Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-956/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: icbari siğorta) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3, müstiəqil tələb irəli sürməyən üçüncü şəxs X3, müstiəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(006)-2350/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 30 aprel 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1.70 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi ilə əlaqədar olaraq yerquruluşu planı hazırlanarkən həmin torpaq sahəsinin hüdudları daxilində çoxsaylı fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin yerləşdiyi müəyyən edilmişdir. Ərazidə yerləşən fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri ilə bağlı torpaqhüquq və əmlak məsələlərinin mövcud qanunverciliyə uyğun həll edilməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.70 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə qaydasında ayrılmasına etiraz edilməmişdir.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi X7 arasında bağlanmış 17 avqust 2021-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən, mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 7 otaqlı 252 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 3 otaqlı 141 kv.m mənzil, 20 kv.m avtodayanacaq, 1 otaqlı 60 kv.m mənzil, 2 otaqlı 80 kv.m mənzil və 2 otaqlı 81 kv.m mənzili sahibinə verməyi, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.
3. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 16 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) ilə bağlı nümayəndəliyə hər hansı bir müraciət daxil olmamış, nümayəndəlik tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, tikilinin qapısının sökülməsi və qapının taxta ilə bağlanması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən nümayəndəliyin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, görülən işlər (söküntü) qarşılıqlı razılaşmadan sonra olmuşdur.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(006)- 398/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 17 avqust 2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m sahəsi olan mənzilə münasibətdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, iddianın digər hissədə rədd edilməsi, cavabdeh X3 iddiaçı "xxxx" MMC-yə qartşı “müqavilənin ləğv edilməsinin qadağan edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5042/2023 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(006)-398/2023 nömrəli qətnaməsinin qismən - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının təmin olunduğu, X3 iddiasının rədd olunduğu hissələrdə ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 və İddiaçı qarşı müqavilələrin etibarsızlığı tələbinə dair iddiasının 17 avqust 2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m sahəsi olan mənzillə bağlı müqavilənin etibarsız hesab olunması hissəsində rədd edilməsi, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsinin qadağan edilməsi, mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması, razılaşdırılmış məbləğin və əldən çıxmış mənfəətin alınması tələbinə dair iddiasının qismən təmin edilməsi, 17 avqust 2021-ci il tarixli müqavilələr üzrə mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, X3 iddiasının qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(102)- 1085/2024 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5042/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 19 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına ünvan 3 ünvanda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. ünvan 3 ünvanda yerləşən qaraja dair İddiaçı adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir.
8. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 27 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.70 ha. torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının 78 nömrəli, 09 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
9. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 14 avqust 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (daş qaraja) zərər vurulması ilə bağlı Baş idarəyə müraciət və ya məlumatlar daxil olmamış, Baş idarədə həmin xüsusatlarla əlaqədar cinayət işi üzrə ibtidai istintaq və yoxlama materialı üzrə ilkin araşdırma aparılmamışdır.
10. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 16 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş daşınmaz əmlakın AN-İ seriyalı, ******* nömrəli, 13 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qarajı 37500 manata İddiaçı satmışdır.
11. Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı MənzilKommunal İstismar Sahəsinin 13 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 131A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daş qaraj) "xxxx" MMC tərəfindən sökülmüşdür. Söküntü-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 09 sentyabr 2020-ci il tarixli 78 nömrəli Sərəncamına əsasən aparılır. Həmin sərəncam məktuba əlavə edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 nömrəli mülki işinin materiallarında olan: - Daşınmaz əmlakın BB seriyalı 320562 nömrəli icbari sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən 14 avqust 2021-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 19680 manat təşkil etmişdir (səhifə № 110); - "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış 12 avqust 2022-ci il tarixli məktubdan görünür ki, ASC tərəfindən sığortalanmış İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (qaraja) 27 iyul 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən zərər yetirilməsi hadisəsi ilə bağlı araşdırma aparılması və tənzimlənməsi məqsədilə göstəriş verilməsi xahiş olunmuşdur (səhifə № 107); - 12 sentyabr 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, İddiaçı izahatında qarajın öz adına olduğunu, lakin bütün işlərin dayısı oğlu – Səfərov Vüsal tərəfindən həyata keçirildiyini, əmlakın özünün adına olsa da, faktiki olaraq Vüsalın olduğunu bildirmişdir (səhifə № 199-201)
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 4392 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış “İcbari sığorta müqaviləsi”nə əsasən iddiaçıya BB320562 nömrəli şəhadətnamə verilmişdir. Müqavilənin predmeti İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsi (daş qaraj) olmuşdur. Müqavilə və şəhadətnamə üzrə sığorta hadisəsi zamanı ödəniləcək sığorta məbləği 4392 manat müəyyən edilmişdir. Sığorta müqaviləsinin müddəti 1 il olmaqla yazılma tarixi 14 avqust 2021-ci ildir. Lakin, iddiaçıya məxsus olan tikili ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daş qaraj) qəfildən "xxxx" MMC tərəfindən uçurulmuşdur. İddiaçı ilə "xxxx" MMC hər hansı müqavilə və razılıq olmamışdır. Bu hadisə barədə iddiaçı tərəfindən dərhal cavabdehə məlumat verilsə də, həmin vaxtdan 2 ildən çox vaxt keçməsinə baxmayaraq, iddiaçıya iddia ərizəsi verilən günədək sığorta ödənişi edilməmişdir. İddiaçı dəfələrlə cavabdehə onlayn müraciət etsə də, həmçinin əsas ofisə birbaşa müraciət etsə də, nəticə olmamışdır. Bununlada cavabdeh tərəfindən iddiaçının hüquqları pozulur, yəni Mülki Məcəllənin 1096-1097-ci maddələrində göstərilən pozuntu edilir. Öhdəlik cavabdeh tərəfindən icra olunmur. İddiaçı tərəfindən 13 fevral 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu da göndərilmişdir. Lakin cavabdeh bundan sonra da ödəniş etməyə heç bir təşəbbüs etməmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2350/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
17. Qətnamənin əsaslarına görə, mübahisə predmeti olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçının mülkiyyətində olmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 (faktiki mülkiyyətində) faktiki sahibliyində və istifadəsində olmasının mübahisəsiz olması müəyyən edilmişdir. Faktiki mülkiyyətçi (sahibi) kimi Səfərov Vüsal həmin qarajın sökülməsi və əvəzində 50000 manat kompensasiya ödənilməsi ilə bağlı digər üçüncü şəxs "xxxx" MMC ilə şifahi razılığa gəlməsini, "xxxx" MMC-nin həmin qarajın əvəzində 30000 manat məbləğində pulu ödəməsini, lakin qalan 20000 manat məbləğində pulu ödəmədən qarajı hissə-hissə sökməsini inkar etmir və əslində razılığa görə qalan 20000 manat ödənildikdən sonra rəsmiləşdirmə üçün iddiaçının iştirakı ilə müqavilə bağlanmasını təmin edəcəyini bildirir, iddiaçı da öz növbəsində bu deyilənləri təsdiq edir. "xxxx" MMC isə həmin qaraja görə Səfərov Vüsala tam kompensasiya ödədiyini və qarajı aralarındakı razılaşmaya istinadən sökdüyünü bildirir. Göstərilənləri nəzərə alan məhkəmənin qənaətinə görə, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının sığorta şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün ilk öncə sığorta hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmalıdır. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, yuxarıda qeyd edilən faktiki halları nəzərə alan məhkəmə hesab edir ki, qarajın "xxxx" MMC tərəfindən sökülməsi faktı sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində baş versə də, sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Çünki iş üzrə müəyyən edilmiş mübahisəsiz hallara görə qaraja faktiki sahibliyi həyata keçirən (faktiki mülkiyyətçi) Səfərov Vüsal müvafiq kompensasiya qarşılığında həmin qarajın sökülmək üçün onun yerləşdiyi ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş Sərəncam əsasında söküntü-tikinti işlərini həyata keçirən "xxxx" MMC-yə verilməsi niyyətində olmuşdur. İddiaçının əmlakının qanunsuz sökülməsi ilə bağlı mülkiyyətçi kimi, Səfərov Vüsalın isə faktiki sahib və istifadəçi kimi heç bir hüquq-mühafizə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməmələri, habelə əmlakın qapısı və ya damı sökülərkən söküntünün qarşısını almaqla əlaqədar hərəkətsizlik nümayiş etdirmələri, Səfərov Vüsalın yalnız baş verənləri videoyazıya almaqla kifayətlənməsi bu nəticəyə gəlməyə əsas verir ki, qaraj "xxxx" MMC tərəfindən məhz onlar arasında şifahi razılığa istinadən sökülmüş, əvəzində Səfərov Vüsalın özünün izahatına əsasən, ona 30000 manat verilmiş, yəni bu hal heç də sığorta hadisəsi kimi qiymətləndirilə bilən qanunsuz bir söküntü olmamışdır. Görünür ki, Səfərov Vüsalın (habelə iddiaçının) narazılığını doğuran hal məhz qarajın qarşılığında kompensasiya kimi ödənilməli olduğunu iddia etdiyi 20000 manat məbləğində pulun ona ödənilməməsi ilə bağlıdır və o, hesab edir ki, qaraj məhz bu məbləğ ona ödənilmədən söküldüyünə görə qarajın qapısına dəymiş zərərin əvəzini sığorta ödənişi kimi iddiaçıya (rəsmi mülkiyyəçiyə) sığorta şirkəti ödəməlidir. Göstərilənlərə əsasən, icbari sığorta müqaviləsi üzrə 19680 manat məbləğində qiymətləndirilən qarajın tam olaraq sökülməsinə baxmayaraq, iddiaçının hələ də yalnızca qapının sökülməsi ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 4392 manat məbləğində pulu sığorta şirkətindən tələb etməsi onu deməyə əsas verir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə qanunla ona verilmiş mülki hüquqlardan sui-istifadə edir. Məhkəmə tərəfindən iddiaçının vəkili-nümayəndəsindən 19680 manat məbləğində qiymətləndirilən əmlakın tam söküldüyü halda, yalnızca onun qapısına vurulan zərərin ödənilməsi barədə tələb irəli sürməsinin səbəbi soruşulsa da, o, bu suala qeyri-müəyyən cavab vermişdir. Qarajın tam olaraq sökülməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, iddiaçı (habelə, faktiki mülkiyyətçi) onun tam dəyərini qarajı sökdüyünü iddia etdiyi "xxxx" MMC-dən tələb etməmişdir. Qarajın faktiki mülkiyyətçisi olan Səfərov Vüsal (habelə iddiaçı) "xxxx" MMC ilə aralarındakı mübahisənin 20000 manat məbləğində kompensasiya ilə bağlı olduğunu bildirdiyindən, deməli, iddiaçının və ya faktiki sahibin belə tələblə məhkəməyə müraciət etməsi istisna olunmadığından məhkəmə hesab edir ki, iddiaçı hələ də sadəcə qarajın qapısının sökülməsi ilə bağlı vurulan ilkin ziyanın dəyərini müəyyən edən sığorta şirkətindən həmin pulu tələb etməklə əsassız varlanmağa çalışır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 560, 922, 923, 924, 926, 935-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlillərinə görə, göründüyü kimi burada siğorta hadisəsi baş vermişdir, bu da Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 13 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 131A ünvanında yerləşən qeyriyaşayış sahəsi (daş qaraj) "xxxx" MMC tərəfindən sökülmüşdür. Yəni işin əsl halları məhkəmənin “müəyyən etdiyi” deyil: 1.İddiaçı ilə cavabdeh arasında sığorta müqaviləsinin olması. 2. Sığorta hadisənin baş verməsi. 3. Sığortaçı tərəfindən sığorta ödənişinin edilməməsidir. Beləliklə məhkəmə tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1.-ci maddəsi, Mülki Məcəllənin 922-9234-cü maddələri, həmçinin MM-nin 389-390-cımaddələri tətbiq edilməli olduğu halda bunu etməmişdir. Məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası MPM-nin 385, 386-cı maddələrinin tələblərini pozmuşdur. Məhkəmənin gəldiyi yanlış nəticə onunla əsaslanmışdır ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qeyriyaşayış sahəsi (qaraj) iddiaçının müıliyyətində olsa da faktiki Səfərov Vüsalın sahibliiyində olmuş, o isə söküntüyə “razılıq” vermişdir. Halbuki məhkəmə iş üzrə preyudisial sənədlər olan Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(103)-5042/2023 nömrəli qətnaməsini oxusa və düşgün tətbiq etmiş olsa idi görərdi ki, Baku Rifah MMC-nin iddiası məhz məhkəmənin gəldiyi “nəticə” ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) iddiaçının müıliyyətində olsa da faktiki Səfərov Vüsalın sahibliiyində olmuş, o isə söküntüyə “razılıq” vermişdir ilə eynilik təşkil etmiş lakin iddia məhz o əsasla rədd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) Səfərov Vüsalla "xxxx" MMC arasında müqavilənin predmeti olmamışdır. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış “İcbari sığorta müqaviləsi”nə əsasən iddiaçıya BB320562 nömrəli şəhadətnamə verilmişdir. Müqavilənin predmeti İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən qeyriyaşayış sahəsi (daş qaraj) olmuşdur. Müqavilə və şəhadətnamə üzrə sığorta hadisəsizamanı ödəniləcək sığorta məbləği 4392 manat müəyyən edilmişdir. Sığorta müqaviləsinin müddəti 1 il olmaqla yazılma tarixi 14 avqust 2021-ci ildir. Lakin, iddiaçıya məxsus olan tikili ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daş qaraj) qəfildən "xxxx" MMC tərəfindən uçurulmuşdur. İddiaçı ilə "xxxx" MMC hər hansı müqavilə və razılıq olmamışdır. Bu hadisə barədə iddiaçı tərəfindən dərhal cavabdehə məlumat verilsə də, həmin vaxtdan 2 ildən çox vaxt keçməsinə baxmayaraq, iddiaçıya iddia ərizəsi verilən günədək sığorta ödənişiedilməmişdir. İddiaçı dəfələrlə cavabdehə onlayn müraciət etsə də, həmçinin əsas ofisə birbaşa müraciət etsə də, nəticə olmamışdır. Bununla da cavabdeh tərəfindən iddiaçının hüquqları pozulur, yəni Mülki Məcəllənin 1096-1097cimaddələrində göstərilən pozuntu edilir. Öhdəlik cavabdeh tərəfindən icra olunmur. İddiaçı tərəfindən 13 fevral 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu da göndərilmişdir. Lakin cavabdeh bundan sonra da ödəniş etməyə heç bir təşəbbüs etməmişdir.” Lakin iddianın əsasları məhkəmə tam təsdiqini tapsa da məhkəmə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı“pul” tələbinə dair iddiası təmin edilməməsi barədə qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 923. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Maddə 924. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı və s. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Maddə 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. Maddə 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər və s..
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxişinin hədləri
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
28. İşin mübahisəsiz hallarına görə, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən 14 avqust 2021-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 19680 manat təşkil etmişdir. Qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olsa da, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 faktiki sahibliyində və istifadəsində olmuşdur.
29. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daş qaraj) "xxxx" MMC tərəfindən sökülməsi məhkəmə tərəfindən siğorta hadisəsi kimi qiymətləndirilməmişdir.
30. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın əsaslandırması ilə eynilik təşkil edir, bu dəlilllərlə bağlı birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşıdırma və düzgün hüquqi əsaslandırma aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin hallarını düzgün qiymətləndirməklə apardığı hüquqi əsaslandırma ilə tam razı olduğundan əlavə araşdırma və əsaslandırma aparmağa zərurət görmür.
31. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, qaraj "xxxx" MMC tərəfindən şifahi razılığa istinadən sökülmüş, əvəzində Səfərov Vüsalın özünün izahatına əsasən, ona 30000 manat verilmiş, yəni bu hal heç də sığorta hadisəsi kimi qiymətləndirilə bilən qanunsuz bir söküntü olmamışdır.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2350/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(006)- 2350/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.