Məhkəmə qərarları › İş №2(103)-9295/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9295/2021

02.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9295/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dğvlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adında **********32- 05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyatdan keçən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsi və **********11- 05101-051101-093006 reyestr nömrəli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası b.1, m.14 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan bir mərtəbəli fərdi yaşayış evinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin əmlakların qiymətləndirilərək satılması üçün hərraca çıxarılması və satışdan əldə edilmiş vəsaitin paylara uyğun bölünüb ona verilməsi, habelə ona gəlin köçən zaman hədiyyə edilmiş, bir ədəd dəyəri 4000 manat olan yataq dəsti, dəyəri 3500 manat olan mətbəx mebeli, hər birinin dəyəri 550 manat olan iki ədəd uşaq çarpayısı dörd ədəd tumbası ilə birlikdə, dəyəri 2000 manat olan bir ədəd künc divanı, dəyəri 800 manat olan bir ədəd jurnal stolu, hər birinin dəyəri 1500 və 2000 manat olan iki ədəd televizor, dəyəri 800 manat olan bir ədəd televizor altlığı, dəyəri 750 manat olan səs kolonkaları, hər birinin dəyəri 350 və 500 manat olan iki ədəd çilçıraq (lüstur), ümumi dəyəri 3500 manat olan səkkiz ədəd xalça, ümumi dəyəri 6500 manat olan məişət texnikaları, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd qabyuyan, bir ədəd ütü, bir ədəd ətçəkən, bir ədəd sokçəkən, bir ədəd mikser, bir ədəd blender, bir ədəd kokteyl düzəldən, bir ədəd qarğıdalı partladan, iki ədəd toster, bir ədəd aspirator, bir ədəd qaz sobası, bir ədəd qaz piltəsi, bir ədəd duxovka, bir ədəd tərəvəz doğrayan, ümumi dəyəri 1800 manat olan iki ədəd qonaq otağı üçün pərdə, iki ədəd yataq otağı üçün pərdə, dəyəri 1500 manat olan mətbəx üçün stol-stul dəstinin və ya onların dəyərinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adında **********32-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyatdan keçən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsi və **********11-05101-051101- 093006 reyestr nömrəli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası b.1, m.14 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan bir mərtəbəli fərdi yaşayış evinə, “Mercedes Benz S500 minik” markalı, ** UP *** qeydiyyat nişanlı avtomobilə və birgə nikah dövründə təsis edilmiş “X2” MMC-yə, həmin MMC-nin adına qeydiyyatdan keçən “Fiat doblo minik” markalı, ** PC *** qeydiyyat nişanlı, “Maz 5337 Ş-də KS35715-01” xüsusi təyinat markalı avtomobillərə və cəmiyyətin balansında olan digər daşınar və daşınmaz əmlaklara və bank hesablarındakı maliyyə vəsaitlərinə (pul, valyuta növündən asılı olmayaraq) münasibətdə 1/2 hissədə iddiaçının payının tanınması və həmin daşınar və daşınmaz əmlakların qiymətləndirilərək hərrac yolu ilə satılması, habelə həmin əmlakların satışından əldə edilmiş pul vəsaitlərinin, bank hesablarındakı pul vəsaitlərinin 1/2 hissəsinin iddiaçıya ödənilməsi, iddiaçıya gəlin köçən zaman hədiyyə edilmiş, bir ədəd dəyəri 4000 manat olan yataq dəsti, dəyəri 3500 manat olan mətbəx mebeli, hər birinin 550 manat olan iki ədəd uşaq çarpayısı dörd ədəd tumbası ilə birlikdə, dəyəri 2000 manat olan bir ədəd künc divanı, dəyəri 800 manat olan bir ədəd televizor altlığı, dəyəri 750 manat olan səs kolonkaları, hər birinin dəyəri 350 və 500 manat olan iki ədəd çilçıraq (lüstur), ümumi dəyəri 3500 manat olan səkkiz ədəd xalça, ümumi dəyəri 6500 manat olan məişət texnikaları, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd qabyuyan, bir ədəd ütü, bir ədəd ətçəkən, bir ədəd sokçəkən, bir ədəd mikser, bir ədəd blender, bir ədəd kokteyl düzəldən, bir ədəd qarğıdalı partladan, iki ədəd toster, bir ədəd aspirator, bir ədəd qaz sobası, bir ədəd qaz piltəsi, bir ədəd duxovka, bir ədəd tərəvəz doğrayan, ümumi dəyəri 4500 manat olan iki ədəd çay dəsti, iki ədəd kofe dəsti, iki ədəd yemək dəsti, bir ədəd bıçaq dəsti, bir ədəd qaşıq dəsti, bir ədəd çəngəl dəsti, bir ədəd qazan dəsti, bir ədəd tava dəsti, ümumi dəyəri 1800 manat olan iki ədəd qonaq otağı üçün pərdə, iki ədəd yataq otağı üçün pərdə, dəyəri 1500 manat olan mətbəx üçün stol-stul dəstinin və ya onların dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) iddianı təmin etmə tədbiri barədə ərizə verərək məhkəmədən mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək iddianın təmin tədbiri qismində Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adında **********32-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyatdan keçən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsi və **********11-05101-051101- 093006 reyestr nömrəli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası b.1, m.14 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan bir mərtəbəli fərdi yaşayış evinin, “Mercedes Benz S500 minik” markalı, ** UP *** qeydiyyat nişanlı avtomobilə və birgə nikah dövründə təsis edilmiş “X2” MMC-nin adına qeydiyyatdan keçən “Fiat doblo minik” markalı, ** PC *** qeydiyyat nişanlı, “Maz 5337 Ş-də KS35715- 01” xüsusi təyinat markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X3” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillərə və cəmiyyətin balansında olan digər daşınar və daşınmaz əmlaklara və bank hesablarındakı maliyyə vəsaitlərinə (pul, valyuta növündən asılı olmayaraq) üzərinə həbs qoyulması, cavabdehə həmin əmlakların və vəsaitlərin özgəninkiləşdirilməsinin və istifadəsinin qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2021 saylı, 11 avqust 2021ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilin “Mercedes Benz S500 minik” markalı, ** UP *** qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət vermiş, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(010)-4086/2021 saylı qərardadı ərizənin təmin edilməyən hissəsində iddiaçının hüquqlarını pozur. Belə ki, iddiaçı ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində, habelə onlara əlavə edilmiş sorğular və sorğulara alınmış cavab məktubları, çıxarışlarda məhkəmənin diqqətinə çatdırmışdır ki, həqiqətən də ərizəsində özgəninkiləşdirilməsini xahiş etdiyi daşınar və daşınmaz əmlaklar, pul vəsaitləri cavabdeh ilə birgə nikah dövründə, birgə təsərrüfat aparılması nəticəsində əldə edilmiş və əmlakların, xüsusən də satılması zamanı onun razılığı tələb edilməyən əmlakların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsinə zərurət var. Hesab edir ki, çox qısa zamanda cavabdeh iddia tələbinin predmetini təşkil edən pul və digər əmlakları digər şəxslərin adına özgəninkiləşdirəcək. Həmçinin, hazırkı ərizənin təmin edilməməsi gələcəkdə bu mülki iş üzrə qəbul ediləcək qətnamənin icrasını qeyri-mümkün hesab edə bilər. Hazırkı şikayətə əlavə edilmiş müvafiq sorğuya cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********8941 saylı, 01.07.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27.3 m2 sahəsi olan yaşayış sahəsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası, b. 1, m.12 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan birmərtəbəli fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçir. Həmçinin, bundan əvvəl iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə qoşma olaraq əlavə etdiyi elektron vergi xidmətindən çıxarışa və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin cavab məktublarında cavabdehlə birgə nikah dövründə təsis edilmiş, cavabdehin qanuni təmsilçisi olduğu “X2” MMC-nin, həmin MMC-nin adına qeydiyyatdan keçən “Fiat Doblo minik” markalı, ** PC *** qeydiyyat nişanlı, “Maz 5337 Ş-də KS35715- 01” xüsusi təyinat markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı, “X3 minik” markalı avtomobillərin və balansında olan digər daşınar və daşınmaz əmlakların və bank hesablarının və həmin hesablardakı maliyyə vəsaitlərinin (pul, valyuta növündən asılı olmayaraq) üzərinə həbs qoyulması, cavabdehə həmin əmlakların və vəsaitlərin özgəninkiləşdirilməsinin və istifadə edilməsinin qadağan edilməsi barədə ərizənin təmin edilməməsini məhkəmə tərəfindən cavabdehə həmin əmlak və pul vəsaitlərinin digər şəxslərin adına özgəninkiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirir. Bu da bir daha onu sübut edir ki, həqiqətən də məhkəmə onun iddia tələbinin təmin olunmamasında maraqlı olmuş və nəticə etibarilə əsassız və qanunsuz qərarda qəbul etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2021 saylı, 19 avqust 2021ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(010)-4086/2021 saylı qərardadı dəyişdirilmiş, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi, şikayətin qalan hissədə təmin edilməməsi və qərardad qalan hissədə dəyişdirilmədən saxlanılması, qərardadın dəyişdirilən hissədə dərhal icra edilməsi, qərardadın dəyişdirilən hissədə icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, şikayətin təmin edilməyən hissəsi mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti o zaman apellyasiya instansiyası məhkəməsinə göndərə bilər ki, qərardad dəyişdirilmədən saxlanılsın. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı dəyişdirdiyi halda, qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməsini ümumiyyətlə göstərməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yenidən baxıb nəticəsindən asılı olaraq (dəyişdiridiyi və ya ləğv etdiyi halda) qanunla şikayət verilmə müddətini gözlədikdən sonra mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Qeyd olunan hallardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələbinə riayət etmədən mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4086/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2021 saylı, 11 avqust 2021ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4086/2021 saylı, 11 avqust 2021ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar