Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9624/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Nəbiyev Rövşən Hacıbaba oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4371/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlama müqaviləsinin bağlandığı andan etibarsız hesab edilərək ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, mənzil 12-yə çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının doğma qızıdır. İddiaçı 06 noyabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzili 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı dövlət notariat ofisində bağışlamışdır. Həmin müqavilə iddiaçıya təqdim edilməmişdir. O, sorğu edərək həmin müqaviləni almışdır. İddiaçı 18 aprel 2018-ci il tarixdə kəskin miokard infarkt xəstəliyi keçirmişdir və Gəncə şəhərində yerləşən Mərkəzi Klinikada əməliyyat olunmuşdur. Sonradan o, ağır dərəcəli insult xəstəliyi keçirmişdir. Evi bağışlayanda iddiaçının qızı o xəstələnərkən, qocalarkən ona baxıb qulluq edəcəyinə söz vermiş, lakin vəd etdiyi sözlərin heç birinə əməl etməmişdir. İddiaçının səhhətində olan ağırlaşmalara görə yenidən əməliyyata, müayinə və müalicəyə ehtiyacı vardır. O, qızına bağışladığı mənzili satıb öz səhhətinə xərcləmək istəyir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan ləğv edilməsi, həmin çıxarış əsasında cavabdehlər Cavabdeh və Qasımov Novruz Fərzalı oğlu arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin çıxarış əsasında cavabdehlər Cavabdeh ilə Qasımov Novruz Fərzalı oğlu arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin 07 fevral 2019-cu il tarixli müqavilə əsasında cavabdeh Qasımov Novruz Fərzalı oğlunun adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan etibarsız hesab edilməsi, həmin 07 fevral 2019-cu il tarixli müqavilə əsasında cavabdeh Qasımov Novruz Fərzalı oğlunun adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlama müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, həmin çıxarış əsasında cavabdehlər Cavabdeh ilə Qasımov Novruz Fərzalı oğlu arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin 07 fevral 2019cu il tarixli müqavilə əsasında cavabdeh Qasımov Novruz Fərzalı oğlunun adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4371/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmuna uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nəbiyev Rövşən Hacıbaba oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4371/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh arasında 26 avqust 2008-ci il tarixdə mənzilin bağışlama müqaviləsi bağlanmış, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzili iddiaçı öz qızı Cavabdeh bağışlamışdır. Sözügedən müqavilə Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş, reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 674-cü maddəsinə görə, bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsasın olması məhkəmə tərəfindən aşkarlanmamışdır. Belə ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Odur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olmaqla rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin bağışlama müqaviləsi əsasında Cavabdeh adına verilmiş mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi hissəsinə qiymət verərək halqı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığı hissəsində rədd olunduğu üçün mənzilə dair verilmiş çıxarış və texniki pasportun etibarsızlığı hesab edilməsi üçün də heç bir əsas mövcud deyildir. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin həmin çıxarış əsasında cavabdehlər Cavabdeh ilə Qasımov Novruz Fərzalı oğlu arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlandığı andan ləğv edilməsi, 07 fevral 2019-cu il tarixli müqavilə əsasında cavabdeh Qasımov Novruz Fərzalı oğlunun adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan ləğv edilməsi hissələri ilə bağlı da halı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin ilk bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi məhkəmə tərəfindən rədd edilmişdir. İddia tələbi rədd edilmiş hissədə təmin edilmiş olsaydı belə iddiaçı 07 fevral 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə həmin müqavilənin ləğv edilməsi tələbi ilə yalnız müqavilənin tərəflərinin məhkəməyə müraciət etmək hüququ mövcuddur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğunu nəzərə alarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Kollegiya eyni zamanda iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış apellyasiya şikayətində imtinaya dair ərizə ilə bağlı qeyd edir ki, qeyd edilən ərizə notarial qaydada təsdiq edilmədiyindən və iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən onun tərəfindən məhkəməyə ünvanlanmış ərizənin mötəbərliyini müəyyən etmək mümkün olmamışdır. Ona görə də kollegiya hazırki halda işə mahiyyəti üzrə baxılmasını qanunauyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4371/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4371/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9624/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9624/2021
20.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver