Məhkəmə qərarları › İş №2(103)-917/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-917/2023

01.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-917/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMC-yə qarşı və Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: işə bərpa, ziyan və.s tələblər üzrə məhkəmə aidiyyəti) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin (qarşılqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkilləri Nümayəndə və Vəkil4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-7/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehin (qarşılqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil3 və ilkin iddia üzrə iddiaçının (qarşılqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 10 oktyabr 2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-də direktor vəzifəsinə işə götürülmüşdür.

2. 22 iyun 2018-ci il tarixli 166/2018 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22 iyun 2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

3. İddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22 iyun 2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və bu barədə əmək kitabçasına qeyd aparılmışdır.

4. "xxxx" MMC tərəfindən tərtib olunmuş 05 noyabr 2018-ci il tarixli rəydə qeyd edilmişdir ki, 2015-ci ilin əvvəlinə müəssisənin kassasında 552,350.25 manat pul vəsaiti olmuşdur. 2015-ci ilin ərzində müəssisənin kassasına 1,070,984.81 manat mədaxil edilmiş, 1,742,030.60 manat məxaric edilmişdir. Nəticədə 2015-ci ilin sonuna kassada 118,695 manat mənfi fərq yaranmışdır. Kassanın məxaric hissəsində külli miqdarda pul vəsaitləri xərclənərək, təsdiqedici sənədlər aşkar edilmədi. Kassadan çəkilən xərc maddəsi və təhtəlhesab şəxslərə verilən pul vəsaitləri üzrə xərc sənədləri qeyd edildiyi kimi, şirkət rəhbərliyi tərəfindən təsdiqlənir, əks tərəf isə təsdiqləmir, yəni həmin ödənişləri əks tərəf heç bir ciddi hesabat blankı ilə təsdiqləmir. Cədvəl 4-də göründüyü kimi, yoxlanılan dövr üzrə kassadan məxaric edilən 1,253,935 manat vəsaitin yalnız 260,115 manat əmək haqqı, 6,000 manat hüquqi xidmət, 35,500 manat maliyyə yardımı üzrə xərc maddələri əks tərəfin imzası ilə təsdiq edilmişdir. Qalan məbləğ 952,320 manat qarşı tərəfin imzası ilə ya təsdiq edilməmiş, ya da şirkətin öz işçiləri tərəfindən təsdiq edilərək xərc maddəsi kimi tanınmışdır.

5. Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2019-cu il tarixli rəyində qeyd olunmuşdur: "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2016xx.xx.2017-ci illər üzrə audit yoxlaması və "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2015-xx.xx.2017-ci illər üzrə audit yoxlamasının nəticələri hər iki auditor şirkəti tərəfindən “Auditor Xidməti haqqında” Qanunun və “Auditorun yekun sənədləri” Beynəlxalq Audit Standartının tələblərinə uyğun aparılıb. xx.xx.2015 - xx.xx.2017-ci illər üzrə "xxxx" MMC-nin apardığı audit yoxlamasının nəticələrinə görə tərtib olunmuş xx.xx.2018-ci il tarixli Audit Hesabatı və Auditor Rəyinə əsasən kassa əməliyyatlarının mövcud qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun rəsmiləşdirilməməsi, ciddi hesabat blanklarının olmaması, kassadan təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsinə baxmayaraq ödənişlə əlaqədar təsdiqedici sənədlərin olmaması satışın, debitor borcların şişirdilməsi, rəqəmlərin təhrif edilməsi səbəbindən aparılan tədqiqatla audit yoxlaması ilə əhatə olunan dövr üzrə İddiaçı oğu tərəfindən Cavabdeh1 MMC-yə 952,320 manat məbləğində ziyan vurulması müəyyən edilir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı – cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMC-yə qarşı ilkin iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən azad olmasını qanunsuz hesab edərək, xx.xx.2018-ci il tarixli qərarın ləğvi, əmək kitabçasındakı qeyd etibarsız hesab edərək iş yeri olan «Prolink Caspian” MMC-yə direktor vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən azad edildiyi bütün vaxt üçün 2017-ci ilin sentyabr tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər olan olan orta əmək haqqı, işdən kənarlaşdırılan zaman ona hesablanmış son haqq-hesab, 500.000 (beş yüz min) manat məbləğində ona dəymiş mənəvi ziyan cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu il tarixindən Cavabdeh1 MMC-nin təsisçisi (iştirakçısı) Cavabdeh2 tərəfindən həmin Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. 2017-ci ilin 18 sentyabr tarixinə kimi direktor vəzifəsində işləmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. Əksinə, rəhbərlik etdiyi müəssisənin mənfəətlə işləməsinə nail olmuşdur. 18.09.017-ci il tarixdə Cəmiyyətin təsisçisi - Cavabdeh2 tərəfindən Cəmiyyətin direktoru vəzifəsindən qanunsuz olaraq kənarlaşdırılmışdır. xx.xx.2017-ci il tarixdə yenidən işdə olduğu zaman Təsisçi Cavabdeh2 şəxsən ondan iş yerini tərk etməyi tələb etmiş, ona bir daha iş yerinə buraxılmayacağanı bildirmiş və buna göstəriş vermişdir. Buna görə iş yerini tərk etməyə məcbur olmuşdur. Qeyd etməlidir ki, Cavabdeh2 Bakıda yaşamasada o, tez-tez (demək olar ki, faktiki hər ay) Bakıya gəlir və gününün çox hissəsini Cəmiyyətdə keçirirdi. İş buraxılmayacağını gördükdə, Cəmiyyətin direktoru vəzifəsindən “Öz arzum ilə vəzifədən azad olmağım barədə” bir neçə dəfə təkrar-təkrar ərizə ilə Cavabdeh1 MMC- nin təsisçisi - Cavabdeh2 cənabına müraciət etdi. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə təsisçinin qərarının qəbul olunmasını, əmək kitabçasının müvafiq qeydlər aparılmaqla ona təqdim olunmasını və son haqq-hesabın ona ödənilməsini xahiş etdi. Lakin 2018-ci ilin iyul ayına kimi qeyd olunanlarla bağlı heç bir tədbir görülməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə təsisçinin qərarı qəbul olunmamış, əmək kitabçası ona təqdim olunmamış və son haqq-hesab ödənilməmişdir. Əksinə, işçilərinin qarşısında Cəmiyyətdə direktor vəzifəsində işlədiyi dövr,- qanunsuzluqlara yol verilmiş dövr kimi hallandırılaraq, bu barədə söz-söhbət yayaraq, hüquq-mühafizə orqanları vasitəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi, təsisçi - Cavabdeh2 cənabının arxasında böyük, varlı məmurların durması, istədiyi vaxt istədiyi şəxsi cinayət məsuliyyətinə cəlb etmək qüvvəsinin olması, Azərbaycanda onun üçün uzun illər işlətdiyi biznesində olan əmlakın tərəfindən oğurlanmasını yaymaqla və sair bu kimi xoşagəlməz, şər və böhtan xarakterli, işgüzar nüfuzuna xələl gətirən, ittihamlarla dolu sifarişləri Cəmiyyət ilə müqavilə münasibətləri mövcud olan müəssislərin nümayəndələri vasitəsilə ona çatdıraraq ona mənəvi ziyan vurmuş, xx.xx.2017- ci il tarixindən onu işdən kənarlaşdırmaqla, başqa yerdən iş ilə bağlı ona olunmuş təkliflərə baxmayaraq, faktiki işlə təmin olumağına maneə olmuş, imkan verməmiş, hal-hazıradək ona əsəb gərginliyi yaşatmışdır. İşəgötürən AR ƏM-nin 62-ci maddəsinə əsasən, mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə müəyyən olunmuş qaydada rəsmiləşdirməklə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Göründüyü kimi Qanunun bu norması işdən kənarlaşdırmanı müvəqqəti olmaqla yalnız bir iş günü nəzərdə tutmuşdur. Onun isə, işdən kənar edilməyinə ümumiyyətlə, heç bir əsas olmamışdır. Onun işdən kənar edilməyi AR ƏM-nin və onunla bağlanmış əmək müqaviləsinin tələblərinə tamamilə zidd olmuşdur. Buna baxmayaraq, Cavabdeh1 MMC-nin təsisçisi (iştirakçısı) Cavabdeh2 direktor kimi onun səlahiyyətlərinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halıı) AR ƏM-nin 72- ci maddəsinin “f” bəndi - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xx.xx.2018-ci il tarixindən vaxtından əvvəl xitam verilməsi və onunla Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin həmin tarixdən ləğv edilməsi, haqq-hesab aparılması, hesablanan ödənişlərin məbləğinin AR ƏM-nin 175-ci maddəsinin “c” əsasən vurduğu ziyanın qismən ödənilməsi üçün tam həcmdə İddiaçı tutulması barədə 2018- ci il 20 iyun tarixli qərar çıxarmışdır. Həmin qərar və əmək kitabçası poçt vasitəsilə 20 iyul 2018-ci il tarixinda numayəndəsi V.Fatiyevaya, 21 iyul 2018-ci il tarixdə isə mənə çatdırılıb. Hesab edir ki, bu qərar əsassız və qanunsuzdur. Birincisi, əmək vəzifələrinin kobud şəkildə pozulması halı heç bir mötəbər sənəd ilə təsdiq edilmir. İkincisi, iş vaxtı ərzində bilavasitə inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməyi də heç bir sənədlə sübut olunmur. Belə ki, bu əsas üzrə təqsirini məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilən, yaxud barəsində inzibati tənbeh tətbiq olunmasına dair səlahiyyətli orqan tərəfindən qərar çıxarılmış işçilər işdən çıxarıla bilər. Üçüncüsü, Təsisçinin (iştirakçının) sözügedən 20 iyun tarixli qərarı ilə onun əmək müqaviləsinə 14 iyun tarixindən xitam verilmişdir. Yəni qərara geriyə qüvvə verilmişdir. Bu isə yolverilməzdir. Dördüncüsü, əmək müqaviləsi onunla Cəmiyyət, yəni hüquqi şəxs arasında deyil, Cəmiyyətin təsisçisi (iştirakçısı) arasında bağlanmışdır. Beşincisi, heç bir ziyan vurmadığına görə, son haqq-hesab ondan tutulmamalıdır. Altıncısı, AR ƏM-nin 83cü maddəsinin birinci hissəsinə zidd olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməmişdir. Yeddincisi, AR ƏM-nin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda həmin maddədə nəzərdə tutulmuş məlumatlar, o cümlədən, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Lakin sözügedən qərarda heç bir rəsmi sənədə istinad belə olunmayıb. AR ƏM-nin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin 1 -ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Səkkizincisi, o direktor kimi bilavasitə pul və ya əmtəə sərvətlərinə xidmət göstərməmiş və bu fakt onunla bağlanmış əmək müqaviləsi, vəzifə təlimatı ilə təsdiq olunmur. O maddi-məsul şəxs olmamış və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Ən azı ona görə ki, direktor əmtəələrin, pul vəsaitlərinin, mal- material və s. qiymətlilərin qəbulu və buraxılışı ilə məşğul olan şəxs deyildir. Bundan əlavə, maddi-məsul şəxslərin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 188 saylı qərarı tənzimlənir və ditektor vəzifəsi həmin kateqoriyaya aid edilmir. Əmək kitabçasındada onun, yəni direktorun işəgötürəni (təsisçi) tərəfindən deyil, hansısa kadrlar üzrə mütəxəssis Asya Nəbiyeva tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qeyd aparılmışdır. İşəgötürənin, yəni təsisçinin (iştirakçının) 20 iyun 2018-ci il tarixli Qərarından fərqli olaraq tamamilə başqa bir gündə - 22 iyun 2018-ci il tarixində 166 №-li əmr ilə əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. Belə çıxır ki, əmək kitabçasındakı qeydə görə, onun əmək müqaviləsinə işəgötürəni olan təsisçi Cavabdeh2 deyil, onun işəgötürəni olmayan, Cəmiyyətin yeni direktoru xitam verib. AR Nazirlər Kabinetinin 1996- cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçalarının forması və onun tərtibi Qaydalarf’nm 3.4-cü bəndinə əsasən, əmək kitabçasında bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Bu halda işəgötürənin qərarına uyğun olmalı idi. Əmək kitabçasındakı bu qeyd də etibarsız hesab edilməlidir. Göründüyü kimi, Təsisçi-Cavabdeh2 cənabının təqsiri üzündən halhazıradək işlə təmin oluna bilmədiyindən, ailəsi və üç azyaşlı uşaqları yaşamaq və dolanışıq üçün tələb olunan vəsaitsiz qalmışlar. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində konstitusiya ilə müəyyən edilmiş hüquqlarını pozulmuşdur. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o fiziki, mənəvi əzab və sarsıntılar keçirmişdir. Buna görə də, ona vurulmuş mənəvi ziyanı 500 000 (beş yüz min) manat dəyərində qiyməntləndirir və ona dəymiş ziyanın əvəzi ödənməlidir. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilmişdir, mənə maddi və mənəvi ziyan vurulmuşdur və bu ziyana görə işəgötürən tam maddi məsuliyyət daşıyır. Bu səbəbdən də onun işdən azad olunmağı qanunsuz hesab edilməli, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh2in 20 iyun 2018-ci il tarxili qərarı ləğv edilməli, əmk kitabçasmdakı qeydin etibarsız hesab edilməli və Cavabdeh1 MMC-yə direktor vəzifəsinə bərpa edilməlidir. Qanunsuz olaraq işdən məhrum edildiyi bütün vaxt üçün, 2017-ci ilin sentyabrından başlayaraq işə bərpa olunacağı günə qədər olan orta əmək haqqı, istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, mənəvi ziyan, eləcə də qanunsuz işdən kənarlaşdırılandan sonra ona hesablanmış, "xxxx" MMC-nin xeyrinə tutulmuş son haqqhesab cavabdehlərdən tutularaq ona ödənilməlidir.

8. Eyni zamanda Cavabdeh1 MMC “ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, 952,320 manat zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması və İddiaçı barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçıda xx.xx.2016-xx.xx.2017-ci il dövr üçün pul vəsaitlərinin uçotunun auditin və xx.xx.2017-ci il tarixinədək qarşılıqlı lüa üzrə iddiaçının anbarında mal qalığının inventarizasiyasının aparılması -məqsədilə audit yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə şarşılıqlı iddia üzrə iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017- il tarixli müqavilə bağlanmışdır. Audit 25 sentyabr 2017-ci il tarixində başlandı - 30 dekabr 2017-ci il tarixində başa çatdı. Auditlə əhatə olunan dövr ərzində ırşılıqlı iddia üzrə iddiaçının maliyyə-təsərrüfat fəaliyyətinə cavabdeh olan pxslər direktor kimi qarşılıqlı iddia üzrə cavabdeh və baş mühasib olmuşlar. Sözügedən audit yoxlaması nəticəsində "xxxx" MMC ”tərəfindən 18 yanvar 2018-ci il tarixli Akt tərtib edilmişdir. Keçirilmiş audit yoxlaması nəticəsində aşağıdakılar müəyyən olunmuşdur. Belə ki, Cavabdeh1 MMC tərəfindən müxtəlif xidmətlərə görə bir ~2 ƏDV ödəyicisi olan hüquqi şəxslərə nəğd qaydada ödənişlər aparmaqla cəmi 14.989,33 manat məbləğində ƏDV-nin əvəzləşdirilməsi hüququndan istifadə tməməklə qarşılıqlı iddia üzrə iddiaçıya iqtisadi ziyan vurulmuşdur. Bundan əlavə, kassadan müxtəlif təl-təl hesabı şəxslərə ümumi məbləğ 209.595,31 manat olan pul vəsaiti verilmiş, lakin bu pul vəsaitlərin xərclənməsi ksmi sənədlərlə (ciddi uçot sənədləri ilə) təsdiq olunmamışdır. Daha sonra, kassadan 26500 manat məbləğində nəğd pul vəsaiti silinib, lakin bu vəsaitin kimə verildiyini təsdiq edən sənəd təqdim olunmamışdır. Bundan əlavə, auditin əhatə edildiyi dövrdə 2 ədəd fərdi kompyuterin (noutbuk) alınmasına baxmayaraq, əsas vəsait kimi uçota mədaxil edilməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının anbarında mal qalığının inventarizasiyası aparılmışdır. Anbarda aparılan uçot məlumatları ilə mühasibatlıqda olan uçot məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən idilmişdir. Belə ki, xx.xx.2017ci il tarixinə mühasibat uçotu üzrə mal qalığı texniki anbar daxil olmadan) 980.579,33 manat təşkil etmiş, aparılmış inventarizasiya ilə isə qeyd olunan tarixə faktiki mal qalığının 793.934,05 manat olduğu müəyyən edilmişdir. İnventarizasiya ilə ümumilikdə 186.645,28 manat fərqin olduğu müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, bir neçə adda mallar anbara faktiki maya dəyərindən bir neçə dəfə artıq qiymətə mədaxil edilmişdir. Belə ki, Radiator assy artikul 30/915200 olan mal 581,59 manat əvəzinə 58159,00 manat dəyərində, artikul 25/4014008 olan salnik 8,60 ranat olmasına baxmayaraq uçot üzrə 788,00 manata mədaxil edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının texnikanın hərəkətinin auditi zamanı məlum olmuşdur ki, ilkin qalıq dəyəri 146.808,87 manat olan 1 ədəd JS330LC Hydraulic Excavator texnikasının icarəyə verilməsinə baxmayaraq, 132874,99 manat dəyərində texnika qalıqdan silinmişdir. Texnikanın qalıq dəyərinin 13934,88 manat azaldılmasının və icarəyə verilmiş texnikanın dəyərinin texnikanın ümumi qalıq dəyərindən silinməsinin nə məqsədlə edildiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, 2017-ci il ərzində əmək haqqının nəğd şəkildə kassadan ödənişi aparılmışdır, nəticədə xx.xx.2016-cı il tarixli “Nəğdsiz hesablaşmaların aparılması haqqında” AR Qanunun tələblərinə əməl edilməmişdir, bu isə öz növbəsində qarşılıqlı iddia üzrə iddiaçıya qarşı maliyyə sanksiyaların tətbiqinə gətirib çıxarır. Bununla belə, aparılmış audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya xüsusilə külli miqdarda (628.961,72 manat) ziyan vurmaqla AR Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş (mənimsəmə və ya israf etmə). Cinayət əməli törədilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının maliyyə-təsərrüfat fəaliyyətinə məsul olan şəxs kimi audit yoxlaması nəticəsində müəyyən olunmuş nöqsan və qanunpozuntularma görə birbaşa məsuliyyət daşıyır. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıda auditin bilməsini və özünü məsul olduğunu bilərək audit yoxlamasında iştirak əkdən və məsuliyyətdən boyun qaçırmaq məqsədilə audit yoxlaması amamışdan qabaq qarşılıqlı iddia üzrə iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlə bağlanmış əmək müqaviləsinə əsasən, işçi götürənə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır. Qarşılıqlı iddia üzrə cavabdeh direktor vəzifəsində işləmiş, qarşılıqlı iddia üzrə iddiaçının rəhbəri və qanuni təmsilçisi kimi bank, maliyyə və digər sənədlərin imzalanmasnda səlahiyyətli şəxs olmuşdur.

10. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Cavabdeh1 təsisçisi Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixdən MMC-nin direktoru vəzifəsindən qanunsuz olaraq kənarlaşdırıldıqdan və onun göstərişinə əsasən MMC-yə xx.xx.2017-ci il tarixdən buraxılmadıqdan sonra, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında audit yoxlamasının aparılması barədə müqavilə bağlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı ərzəsində bildirir ki, xx.xx.2016 - xx.xx.2017-ci il dövrü üçün pul vəsaitlərinin uçotunun auditi və xx.xx.2017-ci il tarixinədək MMC-nin anbarında olan mal qalığının inventarizasiyanın aparılması məqsədi ilə audit yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Bildirir ki, MMC-də auditin planlaşdırılmasmdan onun məlumatı olmayıb, nədənsə o audit aparılmasına dəvət edilməmiş və həmin audit iştirakı olmadan keçirilmişdir. Qeyd etməlidir ki, xx.xx.2018-ci il tarixli audit aktında "xxxx" MMC auditlə əhatə olunan dövrü ərzində Cavabdeh1 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə direktor o - İddiaçı və baş mühasib Seyid Qədirovun cavabdeh olduqlarını, heç bir əsas göstərmədən, baş mühasibin xəstəlik (dəvət olunması və xəstəliki subut edən sənəd əlavə etmədən) və məlum olmayan digər səbəblərdən audit yoxlamasında iştirak etmədiyini göstərmiş, lakin onun - İddiaçı audit yoxlamasına dəvət olunub-olunmamağı, dəvət olunmuşdumsa, hansı səbəbdən iştirak etməməyinin səbəbi barədə heç bir açıqlama verməmişdir. “Audit Consaltinq-17“ MMC - ilə yuxarıda qeyd olunan müqavilə həqiqətən 25.09.17—ci il tarixdə baglambsa və İddiaçı 19.09.17 isdə buraxılmadıqdan 7 gündən sonra dəvətsiz inventarizasiyanın keçirilməsi absurd görünür. Ən azı həmin aktın 3 aydan sonra yazılması və inventarizayanm nəticələrinin 3 aydan sonra məlum olması tam yalnışdır. Akta qeyd olunur ki, 25.09.17-ci tarixdə müqavilə bağlanan kimi komissiya yaradılıb və ambarm inventarizasiyası aparılıb. Bu subut edir ki, məqsəd hec kəsi dəvət etməmək olub və audit müqaviləsi və aktı arxa tarixnən yazılıb. Bu səbəbdən Cavabdeh1 MMC-də aparılmış auditin nəticəsinə dair xx.xx.2018-ci il tarixli audit aktı MMCnin maliyyətəsərrüfat fəaliyyətinin vəziyyətinin reallığına uyğun olan, obyektiv tərtib olunmuş sənəd kimi qiymətləndirilə bilməz. Qarşılıqlı iddia ərizəsində ƏDV-nin əvəzləşdirilməsi hüququndan istifadə edilməməsi, müəyyən pul vəsaitlərinin rəsmi sənədlərlə təsdiq olunmadan xərclənməsi və s. nəticəsində qarşılıqlı iddia üzrə Cavabdeh1 MMC-yə tərəfindən 628 961, 72 (akta bu məbləğ yoxdur) manat məbləğində ziyan vurulması qeyd olunsa da, bu vəsaitin mənbəyi müəyyən edilməmiş, bu mənbə nə audit aktında, nə də ki, qarşılıqlı iddia ərizəsində açıqlanmamışdır. İlkin iddia ərizəsində qeyd etdiyi kimi, o pul və əmtəə sərvətlərinə xidmət göstərməmiş və bu fakt onunla bağalnmış əmək müqaviləsi, vəzifə təlimatı ilə təsdiq olunmur. Eləcə də, maddi- məsul şəxs olmamış və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. “Audit Consaltinq-17“ MMC-nin audit aktının 3 səifəsində qeyd olunub ki, “Cəmiyyətdə mühasibat uçotu 1C formasında aparılır və auditin başlandığı günə 1C olan məlumata əsasən kassa qalığı 01.01.16 - 7719,45 azn olub”. Bu faktın özü həmin kassa qalığının əsassız olduğunu sənədlər ilə təsdiqlənmədiyini göstərir. Qarşılıqlı iddia ərizəsində iddiaçı bir tərəfdən aparılmış audit yoxlaması nəticəsində tərəfindən ona xüsusilə küllü miqdarda, yəni 628 961,72 manat məbləğində ziyan vurulmaqla AR Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş (mənimsəmə və ya israfçılıq) cinayət əməlini törətdiyimi, digər tərəfdən onunla bağlanmış əmək müqaviləsinə əsasən, işçinin işəgötürənə vurulmuş ziyana görə məsuliyyət daşıdığını və AR Əmək Məcəlləsinin 193.1-ci maddəsinə əsasən mülkiyyətçiyə vurulmuş ziyana görə Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyə edilmiş qaydada və hallarda məsuliyyət daşıdığını, başqa bir tərəfdən isə AR Mülki Məcəlləsinin 21, 1097.1-ci maddələrinə istinad edərək vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı uydurma iddia tələblərindən çaşbaş qalaraq, gah onu cinayət törətməkdə ittiham edir, gah Əmək Məcəlləsi, gah da Mülki Məcəlləyə görə maddi məsuliyyət daşıdığını, bununla yanaşı, gah Cavabdeh1 MMC-yə, gah da mülkiyyətçiyə ziyan vurduğunu bildirir. Yəni qarşılıqlı iddia üzrə iddiaçı sözügedən ərizə ilə tələblərinin hüquqi əsaslarını, həmçinin Cavabdeh1 MMC-yə və ya mülkiyətçiyə ziyan vurulmasını faktik olaraq konkret müəyyən edə bilməmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsində Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə görə direktoru və baş mühasibi cavabdeh şəxs göstərsə də, nədənsə mülki iş üzrə yalnız onu cavabdeh şəxs kimi işə cəlb etmişdir. Bu isə iddianın ona qarşı gərəzli və sifarişli qaldırıldığını təsdiq edir. Baxmayaraq ki, baş mühasib də Cavabdeh1 MMC-yə heç bir ziyan vurmamış və hər hansı bir qanun pozuntusuna yol verməmişdir və MMC tərəfindən öz arzusu ilə işdən azad edilmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, Cavabdeh1 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixədək olan dövrü üzrə 2 audit təşkilatı ilə bağlanmış müqavilələrə əsasən 3 dəfə audit yoxlamaları keçirilmişdir, o cümlədən -"xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixli aktına əsasən xx.xx.2015 - 31 dekabr 2015 ci il üçün audit yoxlaması, -"xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli aktına əsasən xx.xx.2016- xx.xx.2017 -ci illər üçün audit yoxlaması, "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli aktına əsasən xx.xx.2015 - xx.xx.2017- ci illər üçün təkrar audit yoxlaması, Hər üç aktın arasında kəskin ziddiyətin olması müəyyən edilmiş və bu yoxlamalar ilə bağlı aşağıdakıları bildirir. xx.xx.2018-ci və xx.xx.2018-ci il audit yoxlamaları həmin vaxt direktor vəzifəsində çalışdığı onun və baş mühasib - Seyid Qədirovun məlumatı və iştirakı olmadan keçirilmiş, nəticədə çoxlu çatışmalıqlarla bərabər, qeyri-obyektiv və MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin real vəziyyətini əks etdirməyən rəylər verilmişdir. xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli rəylərin nəticələrini əsas tutaraq cavabdeh - MMCnin təsisçisi Cavabdeh2 xx.xx.2018-ci il tarixli qərarı ilə onu vəzifə öhdəliklərinin kobud şəkildə pozulmasına görə işdən azad etmişdir. Cavabdeh1 MMC-nin təsisçisi - Cavabdeh2 direktor kimi onun səlahiyyətlərinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması, yəni AR ƏM-nin 72-ci maddəsinin “f ’ bəndi - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xx.xx.2018-ci il tarixindən vaxtından əvvəl xitam verilməsi və onunla bağlanmış əmək müqaviləsinin həmin tarixdən ləğv edilməsi, haqq-hesab aparılması, hesablanan ödənclərin məbləğinin AR ƏM-nin 175-ci maddəsinin “c” bəndinə əsasən dəymiş ziyanın qismən ödənilməsi üçün tam həcmdə məndən tutulması barədə tam əsassız və qaununsuz qərar qəbul etmişdir. AzAudit”MMC-nin (2 akt) və "xxxx" MMCnin (1 akt) Cavabdeh1 MMC-nin xx.xx.2015 - xx.xx.2017 illərini əhatə edən maliyyətəsərüfat fəaliyyətinin 3 (üc) audit yoxlamaları nəticəsində tərtib edilmiş rəy və hesabatlarının müqayisəli təhlili aparılmış və aşağıdakılar müəyyən olunmuşdur. "xxxx" MMC xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MMC-nin 2015-ci ilin maliyyə-təssərrüfat fəaliyyətinin auditini keçirmişdir. "xxxx" MMC-nin auditoru Afiq İsrəfilov Cavabdeh1 şirkətində 2015-ci il dövrün maliyyə-təssərüfat fəaliyyətində heç bir nöqsana yol verilmədiyi barədə müsbət rəy vermiş və xx.xx.2015-ci il tarixə Prolink Caspian” MMC-nin kassasında 0 manat qalıq göstərmişdir. İkinci dəfə "xxxx" MMC xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MMC-də yenə də auditor Afiq İsrəfilovun iştirakı ilə xx.xx.2015 - xx.xx.2017-ci illər ücün təkrar audit yoxlaması keçirmişdir. Birinci audit yoxlamasının nəticəsindən fərqli olaraq, növbəti auditin tamamlanmamış (lakin rəy verilmiş) audit aktında Cəmiyyətin kassasında 2015-ci ilin əvvəlinə 552.350 manat qalığın olduğunu bildirmişdir. Həmin ildə Cəmiyyətin xəzinəsinə 1.070.985 manat mədaxil edildiyi halda 1.742.031 manat məxaric olub, nəticədə fərq -671 046 man. təşkil etmişdir. 2016 cı ildə 640.746 man. mədaxil olduğu halda 667.224 manat məxaric olub, fərq - 26.478 manat təşkil etmişdir. 2017 ci ildə 310.472 manat mədaxil olduğu halda 314.602 manat məxaric olub, fərq - 4.130 manat təşkil etmişdir. Beləliklə ümumilikdə cəmi aktda: -701 654 manat mənfi fərqin yarandığı göstərilmişdir. Qeyd etmək lazımdır ki, kassa əməliyyatlarında məxaricin mədaxildən artıq olması qeyri mümkündür. Bununla yanaşı aktda göstərilən düsturda (səhifə 2) “Cədvəl 4də göründüyü kimi, yoxlanılan dövr üzrə kassadan məxaric edilən 1.253.935 manat vəsaitin yalnız 260.115 manat ə/haqqı, 6.000 manat hüquqi xidmət, 35.500 manat maliyyə yardımı üzrə (260.115+6.000+35.500 = 301.615 manat) xərc maddələri əks tərəfin imzası ilə təsdiq edilmişdir. Qalan məbləğ 952.320 manat (1.253.935 - 301.615) qarşı tərəfin imzası ilə təsdiq edilməmişdir və “xərc maddəsi kimi tanınmışdır” ifadələri qeyd edilmişdir. Daha sonra, elə oradaca bir necə sətr aşağıda 260.115 manat əmək haqqının sənədsiz verildiyi bildirilir. Baxmayaraq ki, 260.115 manat əmək haqqı sənəd əsasında və üstəgəl təsisçi Cavabdeh2 cənabının hər ay üzrə Cəmiyyətin aidiyyəti işçiləri tərəfindən elektron poçtu vasitəsi ilə təqdim olunmuş məlumatların, yazışmaların təsdiqlənməsindən sonra təmin olunub (elektron poçtdan çıxarışların surəti əlavə olunur). "xxxx" MMC xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MMC-nin xx.xx.2016 - xx.xx.2017-ci illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirmişdir. Auditor Nazim Cəfərov təqdim etdiyi hesabatda "xxxx" MMC-nin hesabatından fərqli olaraq Cəmiyyətin kassasında xx.xx.2015-ci il tarixə 7.719,45 manat qalığın olduğunu, 2016-2017-ci illərdə Cəmiyyətin kassasında mədaxil məxaric əməliyyatları nəticəsində (1.099.207- 1.097.083=2.124) 9825,32 manat qalığın olduğunu göstərmiş və Cəmiyyətdə maliyyə əməliyyatlarının keçirildiyi zaman bir sıra çatışmazlıqların aşkarlandığını qeyd etmişdir. "xxxx" MMC və "xxxx" MMC-nin audit aktlarının araşdırılması zamanı hər üç aktın arasında kəskin ziddiyətin olması müəyyən olunmuşdur. Belə ki, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabtlardakı (hər iki auditor 1C mühasibat proqramında olan məlumatlara əsaslanır) eyni göstəricilər barədə hər iki audit ayrı-ayrı qənaətə gəlmişlər. Eləcədə keçirilən hər üç yoxlamanın nəticələrinin təhlili göstərir ki, birinci audit yoxlamasında İddiaçı iştirak etdiyi halda o, və baş mühasib Seyid Qədirov digər iki yoxlamaya qanunvericiliyin tələblərinə zidd olaraq dəvət olunmamışlar. Məhz bu səbəbdən "xxxx" MMC-nin keçirdiyi iki yoxlama arasında kəskin ziddiyət vardır. Buna misal olaraq, "xxxx" MMC 2015-ci ilin nəticələrinə görə Cavabdeh1 MMC-nin maliyyə-təsərrüfatı fəaliyyəti dövründə nöqsanlara yol verilmədiyi barədə müsbət rəy təqdim etmişdir. Ancaq, 28 ay sonra həmin audit təşkilatı Cəmiyyətdə təkrar keçirdiyi yoxlamada ciddi maliyyə pozuntularına yol verildiyi haqqında yeni akt təqdim etmişdir. "xxxx" MMC-nin tərtib etdiyi Cavabdeh1MMC-nin 2015-ci ilin əvvəlinə kassa qalığı 0 manat göstərildiyi halda, "xxxx" MMC-nin həmin dövr üçün tərtib erdiyi ikinci aktda kassa qalığı 552 350 manat və 2015-2017-ci hesabat ili ərzində Cəmiyyətin kassasına 2.022.203 manat vəsaitin mədaxil edildiyi, 2.723.857 manat vəsaitin məxaric olunduğu əks olunmuşdur. Müqayisəli təhlil nəticəsində yaranmış - 701.654 manat (mənfi) fərq, ikinci akta əlavə edilmiş 4 və 5 nömrəli cədvəllərdə sənədsiz kassa xərcləri kimi “əsaslandırılmışdır”. Qeyd etmək lazımdır ki, auditor Afiq İsrəfilov birinci və ikinci aktlarına əlavə etdiyi cədvəllərdə xərclərin təsnifatı və məbləğlərində ciddi fərqlərin olduğu (cədvəl B) müəyyən edilmişdir. Bu tipli uyğunsuzluqlar həmin cədvəllərdə kifayyət qədərdir. "xxxx" MMC-ti keçirdiyi yoxlama nəticəsində isə bu ziddiyyət daha da dərinləşmişdir. Göstərilən “A” və “B” cədvəllərindən açıq aydın görünür ki, 3 audit yoxlamaları arasında ciddi ziddiyətlər mövcuddur, "xxxx" MMC-nin auditoru Afiq İsrəfilov iki dəfə yoxlama kəçirdiyi zaman MMC-nin 2015-ci ilin maliyyə - təsərrüfat fəaliyyətini yoxlayarkən bir birinə tam zidd olan nəticələrə gəlmiş, həmin auditor tərəfindən keçirilmiş xx.xx.2016 - xx.xx.2017-ci illərin auditin nəticə rəqəmləri həmin dövr üçün "xxxx" MMC tərəfindən keçirilmiş auditin nəticələri ilə uyğun gəlmir və tam ziddiyətlidir. Hesab edir ki, auditorlar - Afiq İsrəfilov və Nazim Cəfərov tərəfindən Cavabdeh1 MMC-nin qeyd olunmuş dövrlər üzrə maliyyətəsərrüfat fəaliyyətinin audit yoxlamaları nəticəsində buraxılmış çoxlu səhvlərə, rəylərin arasında olan ziddiyətlərə, həmin sənədlərdə mövcud olan ilkin sənədlərlə təsdiq olunmamış rəqəmlərə və s. görə həmin rəylər tərəfindən Cavabdeh1MMC-yə külli miqdarda zərərin vurulması faktını təsdiq etmir, onun vəzifəsindən azad olunmağına əsas vermir. Ona görə iş materiallarına qoşulmuş bu sənədlər Məhkəmə tərəfindən mötəbər sübut və yaxud subut növü kimi qiymətləndirilməməli və nəzərə alınmamalıdır.

11. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsində onun işdən qanunsuz kənarlaşdırılmasını bildirmişdir. Lakin 20 sentyabr 2017-ci il tarixdə iddiaçı tərəfindən 258/2017 nömrəli Əmr imzalanmışdır (Əmrin surəti etiraza əlavə olunur). Yəni bu əmrin tarixindən göründüyü kimi, iddiaçı öz vəzifəsindən qanunsuz olaraq kənarlaşdırılmamışdır. Bundan əlavə, Cavabdeh1 MMC-də (bundan sonra “Cavabdeh” adlandırılacaq) xx.xx.2016-xx.xx.2017-ci il dövr üçün pul vəsaitlərinin uçotunun auditin və mal qalığının inventarizasiyasının aparılması məqsədilə audit yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Auditlə əhatə olunan dövr ərzində cavabdehin maliyyə-təsərrüfat fəaliyyətinə məsul olan şəxslərdən biri şirkətin rəhbər şəxs kimi iddiaçı idi. İddiaçı Cavabdeh1 MMC-də auditin keçirilməsini və özünü məsul olduğunu bilərək audit yoxlamasında iştirak etməkdən və məsuliyyətdən boyun qaçırmaq məqsədilə audit yoxlaması başlamamışdan qabaq cavabdehə əmək müqaviləsinə xitam verilməsi jlə bağlı ərizə ilə müraciət etmişdir. Təbii ki, bu olan halda, yəni audit yoxlaması ərafəsində iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilə bilməzdi. Həmçinin, qeyd etmək istəyirlər ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli 166/2018 nömrəli əmr əsasında xitam verilmişdir, həmin əmr və iddiaçının əmək kitabçasında aparılan qeyd arasında ziddiyyət yoxdur. Əmək kitabçasında qeydin kadrlar üzrə mütəxəssis tərəfindən aparılması o demək deyil ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam həmin kadrlar üzrə mütəxəssis tərəfindən verilmişdir. Sözügedən əmr Cavabdeh1 MMC -nin təsisçi tərəfindən qəbul və imza edilmişdir, kadrlar üzrə mütəxəssis isə ona həvalə olunmuş səlahiyyətinə uyğun olaraq əmək kitabçasında müvafiq qeydi aparmışdır. İddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 188 saylı Qərarına istinad edərək, direktorun maddiməsul şəxslərin kateqoriyasına aid olmadığını və onunla tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmamasını bildirmişdir. Halbuki, həmin Qərara əsasən, pərakəndə ticarət müəssisələrinin direktorları ( cavabdeh dünya şöhrətli aparıcı şirkətlərin istehsalı olan və tikinti-inşaat, torpaq qazıma, anbar və yükqaldırma sahələrində istifadə edilən geniş çeşiddə avadanlıq və texnikanın təchizatçısıdır) maddi-məsul şəxslər kimi qiymətləndirilir.Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı, yəni işçi işəgötürənə , yəni cavabdehə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır (əmək müqaviləsinin 3.3-cü bəndin f) yarımbəndi). Ən azından iddiaçı Cavabdeh1 MMC-nin rəhbəri (qanun təmsilçisi) kimi bütün maliyyə, bank sənədlərini imzalamaq səlahiyyətlərinə malik olan şəxs olmuşdur. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirlər ki, İddiaçının “dəymiş mənəvi zərərə görə 500.000,00 manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi”-nə dair tələbinin də qəbul edilməz olduğunu hesab edirik. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, .... qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri əlmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-7/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin iddia tələbinin qaldırılması üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi isə Cavabdeh1 MMC-dən tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 203-cü maddəsinə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarına, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən ilkin iddia üzrə cavabdehin (qarşılqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbi təmin edilməməsi hissəsində tamamilə ləğv edib qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinə uyğun əsaslandırılmışdır.

16. Qətnamədən həmçinin ilkin iddia üzrə iddiaçının (qarşılqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin temin olunmasının rədd edilməsi hissəsində leğv ederek, ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmışdır.

18. İlkin iddia üzrə cavabdehin (qarşılqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-7/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv edərək, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, ilk İddiaçı ilə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olmaqla Cəmiyyətin direktoru vəzifəsində çalışmışdır. Əvvəllər qanuni təmsilçi, direktor olan İddiaçı iddiası təsisçilərin qərarı ilə, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiası isə qanuni təmsilçi olmuş İddiaçı hüquqa zidd əməlləri ilə cəmiyyətə külli miqdarda ziyan vurulması ilə bağlı olmuş, yəni bir başa hüquqi şəxsin idarəedilməsi ilə bağlı olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İlkin iddia üzrə iddiaçının (qarşılqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-7/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkilləri Nümayəndə və Vəkil4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsi xahiş etdilər.

22. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsi xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının

23. Maddə 60. 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

24. Maddə 62 hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

25. 24.2 mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

26. Maddə 26.1 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

27. Maddə 26.2 kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

28. Maddə 31.1 aidiyyət qaydalarının pozulmasına yol verilmir.

29. Maddə 31.2 aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

30. Maddə 384.0.4 apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

31. Maddə 387.2.9 işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-7/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair qarşılılı iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

33. Belə ki, ilkin iddia tələbindən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı hazırki tələbləri xx.xx.2018-ci il tarixli qərarın ləğvi, əmək kitabçasındakı qeyd etibarsız hesab edərək iş yeri olan «Prolink Caspian” MMC-yə direktor vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən azad edildiyi bütün vaxt üçün 2017-ci ilin sentyabr tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər olan olan orta əmək haqqı, işdən kənarlaşdırılan zaman ona hesablanmış son haqq-hesab, 500.000 (beş yüz min) manat məbləğində ona dəymiş mənəvi ziyanın ödənilməsindən ibarətdir.

34. Həmçinin Cavabdeh1 MMC “ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, 952.320 manat zərərin cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir

35. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-ü bəndinin 3-cü cümləsində məhkəmələrə izah olunmuşdur ki, ... Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

36. Həmin qərarın 19-cu bəndinə izah edilmişdir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir.

37. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır.

38. Beləliklə müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmuş və iddia tələbini hüquqi şəxsin idarə edilməsindən irəli gəlməsi ilə əsaslandırmışdır.

39. Lakin birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, hazırki tələblərin hüquqi şəxsin fəaliyyətindən irəli gəlib-gəlməməsinə hüquqi qiymət verilməmiş və son nəticədə işin məhkəmə aidiyyətini Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmiş meyarlar əsasında müəyyən etməmişdir.

40. Halbuki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

41. İş materiallarından göründüyü kimi, iddiaçı fiziki şəxs olmaqla, hazırda cavabdeh MMC ilə hüquqi bağlılığı olmasa da, o, əvvəllər həmin Cəmiyyətin direktoru olmuş və hər iki tələb ilkin iddia üzrə iddiaçının direktor olduğu dövrdə onun MMC-də olan fəaliyyəti ilə bağlıdır.

42. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.

43. Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İlkin iddia üzrə cavabdehin (qarşılqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil3 və ilkin iddia üzrə iddiaçının (qarşılqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-7/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair qarşılılı iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar