Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9281/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-5520/2017 saylı qərardadından cavabdeh “X3 mərkəzi” MMM tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər “X3 mərkəzi” MMM və Əliyev Allahverən Şükür oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 290.748,90 ABŞ dolları (136.038,90 ABŞ dolları əsas, 78.514 ABŞ dolları faiz və 76.196 ABŞ dolları dəbbə borcu) məbləğinin tutularaq İddiaçı ASC-yə ödənilməsini, tələbin cavabdeh Allahverən Əliyev tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əşyaların açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 290748,90 ABŞ dolları və 30 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(066)-5520/2017 saylı, 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «X3 mərkəzi» MMM-dən İddiaçı ASC-nin xeyrinə 26.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə 136038,90 ABŞ dolları əsas, 40460,31 ABŞ dolları faiz və 1500,79 ABŞ dolları cərimə, cəmi 178000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, həmin tutmanın Allahverən Əliyev tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinin ilkin satış qiymətinin 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilin ilkin satış qiymətinin 75.000 manat məbləğində müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş daşınmaz əşyaların dəyərindən ödənilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Allahverən Əliyevə qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə tutma yönəldikdə və onlar açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaları, «X3 mərkəzi» MMM-dən və Allahverən Əliyevdən müştərək qaydada "xxxx" MMM-nin xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcinin əvəzi kimi 600 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Əliyev Allahverən Şükür oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5520/2017 saylı, 07 sentyabr 2017-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əliyev Allahverən Şükür oğlunun qətnamədən kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərardadı ilə prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh Əliyev Allahverən Şükür oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 01/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Eyni zamanda cavabdeh «X3 mərkəzi» MMM də Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 01/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərardadından cavabdeh Əliyev Allahverən Şükür oğlunun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7448/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7448/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh “X3 mərkəzi” MMM-in da qətnamədən verdiyi kassasiya şikayəti baxışdan çıxarılaraq, mülki iş kassasiya şikayətinin geri qaytarılması üçün apelyasiya məhkəməsinı göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-01/2019 saylı, 30 yanvar 2020-ci il tarixli qərardadı ilə cavabdeh “X3 mərkəzi” MMM-in Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 01/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsindən vеrdiyi kаssаsiyа şikаyəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh “X3 mərkəzi” MMM-in vəkili X8 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2020-ci il tarixli qərardadının ləğv edilib, mülki işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3533/2020 saylı, 20 iyul 2021ci il tarixli qərarı ilə cavabdeh “X3 mərkəzi” MMM-in kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdeh “X3 Mərkəzi” МММ tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsindən apelyasiya şikayəti və “buraxılmış müddətin bərpasına dair” ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmişdir. Qətnaməni 2019-cu ilin iyun ayında Bakı Apelyasiya Məhkəməsinə ərizə yazaraq əldə etmişlər. Prosesdə iştirakları təmin olunmamışdır. Həmin qətnamədən apelyasiya şikayəti verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)- 5520/2017 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2017ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsindən cavabdeh “X3 Mərkəzi” MMM-nin nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş “buraxılmış müddətin bərpasına dair” ərizə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsindən cavabdeh “X3 Mərkəzi” MMM-nin nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh “X3 Mərkəzi” MMM tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilərək, prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-5520/2017 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-5520/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarında olan xəbərnamədən (1-ci cild, səhifə 123) görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsinin surəti cavabdeh “X3 Mərkəzi” MMM-nin müvafiq poçt ünvanına göndərilmiş, cavabdeh “X3 Mərkəzi” МММ (xəbərnaməyə əsasən Məmmədov adlı şəxs) qətnamənin surətini xəbərnaməyə imza etməklə, 15.09.2017-ci il tarixdə almışlar. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir. Kollegiya eləcə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(006)-5520/2017 saylı qətnaməsini yalnız ərizə yazaraq 2019-cu ilin iyun ayında aldıqları barədə cavabdehin şikayətinin dəlilləri barədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh “X3 Mərkəzi” МММ barələrində qəbul edilmiş qətnamədən məlumatlı olmuş və xəbərnaməyə əsasən sözügedən qətnaməni 15.09.2017ci il tarixdə rəsmi qaydada almışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-5520/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “X3 mərkəzi” MMM tərəfındən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-5520/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9281/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9281/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver