Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8984/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(010)-2008/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl zinət və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus 2500 (iki min beş yüz) manatlıq zinət əşyalarının alınıb ona verilməsi və cavabdehlə birgə nikah dövründə əldə etdikləri 6000 (altı min) manat dəyərində olan “Volksvagen Passat” markalı avtomobilin 1/2 hissəsinə onun payının müəyyən edilərək mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(010)-2008/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan “Volksvagen Passat» markalı, ** RE *** dövlət qeydiyyat nömrəli avtomobilinə İddiaçı 1/2 hissədə pay hüququ müəyyən edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Suraxanı rayon Məhkəməsindən daxil olmuş 28 sentyabr 2021-ci il tarixli, 1497 saylı məktubun məzmunundan görünür ki, Bakı şəhəri İddiaçı vəkili Vəkil tərəfindən 27 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi məqsədi ilə işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh vəkili X3 mülki işin baxışdan çıxarılmasına etiraz etməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işmateriallarını və daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin mümkünlüyünə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8984/21 saylı 20.08.2021-ci il tarixli qərardadı ləğv edilsin, apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8984/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8984/2021
19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver