Məhkəmə qərarları › İş №2(103)-885/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-885/2023

11.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-885/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Rüstəmov Əliabbas Fəxrəddin oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh1, onun nümayəndələri və vəkilləri Nümayəndə2 və Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rüstəmov Əliabbas Fəxrəddin oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2245/2022 saylı 13 oktyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən verilmiş 4Ə-546 nömrəli sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

2. Notariat işində olan Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 7E- 8591 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh2 ********** qeydiyyat nömrəli **********61-12301 reyestr nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi və ümumi sahəsi olan 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

3. Notariat icraatında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi alıcı Cavabdeh1 160.000 manata satmışdır.

4. Notariat icraatında olan «Elektron notariat» Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışından görünür ki, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və Nəzərova Gültəkin Aydın qızı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (**********61-12301 reyestr nömrəli, ********** dövlət nömrəli, xx.xx.2019-cu il tarixli) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.

5. Notariat işində olan ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 160.000 manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4090 manat və torpaq sahəsinə görə yaranmış 1375 manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatını Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

6. Notariat işində olan "xxxx" ASC-nin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqların surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4090 (dörd min doxsan) manat və 1375 (bir min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

7. Notariat işində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

8. Notariat işində olan Bakı şhəri 14 saylı notariat ofisində təsdiq edilmiş və Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********218 nömrəli ərizədən görünür ki, 4Ə-546 reyestr nömrəsi ilə qeydə alınaraq xx.xx.2021-ci ildə Bakı şəhəri 14 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən 10 gün müddətində adına elektron çıxarışın qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir.

9. İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Ramil Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Cavabdeh3 əməlində dələduzluq cinayətinin tərkibi əlamətləri mövcud olmadığından onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir.

10. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 6(001)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Hümbətov Natiq Alı oğlu, Yusibov Xaləddin İdris oğlu, Cəfərov Sadiq İsa oğlu və Cəfərov Məmməd İsa oğlunun şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Məmmədov Ramil Emin oğlu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli «cinayət işi üzrə icraata xitam verilməsi barədə» qərarın ləğv edilməsi, şikayətdə və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə istintaqın aparılması, ibtidai istintaq zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər halların da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi qərara alınmışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 1i ünvanında qeydiyyatda olan "xxxx" MMCnin (VÖEN: **********) mənfəət vergisi bəyannamələrinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində vergiyə cəlb edilmiş malların (işlərin, xidmətlərin) dəyəri barədə göstəricilər aşağıdakı kimi müəyyən edilmişdir. xx.xx.2004-cü il tarixdə 3104 qeyiyyat nömrəsi ilə Ədliyyə nazirliyinin Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş «İcra hakimiyyəti orqanlarının, idarə, müssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nüsunəsi Siyahısı»nın 3.3-cü bəndinə əsasən vergi orqanına təqdim olunmuş vergi sənədlərinin saxlanma müddətinin 5 il olmasını nəzərə alaraq 2006-cı ildən (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) 2006-cı ildən tətbiq olunur) geri tarixə olan, fəaliyyətini əks etdirən məlumatların aşkar olunara təqdim olunması mümkün deyildir. 2006-cı il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -1.251.976,51 manat, 2007-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -1.709.431,39 manat, 2008-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir - 1.702.320,36 manat, 2009-cu il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -974.171,52 manat, 2010-cu il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -851.391,89 manat, 2011ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -257.754,20 manat, 2012-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -119.780,45 manat, 2013-cü il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -0,00 manat, 2014-cü il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -36.855,98 manat, 2015-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -237,29 manat, 2016-cı il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -6.460,39 manat, 2017-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -7.220,34 manat təşkil etmişdir.

12. İş materiallarında olan Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Əliyev Ziyatxan Qasım oğlu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi, yəni qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətlərinin olmaması müəyyən edilməməklə tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir. Belə ki, toplanmış material üzrə əməldə cinayət tərkibinin olmamasını sübuta yetirilir. Bu da Azərbaycan Respublikası CM-də etibarən suiistifadə etmə, aldatma kimi qeyd olunan dələduzluq cinayətinin tərkibini yaratmır. Həmçinin dəlduzluq edən şəxs əvvəlcədən etibar qazanmalı və zərərçəkmiş şəxsi aldatmalıdır. Göstərilənlərə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1750 (19PŞ) №-li araşdırma materialı üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

13. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin (beton zavod, ofis binası, mühasibatlıq binası, emalatxana, laboratoriya binası, yeməkxana binasının və s.) qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi 363,5 kv.m. olan əmlak kompleksinin hazırki bazar qiyməti - 2.550.000 (iki milyon beş yüz əlli min) manat təşkil etmişdir.

14. İş materiallarında olan Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Nümayəndə2 sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən ünvan 1ində mülkiyyətində olan 0,50 ha (50 sot) torpaq sahəsi üzərində yerləşən 363,5 kv.m. (A tikilisi 125,1 kv.m., B tikilisi 82,8 kv.m., C tikilisi 60,8 kv.m., D tikilisi 26,8 kv.m., E tikilisi 33,6 kv.m., F tikilisi 34,4 kv.m.) sahəli əmlak kompleksinin xx.xx.2022-ci il tarixinə olan bazar qiyməti - 270.000 (iki yüz yetmiş min) manat, likvid dəyəri - 216.000 (iki yüz on altı min) manat təşkil etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Rüstəmov Əliabbas Fəxrəddin oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan «əmlak kompleksi» qanunsuz yolla özgəninkiləşdirilərək Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********61-12-301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı bu hadisədən cari ilin yanvar aynda xəbərdar olmuş və faktiki olaraq aldadıldığını müəyyən etmişdir. Belə ki, 2021-ci ilin əvvəlində iddiaçıya təcili pul lazım olduğundan, həmin əmlakı ucuz qiymətə olsa belə, 2 milyon 500 min manata satmaq qərarına gəlmişdir. Qardaşımın yaxın dostu Cavabdeh3 bu əmlaka satıcı tapacağına söz vermiş və bir müddət keçdikdən sonra iddiaçıya bildirmişdir ki, yaxın dostu maklerdir, o həmin obyekti tez bir zamanda satacaqdır. Lakin həmin maklerin şərtlərinə görə onun adına etibarnamə verilməli, o, öz əmlakı kimi həmin obyekti istədiyi qiymətə satıb, alqı-satqı günü iddiaçıya çatası 2 milyon 500 min manatı ödəməklə, artıq qalan məbləği də özünə götürəcəkdir. İddiaçı buna etiraz etməmiş və onun iddiaçıya təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsin adına etibarnamə vermiş, eynu zamanda bir müddət keçdikdən sonra isə həyat yoldaşının adından da obyekin satışına etiraz etməməsi barədə notariusdan arayış da təqdim etmişdir. Həyat yoldaşının adından arayışı təqdim etdikdən bir gün sonra da alqı-satqının həyata keçirilməsi razılaşdırılsa da, Qədimdən səs çıxmamış, bir neçə gündən sonra onunla əlaqə saxladıqda isə, o, bildirmişdir ki, alıcı ilə tam razılaşma əldə olunmadığından razılaşdırılmış gün gələ bilməmişlər, bir neçə günə, mütləq, razılıq əldə olunacaqdır. Beləliklə, bir neçə gündən sonra da, Qədimdən xəbər olmadıqda, onunla əlaqə yaradılmasına nail olmuş və tələb etmişdir ki, tərəfindən ona təqdim edilmiş bütün sənədləri iddiaçıya qaytarsın. Lakin, həmin gündən Qədim faktiki olaraq yoxa çıxmış və onu tapmaq mümkün olmamışdır. Bir müddət keçdikdən sonra isə, qeyri-rəsmi də olsa, iddiaçıya məlumat çatdırılmışdır ki, Qədimin iddiaçıya təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsə verdiyi etibarnamə ilə, iddiaçıya məxsus obyekt başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla əlaqədar olaraq Qədimin axtarışlarına «çıxdıq» və məlum olmuşdur ki, o, Rusiya Federasiyasındadır, onunla əlaqə yaratmış, əmlakın başqa şəxsin adına necə özgəninkiləşdirildiyini soruşmuş və bildirmişdir ki, iddiaçının inamından sui-istifadə etməklə iddiaçıya məxsus əmlakın bu cür mənimsənilməsini həyata keçirdiyinə görə hüquq mühafizə orqanlarına müraciət etmiş, onun məsuliyyətə cəlb edilməsinə nəyin bahasına olursa olsun mütləq nail olacaq. Belə olduqda da, iddiaçıya bildirmişdir ki, bundan onun xəbəri yoxdur, əmlakının başqa şəxsin adına keçirilməsi qanunsuz edilmiş, o, bunu sübut edəcəkdir və Respublikada olmadığından onun yaxın tanışı olan vəkilin adına etibarnamə verməsini xahiş etmişdir. İlk halda olduğu kimi, yaxın tanışı olan vəkilin şəxsiyyət vəsiqəsinin məlumatlarını iddiaçıya göndərmiş və iddiaçı tərəfindən vəkil kimi ona etibarnamə verilmişdir. Beləliklə, öz növbəsində, iddiaçı tərəfindən Gəncə şəhəri 1 saylı vəkil bürosu vasitəsilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunaraq, iddiaçıya məxsus əmlak barədə arayışın təqdim edilməsini xahiş edilmiş və həmin idarədə alınan xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-546 saylı alqısatqı müqaviləsinə əsasən bu əmlak bütövlükdə İddiaçı tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-12301 reyestr nömrəli çıxarış verilmişdir. Eyni zamanda, həmin cavab məktubundan o da müəyyən olunmuşdur ki, Samux rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-226/2022 saylı qərardadına əsasən mülkün üzərinə qadağa qoyulmuşdur. Bu məsələlərlə əlaqədar olaraq iddiaçı Qədimlə əlaqə saxlamamış, qardaşının dostu olduğuna görə ona tapşırmışdır ki, onunla əlaqə saxlasın və məsələnin nə ilə əlaqədar olduğuna aydınlıq gətirsin. Məhz bundan sonra onlara məlum olmuşdur ki, Qədim iddiaçının adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürmüş, həmin borcun müqabilində də 3 milyon manatdan artıq dəyəri olan əmlak ilə bağlı sənədlərin iddiaçıdan alınıb ona təqdim edilməsinə nail olmuşdur. Rəşad adlı şəxs isə Qədimə verdiyi 130.000 manat borcu 160.000 manat məbləğində dəyərləndirmiş, yəni verilən 130.000 manatın üzərinə faiz də əlavə etməklə onu 160.000 manat məbləğində dəyərləndirilmiş və Qədimin aldığı borcun zamanəti kimi də bu əmlakı Səlim adlı yaxın qohumunun adına özgəninkiləşdirmiş, bununla da xüsusilə külli miqdarında dəyəri olan əmlakının mənimsənilməsi həyata keçirilmişdir. Göstərilənlərə əsasən xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan «əmlak kompleksi»nin xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı etiraz ərizəsi məhkəməyə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir, heç bir sübuta soykənmir. İddiaçının iddia ərizəsində qaldırdığı dəlilləri tam əsassızdır. Belə ki, cavabdeh artıq həmin əmlak kompleksinin xüsusi mülkiyyətçisidir, onun mülkiyyət huquqları qorunmalıdır. Notariat ofisində alqı-satqı müqaviləsi tam qanuni şəkildə həyata keçirilmişdir, alqı-satqı aparılarkən heç bir qanun pozunlusuna yol verilməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Cavabdeh1 vicdanlı alıcıdır, qanuni şəkildə əmlak almışdır. Nümayəndə2 həmçinin izahatında göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu Cavabdeh1 mübahisə predmeti olan əmlakı tam qanuni yolla əldə etmiş və dəyərini tam ödəmişdir. Vicdanlı alıcı olaraq hərəkət etmişdir. Əlavə olaraq qeyd edir ki, həmin obyektin dəyəri iddiaçı tərəfindən şişirdilir. Belə ki, həmin əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciətləri əsasında ekspertlər tərəfindən əmlakın bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 199.000 manat müəyyənləşdirilmişdir. Odur ki, vicdanlı alıcı olaraq iddianın onlara aid hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir.

18. Cavabdeh3 vəkili Vəkil1 iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, təmsil etdiyi şəxs Ədılov Qədim Ədıl oğlu iddiaya cavab verməli olmayan şəxsdir. İddia tələbindən və iş materiallarından da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi İddiaçı olmuş, mübahisəli əmlakın alqı-salqısı isə cavabdəhlər Cavabdeh1 ilə Əfəndıyev Rəşad Rəfail oğlu arasında baş vermişdir. Hal-hazırda da əmlakın mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı iddia tələbində ona məxsus əmlak kompleksini pul lazım olduğu üçün satmaq istədiyini və bunun üçün Cavabdeh3 tanışı Rəşad adlı şəxsə etibarnamə verdiyini göstərmişdir. Lakin xx.xx.2021-ci il tarixli etibarnamə ilə mübahisəli əmlak üzərində sərəncam verilməsi hüququ Qəribov Hafiz Nurəddın oğluna etibarnamə ilə verilmişdir. Bundan başqa iddiaçı ona məxsus əmlakın onun xəbəri olmadan başqa şəxsin adına özgəninkiləşdirildiyini cari ilin yanvar ayında məlumatı olduğunu bildirir. Lakin həmin əmlakın digər şəxsə satılması xəbərini 2021-ci ilin iyul ayında Cavabdeh3 iddiaçıya məlumat vermişdir. Bundan sonra Cavabdeh3 köməkliyi ilə hüququ yardım göstərilməsi üçün vəkil Rəşid Məhərrəmli ilə müqavilə bağlanmış və vəkilə xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. Bu halı iddiaçı özü də iddia tələbində etiraf etmişdir. İddiaçı iddia tələbində həmin vaxt Cavabdeh3 Rusiya Federasiyasında olduğunu ve onunla əlaqə yaratdığını bildirmişdir. Qeyd etdiyi kimi əmlakın satılmasını iddiaçıya Cavabdeh3 xəbər vermiş və xx.xx.2021-ci il tarixdə vəkilə etibarnamə verərkən də İddiaçı Cavabdeh3la birlikdə Bakı şəhərində vəkillə görüşmüşdür. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə Azərbaycandan Rusiya Federasiyasına getmişdir. İddiaçı daha sonra iddia tələbində guya Cavabdeh3 130000 manat Rəşada borcu olduğunu və həmin borcun qarşılığında ona məxsus əmlakın sənədlərini ondan alıb Rəşada verdiyini göstərmişdir. Cavabdeh3 Rəşada 130000 manat borcu yoxdur və bunu təsdiq edən hər hansı bir mötəbər subut yoxdur.Bunlar hamısı fərziyədır və yalandır. İddiaçı məxsus Samux rayonu Tatlı kəndində 0,5 ha torpaq sahəsində yerləşən əmlakın Cavabdeh1 satılmasından Cavabdeh3 xəbəri olmamış, əmlakın satılmasında iştirak etməmiş və pulu əldə etməmişdir. İddia tələbindən də göründüyü kimi, Cavabdeh3 iddia tələbinə cavab verməli olmayan şəxsdir. Vəkil həmçinin göstərmişdir ki, Cavabdeh3 məsələ ilə dərindən heç bir əlaqəsi olmayıb, heç bir gəlir götürməyib. Bu hazırki məsələ ilə bağlı olaraq keçirilmiş ibtidai istintaq mərhələsində də sübuta yetirilmişdir. Odur ki, iddia tələbinin Qədim Əbilova aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2245/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə əvvəlki hüquqi vəziyyətinin bərpa edilməsi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160000 (bir yüz altmış min) manat pulun Cavabdeh2 tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, bu qətnamə ünvan 1i, ümumi sahəsi 363,5 kv.m.olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas olması qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 339.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

21. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Nəzərov Müsaməddin Cəfər oğlu tərəfindən Cavabdeh2 verilmiş 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamə əsasında bağlanmış olan Samux rayonunun Tatlı kəndində 0,5 ha torpaq sahəsində yerləşən 363,5 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan əmlakının xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsi MM-in tələblərinə uyğun olaraq bağlanmışdır. Belə ki, MM-in əqdin etibarlılığı ilə bağlı birinci tələbi hər iki tərəfin iradə ifadəsinin olması tələbidir ki, həmin tələb MM-in 324.4-cü maddəsində normativləşmişdir. İddiaçı Nəzərov Müsaməddin Cəfər oğlunun iddia ərizəsindən də göründüyü kimi, verilmiş olan etibarnamə əsasında “əmlak kompleksi” adı ilə dövlət qeydiyyatına alınmış, Samux rayonunun Tatlı kəndində 0,5 ha torpaq sahəsində yerləşən 363,5 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan əmlakın bu və ya digər şəxsə satmaq niyyəti olmuşdur və müqavilə bağlanarkən iradə ifadəsini göstərmişdir. Oxşar müddəa Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında da göstərilmişdir. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bundan başqa, Müsamaddin Nəzərov məhkəmə prosesi zamanı həqiqətə uyğun olmayan ifadə verərək özünün yalanlarını digər yalanlarla pərdələməyə də çalışmışdır. Belə ki, Nəzərov Müsaməddin adıçəkilən “əmlak kompleksi”nin satışından cari ilin yanvar ayında xəbəradar olduğuna dair ifadə vermişdir. Lakin bu tamamilə yalan olmaqla, “əmlak kompleksi”nin satışından peşman olması ilə bağlı məhkəməni aldatmaq məqsədilə söylənmişdir. Belə ki, Nəzərov Müsaməddin “əmlak kompleksi”nin özgəninkiləşdirilməsindən, Cavabdeh1 sərəncamına verilməsindən 2021-ci il iyul ayında artıq xəbərdar idi və “əmlak kompleksi”nin Cavabdeh1 160.000 manat məbləğində pula satılmasına hər hansı bir etiraz da bildirməmişdir. Narazılıq bildirməməsinə səbəb isə həmin dövrdə Nəzərov Müsaməddin özünün də bildirdiyi kimi pula ehtiyacı olması və İddiaçı ümumiyyətlə pandemiya dövründə daşınmaz əmlakın dəyərinin aşağı olmasını, adı çəkilən əmlakın isə yararsız və faəliyyətsiz olmasını, bu səbəblərdə də “əmlak kompleksi”nin dəyərinin daha yüksək olmacağını özü də bilməsi olmuşdur. Bundan başqa Nəzərəov Musaməddin 160 min manat məbləğində pulun ona verilmədiyini bildirmişdir. İlk növbədə qeyd edilir ki, 160.000 manat pulun verilmədiyinə əsaslanan iddia “əqdin etibarsızlığı” iddiası ilə əhatə oluna bilməz. Bundan başqa 160.000 manat məbləğində pulun özünə verilmədiyini izahatında bildirən yeganə şəxs İddiaçıdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bu faktı qətiyyətlə təkzib ediblər. Bu baxımdan 160.000 manat məbləğində pulun özünə verilmədiyinin sübutetmə yükü məhz İddiaçı üzərinə düşməlidir. Lakin İddiaçı tərəfindən verdiyi ifadəni təsdiq edən hər hansı dəlil irəli sürülməmişdir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd edilir ki, şikayətə əlavə edilən notarius orqanından aldığı çıxarışdan da göründüyü kimi, İddiaçı tərəfindən Qəribov Hafiz Nurəddin oğluna heç bir əmlak etibar edilməmişdir. Belə ki, 9 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamədə etibar edilmiş şəxs qismində Cavabdeh2 göstərilmişdir. Belə ki, Nəzərov Müsaməddin ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq ,bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ ərizələrə imza atmağı Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ ərizə yazmağı və imzalamağı, o cümlədən qeydiyyat işləri aparmağı, bağlanmış alqı-satqımüqaviləsini ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamə ilə Cavabdeh2 etibar etmişdir. Daşınmaz əmlakın alqı-satqısını həyata keçirilən zamanı isə 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamə qüvvədə olmuşdur. Tamamilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, “Əmlak kompeksi”nin alqı-satqısı həyata keçirilmişdir. 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamə mülki qanunvericiyin tələblərinə uyğun olaraq verilmiş və təsdiq olunmuşdur, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Onun da əsasında daşınmaz əmlakın alqı-satqısı həyata keçirilmişdir. Ali Məhkəmənin də göstərdiyi mövqeyə əsasən, məhkəmələr tərəfindən etibarnamə ilə satılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilə bilməsi üçün ilk növbədə, həmin alqı-satqı müqaviləsinin bağlanmasının əsası kimi çıxış edən etibarnamənin özünün etibarsız olması müəyyən olunmalı idi. Nəsimi Rayon Məhkəməsi tərəfindən isə etibarnamənin verilməsi proseduru ilə bağlı hər hansı araşdırma aparılmadan, yalnız Nəzərov Müsaməddin verdiyi yalan izahata əsasən, qətnamə qəbul etmiş və əsassız iddianı təmin etmişdir. Qanuni etibarnamə əsasında rəsmiləşdirilmiş olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qanunvericiliyin tələblərin ciddi şəkildə pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-4380/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(102)-4184/2021 saylı xx.xx.2021-ci il tarixli, 2 (102)-4170/2021 saylı xx.xx.2021-ci il tarixli, 2 (102)- 541/2021 saylı xx.xx.2021-ci il tarixli, 2 (102)-505/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarlarlarında Ali Məhkəmənin mövqeyinə əsasən, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün məhkəmə tərəfindən ilkin araşdırılmalı lazım olan məsələ verilmiş etibarnamənin etibarsız olub-olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-541/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Etibarnamə əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi ilkin olaraq etibarnamənin etibarsızlığından doğur. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi 19 aprel 2021-ci il Bakı şəhəri, 14 saylı notariat ofisinin xüsusi notariusu Əliyev Elmar Qəzənfər oğlu tərəfindən təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi tamamilə Nəzərov Müsaməddin Cəfər oğlunun əmlak barəsində sərəncam vermək, Cavabdeh1 münasibətdə isə əmlakın əldə edilməsinə əsaslanır. Göründüyü kimi hər hansı yalan və ya uydurma əqd bağlamaq niyyəti olmamış, Cavabdeh2 münasibətdə isə niyyəti yalnız Nəzərov Müsaməddin Cəfər oğlunun Cavabdeh2 verdiyi etibarnamə əsasında yalnız təmsilçilik fəaliyyətinin həyata keçirilməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarınım mövqeyindən də göründüyü kimi etibarnamə əsasında səlahiyyət verilmiş şəxs tərəfindən bağlanmış əqd də etibarlıdır və həmçinin notarial təsdiqli alqı-satqı müqaviləsi olduğundan uydurma əqd hesab oluna bilməz. Əvvəlcə niyyəti əmlakını satmaq olan Nəzərov Müsaməddin Cəfər oğlunun Cavabdeh2 verdiyi etibarnamə əsasında əmlakının bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticəsinə görə Cavabdeh1 mülkiyyətinə verilməsindən peşman olması heç bir əsas olmadan bağlanan müqavilənin uydurma əqd olmasının iddia edilməsi tamamilə əsassız və hüquqları ciddi şəkildə pozulması ilə yanaşı, Cavabdeh1 da öz əmlakına münasibətdə hüquqlarını həyata keçirməsinə mane olur. Həmçinin qeyd edilir ki, faktlardan da göründüyü kimi, müqavilənin notarial qaydada bağlanması halı məlumdur ki, bu da əqdin uydurma əqd olmadığını isbat edir. Əqdin uydurna əqd olmasının iddia edilməsi isə bu halı təsdiq edən sübutların təqdim olunması zərurətini ortaya çıxarır. Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasına münasibətdə Cavabdeh2 isə təmsilçiliyin həyata keçirilməsinə münasibətdə vicdanlılıq nümayiş etdirmişdir. Yuxarıda göstərilənlərdən məlum olduğu kimi, Cavabdeh1 vicdanlı sahib hesab olunur və qanunun tələblərinə müvafiq əmlak onun mülkiyyətininə verilmişdir. Bu baxımdan bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi vicdanlı sahib olan Cavabdeh1 da hüquqlarını ciddi şəkildə pozulmasına səbəb olacaqdır. Belə ki, ifadələr arasında ciddi ziddiyətlər olsa da, Nəsimi Rayon Məhkəməsi yalnız Müsaməddin Nəzərovun izahatına əsasən qətnamə qəbul etmiş, sübutların hərtərəfli qiymətləndirilməsini aparmamışdır. Belə ki, Nəzərov Müsaməddin izahatında bildirmişdir ki, Cavabdeh3 Cavabdeh2 130.000 manat borcu olduğundan “Əmlak kompleksi”ni dəyərindən aşağı olan məbləğə satdığı, özünə verilməlin olan məbləğin isə ona verilmədiyini söyləmişdir. Lakin həm Cavabdeh3, həm də Cavabdeh2 məhkəmə prosesi zamanı verdikləri ifadəsində bu faktı təkzib edərək bildirmişdilər ki, Cavabdeh3 Cavabdeh2 heç bir borcu olmadığını, Cavabdeh2 isə Cavabdeh3 ona heç bir borcu olmadığını qətiyyətlə söyləmişdirlər. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh3 izahatları arasında uyğunluq özünü göstərsə də, Nəzərov Müsaməddinin izahatı digər prosesdə bu və ya digər formada iştirak edən şəxslərin ifadələri arasında hər hansı uyğunluğun şahidi olunmur. Nəzərov Müsaməddin “əmlak kompleksi”ni geri almaq məqsədilə yalan ifadə vermiş, bir neçə üst qurumlara şikayətlər verərək məhkəməyə təzyiq göstərməyə çalışmışdır. Bu kimi hallar Nəsimi rayon məhkəməsinin obyektiv araşdırma aparmasına və ədalətli qərar qəbul etməsinə əsaslı şübhələr yaratmışdır. Bu baxımdan Nəsimi rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(006)-2245/2022 saylı qətnaməsinin ləğv edilməsini, hüquqlarının müdafiə etdiyi şəxsin pozulmuş hüquqlarının bərpasını zəruri hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov tərəfindən 15 aprel 2022-ci il tarixli qərardad qəbul edilərək, ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin eksperti tərəfindən verilən ekspert rəyinə əsasən, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” -nin dəyəri şişirdilərək 2.550.000 manat dəyərində müəyyən olunmuşdur. Ekspert rəyi ilə bağlı əsaslı şübhələr yaranmasına səbəb, əlavə olaraq məhkəməyə təqdim olunmuş olan ekspert rəylərində müəyyən olunmuş məbləğlərin bir-birinə yaxın olması və mövcud bazar qiymətlərinə daha uyğun olmasıdır. xx.xx.2022-ci il tarixində tərəflərindən, o cümlədən Cavabdeh1 vəkili tərəfindən ekspert rəyinə qarşı əsaslandırılmış etirazı məhkəməyə təqdim etməsinə baxmayaraq, hakim tərəfindən təkrar ekspertiza keçirilməsinə dair qərardad qəbul edilməmişdir. Hal-hazırda da ekspert rəyi ilə razılaşmasa da, hakim tərəfindən qətnamə məhz bizim razılaşmadığımız ekspert rəyi ilə əsaslandırılmışdır. Bundan əlavə bildirmək istəyir ki, həmin “əmlak kompleksi” pandemiya dövründə satılmışdır. Həmin dövrdə Samux rayonunda əmlakın dəyəririnin "xxxx" MMC-nin eksperti tərəfindən təqdimolunmuş ekpert rəyində göstərilən məbləğ qədər olması ağlabatan deyildir və onlarda əsaslı şübhələr doğurur. Həmçinin nəzərinizə çatdırmaq istəyir ki, Nəzərov Müsaməddin Cəfər oğlunun adıçəkilən mənzili pula ehtiyacı olduğundan tez bir zamanda satmağa tələsmiş, obyektin satış qiymətini də özü müəyyən etmişdir. Həmçinin obyekt hal-hazırda da daşınmaz əmlakın alqı-satqısı həyata keçirilən dövrdə olduğu kimi yararsız vəziyyətdədir və fəaliyyətsiz haldadır. Nəsimi Rayon Məhkəməsinin mülki iş üzrə tərəflərin etirazına və əsaslı şübhələrinə səbəb olan eskpert rəyini sübut kimi qiymətləndirməsi və qətnamənin əsaslandırılması kimi yalnız həmin ekspert rəyinə istinad etməsi tamamilə qanunsuzdur. Obyektivliyin təmin olunması məqsədilə ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” nin dəyərinin müəyyən edilməsi məqsədilə təkrar ekspertizanın keçirilməsini zəruri hesab edir. Belə ki, həmin əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciətləri əsasında mütəxəssiləri tərəfindən əmlakın bazar dəyəri 270.000 manat, likvid dəyəri isə 216.000 manat müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən müəyyən olunmuş dəyər daşınmaz əmlakın mövcud bazar qiymətlərinə daha uyğun olmaqla yanaşı, reallığı və həqiqəti də özündə əks etdirir. Ekspert rəyləri arasında əsaslı ziddiyyətlərin olmasına baxmayaraq, Nəsimi rayon məhkəməsi tərəfindən əsassız iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsi hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarını pozmaqla yanaşı, qanunvericiliyin tələblərini də ciddi şəkildə pozur. ”Fides” MMC-nin ekspertləri tərəfindən aparlmış qiymətləndirməyə əsasən isə adıçəkilən obyektin bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 199.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, hər iki təşkilat tərəfindən aparılan qiymətləndirmə bir-biri ilə uyğunluq təşkil edir və daşınmaz əmlakın mövcud bazar qiymətlərinə mütənasib xarakter daşıyır. Bu isə məhkəmənin öz təşəbbüsü ilə "xxxx" MMC-nin ekspertləri tərəfindən həyata keçirilən qiymətləndirməyə əsasən müəyyən olunmuş əmlak dəyərinin bazar qiymətlərinin qat-qat üstündə olmasına, o cümlədən ekspert rəyinin qeyri-obyektiv şəraitdə verilməsi əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Bu baxımdan Nəsimi rayon məhkəməsi tərəfindən yol verilmiş qanunsuzluğu aradan qaldırmaq məqsədilə təkrar ekspertizanın keçirilməsini ədalətli hesab edir. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Adı çəkilən alqı-satqı müqaviləsi də Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq verilmiş və bunun əsasında da bağlanmış alqı-satqı müqaviləsi də Cavabdeh2 təmsilçisi olduğu Nəzərov Müsaməddin Cəfər oğlu üçün də qanununa müvafiq hüquqi nəticələr doğurmuşdur. Bu baxımdan adı çəkilən alqı-satqı müqaviləsinin etibarsız elan olunması özü qanunun tələblərini kobud surətdə pozmaqla, cavabdehlərin hüquqlarını həyata keçirməsinə mane olacaqdır. Bu səbəbdən cavabdehin “müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı iddiası əsassızdır və rədd edilməlidir. Etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmək tələbi öz-özlüyündə yanlışdır. Əgər tələb məhkəmə tərəfindən qəbul edilən hesab olunubsa da, Nəsimi rayon məhkəməsi tərəfindən 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamənin etibarsız olub-olmaması faktı müəyyən olunmalı idi. Əgər etibarnamə etibarsız deyildirsə, qanunvericiliyin tələblərinə əsasən verilmiş və təsdiq olunmuşdursa, bu halda iddia məhkəmə tərəfindən rədd olunmalı idi.

23. Qətnamədən həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə istər maddi hüquq normalarının tətbiqi baxımından, istərsə prosessual hüquq normalarına riayət edilməsi səbəbindən qanunsuz və əsassızdır, buna görə apellyasiya qaydasında ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. Məhkəmə qətnaməsinin təhlili göstərir ki, işə baxmış hakim işin həqiqi hallarını deyil, iddiaçının heç bir mötəbər sübuta söykənməyən, iş üzrə toplanmış dəlillərlə öz təsdiqini tapmayan, nağıla bənzəyən iddia ərizəsinə və məhkəmə iclasında verdikləri izahatları əsasında məhkəmə aktı qəbul etmişdir. Belə ki, mülki işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin notariat işində olan Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 7E-8591 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh2 ********** qeydiyyat nömrəli **********61-12301 reyestr nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi və ümumi sahəsi olan 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş qaydada əmlakın mülkiyyətçisi olan İddiaçı adından mübahisəsi gedən əmlakı satmaq üçün bütün hüquqlara (o cümlədən öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək) malik olmuşdur. Notariat icraatında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi alıcı Cavabdeh1 160.000 manata satmışdır. Göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən olunmuş qaydalara uyğun olaraq əqd bağlanmış və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əks halda əqdin notarial qaydasında təsdiq olunmasından imtina olunardı. Notariat icraatında olan «Elektron notariat» Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışından görünür ki, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və Nəzərova Gültəkin Aydın qızı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (**********61-12301 reyestr nömrəli, ********** dövlət nömrəli, xx.xx.2019-cu il tarixli) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Notariat işində olan ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 160.000 manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4090 manat və torpaq sahəsinə görə yaranmış 1375 manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatını Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Notariat işində olan "xxxx" ASC-nin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqların surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4090 (dörd min doxsan) manat və 1375 (bir min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Notariat işində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan əmlakı vicdanlı olaraq əldə etmiş və aldığı əmlakla bağlı alqısatqı əməliyyatını da tam qanuni olaraq həyata keçirmişdir. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilmiş, mülki qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaqla bağlanmış, müqavilə təsdiq olunarkən satıcının əmlak üzərinə sərəncam vermək hüququ, etibarnamə üzrə nümayəndənin səlahiyyətlərinin olub-olmaması, əmlakın yüklü olub-olmaması, əmlakın satılmasına razılıqlarının olması yoxlandıqdan sonra əmlaka dair alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Belə olan halda işin mübahisəsiz müəyyən olunmuş həqiqi halları ola-ola işə baxmış birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi hesab edir kobud maddi və prosessual hüquq pozuntusudur və qəbul edilmiş məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə qətnaməsinin təhlili həmçinin onu göstərir ki, hakim öz qənaətini yalnız iddiaçı tərəfin təqdim etdiyi, mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən formalaşdırmışdır. Qətnamənin əsaslandırıcı hissəsini konkret mübahisəyə aidiyyatı olmayan hüquq normaları, Konstitusiya Məhkəməsinin qərarları və hüquq ədəbiyyatından çıxarışlar təşkil edir. Belə ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsi öz qətnaməsində göstərir ki, hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəylərilə də müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır. Belə maraqlı sual ortaya çıxır işə baxmış məhkəmə “iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir” deyərkən hansı mötəbər sübuta əsaslanmışdır. İddiaçının izahatınamı, iddia ərizəsinə görəmi?! Əgər izahat və ərizələrə əsasən məhkəmə aktı qəbul edilirsə, niyə görə cavabdehlərin etiraz ərizələri və izahatları qəbul olunmur?! Məgər bu işə birtərəfli yanaşma deyilmi?! Əgər iddianın təmin olunması haqda məhkəmə aktı iddiaçının təqdim etdiyi mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən qəbul edilirsə, niyə görə cavabdeh tərəfin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı qəbul edilmir?! Məgər bu hal hakimin sübutlara qərəzli yanaşmasından xəbər vermirmi?! Belə olan halda, mülki mühakimə icraatının təməl prinsipləri (çəkişmə, bərabərlik, qanunçuluq və s.) pozulmurmu?! Bundan başqa, bəs Azərbaycan Respublikası Mülki Məcəlləsinin təməl prinsiplərindən olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı prinsipləri ilə nə edək?! Göstərilənlərdən başqa məhkəmə iddianı təmin edərkən qətnamədə göstərir ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satşışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulunda iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. Bu nə deməkdir, bunun tərəflər (İddiaçı ilə Cavabdeh1) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlığına nə aidiyyatı var?! Əmlakı alan şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada bank vasitəsilə əmlakın dəyərini ödəmişdirsə, kimin kimə pul veribverməməsinin mübahisəyə nə aidiyyatı var, getsinlər öz aralarında pul mübahisəsini həll etsinlər. Ən maraqlısı isə məhkəmə aktının 33-cü bəndində əks olunmuşdur. Belə ki, həmin bənddə hakim göstərir ki, “Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir”. Yəni hakimin qənaətinə görə alqı-satqı müqaviləsinin ən son hərəkəti (pul məbləğinin verilməsi) əqdin ilk addımını (satmaq niyyətini, əmlakı satmaq iradəsini) formalaşdırır. Təbii ki, bu absurddur! Eyni zamanda iddianı təmin edən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyini qeyd etsə də, bunu da yalnız iddiaçı tərəfin ərizə və izahatları əsasında qurmuşdur. Halbuki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı dələduzluq, yəni aldatma nəticəsində əmlakından məhrum olması faktı ilə bağlı ərizələri hüquq-mühafizə orqanları tərəfindən rədd edilmiş və ya cinayət tərkibi olmadığından xitam olunmuşdur. Lakin bütün bunlara baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq öz qətnaməsində aldatma, yalan əsasında əqdin bağlanmasını qeyd edir. İşə birinci instansiya məhkəməsində qeyri-obyektiv və qərəzli baxılmasını həmçinin o hal təsdiq edir ki, baxmayaraq cavabdeh tərəflər iş üzrə qiymətləndirmə keçirilməsi haqda haqlı vəsatət verilmişdir, heç bir əsas olmadan təmin olunmamışdır. Halbuki, iddiaçı və cavabdeh tərəfindən mübahisəli əmlakla bağlı fərqli, bir-birinə zidd qiymətləndirmə hesabatları təqdim olunmuşdur. Hakim isə işin obyektiv tədqiqi üçün ekspertiza təyin edib bu halı müəyyən etmək əvəzinə birtərəfli yanaşma nümayiş etdirərək, iddiaçının təqdim etdiyi hesabatı qəbul etmişdir. İşə baxmış hakimin ümumiyyətlə Cavabdeh1 qərəzli münasibəti həmçinin məhkəmə aktının nəticə hissəsinin “"xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsi ilə də müəyyən olunur. Belə ki, əqdin aldatma nəticəsində bağlanması halı qəbul edilsə belə, əgər Cavabdeh1 bu aldatmanın tərəfi olmayıbsa, əksinə, bundan zərər çəkmişdirsə, niyə görə qiymətləndirmə hesabatının dəyəri ondan tutulmalıdır?! Təbii ki, cavabdeh olaraq hər hansı aldatma, yalan nəticəsində əqd bağlandığını qəbul etmir, hesab edir ki, bağlanmış əqd qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmışdır, lakin kiçik bu hal belə göstərir ki, işə baxılarkən mübahisəyə qeyri-obyektiv, birtərəfli və qərəzli yanaşılmışdır. Göstərilənlərə əsasən hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndələri və vəkilləri Nümayəndə2 və Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rüstəmov Əliabbas Fəxrəddin oğlu apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

29. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

32. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

33. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

34. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

35. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir..

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2245/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

50. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqısatqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəyləri ilədə müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır.

52. Məhkəmə həmçinin qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satşışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulunda iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. (iddiaçı məhkəmə iclası zamanı puldan heç bir məbləğin ona verilməməsini bildirmişdir). Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir.

53. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

54. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən iş üzrə lazımi araşdırma aparmamış Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi nəticəsinə gəlmiş olsa da, mübahisə predmeti olan olan daşınmaz əmlakı əldə etmiş Cavabdeh1 vicdanlı olub-olmamasına ümumiyyətlə münasibət bildirməmiş, alqısatqı müqaviləsinin qanuni olub-olmamasını araşdırmamışdır.

55. İşin mübahisə olunmayan hallarına görə, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi İddiaçı mülkiyyətində olub. xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh2 ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi və ümumi sahəsi olan 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Həmçinin iddiaçının arvadı Nəzərova Gültəkin Aydın qızı xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəyə əsasən birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etməmiş, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı əvəzinə digər Cavabdeh1 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni 160.000 manata satmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra, Cavabdeh1 xx.xx.2021-ci il tarixli **********218 nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və Cavabdeh1 adına 29 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçı, əmlak kompleksini 2 milyon 500 min manata satmaq niyyətində olduğunu, bunun üçün müxtəlif şəxslərə və maklerlərə müraciət etdiyini, əmlak kopleksini satmaq üçün Cavabdeh2 adına etibarnamə verdiyini, sonuncunun əmlak kompleksini dəyərindən dəfələrlə aşağı qiymətlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satıldığını, həmin müqavilənin formal, aldatma təsiri altında bağlandığını, alqı-satqı müqaviləsi üzrə ona pul verilmədiyini göstərib, əmlak kompleksinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək Çıxarışın ləğv edilməsini iddia edir. Cavabdehlər isə əmlak kompleksinə dair alqısatqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığını, həmin müqavilələrin etibarsızlığı üçün əsasların olmadığını, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından Cavabdeh1 mənzili vicdanlı əldə edən olduğunu göstərib, iddiaya etiraz edir.

56. Kollegiya qeyd edir ki, əvvəla, sözügedən əmlaka dair iddiaçının təmsilçisi Cavabdeh2 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, həmin alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi Cavabdeh1 mülkiyyətinə keçib. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə isə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

57. Birinci instansiya məhkəməsi sözügedən alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən, iddiaçının iradə ifadəsinin həqiqi mənasını, yəni onun mənzili satmaq niyyətində, arzusunda olmasını, məhz bu məqsədlə Cavabdeh2 xx.xx.2022-ci il tarixədək qüvvədə olmaqla etibarnamə verməsini, sonuncunun həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edərək əmlakı Cavabdeh1 satmasını, başqa sözlə alqısatqı müqaviləsinin etibarlılığı şərtlərinə tam əməl olunmasını və bütövlükdə alqı-satqı müqaviləsinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır.

58. Digər tərəfdən, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normalarda əmlakın öz dəyərindən aşağı qiymətə satılması, təmsilçinin təmsil edilənin adından əmlakı başqa şəxsə satması, həmçinin təmsilçinin əmlakın dəyərini təmsil edilənə ödəməməsi halları, əqdin etibarsızlığının əsası kimi nəzərdə tutulmayıb.

59. Ona görə də, kollegiya hesab edir ki, iş materiallarında olan qiymətləndirmə rəyi ilə əmlakın qiymətinin satış qiymətindən daha yuxarı olması qəbul olunsa belə, hazırkı işin halları baxımında əqdin məhz etibarsızlığına dəlalət etmir.

60. Kollegiya hesab edir ki, hazırki halda iddiaçının əvvəldən sözügedən əmlakı satmaq niyyətində, arzusunda olması işin mübahisə olunmayan halıdır və iddiaçı özü də iddia ərizəsində bu faktı inkar etməmişdir. Göründüyü kimi, tərəflər arasındakı hazırki mübahisə əslində iddiaçının əmlakı 2 milyon 500 min manata satmaq niyyətində olması, təmsilçi Cavabdeh2 isə əmlak kompleksini dəyərindən ucuz qiymətə, yəni 160.000 manata satması, habelə mənzilin dəyərini iddiaçıya ödəməməsinə görə yaranıb.

61. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsi bağlanmasında xəbərsiz olmasını ifadə etsə də, işin mübahisəsiz halıdır ki, əqdın bağlandığı gün iddiaçının arvadı etibar edilən şəxslə birlikdə əmlakın satılmasına razılıq verilməsi məqsədi ilə notariat orqanında iştirak etmişlər və sonuncu tərəfindən razılıq ərizəsi verilmişdir. Belə olan halda iddiaçının əqdin bağlanmasından xəbərsiz olması barədə dəlili inandırıcı deyil və iş materialları ilə təkzib olunur.

62. Bundan başqa iddiaçı iddia tələbində müstəqli tələb irəli sürməyən üçüncü şəxs kimi Rüstəmov Əliabbas Fəxrəddin oğlunun qeyd etsə də, sonuncunun hazırkı işə bağlığının nədən ibarət olması ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında da, bu halın müəyyənləşdirilməsi məqsədi ilə Rüstəmov Əliabbas Fəxrəddin oğluna sual verilsə də, onun hazırkı işə bağlılığının nədən ibarət olmasını göstərə bilməmişdir. Bu isə özlüyündə bir daha iddiaçının iddia tələbinin ehtimallara əsaslandığının göstəricisidir.

63. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının sözügedən alqı-satqı müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 2 milyon 500 min manat olan əmlakın 160.000 manata satılması, habelə təmsilçi Cavabdeh2 tərəfindən həmin pulun ona ödənilməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Buna görə də İddiaçı təmsilçi Cavabdeh2 qarşı iddia qaldırmaqla əmlakın dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilərdi.

64. Bundan başqa kollegiya qeyd edir ki, təmsilçi Cavabdeh2 təmsil edilən İddiaçının adından əmlakı öz borcu əvəzində Cavabdeh1 satmaqla şəxsən özü barəsində əqd bağlamasına dair iddiaçının dəlilləri işin halları və iş materiallarında olan hər hansı sübutla təsdiq olumur.

65. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əqd bağlanması məqsədilə təmsilçisi Cavabdeh2 tərəfindən aldadıldığı qənaətinə gəlsə də, əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu halların nədən ibarət olduğunu araşdırmayıb və gəldiyi nəticəni Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, məhkəmə cavabdehlərin hansı əsl həqiqəti iddiaçıdan gizlətmələrini, onların iddiaçını həqiqətdən uzaq hansı hərəkətə təhrik etmələrini, alqı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçının cavabdehlər tərəfindən aldadılmasının nədə ifadə olunmasını aydınlaşdırmadan, yalnız ehtimallara əsaslanaraq iddianı təmin etmişdir. Hansı ki, ilk gündən iddiaçının niyyəti, arzusu əmlak kompleksini satmaq olub və məhz bunun üçün Cavabdeh2 adına etibarnamə verib. Buna görə də Cavabdeh2 mənzili iddiaçının iddia etdiyi kimi 2 milyon 500 min manata deyil, 160.000 manata Cavabdeh1 satması və satış pulunu iddiaçıya verməməsi, sonuncunun əqd bağlanması məqsədilə aldadılması kimi qiymətləndirilə bilməz.

66. Kollegiya qeyd edir ki, tərəflər arasında müqaviləni Mülki Məcəllənin 404-cü maddəsinin tələbi baxımından təfsir etdikdə görünür ki, alqı-satqı müqaviləsinin uydurma əqd olması barədə birinci instansiya məhkəməsinin “niyyət”lə bağlı mövqeyi əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi müqavilə üzrə satıcı İddiaçı mənzilini satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olmasının mübahisə doğurmamasını qeyd edib, lakin satıcının müqaviləni şəxsən deyil, nümayəndə vasitəsilə bağlaması halını əsas götürüb müqavilədəki niyyətin, yəni nümayəndənin niyyətinin əmlak kompleksini öz daha yuxarı qiymətə satmaq olmamasına istinad edərək belə nəticəyə gəlib ki, tərəflərin müqavilədəki niyyəti satıcıya əvəz ödəmədən əmlak kompleksini onun mülkiyyətindən çıxarmaq olub. Belə olan təqdirdə, bir halda ki, mülkiyyətçi olaraq iddiaçı mənzilini satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olması mübahisə doğurmur, o zaman tərəflərin məqsədinin həmin əmlak kompleksinin iddiaçının mülkiyyətindən çıxarması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki bütün hallarda mülkiyyətçi öz əmlakını satırsa, əmlak onun mülkiyyətindən çıxır. Alqı-satqı müqaviləsinin mahiyyəti də məhz bundadır. Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

67. Həmçinin müqavilə təmsilçi Cavabdeh2 tərəfindən imzalansa da, müqavilənin tərəfləri satıcı İddiaçı və alıcı Cavabdeh1dur. Mülki Məcəllənin 340.1-ci maddəsi tətbiq edilirsə, məhz həmin müqavilənin alıcı və satıcıya münasibətdə uydurma əqd olmasına qiymət verilməli idi. Cavabdeh2 satıcıya əvəz ödəməməsinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi bu hal zərərin tələb edilməsi üçün əsas ola bilər, müqavilənin etibarsızlığı üçün isə əsas deyil.

68. Etibarnamə ilə bağlı da məhkəmənin dəlilləri qəbul edilən deyil. Belə ki, məhkəməsinin mövqeyinə görə təmsil edilən İddiaçı və nümayəndə Cavabdeh2 etibarnamə verilənə qədər bir-birini tanımayıblar, bunu hər iki tərəf təsdiq edir. Ağlabatan mühakiməyə görə mülkiyyətçi öz əmlakını satmağı və ona çatmalı olan pulu almağı tanımadığı şəxsə etibar etməz. Təmsil edilən İddiaçı əks tərəflə qardaşının yaxın dostu Cavabdeh3 əlaqələndirib, iddiaçı sonuncunu dələduzluqda ittiham etsə də, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Ramil Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Cavabdeh3 əməlində dələduzluq cinayətinin tərkibi əlamətləri mövcud olmadığından onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, məhkəmənin etibarnamənin iddiaçı tərəfindən könüllü, hər hansı təzyiq olmadan verilməsinə, ümumiyyətlə, onun özünün də tanımadığı adama etibarnamə verməsinin riskini daşımasına əhəmiyyət verməmiş, bütün bu halları yalnız cavabdehlərin ziyanına şərh etmişdir.

69. Kollegiya eyni zamanda qeyd edir ki, Cavabdeh1 izahatında, apellyasiya şikayətində əmlak kompleksini əvəzli şəkildə, yəni alqı-satqı müqaviləsində şərtləndirilmiş 160.000 manat pulu notariusun depozit hesabına köçürməklə İddiaçı əvəzinə digər Cavabdeh1 satın aldığını və əmlak kompleksini vicdanlı əldə etdiyini göstərib iddiaya etiraz etsə də, birinci instansiya məhkəməsi onun bu dəlili üzrə ümumiyyətlə heç bir araşdırma aparmayıb, Mülki Məcəllənin 140-ci maddəsinə diqqət yetirməyib.

70. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halıdır ki, sözügedən alqı-satqı müqaviləsi bağlanarkən notariusun Bankda olan depozit hesabına Cavabdeh1 tərəfindən 160.000 manat pul köçürülməsi iş materialları ilə təsdiq olunur.

71. Göründüyü kimi, hazırki halda iş üzrə daşınmaz əmlakı əldə edən Cavabdeh1 vicdanlı əldə edəndir. Bu halda da iddianın təmin olunmasını mümkünsüzdür.

72. Belə ki, daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 140-cı maddəsi çıxış edir. Həmin normaya müvafiq olaraq isə daşınmaz əmlakı əldə edən şəxs o zaman vicdanlı sayıla bilər ki, həmin əmlak onu özgəninkiləşdirən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeydə dair etiraz reyestrə daxil edilməsin və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin.

73. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

74. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

75. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

76. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun.

77. Hazırkı iş üzrə isə mübahisəli daşınmaz əmlak xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı adına olan qeydə dair etiraz reyestrə daxil edilməmiş və əldə edən şəxs (Cavabdeh1) qeydin qeyri-dəqiq olmasını bilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir.

78. Eyni zamanda məhkəmə iclasında əmlakın özəlləşdirilməsi və Cavabdeh1 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və onun vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarlar)

80. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsinə hər hansı əsas yoxdur.

81. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).

82. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

84. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2245/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Rüstəmov Əliabbas Fəxrəddin oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar