Məhkəmə qərarları › İş №2(103)-9537/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9537/2020

23.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9537/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X1 nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi və vəkili X7 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-4394/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Cavabdeh1 və digərlərinə qarşı “mirasın qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş əmisi X4 qalmış ev müxəlləfatı predmetləri olan əmlakların və bununla da bütün mirasın iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi, Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və Cavabdeh1 ilə Cavabdeh2 arasında VAZ-21154 markalı ** GU *** (indiki ** UB ***) dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, VAZ-21154 markalı, ** GU *** (indiki ** UB ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbs qoyulması və müvəqqəti saxlama meydançasına yerləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-4394/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh1 məxsus olan, ** UB *** dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı avtomobili (Ban-XTA211540A48309920) üzərinə iddianın təmin etmə tədbiri kimi həbs qoyulması, mühafizə olan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə etməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan iş üzrə Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda iddiaçının hansı hüquqlarının pozulması əsaslandırılmamışdır. Həmin avtomobil xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun mülkiyyətinə keçmiş və onun mülkiyyətindədir. İddiaçı artıq göstərilən iddia ərizəsi ilə bir dəfə məhkəməyə müraciət etmiş və Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə qiymət verilib. Buna görə də, onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Hazırki qərardad mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X11 şikayəti müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X12 şikayəti müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X1 nümayəndəsi və vəkili X8 şikayəti müdafiə etməyərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər X9 və Cavabdeh3 nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-4394/2020 saylı qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. İş materialları ilə müəyyən olunur ki, üzərinə həbs qoyulması tələb olanan avtomobil Cavabdeh1 adına vərəsəlik qaydasında keçmiş, hazırda alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək üçün tədbirlər görülməsi qənaətinə gələrək, bununla bağlı müvəqqəti xarakter daşıyan iddianın təmin edilməsi tədbiri barədə qərardad qəbul etməklə, ** UB *** dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı avtomobili (Ban-XTA211540A48309920) üzərinə iddianın təmin etmə tədbiri kimi həbs qoyulması, mühafizə olan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə etməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən tətbiq edilən həbslə bağlı tədbir hazırkı vəziyyətdə mülkiyyətçi olan Cavabdeh2 mülkiyyət hüquqlarına toxunur. Belə ki, “həbs qoyulma” məfhumu geniş anlayışdır və bu, həm də əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakı istifadə etmək hüququnun məhdudlaşdırılmasından, avtomobilin polis tərəfindən saxlanılaraq götürülməklə cərimə meydançasına (o cümlədən, ödənişli saxlanc yerlərində) yerləşdirilməsini nəzərdə tutur. Ona görə də, kollegiya hesab edir ki, əmlakların üzərinə həbs qoyulması hazırki iddianı təmin etmə tədbirinin məqsədinə uyğun deyil. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə qismən təmin edilərək, ** UB *** dövlət qeydiyyat nişanlı, VAZ- 21154 markalı avtomobilin (Ban-XTA211540A48309920) özgənkiləşdirilməsi mülkiyyətçi Cavabdeh2 və digər şəxslərə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək üçün hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görülə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-4394/2020 saylı qərardadı ləğv edilsin. İddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilsin. Cavabdeh2 mülkiyyətində olan ** UB *** dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı avtomobilin (Ban-XTA211540A48309920) özgənkiləşdirilməsi mülkiyyətçi Cavabdeh2 və digər şəxslərə qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar