Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9414/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(004)-3735/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankına (Ləğv Prosesindədir), Əmanətlərin Sığortalanması Fonduna qarşı Bakı Şəhəri Nərımanov Rayon İcra Və Probasıya Şöbəsi, AR ƏMDK-nin DƏDRX-i, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi və məhdudiyyətlərin götülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, İddiaçı cavabdehlər Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankına (Ləğv Prosesindədir), Əmanətlərin Sığortalanması Fonduna qarşı Bakı Şəhərı Nərımanov Rayon İcra Və Probasıya Şöbəsi, AR ƏMDK-nin DƏDRX-i, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi və məhdudiyyətlərin götülməsi" tələbinə dair mülki işin baxılmamış saxlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əslinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(006)-3735/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(006)-3735/2021 saylı qərardadının ləğv edilməsin işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(006)-3735/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(006)-3735/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.F.Fərhadov şikayətə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(006)-3735/2021 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi posessual baxımdan səhvə yol verməmişdir. Lakin bununla bərabər məhkəmə kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolunu oynayır. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə bir sıra addımlar atılmış, işin çox hissəsi həll olunmuşdur. Eyni zamanda kollegiya hesab edir ki, iddiaçının yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasına səbəb olacaqdır. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və mülki iş icraatın təzələnməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(006)-3735/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş icraatın təzələnməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9414/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9414/2021
14.09.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver