-cü dəfə, 09 sentyabr 2020-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə həmin əmlakların hərraca çıxarılması barədə sifariş vermişdir. Bu sifarişdə icra məmuru Cavabdeh1la birlikdə qəsdən iddiaçını da borclu kimi göstərmişdir ki, hərrac baş tutsun. Hərracın vaxtı və yeri barədə İddiaçı məlumat verilməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixdə hərrac baş tutmuş, hərrac mərkəzi ümumi əmlakda iddiaçının da payını hərraca çıxararaq 17 nəfər tələbkara satmışdır. 2 yaşayış evindən biri 326592 manata, digəri 322218 manata, qeyri-yaşayış sahəsi isə 801900 manata qiymətləndirilərək satılmışdır. Əmlakın ümumi dəyəri ******* manat təşkil etmişdir ki, bunun da yarısı, yəni 725355 manatı iddiaçının payına düşən məbləğdir. Əmlakların qiymətləndirilməsinin nəticələri göstərir ki, hər iki evin cəmi dəyəri 648810 manat təşkil edir. Yəni, iddiaçıya çatası 725355 manatdan 76545 manat azdır. Ona görə, iddiaçı hesab edir ki, ******* manatın ona çatası 725355 manatın müqabilində dəyəri 648810 manat olan 2 yaşayış evi natura şəklində ona qaytarılmalı, qeyri-yaşayış sahəsinin 801900 manat dəyərindən 76545 manat da hərrac üzrə tələbkar olan 17 nəfər cavabdehlərdən alınıb ona verilməlidir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4786/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 225.4, 225.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova vədigərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 28 yanvar 1989-cu ildə Rusiya Federasiyasının Yaroslavl şəhəri Krasnoperekonskiy rayonunun VVADQ şöbəsində rəsmi nikah bağlatmaqla evlənmişdir. Birgə nikahdan 2 qızı, bir oğlu olmuşdur. Cavabdeh1la birgə nikah dövründə ünvan 3 ünvanda 2 yaşayış evi və həmin ünvanda 4 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi tikmişlər. Əri Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 nömrəli, xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 120.2.1, 120.2.5, 29, 120.2.7, 178.3.2., 228.3 və 313-cü maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün mülki iddiayla bağlı hissəsi ilə qərara alınmışdır ki, əri Cavabdeh1 törətdiyi cinayət əməli nəticəsində zərərçəkənlərə vurduğu zərər onların birgə nikah dövründə tikdikləri, ünvan 4 ünvanda yerləşən 2 yaşayış evindəki və 4 mərtəbəli qeyri-yaşayış sahəsindəki payı hesabına ödənilsin. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi mülki iddiaya aid hissəsinin icra olunması üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2014-cü il tarixli 1(101)-77/2013 nömrəli icra sənədi göndərmişdir. İcra sənədi 2014-cü ildən xx.xx.2020-ci il tarixə kimi icrasız qalmışdır. Belə ki, adları çəkilən 2 yaşayış evində və qeyri-yaşayış sahəsində keçmiş ərim Cavabdeh1la onun payları nə natura şəklində, nə də pul şəklində müəyyən edilmədiyindən mümkün olmamışdır. Bu ərəfədə keçmiş əri cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı əmlak bölgüsünə dair iddia qaldırsa da məhkəmənin 2(006)-1093/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. 2015-ci ildə, 2017-ci ildə iki dəfə əmlaklar hərraca çıxarılmış hərrac baş tutmamışdır. Binəqədi Rayon İcra və Probasiya Şöbəsi icra sənədinin icra edilməsi qaydasının izah edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etsə də, məhkəmə şöbəyə göndərdiyi xx.xx.2015-ci il tarixli 1(101)-77/2013 nömrəli cavabı ilə icra sənədinin konkret hansı qaydada icra olunmasını izah edə bilməmişdir. Nəhayət Binəqədi Rayon İcra və probasiya Şöbəsi 3-cü dəfə xx.xx.2020-ci ildə “X1 Mərkəzi MMC-yə onların 2 yaşayış evi və qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə sifariş vermişdir. Bu hərrac barədə sifarişdə Binəqədi İcra və Probasiya Şöbəsi keçmiş əri Cavabdeh1la birlikdə qəsdən onu da borclu kimi göstərmişdir ki, hərrac baş tutsun. Onu da hərracın vaxtı və yeri barədə məlumatlandırmamışdır. Nəticədə xx.xx.2020-ci ildə hərrac baş tutmuş, Hərrac Mərkəzi ümumi əmlakda onun da payını hərraca çıxararaq 17 nəfər tələbkara satmışdır. 2 yaşayış evindən biri 326 592 manata, digəri 322 218 manata, qeyri-yaşayış sahəsi isə 801 900 manata qiymətləndirilərək satılmışdır. Əmlakların ümumi dəyəri 1.450.710 (bir milyon dörd yüz əllimin yeddi yüz on) manat təşkilvetmişdir ki, bunun da yarısı, yəni 725 355 manatı onun payına düşən məbləğdir. O, məhkəmədə hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, harracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə iddia qaldırdı. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2486/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamasi ilə iddia tələbi təmin edilməmişdir. Yəni hərracın nəticələri etibarsız hesab edilməmişdir. Bundan sonra o, iddianın predmetini və əsasını dəyişərək hərracda tələbkarlara satılmış bir qeyri-yaşayış sahəsinin və 2 yaşayış evinin dəyərindən onun əmlak payının dəyərinin ona alınıb verilməsi barədə yeni iddia qaldırmışdır. İddia tələbini onunla əsaslandırmışmışdır ki, əmlakların qiymətləndirilməsinin nəticələri göstərir ki, hər iki evin cəmi dəyəri 648 810 manat təşkil edir. Yəni, ona çatası 725 355 manatdan 76 545 manat azdır. Ona görə də hesab edir ki, 1.450.710 manatın ona çatası 725 355 manatın müqabilində dəyəri 648 810 manat olan 2 yaşayış evi natura şəklində ona qaytarılmalı, qeyri-yaşayış sahəsinin 801 900 manat dəyərindən 76 545 manat da hərrac üzrə tələbkar olan 17 nəfər cavabdehlərdən alınıb ona verilməlidir. Binəqədi Rayon Məhkəməsi onun bu iddiasını da özünün e-2(001)-4786/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əsassiz olaraq rədd etmişdir (hakim Etibar Mustafayev). Qətnamənin məzmunu ilə tanış olduqda məlum olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 385-390-maddələrində nəzərdə tutulan nöqsanlara yol vermişdir. Məhkəmə həm maddi hüquq normalarını və həm də prosessual hüqqi normalarını pozmuşdur. Ona görə də qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qətnamədə onun iddia tələbinin təmin edilməməsi üçün aşağıdakı halları əsas gətirmişdir. Məhkəmə onun iddia tələbini birinci ona görə təmin etməyib ki, artıq gecdir. xx.xx.2020-ci ildə keçirilən hərracda onun cavabdeh, keçmiş əri X12 ilə birgə nikah dövründə əldə etdikləri qeyri-yaşayış sahəsi 801.900 manata qiymətləndirilərək tələbkarlara bütövlükdə satılmışdır. 17 adamla alqı-satqı müqaviləsi, bağlanmışdır. Məhkəmə münasibət bildirmir ki, bəs onun ümumi əmlakda olan payı niyə satılıb? Məhkəmə iddia ərizəsini ikinci ona görə təmin etməmişdir ki, keçmiş əri Cavabdeh1 ilə birgə nikah dövründə tikdikləri Biləcəri qəsəbəsi, 1 May küçəsi, 10 ünvanında yerləşən 2 yaşayış evinin biri hərracda 322.218 manata, digəri 326.592 manata qiymətləndirilərək ərinin 17 nəfər zərərçəkəninə satılıb. Daha gecdir. Yenə məhkəmə münasibət bildirmir, ki, axı həmin yaşayış evlərinin yarısı onun payıdır, onun əmlakıdır. Onların ərinin borcu hesabına tələbkarlara verilməsi qanunsuzdur. Məhkəmə iddiasının təmin edilməməsinin üçüncü səbəbini onda görür ki, o, xx.xx.2020-ci ildə daşınmaz əmlakların hərracdan 17 nəfərə satılması ilə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddia təmin edilməmişdir. Apellyasiya və Kassasiya İnstansiyası məhkəməsi də həmin mövqedə qalmışdır. İddiasının təmin edilməməsi barədə bu “səbəblərin” heç birində AR MM-nin, Ailə Məcəlləsinin müddəaları təkzib olunmur və oluna da bilməz. Bu bəhanələrin heç biri qanunla onun payına düşən əmlak payının satılmasına hüquqi əsas verə bilməz. Təkrar edir ki, AR MM-nin 223, 224, 225-ci maddələrində birgə mülkiyyətdə olan payların bölünməsi, həmin paylara borcun yönəldilməsi qaydaları açıq şərh edilmişdir. MM-nin 225.5-ci maddəsində göstərilir ki, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Həm Binəqədi Rayon İcra şöbəsi, həm “X1 mərkəzi” MMC, həm də məhkəmə Mülki Qanunvericiliyin bu müddəalarını pozaraq onun əmakını əlindən almışlar, məhkəməyə bəllidir ki, onun keçmiş əri ilə ümumi əmlakdakı payları ilə bağlı aralarında heç bir nikah kontraktları yoxdur. Hesab edir ki, bu hallara görə Binəqədi Rayon Məhkəməsi onun iddia tələbini rədd etməklə haqlı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh8 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
16. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
17. Maddə 225.4 Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
18. Maddə 225.5 Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
19. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
20. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4786/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
36. İşin müəyyən edilən hallarına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13 Nizamı oğlu, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 1.100.000 (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801.900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.
37. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin K10D-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442.000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322.218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.
38. Bununla yanaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448.000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti 326.592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra, satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.
39. Mübahisəli əmlakla bağlı hərrac təşkilatı tərəfindən aparılan hərrac yekunlaşmış, müvafiq alqı-satqı müqavilələri bağlanmışdır.
40. Bununla yanaşı İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə və "X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh5, Cavabdeh9, X7, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh16, Cavabdeh17, Cavabdeh4 Ziyadxan oğlu, Cavabdeh14, Cavabdeh7, X10, Cavabdeh10, Cavabdeh15 Firidun oğlu, Cavabdeh11, Cavabdeh12) qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2486/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5755/2022 nömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-462/2023 saylı, 24 yanvar 2023- cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(103)- 5755/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının “qanusuz” hesab etdiyi hərracla bağlı artıq yekun məhkəmə aktı mövcud olduğundan iddiaçının bununla bağlı arqumentləri əsaslı sayıla bilməz.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Birinci instansiya məhkəməsi həmçinin haqlı olaraq göstərmişdir ki, iddiaçı Cavabdeh1la onun birgə mülkiyyətində olan əmlaklardan payına düşən hissəni tələb etsə də bu payların hər bir əmlaka dair nədə ifadə olunması, kimin hansı miqdarda pay sahibi olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir
44. Həmçinin tələb üzrə qeyd olunan əmlakların bütövlükdə iddiaçı ilə Cavabdeh1 ilə birgə nikah müddətində ümumi gəlirləri əsasında eləcədə əmlakların nikah müddətində onlar tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini təsdiq edən heç bir mötəbər sübut iş üzrə müəyyən edilmir.
45. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
46. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin 45 və 46-cı bəndlərində göstərilənlərə əsasən formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilmə bilməz.
49. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
51. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
52. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4786/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
56. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyator özünə aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4786/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.