Məhkəmə qərarları › İş №2(103)-8707/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8707/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8707/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdeh X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-145/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 145/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il tarixdə bağlanmış 813 nömrəli kredit müqaviləsinə əsasən, 4324,9 ABŞ dolları (dörd min üç yüz iyirmi dörd dollar, doqquz sent) borc həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nişanlı,“VAZ-21074 minik” markalı (buraxılış ili 2010, ban-XTA210740B3037056, rəngi boz metal) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “xxxx” QSC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin Cavabdeh qaytarılması, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2 apellyasiya şikayəti vermişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(005)-145/2019 saylı qərardadı ilə apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, apelyasiya şikayətinin aidiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(005)-145/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 145/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət, 2(005)-145/2019 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-7230/2020 saylı qərardadı ilə şikayət təmin edilməməmiş, xx.xx.2020-ci il tarixli 2(005)-145/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh məhkəməyə ərizə təqdim edərək apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə barədə məlumatı olmamışdır və rəsmi müraciət etdikdən sonra qətnamə ona xx.xx.2020-cı il tarixdə rəsmi təqdim edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti dövlət rüsumu olmadığı bildirilərək geri qaytarılmışdır, qaytarlıma barədə qərardaddan verdiyi şikayət təmin olunmamışdır. Geri qaytarılan sənədləri xx.xx.2020-ci il tarixdə məhkəmədə geri almışdır. Hazırda texniki çatışmamazlığı aradan qaldırmaqla yenidən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-145/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh X2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-145/2019 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı qeyri-qanuni və əsassızdır, qərəzlidir, ona görə də ləğv olunmalı, apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmalı və qətnamədən verilmiş apelyasiya şikayətinə mahiyyəti üzrə baxılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(005)145/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il tarixdə bağlanmış 813 nömrəli kredit müqaviləsinə əsasən, 4324,9 ABŞ dolları borc həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nişanlı,“VAZ-21074 minik” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “xxxx” QSC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin Cavabdeh qaytarılması, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Qətnamə barədə məlumatı olmamışdır və rəsmi müraciət etdikdən sonra qətnamə ona xx.xx.2020-cı il tarixdə ona rəsmi təqdim edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti dövlət rüsumu olmadığı bildirilərək geri qaytarılmışdır, qaytarılma barədə qərardaddan verdiyi şikayət təmin olunmamışdır, apelyasiya məhkəməsi də qüvvədə saxlamışdır. Geri qaytarılan sənədləri xx.xx.2020-ci il tarixdə məhkəmədə geri almış və texniki çatışmamazlığı aradan qaldırmaqla yenidən apelyasiya şikayəti vermişdir, göstərilən xüsusatlar nəzərə alınmaqla müddətin bərpa edilməsini, işin apelyasiya məhkəməsinə baxılması üçün göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və ərizəyə baxımasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 133.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Halbu ki, məhkəmənin keçirilməsi barədə bildiriş ancaq qərardad qəbul edildikdən 5 gün sonra ona təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-145/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Məmmədzadə cavabdehin şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh O.Feyzullayev aikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadnın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Eyni zamanda, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməsinin üzrlü hesab edilməsinə səbəb ola biləcək halların mövcud olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, hazırki mülki iş iddiaçı tərəfindən apellyasiya və kassasiya instansiyalarında mübahisələndirildiyindən və iş üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan həmin qərarlarda araşdırılmış və təsdiqini tapmış xüsusatların hazırki apellyasiya sikayətində yenidən araşdırılması istənildiyindən kollegiya qeyd edir ki, həmin hallar yenidən cavabdeh tərəfindən mübahisələndirilə bilməz. Çünki, məhkəmə aktları şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanıldığından, iddiaçı tərəfin apellyasiya və kassasiya şikayəti əsasında yoxlanılmış hissələrin, hazırda cavabdeh tərəfin şikayəti üzrə həmin hallar təkrarən apellyasiya qaydasında yoxlanıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair №02/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadında aşağıdakılar qeyd edilir: “Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddesinə əsasən qeyri-mümkün hesab edilməlidir...” Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-145/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-145/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar