Məhkəmə qərarları › İş №2(103)-91/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-91/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-91/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və maraqlı şəxs X1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(011)-263/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh ndan 15.08.2013-cü il tarixli 116082-1-8234 saylı avtomobil krediti müqaviləsi üzrə 03.04.2018-ci il tarixə ödənilməmiş 15 608,58 ABŞ dolları əsas borc, 2 388,11 ABŞ dolları faiz borcu, 8,33 ABŞ dolları cərimə olmaqla, cəmi 18 005,02 ABŞ dolları borc(ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) və dövlət rüsumuna görə ödənilmiş 27,90 manat tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, tutmanın “Kia Sportage” minik markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh və maraqlı şəxs X3 apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətinə baxılarkən məhkəməyə dəftərxana vasitəsi ilə iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi “xxxx” ASC-nin Hüquq İdarəsinin rəisi Əsgər Kərimov tərəfindən ərizə daxil olmuşdur. Ərizədə hazırkı iş üzrə cavabdeh tərəfindən banka olan borc tam olaraq ödənildiyini bildirərək, hazırkı iş üzrə iddialarından imtina etdiklərini, imtinanın nəticələrinin onlara aydın olduğunu və imtinalarının qəbul edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi və Cavabdehkollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, iddiaçı “xxxx” ASC-nin iddia tələblərindən imtina ərizəsi qəbul edilməli, Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 18 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddiaanı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.2, 263, 264, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçı “xxxx” ASC-nin iddia tələblərindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 18 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar