Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullyayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 277/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik 7 faiz ödəmək şərtilə, 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC, borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 20 dekabr 2013-cü il tarixli, 277/13/1 saylı “sonrakı ipoteka müqaviləsi” imzalanaraq, xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 60 ay müddətinə ipoteka ilə xx.xx.2013-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrlə “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən ibarət mənzillərə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, xx.xx.2018-ci il tarixdə bildirişlər qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli, 9/1966 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 19 dekabr 2013-cü il tarixli, 277/13 saylı, kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə borcu iddia tələbinin tarixinə yəni xx.xx.2019-cu il tarixə olan borcu 216.312,10 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 197.841,44 manat; faiz borcu üzrə 18.470,66 manat.
3. "xxxx" MMC tərəfindən verilmiş 23 may 2020-ci il tarixli, 230 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən Cavabdeh2 mülkiyyətində olan 47 saylı mənzilin bazar dəyəri 495000 manat məbləğ təşkil edir, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən Cavabdeh2 mülkiyyətində olan 48 saylı mənzilin bazar dəyəri ******* manat məbləğ təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
4. LPO ləğv prosesində olan "ZaminBank” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 181500 manat əsas borc, müqavilə müddəti bitən tarixə 26501,94 manat faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan 4976.12 cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3554.38 manat olmaqla, ümumilikdə 216532,44 (iki yüz on altı min beş yüz otuz iki manat, qırx dörd qəpik) manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ba ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeynnə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan ünvan 3 ünvanına tutmanın yönəldilməsi həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracdan satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 181500 manat əsas borc, müqavilə müddəti bitən tarixə 26501,94 manat faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan 4976.12 cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3554.38 manat olmaqla, ümumilikdə 216532,44 (iki yüz on altı min beş yüz otuz iki manat, qırx dörd qəpik) manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ba ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “Zaminbank" ASC-nin xeynnə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanına tutmanın yönəldilməsi həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracdan satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 277/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik 7 faiz ödəmək şərtilə, 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 “Zaminbank" ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 181500 manat əsas borcu, müqavilə müddəti bitən tarixə 26501.94 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan 4976.12 manat cərim, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3554.38 manat olmaqla, ümumilikdə 216 532.44 manat borcu mövcuddur. Əlavə olaraq bildirmidir ki, mənzillərin qiymətləndirilməsi barədə rəylə razı deyildir. Belə ki, mənzillər həddindən artıq yüksək qiymətləndirilmişdir. Real qiymətləri ondan çox daha aşağıdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 saylı 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2013-cü il tarixli, 277/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 181500 manat əsas, 18470,66 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirilimsəinə görə hesablanmış 1000 manat cərimə, 3554,38 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 204525,04 manat məbləğində borcun tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 47 və 48 saylı mənzillərə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 47 saylı mənzilin ilkin satış qiymətinin 495000 manat, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 48 saylı mənzilin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, həmin mənzillərin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş vəsaitin hesabına Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 47 və 48 saylı mənzillərin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizinin iddiaçıya, 70 faizinin Cavabdeh1 aid edilməklə, Cavabdeh1 21 manat pulun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 600 manat pulun 30 faizinin iddiaçıya, 70 faizinin Cavabdeh1 aid edilməklə, iddiaçıdan 180 manatın, Cavabdeh1 isə 420 manat pulun tutularaq, "xxxx" MMC-nin hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 30 faizinin iddiaçıya, 70 faizinin Cavabdeh1 aid edilməklə, iddiaçıdan 45 manat pulun, Cavabdeh1 isə 105 manat pulun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X5)
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış borcu ekspert rəyi ilə birgə nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və gecikdirilmiş günə görə hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Faiz borcu ekspert rəyindəki məbləğ əsas götürülməklə 41260,02 manat məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X7 və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 197283,44 manat əsas, 41260,02 manat faiz, 1000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3890,87 manat, cəmi 243434,33 manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 240000 manat müəyyən edilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına borc ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 337, 443.1, 445.2, 445.2, 448, 467, 739.1 və “İpoteka haqqında” Qanunun 33, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə faizi ödəyir. Cavabdeh1 tərəfindən imza edilən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdikləri 26501.94 manat müddət sonuna hesablanan faiz, 4976.12 manat məbləğində cərimə borcunu tam təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə 47 saylı evin ilkin satış qiyməti 495000 manat, 48 saylı evin ilkin satış qiyməti ******* manat müəyyən edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə tərəfindən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddialarını təmin edərək əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real vəziyyətini nəzərə almamışdır. Hal-hazırda ipoteka predmetinin real vəziyyəti barədə onlara məlum deyil. Belə ki, 47 saylı evin ilkin satış qiyməti 495000 manat, 48 saylı evin ilkin satış qiyməti ******* manat müəyyən edilməsi gələcəkdə əmlakın real qiyməti ilə fərqli ola bilər və əmlakın hazırki vəziyyəti onlara bəlli olmadığı halda 47 saylı evin ilkin satış qiyməti 495000 manat, 48 saylı evin ilkin satış qiyməti ******* manat ilkin satış qiymətini təyin edilməsi ilə razılaşa bilmirlər. Belə ki, “İpoteka Haqqında” Qanunda qeyd olunub ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
12. Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun qeyd edilən ipoteka müqavilələrinin bağlanmasından məlumatı olmamışdır. Həmin ipoteka müqavilələrinə o, imza etməmişdir, orada göstərilən şərtlər onun iradə ifadəsinə uyğun deyildir. Yasamal Rayon Məhkəməsində işə baxılarkən ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də yerləşən 47 və 48 nömrəli mənzillərin ilkin satış qiyməti də düzgün qiymətləndirilməmişdir. Həmin əmlakların real bazar qiyməti məhkəmə araşdırılması zamanı qiymətləndirildiyindən xeyli yüksəkdir. Həmin əmlaklar şəhərin mərkəzində yerləşir. Odur ki, sözügedən mənzillərin real bazar qiymətinin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməsinə zərurət vardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X8 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
16. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;
20. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə müstəqildir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətlərinin əsaslandırılmasında həm iddia tələbinin təmin edilməyən hissəsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiymətinin müəyyən edilməsində ziddiyyətlərin olduğu mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetini təşkil edən əmlakların ilkin satış (likvid) qiymətin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 277/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik 7 faiz ödəmək şərtilə, 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC, borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 20 dekabr 2013-cü il tarixli, 277/13/1 saylı “sonrakı ipoteka müqaviləsi” imzalanaraq, xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli xx.xx.2010- cu il tarixli, MA seriyalı ******* nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 60 ay müddətinə ipoteka ilə xx.xx.2013cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrlə “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən ibarət mənzillərə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, xx.xx.2018-ci il tarixdə bildirişlər qeydə alınmışdır.
26. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi zamanı əldə edilmiş ekspert rəyinin nəticələri ilə razılaşır və məhkəmə tərəfindən təyin edilən cərimə məbləğini ağlabatan hesab edir.
28. İddiaçı və cavabdehin apellyasiya şikayətində qeyd olunan digər xüsusatın yoxlanılması (ipoteka predmetinin ilkin satış qiyməti) məqsədilə apellyasiya icraatı zamanı ipoteka predmeti olan mənzillərin yenidən qiymətləndirilməsi də keçirilmişdir. Məhkəmə Ekspertiza Bürosunun 10 mart 2025-ci il tarixli, MEB/03-7913/25 rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 47 nömrəli mənzilin likvid qiyməti 549000 manat, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 48 nömrəli mənzilin likvid qiyməti 1,261000 manat təşkil edir.
29. Məhkəmə kollegiyası ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzillərin bazar qiyməti 495000 manat və ******* manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də mənzillərin qiyməti həmin məbləğlərdə müəyyən edilmişdir. Hazırki iş üzrə qətnaməyə münasibətdə əvvəlki qüvvədə olan məhkəmə qərarlarına əsasən ipoteka predmetlərinin qiymətləndirilməsi iddiaçı bank tərəfindən mübahisələndirilməklə yüksək qiymətə olması bəyan edilmişdir. Lakin ipoteka qoyan tərəfindən ipoteka predmetlərinin qiyməti mübahisələndirilməklə aşağı qiymətə olması göstərilmişdir. Hazırki halda isə apellyasiya qaydasında işə baxılarkən məhz ipoteka predmetlərinin qiymətinin daha yuxarı həddə olmasının müəyyən edilməklə ilkin satış qiymətinin müəyyən edilməsi irəli sürülmüşdür. Apellyasiya şikayətlərinin qeyd edilən dəlilinə əsasən apellyasiya icraatı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetlərinin likvid qiymətlərinin 549000 və 1,261000 manat olması müəyyən edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin 549000 və 1,261000 manat müəyyən edilmələri daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin qiymətinə dair cavabdehin apellyasiya şikayətinin dəlili qismən əsaslıdır və məhkəmə qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməsi hissəsində dəyişdirilməklə ipoteka predmetlərinin ilkin satış qiymətləri 549000 və 1,261000 manat müəyyən edilməlidir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 47 nömrəli mənzilin likvid qiyməti 549000 manat, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 48 nömrəli mənzilin likvid qiyməti isə 1,261000 manat məbləğində müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Mütəxəssis rəyinin alınmasına sərf edilmiş 500 manat məbləğində pul müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və Cavabdeh2 tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməli, Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özlərinə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 47 nömrəli mənzilin likvid qiyməti açıq hərracdan 549000 manat, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 48 nömrəli mənzilin likvid qiyməti isə 1,261000 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Mütəxəssis rəyinin alınmasına sərf edilmiş 500 manat məbləğində pul müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və Cavabdeh2 tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (AZ26RBTA********************) ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özlərinə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.