Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-905/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, Ərizəçi MMC-nin nümayəndəsi X17, onun vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili X1, X2 iştirakları ilə, Ərizəçi MMC-nin “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)-2524/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təsisçisi və direktoru olduğu ərzaq malların satışı ilə məşğul olan Ərizəçi (VÖEN- **********) 2019-cu ildə Azərbaycan Respublikasında təsis edilməklə bugünədək fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrdə “Enterprises 1979" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 42900 (qırx iki min doqquz yüz) manat borcu yaranmış, axırıncı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbi ilə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmək məcburiyyətində qalmışdır. Mediasiya araşdırmaları nəticəsində mediator X4 iştirakı ilə tərəflər arasında barışıq əldə edilmiş və aralarında xx.xx.2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə tərəf Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra 14 ay ərzində hər oy 3000 (üç min) manat vəsaiti “KapitalBank” tərəfindən ərizəçinin adına verilmiş **********308391 nömrəli karta ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüş, o isə həmin qaydada ödənişin həyata keçirilməsinə etiraz etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi MMC mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediator X5 iştirakı ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o vaxtdan bu günədək olan müddət ərzində Maraqlı şəxs cəmi bir dəfə adına olan 5404 0852 3830 8391 kartıma 1000 (min) manat, bir dəfə də ərizəçinin özünə 1000 (min) manat borcundan ödəniş etmiş, qalan vəsaiti ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 may 2022-ci il tarixli, 2(005)-2524/2022 saylı qətnaməsi ilə (X16) ərizə təmin edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, Maraqlı şəxs pasport qeydiyyatı Nizami rayon Polis İdarəsinin inzibati binasıdır. Ərizəçi MMC-nin hüquqi ünvanı ünvan 1 Nərimanov rayon məhkəməsinə verilmiş və məhkəmə tərəfindən aidiyyat qaydaları pozulmaqla ərizə icraata qəbul edilmişdir. Qeyd edilmi.dir ki, Maraqlı şəxs "xxxx" MMC-nin təsisçi direktorudur. xx.xx.2020-ci il tarixdə Ərizəçi MMC ilə "xxxx" MMC arasında alqısatqı müqaviləsi bağlanılmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi üzrə heç bir mal təhfiltəslim edilməmiş və alınmamışdır. Əslində bu müqavilə Şəlalə Hüseynovanın Ərizəçi MMC-nin direktoru X3 borcu müqabilində formal olaraq rəsmiləşdirilmişdir. X18 Muhammad ƏrizəçiMMC ilə"xxxx"MMC arasında olan müqavilə üzrə ödənilməsi göstərilən 42900 manat məbləğində pulu ondan tələb etmiş, hətta bu barədə dəfələrlə polis orqanlarına şikayətlər etmişdir. X18Muhammad ona hədə-qorxu gələrək ona borcu olması barədə müqaviləyə imza etməyə məcbur etmişdir. Bu məqsədlə o, öz tanışı vasitəsilə mediasiyaya müraciət etmiş və onu təzyiq altında müdiasiyaya apararaq, güya ona 42900 manat borcunun olması və bunu etiraf etməyinə dair barışıq sazişi bağlamağa məcbur etmişdir. O, məcburiyyət qarşısında qalaraq, onun tələbi ilə X18 Muhammada 42900 manat şəxsi borcunun olması barədə barışıq sazişini imzalamışdır. Majid AliAslam Muhammad eyni məbləği yəni 42900 manat pulu həm müqavilə üzrə təsisçisi olduğu "xxxx" MMC-dən, həm də eyni zamanda xx.xx.2021-ci il tarixli mediator Səbinə Hacıyevanın vasitəsilə bağlanılmış barışıq sazişi əsasında tələb edir. Əslində "xxxx" MMC ilə Ərizəçi MMC arasında bağlanılmış müqavilə qüvvədə olduğu halda hazırki barışıq sazişinin təsdiq edilməsi düz deyil və bu X18 Muhammadin əsassız varlanmasına səbəb olur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Ərizəçi MMC-nin nümayəndəsi X17 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, apellyasiya şikayəti əsassız xarakter daşıyaraq formal mülahizələrə ehtimallara əsaslanmışdır.
ç) Proses iştirakçılarının izahatı
8.Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, qeyd edilən barışıq sazişi üzrə maraqlı şəxsin hər hansı pul öhdəliyi yoxdur. Əslində "xxxx" MMC ilə Ərizəçi MMC arasında bağlanılmış müqavilə qüvvədə olduğu halda hazırki barışıq sazişinin təsdiq edilməsi düzgün deyil. Belə ki, bu X18 Muhammadin əsassız varlanmasına səbəb olur. Majid AliAslam Muhammad eyni məbləği yəni 42900 manat pulu həm müqavilə üzrə təsisçisi olduğu "xxxx" MMC-dən, həm də eyni zamanda xx.xx.2021-ci il tarixli mediator Səbinə Hacıyevanın vasitəsilə bağlanılmış barışıq sazişi əsasında tələb edir.
9. Məhkəmə iclasında Ərizəçi MMC-nin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək qeyd etdi ki, barışıq sazişi üzrə müəyyən edilən 42900 manat pul Rana Enterprises 1979” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş 42900 manat pulla eynidir. Maraqlı şəxs tərəfindən hazırda bu günə kimi də ərizəçinin kart hesabına hissə-hissə şəkildə pullar göndərilir. Öhdəliyinin olmasını qəbul edir. Həmin müqavilədə şirkət olaraq alqı satqı müqaviləsi edilib. Lakin hazırki halda Maraqlı şəxs öz təsisçisi olduğu şirkətin borcunun saziş qaydasında öz üzərinə götürmüşdür və sazişdə hər hansı qanusuzluq yoxdur.
10. Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndəsi X17 Rana Enterprises 1979” MMC-nin vəkili Vəkil1 izahatı razı olduğunu qeyd etməklə əlavə olaraq qeyd etidi ki, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş 42900 manat pul hazırda sazişlə təsdiq edilən pulla eyni öhdəlikdir. Apellayasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
12. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
13. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
14. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
15. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.
16. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
17. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.
18. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni əyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Maraqlı şəxs tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin materiallarından görünür ki, Maraqlı şəxs bu günədək tərəflər arasında xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlamışlar. Həmin sazişin düzgün olmaması Rəşad Talibov tərəfindən qeyd edilsə də, həmin saziş imzalandıqdan sonra hal-hazıradək mübahisələndirməmiş, sazişin təyziq və təsir altında imzalaması isə hər hansı sübuta əsaslanmır. O cümlədən kollegiya qeyd edir ki, Maraqlı şəxs təsisçisi olduğu şirkətlə Ərizəçi MMC arasında alqı-satqı müqaviləsinin bağlanması tərəflər arasında mübahiləndirilmir. Lakin həmin müqavilə üzrə müəyyən edilmiş öhdəliyin Maraqlı şəxs tərəfindən qəbul edilməklə belə bir sazişin təsdiqlənməsində hər hansı bir pozuntu yoxdur. Eyni zamanda işin tərəflərin izahatları və faktiki halları ilə müəyyən edilmişdir ki, məbləğ bir məbləğdir və ayrı-ayrı tələb edilməsi halı yoxdur. Belə olan halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin edərək Maraqlı şəxs və Ərizəçi MMC-nin direktoru X6 arasında xx.xx.2021-ci il tarixli Barışıq sazişini təsdiq etmişdir.
28. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.
29. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)-2524/2022 saylı qətnaməsi dəyişdirilmədn saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)- 2524/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.