Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-885/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı İddiaçı2, onun və digər iddiaçı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)- 3386/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması; həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 24.08.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, Cavabdeh2 qeyd etdiyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 138-ci Binə, 4-cü sahə, 17 ünvanında yerləşən 0.08 ha (çıxarışda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi) torpaq sahəsini ona satmışdır. Lakin o, heç vaxt Cavabdeh2 torpaq sahəsini satmamışdır. Sözügedən torpaq sahəsinin 0.02 ha hissəsini Cavabdeh2 qardaşı Cavabdeh1 satmışdır. Qalan torpaq sahəsini isə qardaşlar X1 və Cavabdeh1 zəbt etmişdir. Eyni zamanda, onların zəbt etdiyi 0.02 ha torpaq sahəsi digər İddiaçı2 alqı-satqı müqaviləsi əsasında satılmışdır, hazırda həmin torpaq üzərində onun sahiblik, istifadə hüquqları vardır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını, iddia tələbinin tam şəkildə təmin edilməsini, Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan, İddiaçı2 Səddarxan oğlunun isə sahibliyi və istifadəsində olan ünvan 1 (çıxarışda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsi) ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən çıxarılmasını, həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)- 3386/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması, həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun Konstitusiya, Konvensiyanın 1 saylı Protokolu və qanunlarla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsini şifahi razılaşma əsasında 5000(beş min) manata aldıqlarını, bununla bağlı məhkəməyə(alqı-satqı müqaviləsini) sübut təqdim etmədiklərini müəyyən etsə də, Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərini pozaraq mübahisəli torpaq sahəsinə cavabdehə məxsus maddi dəyəri olan əşya kimi qiymət vermişdir. Cavabdeh2 İddiaçı1 ona verdiyi etibarnamə əsasında şəxsən özü barəsində əqd bağlaya blməzdi. İddiaçı1la cavabdehlər arasında razılaşmaya əsasən etibarnamə Cavabdeh2 torpaq sahəsini qardaşı Cavabdeh1 satmaq üçün verilmişdir. Lakin sonuncu ona verilmiş səlahiyyətlərdən istifadə etməmiş və İddiaçı1 etibarnamədə göstərilmiş torpaq sahəsini şəxsən özü Cavabdeh1 satmışdır. Məhkəmə Mülki Məcəllənin 157.8-ci maddəsini hazırki mübahisəyə tətbiq etməklə də səhvə yol vermişdir. Çünki, Cavabdeh2 mübahisəli torpaq sahəsni heç bir qanuni əsas olmadan, özbaşına , qeyri-qanuni zəbt etməklə iddiaçıların mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı2 də apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin qənaətinə görə onun hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Ancaq bu mövqe əsassızdır və işin halları ilə ziddiyyət təşkil edir. Çünki, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0.02 ha hissəsini 16 aperel 2021-ci ildə alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Göründüyü kimi, 16.04.2021-ci ildən torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ əmələ gəlmiş, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Buna səbəb cavabdehin həmin torpaq sahəsini zəbt etməsi və oraya heç kimi buraxmaması olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsi üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı2, onun və digər iddiaçı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətlərinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, İddiaçı1 apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, hər iki iddiaçının subyektiv hüququnun məzmunun araşdırmağı zəruri sayır. İddiaçı1 hazırda ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətçisi, həmin sahənin hazırda bir hissəsi olan və digər iddiaçıya satılmış 0.02 ha torpaq sahəsinə münasibətdə isə, satdığı əmlakı üçüncü şəxslərin hüququndan azad şəkildə vermək öhdəliyindən irəli gələn tələb etmə hüququndan istifadə edərək çıxış edir. Digər iddiaçı isə, cavabdehin faktiki istifadəsində olduğu iddia olunan torpaq sahəsinin alıcısıdır. İddiaçı2 münasibətdə iddia ona görə rədd olunmalıdır ki, cavabdehin hazırda faktiki istifadəsində olan və sökülməsi tələb olunan evin məhz ona satılmış torpaq sahəsində yerləşməsini sübuta yetirə bilməyib. Belə ki, məhkəmə öz təşəbbüsü ilə İddiaçı2 mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün sorğu versə də, həmin sahənin plan-cizgisinin olmadığı müəyyən olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına zəmanət verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı2 satılmış torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmədiyindən, habelə, Cavabdeh2 tərəfindən inşa edilmiş evin məhz ona satılmış torpaq sahəsində yerləşməsi təsdiq edilmədiyindən, iddia ona aid hissədə rədd edilməlidir. Digər iddiaçıya gəldikdə isə, cavabdehlər özləri də etiraf edib ki, İddiaçı1 mülkiyyətində olmuş 0.08 ha torpaq sahəsinin 0.04 ha hissəsi onlara satılmış, alınmış sahənin 0.02 ha hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu qeydə aldırsa da, digər 0.02 ha hissə hazırda da İddiaçı1 mülkiyyətində qalıb. Buna baxmayaraq, İddiaçı1 həmin sahədə Cavabdeh2 ev tikməyə razılıq verməklə, gələcəkdə ona qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. Cavabdeh1 özünə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırdığına, habelə, digər cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və onun üzərindəki evlə bağlı hər hansı əlaqəsinin olması sübuta yetirilmədiyindən, iddia ona aid hissədə rədd edilməlidir. Digər cavabdehə münasibətdə isə iddia onunla əsaslandırılıb ki, ona verilmiş etibarnamə yalnız 0.02 ha torpaq sahəsini qardaşına, digər Cavabdeh1 satmaq üçün verilib. Lakin iddiaçılar Cavabdeh2 torpaq sahəsində tikili inşa etmək və gələcəkdə bununla bağlı ona qarşı hər hansı maddi və s. tələbinin olmayacağı barədə ərizə verməsinin məqsədinin ərizədə qeyd ediləndən fərqli olması barədə hər hansı arqument və ya sübut təqdim edə bilməyib. Belə olan halda, mübahisəli tikilinin İddiaçı1 məxsus torpaq sahəsində, lakin, sonuncunun razılığı ilə Cavabdeh2 tərəfindən inşa edilməsi işin təsdiq edilən hallarından biridir. Məhkəmə bu fakta və bu münasibətləri nizama salan hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1.-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunvericilik torpaq və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqaviləsinin yazılı olmasını və notariat qaydasında təsdiqlənməsini tələb edir. Hazırkı işdə cavabdehlər mübahisəli torpaq sahəsini şifahi razılaşma əsasında 5000 (beş min) manata aldıqlarını qeyd etsələr də, bununla bağlı məhkəməyə sübut təqdim etməyiblər. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla belə, iddiaçı öz torpaq sahəsində Cavabdeh2 tikili inşa etməyə icazə verməklə, habelə, gələcəkdə o tikili ilə bağlı hər hansı iddia irəli sürməyəcəyini bəyan etməklə, cavabdehin həmin tikiliyə münasibətdə ona öz əmlakı kimi yiyələnmək və onu öz mülkiyyətinə almaq kimi gözlənti bəxş edib. Düzdür, tikilinin müvafiq icazə alınmaqla tikilməsi də təsdiq edilmir. Mülki Məcəllənin 180-cı maddəsinin məzmunu baxımından həmin tikili özbaşına tikinti hesab olunur. Buna baxmayaraq, məhkəmə hazırda həmin tikiliyə daşınmaz əmlakın dövlət reyestrinin obyekti kimi deyil, cavabdehə məxsus maddi dəyəri olan əşya kimi qiymət verir və bu baxımdan, onu əmlak hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edib ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “əmlak” konsepsiyası müstəqil mənaya malikdir və maddi nemətlər üzərində mülkiyyət hüququ ilə məhdudlaşmır. O, ölkə qanunvericiliyində müəyyən edilən formal təsnifata münasibətdə də müstəqildir. Maddi nemətlər kimi əmlak qismində çıxış edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” hesab oluna bilər (bax: “İatridis Yunanıstana qarşı” (İatridis v. Greece [GC], no. 31107/96, § 54, ECHR 1999-İİ)). “Əmlak” konsepsiyası yalnız “mövcud əmlak” ilə məhdudlaşmır və həmçinin ərizəçinin azından mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin olduğunu iddia edə biləcəyi əmlakı, o cümlədən tələbi əhatə edə bilər. “Gözlənti” sözü gedən mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni” hesab edilir. Hər bir işdə bütünlükdə işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan həqiqi marağa malik olma hüququnu verib-vermədiyi araşdırılmalıdır (bax: “Saqinadze və Digərləri Gürcüstana qarşı” (Saghinadze and Others v. Georgia, no. 18768/05, § 103, 27 May 2010, with further references)). Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, mülkiyyətçi yalnız əvəzi ödənilməklə mübahisəli əmlakın sökülməsini tələb edə və ya həmin əmlakın yerləşdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsinə görə servitut əsasında pul ödənişi tələb edə bilər. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh İddiaçı1 apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsas olsa da, İddiaçı2 apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, şikayətlərin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin cavabdehlərin 0.02 ha. torpaq sahəsindən çıxarılması hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar cavabdehlərin 0.02 ha. torpaq sahəsindən çıxarılması hissəsində Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İV hissəsinin, Mülki Məcəllənin 152.1, 203.5-ci, Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 111-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşır, həmçinin cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən bu hissədə iddia rədd edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Əvvəla, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcuddur, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İddiaçı1 da məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İkincisi, birinci instansiya məhkəməsini digər İddiaçı2 münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, İddiaçı1 münasibətdə gəldiyi qənaət düzgün olmamışdır. Belə ki, İddiaçı1 Cavabdeh2 02.04.2020-ci ildə verdiyi etibarnaməyə 22.02.2021-ci ildə, 02.04.2020-ci ildə verdiyi ərizəyə isə 23.08.2021-ci ildə xitam verilmişdir(bax.i.v.109-110). Demək, qətnamə çıxarılan vaxt mübahisəli torpaq sahəsinin mülkiyyətçisi İddiaçı1 olmaqla yanaşı, torpaq sahəsinin hansısa hissəsinə dair cavabdehə verilən etibarnamə yaxud ərizənin hüquqi qüvvəsi olmamışdır. Ancaq məhkəmə mülkiyyətin toxunulmazlığı barədə Konstitusiya normalarına istinad etsə də İddiaçı1 iddiasını da rədd etmişdir. Yəni, İddiaçı1 məhkəmənin qənaətinə görə bu iddianı digər iddiaçıya satdığı 0.02 ha torpaq sahəsini üçüncü şəxslərin hüququndan azad şəkildə vermək öhdəliyindən irəli gələn tələb etmə hüququndan istifadə edərək irəli sürsə də bu halın həqiqiliyi belə iddanın rədd edilməsi üçün əsas ola bilməzdi. Üçüncüsü, cavabdehlərin İddiaçı1 mülkiyyətində olmuş 0.08 ha torpaq sahəsinin 0.04 ha hissəsini onlara satmasını, cavabdehlər yox, iddiaçı etiraf etməlidir, ancaq etmir, əksinə iddia ilə məhkəməyə müraciət edərək mülkiyətində olan torpaq sahəsinin 0.02 ha hissəsindən onların çıxarılmasını tələb edir. Əgər cavabdehlərin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar həqiqətdirsə, onda Cavabdeh2 ilə də alqı-satqı müqaviləsi bağlanmasına hər hansı bir maneə yox idi yaxud sonuncu etibarnamənin qüvvədə olduğu müddətdə iddiaçı ilə mübahisəli torpaq sahəsinə dair hansısa əqd bağlamağa cəhd edə bilərdi, ancaq belə bir təşəbbüsü də olmamışdır. İddiaçı1 məhz mübahisə predmeti olan 0.02 ha torpaq sahəsində Cavabdeh2 ev tikməyə razılıq verməsi, gələcəkdə ona qarşı heç bir iddiasının olmayacağını bildirməsi həqiqət olsa belə yenə də iddianın bu hissəsi rədd oluna bilməzdi. Çünki, İddiaçı1 mülkiyyət hüququna əsaslanaraq hazırki iddianı irəli sürmüşdür. Əlbətdə, istisna olunmur ki, İddiaçı1la cavabdehlər arasında mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hansısa danışıqlar yaxud razılaşma ola, bu məqsədlə etibarnamə və ərizə də verilə bilər, eləcə də tikili inşa oluna bilər. Ancaq bu halların doğru olması belə iddianı bu hissədə rədd etmək üçün əsas ola bilməzdi. Dördüncüsü, Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Ancaq məhkəmənin də istinad etdiyi normaya əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Yəni, qanunvericilik torpaq və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqaviləsinin yazılı olmasını və notariat qaydasında təsdiqlənməsini tələb edir. Məhkəmə bir tərəfdən cavabdehlərin mübahisəli torpaq sahəsini şifahi razılaşma əsasında 5000 (beş min) manata aldıqlarına dair məhkəməyə sübut təqdim etmədiklərini, digər tərəfdən isə iddiaçının öz torpaq sahəsində Cavabdeh2 tikili inşa etməyə icazə verməklə, habelə, gələcəkdə o tikili ilə bağlı hər hansı iddia irəli sürməyəcəyini bəyan etməklə, cavabdehin həmin tikiliyə münasibətdə ona öz əmlakı kimi yiyələnmək və onu öz mülkiyyətinə almaq kimi gözlənti bəxş etdiyini bildirir. Ancaq bu qənaətin biri digərinə ziddir. Çünki, mübahisəli torpaq sahəsinə dair 5000 (beş min) manatın ödənilməsi sübut edilmirsə, gözlənti bəxş edilməsi də inandırıcı və ağlabatan deyildir. Beşincisi, iddia tələbinin həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi hissəsi isə qeyri-müəyyən və qətnamə ilə həll edilməli məsələ olmadığından təmin edilə bilməz. Çünki, İddiaçı1 mübahisəli ünvanda mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsini İddiaçı2 notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən satsa da, 0.02 ha hissənin 0.06 ha torpaq sahəsinin hansı hissəsi olması müqavilədə göstərilməmiş, bunun göstərilməsi də mümkün ola bilməzdi. Çünki, bu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldıqdan sonra müəyyənləşən bir məsələdir. Başqa sözlə İddiaçı2 satılmış 0.02 ha torpaq sahəsinin, mübahisə predmeti olan torpaq sahəsi olması hələləik bəlli deyil. Eyni zamanda cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılacağı təqdirdə, mülkiyyətçinin həmin torpaq sahəsini istənilən şəxsə satmaq, bağışlamaq, vermək və.s hüququları vardır. Ona görə də bu məsələ məhkəmə qətnaməsi ilə həll edilən tələb ola bilməz. Altıncısı, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddian təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqaviləsinin yazılı olması və notariat qaydasında təsdiqlənməli olması institutunun yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçılar İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, İddiaçı1 apellyasiya şikayəti isə qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)-3386/2021 saylı qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmalı, qətnamə, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin, İddiaçı1 apellyasiya şikayəti isə qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)-3386/2021 saylı qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılsın. Qətnamə, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-885/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-885/2022
07.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver