Məhkəmə qərarları › İş №2(103)-879/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-879/2021

08.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-879/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun hesablanmasının qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3814/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əvvəlki istehlakçı Eminov Tomuya yazılmış 2200,30 manat məbləğində borcun İddiaçı tutulmasının qanunsuz hesab edilməsi və Cavabdeh ASC iləİddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "Cavabdeh" ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən sudan istifadəyə görə Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç 26A savlı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsinə xx xxxxx 2019-cu il tarixli birtərəfli qaydada tərtib edilmiş üzləşmə aktına əsasən 2200.30 manat borc hesablanmış və həmin məbləğin ödənilməsi tələb olunmuşdur. Halbuki, Xətai rayonu İcra Hakimiyyəti başçısının 249 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə ünvan 2 saylı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsi onun adına sənədləşdirilmişdir. Hesablanmış 2200.30 manat borc məbləği isə 2016-cı ildə tətbiq edilmişdir. O qeyd olunan əsassız borcun silinməsi barədə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Bundan əlavə, avtoyuma məntəqəsində quraşdırılmış sayğac əsasında istifadə olunan suyun dəyəri kart vasitəsilə ödənilir ki, bu zaman sudan hər hansı formada qeyri-qanuni istifadə halları ümumiyyətlə baş verməmişdir. O, həmin qeyri-yaşayış sahəsini 2018-ci ildə aldığına görə həmin obyektin istifadəsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN almamışdır, hazırda fərdi sahibkar statusu yoxdur, obyektə suyun verilməsi bərpa edildikdən sonra, ya özü fərdi sahibkar kimi qeydiyyata düşüb obyektdən təyinatı üzrə istifadə edəcək, ya da həmin obyekti icarəyə verəcək. Əlavə olaraq bildirir ki, ondan əvvəlki sahibə yazılan borcun ondan tələb edilməsi qanunsuz hesab edilməlidir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3814/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ASC tərəfindən əvvəlki istehlakçı Eminov Tomuya yazılmış 2200,30 manat məbləğində borcun İddiaçı tutulmasının qanunsuz hesab edilməsi və Cavabdeh ASC ilə İddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün araşdırmayaraq məntəqənin addan – ada keçirlməsi zamanı əvvəlki sahibinin müvafiq öhdəliklərinin, həmçinin əvvəlki sahiblə yeni sahib arasında qohumluq əlaqələrinin olub-olmamasını müəyyən etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətdə qeyd olunanların məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməli olduğunu bildirməklə onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı isə məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyəti başçısının 249 saylı, xx.xx.2018-ci il tarixli sərəncamından çıxarışdan müəyyən olunur ki, ünvan 2 saylı binanın yaxınlığında yerləşən 86,4 m2 ölçüdə məntəqə İddiaçı oğlunun adına sənədləşdirilmişdir. İş materiallarında olan Cavabdeh ASC Xətai tayon Sukanal İdarəsi tərəfindən tərtib olunmuş xx xxxxx 2019-cu il tarixli, 082780 saylı üzləşmə aktından müəyyən olunur ki, abonent X2 istifadəyə görə 1505,78 manat, çirkab sularına görə 694,52 manat, ümumilikdə 2200,30 manat borcu vardır. İş materiallarında olan abonent haqqında məlumat kartından müəyyən olunur ki, 19172547 saylı müqavilə xx.xx.2001-ci il tarixdə bağlanmış, ünvan 1 ünvanında yerləşən yuyucu kimi fəaliyyət göstərən müəssisə X5 adına qeydiyyatdadır. İşin mübahisəsiz halları odur ki, iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi yoxdur. 2200,30 manat məbləğində borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü və 7.5-ci bəndlərinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi yoxdur. 2200,30 manat məbləğində borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır; ona görə də birinci növbədə iddiaçıdan tələb edilən borcun əsaslı olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun İddiaçı hesablanmalı olmasını sübuta yetirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göstərilən Məcəllənin 198.1-ci maddəsinə əsasən tələb sahibi ilə bağlanmış müqaviləyə əsasən borcu üçüncü şəxs öz üzərinə götürə bilər (borcun keçirilməsi). Bu halda üçüncü şəxs ilk borclunun yerini tutur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerinə üçüncü şəxs tutur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. İş müəyyən edilmiş hallarına əsasən xx.xx.2001-ci il tarixdə müqavilə bağlanan zaman müəssisənin mülkiyyətçisi X6 olmuş, mübahisəli ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsinə quraşdırılmış su sayğacı X5 adına rəsmiləşdirilmişdir, onun adına ********** saylı VÖEN vardır. Buna görə də kollegiya birinci isntansiya məhkəməsinin içməli sudan istifadəyə və çirkab sularına görə yaranmış müəssisənin mülkiyyətçisi olan X4 tutulmalı olan borcun Cavabdeh ASC tərəfindən İddiaçı tutulmalı olmaması nəticəsini əsaslı hesab edir. Bununla belə kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini “Cavabdeh ASC ilə İddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” hissəsini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmalı olan müqavilənin nə vaxt bağlanacağı məlum olmamaqla, bu hal iddiaçının hüququndan sui istifadə etməsinə səbəb ola bilər. Çünki iddiaçı müqavilə bağlanması üçün cavabdeh təşkilata müraciət etməyənədək sudan qarşılığı ödənilmədən istifadə edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh təşkilata müraciət edərək yeni müqavilə bağlaya və sudan istifadə edə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küç 26A savlı binanın yaxınlığında yerləşən avtoyuma məntəqəsinə içməli suyun verilməsinin bərpa edilməsi, həmin ünvan üzrə sayğaca qoyulmuş blombun götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının iddiası “Cavabdeh ASC ilə İddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” hissəsi təmin edilməsə belə, hazırki qətnamə qanuni qüvvəyə minənədək iddianı təmin etmə tədbiri qismində iddiaçının avtoyuma məntəqəsinə içməli suyun verilməsi bərpa edilmişdir. Buna görə də kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3814/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh ASC ilə İddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3814/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh ASC ilə İddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar