Məhkəmə qərarları › İş №2(103)-8771/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8771/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8771/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Xəqani Hüseynovun, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(011)-5095/2021 saylı qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 13.07.2021-ci il tarixli iclasında Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ASC-dən bu günə kimi səhhətinin bərpası üçün xərclədiyi 1527,06 manatın, 5000 manat mənəvi zərərin və 46056 manat əldən çıxmış faydanın ödənilməsi, növbəti bir il ərzində səhhətinin bərpasına xərcləyəcəyi eyni 1527,06 manatın və 5000 manat mənəvi zərərin ödənilməsi, kredit reyestrində gecikdirilmə günlərinin tam olaraq silinməsi və işgüzar nüfuzuna dəymiş dəymiş 50000 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi, mülkün yaşayış sahəsinə keçirilməsinə yaradılmış maneələr nəticəsində əldən çıxmış 12000 manatın və 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(011)-5095/2021 saylı qərardadı ilə Cavabdeh İddiaçı ASC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(011)- 5095/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda İddiaçı ASC tərəfindən hesablanmış faiz borcunun tələb edildiyi qeyd edilməmişdir. Halbuki, həmin faizlər həmin bankın gəlirləridir, bərabərlik naminə cavabdeh bankdan faiz gəlirləri tələb edə bilər. Ola bilsin, qarşılıqlı iddiada istifadə etdiyi terminlər qanunvericilik tələblərinə uyğun deyil, lakin məhkəmə dürüst araşdırma aparmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-5095/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X.Hüseynov şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi ilə ilkin iddia arasında qarşılıqlı əlaqə olmadığından və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnmədiyindən, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(011)-5095/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar