Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-947/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1, üçüncü şəxs X3 və onların Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyətinin xeyrinə 19.632,49 (on doqquz min altı yüz otuz iki dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 44.106,07 (qırx dörd min bir yüz altı dollar yeddi sent) ABŞ dolları məbləğində hesablanmış faiz, 3.744,48 (üç min yeddi yüz qırx dörd dollar qırx səkkiz sent) ABŞ dolları hesablanmış dəbbə borcu olmaqla, cəmi 67.483,04 (altmış yeddi min dörd yüz səksən üç dollar dörd sent) ABŞ dolları və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqaviləsinə görə 2.784,31 (iki min yeddi yüz səksən dörd dollar otuz bir sent) ABŞ dolları məbləğində əsas borc, 9.676,81 (doqquz min altı yüz yetmiş altı dollar səksən bir sent) ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 12.461,12 (on iki min dörd yüz altmış bir dollar on iki sent) ABŞ dolları məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 92a, 30 nömrəli mənzilə (MA seriyalı, ******* nömrəli, **********87-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23 noyabr 2011 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi, mənzilin 53.500 (əlli üç min beş yüz) manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi; fərdi yaşayış evində yaşayanların - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları və mənzilin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X8 isə cavabdehlər Para BOKT ASCyə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2021-cü il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-710/21) iddia qismən təmin olunaraq, Cavabdeh1 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə 19632,49 ABŞ dolları əsas borc, 4644,49 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24.776,98 (iyirmi dörd min yeddi yüz yetmiş altı dollar, doxsan səkkiz sent) ABŞ dolları və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 190,53 ABŞ dolları faiz borcu (yüz doxsan dollar əlli üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun və 30 (otuz) manat ödənilən dövlət rüsumunun tutulub İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 92a, mənzil 30-a yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı təqdirdə həmin vəsaitin X5 və X6 verilməs, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət olunmuş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamə ilə həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X4 cavabdehlər Para BOKT ASC-yə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamədən Cavabdeh1 və müstəqil tələb irəli sürən 3-cü şəxs R.Nuriyev ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. Cavabdeh1 apellyasiya şikayəti üzrə ayrıca qərardad çıxarılmaqla iş üzrə icraata qismən – tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində xitam verilmişdir. R.Nuriyev apellyasiya şikayətində qətnamənin ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinin rədd olunması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs R.Nuriyev və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə Cavabdeh1 və digərinin ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv olunmuş və həmin hissədə işin icraatına xitam verilmişdir. İşin göstərilən hissədə icraatına xitam verilməsi üçün əsas cavabdeh (ipoteka qoyan) Cavabdeh2 məhkəmə icraatı başlanana qədər ölməsi, bu səbəbdən onun işdə tərəf olmasının və hüquq varislə əvəz edilməsinin qeyri-mümkünlüyü olmuşdur. Məhkəmə icraata xitam verərkən MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə mərhum Cavabdeh2 övladları olan X3 və X4 da iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində iştirakı mümkün deyil. Çünki, qətnamə ilə onların mənafeyinə toxunan hissədə, yəni ipoteka predmetinə tutma yönəldilməsi hissəsində icraata xitam verilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən onların müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmalarına dair qərardad qəbul olunmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, R.Nuriyev və İ.Məmmədli tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə müraciət olunsa da, ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə ayrıca iddia ərizəsi verilməmişdir. Onların müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunma barədə ərizələrinə iddia ərizəsi kimi yanaşılsa belə, həmin ərizə MPM-nin 149-cu maddəsinin tələblərinə, yəni iddia ərizəsinin forma və məzmununa cavab vermir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, R.Nuriyev və İ.Məmmədli tərəfindən ərizə verilərkən onların səlahiyyəti müəyyən olunmadığından, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində işin icraatına xitam verildiyindən və ərizə MPM-nin 149-cu maddəsinin tələblərinə cavab vermədiyindən qətnamə MPM-nin 259.0.3, 259.0.12-ci maddələrinin tələblərinə müvafiq olaraq 3-cü şəxslərin iddiasına, yəni ipoteka müqaviləsinin etibrasıız hesab olunması tələbinə aid hissədə ləğv olunmalı və həmin hissədə iddia baxılmamış saxlanmalıdır. R.Nuriyevə və İ.Məmmədliyə ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinə dair ümumi qaydada ayrıca iddia qaldırmaq hüquqları olması izah edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib , bu Məcəllənin 259.01-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddiasına aid hissədə ləğv edilməli və həmin iddia baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.5, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən – ipoteka müqaviləsinin etibrasız hesab edilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin, həmin hissədə iddia baxılmamış saxlanılsın. Üçüncü şəxslərə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə ümumi qaydada ayrıca iddia qaldırmaq hüquqları olması izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-947/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-947/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver