Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-964/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(006)-4299/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə MŞB/18/2023-00453 saylı Barışıq Sazişi bağlamışlar. 2.Maraqlı şəxs tərəfindən qeyd olunan Sazişin şərltərinə əməl edilmədiyindən Ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00453 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X2 təhsil və sağlamlığına ziyan vurmaycaq şəkildə və vaxtda onun yanında qalması və sərbəst görüşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılır ki, Maraqlı şəxs ilə aralarında nikah xx.xx.2013-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 667 saylı qeydlə bağlanmışdır. Həmin nikahdan 04 mart 2015-ci il təvəllüdlü qızları X3 doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-330/2017 səylı qətnaməsi ilə qeyd olunan nikah pozulmuş, azyaşlı uşağın ana himayəsində saxlanılması qət edilmişdir. 2023-cü ilin əvvəllərində o, iş fəaliyyəti ilə bağlı olaraq azyaşlı uşağını tək qoya bilmədiyi üçün cavabdehlə razılaşmışdır ki, azyaşlı uşaq ata himayəsinə verilsin. 27 mart 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında saziş bağlanmışdır. Sazişə əsasən, o, cavabdeh Maraqlı şəxsla birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 atasının yanında qalmasına razılıq vermişdir. Uşağın saxlanılması ilə bağlı Maraqlı şəxs ona qarşı aliment tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Uşağın saxlanılması ilə bağlı bütün xərclər Maraqlı şəxs aid olacaqdır. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü Ülviyyə Bayramovanın onunla ünsiyyətdə olmasına və öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə razılıq verir. Saziş bağlandıqdan bir müddət sonra cavabdeh onun azyaşlı uşağı ilə ünsiyyətdə olmasına suni maneələr yaratmış, öncə uşağın xəstələnməsi bəhanəsi ilə görüş günlərini təxirə salmış, daha sonra isə uşağın özünün görüşmək istəməməsini bildirərək, görüşlərin keçirilməsinə razılıq verməmişdir. Daha sonra azyaşlı uşağa güclü psixoloji təsir və təzyiq göstərmiş, uşağın anası ilə olan bütün ünsiyyət vasitələrini kəsmişdir. O, bir neçə aydır uşağını görə bilmir, güclü həyəcan keçirir, mənəvi sarsıntı içindədir. 5.Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs ananın uşaqla görüşməsinə etirazı yoxdur. Uşaq anası ilə görüşmək istəmir. Barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən pozulmamışdır, ona görə də, hazırki ərizəni qəbul etmirlər. Göstərilənlərə əsasən ərizənin rədd edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 oktyabr 2023-cü il tarixli, 2(006)-4299/2023 saylı qətnaməsi ilə (hakim-Ceyhun Tağıyev) ərizə təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış “Ərizəçi övladı–xx.xx.2015-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına, ərizəçinin övladının təhsil və sağlamlığına ziyan vurmayacaq şəkildə və vaxtda onun yanında öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə dair” barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/18/2023-00453 saylı Barışıq Sazişindən görünür ki: -İkinci tərəf (Ərizəçi) birinci tərəfə (Maraqlı şəxs) birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 (uşağın) birinci tərəfin (Maraqlı şəxs) yanında (himayəsində) qalmasına razılıq verir; -Uşağın saxlanılması ilə bağlı birinci tərəfin (Maraqlı şəxs) aliment tələbi yoxdur və gələcəkdə də ikinci tərəfə (Ərizəçi) qarşı aliment tələbi irəli sürməyəcəyini təsdiqləyir. Uşağın saxlanması ilə bağlı bütün xərclər birinci tərəfə (Maraqlı şəxs) aid olacaq; -Birinci tərəf (Maraqlı şəxs) xx.xx.2015-ci il təvəllüdlü X2 ikinci tərəflə (Ərizəçi ilə) ünsiyyətdə olmasına, təhsil və sağlamlığına ziyan vurmayacaq şəkildə və vaxtda anasının yanında öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə razılıq verir. Görüş günləri və saatları tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir; -Tərəflər qəbul edirlər ki, bu sazişə qədər əvvəllər əldə etdikləri bütün razılaşmalar öz qüvvəsini itirir və hazırki saziş onların uşaqla bağlı hüquq və vəzifələrini müəyyən edən yeganə razılaşmadır. 8.Məhkəmə qeyd etmişdir ki, barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, ərizə təsdiq edilməldir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.17, 355-25.1, 355-25.3, 355-26, 14.2, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, ərizənin rədd edilməsinə, barışıq sazişinin təsdiq edilməsindən imtinaya dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instaniya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün Maraqlı şəxs Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq ərizəni tam təmin etmişdir. İşə bu səpkidə yanaşma Maraqlı şəxs "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Hakim öz qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası MPMnin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355- 25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir”. Daha sonra işə baxan hakim tərəflər arasında bağlanmış Sazişin 3-6-cı bəndlərinə istinad edərək öz qətnaməsində göstərmişdir ki, “Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur”. Hesab edirik məhkəmənin qənaəti qanuni və əsaslı sayıla bilməz ona görə ki, tərəf ərizə ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəlləsinin 40-7 Fəslində (Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat) nəzərdə tutulmuş hallar olmamışdır. Ərizə MPM-nin 355-23-cü maddəsində nəzərdə tutulmuş əsaslar olmadan verilsə də, birinci instansiya məhkəməsi bu hala heç bir hüquqi qiymət verməmişdir, bununla da MPMnin 355-23-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işə baxmış hakim mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsini və ya barışıq sazişinin könüllü icrasından imtina olunmasını müəyyən etmədən, iş üzrə ərizənin təmin edilməsi haqda qətnamə çıxarmışdır. Halbuki, işə baxılarkən bu hal ümumiyyətlə ərizəçi tərəfindən sübuta yetirilməmiş və məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə onlar tərəfindən məhkəmə iclas zalında bildirilmişdir ki, Maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün Ərizəçi bütün şərait yaradılmış, lakin sonuncu sazişin şərtlərinə zidd hərəkət edərək və uşağın psixoloji reabilitasiya dövründə olmasını nəzərə almamış, uşağın iradəsinə, sağlamlığına və sazişin şərtlərinə zidd olaraq məktəbə getmiş, zorla, məcburən X3 ilə ünsiyyətdə olmasına cəhd etmiş, uşağın etirazın və panikaya düşdüyüü görüb uzaqlaşmışdır. Bu hal ilə əlaqədar maraqlı şəxs tərəfindən polis orqanlarına və məktəbin müdriyyətinə rəsmi müaciət edilmişdir. Məhkəmənin nəzərəinə bir hal da çatdıraq ki, uşaq - X3 atası Maraqlı şəxs himayəsinə keçənə qədər anası olan Ərizəçi himayəsində olarkən uşağa qarşı şiddət və zor tətbiq olunmuşdur, bu məqsədlə hələ də uşaq psixoloji reablitasiya və mualicə dövründədir. Bu hal dəfələrlə ərizəçinin diqqətinə çatdərılsa da, sonuncu buna heç bir əhəmiyyət verməmişdir. Göstərilənlərdən savayı ərizəçinin uşağa qarşı mütamadi şiddəti nəticəsində uşağın ümumiyyətlə anasını nəinki görmək, hətta eşitmək belə istəməməsi məhkəmyə bildirilsə də, nəzərə alınmamışdır. Əgər işə baxan məhkəmə sübütlara obyektiv qiymət verib, işi hərtərəfli, qanuna müvafiq araşdırsaydı, ərizə rədd edilməliydi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 13.Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 14.Məhkəmə kollegiyasının iclasında Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədilər, onun təmin edilməməsini, qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Ərizəçi izahatlarında bildirdi ki, məhkəmə qətnaməsi ilə uşaq onda saxlanılmışdır. O, ipoteka ilə ev götürməsi və işləməsi ilə bağlı maraqlı şəxslə razılığa gəlmişlər ki, uşaq maraqlı şəxsdə qalsın, o isə uşaqla görüşünü həyata keçirəcəkdir. O, barışıq sazişini bağlayandan sonra uşağını görə bilmir. Cavabdeh buna maneələr yaradır. Artıq bir il olur ki, o, öz doğma uşağı ilə görüşməkdən məhrum olmuşdur. Buna görə də, məhkəməyə müraciət etmişdir. Barışıq sazişinin ləğvi ilə bağlı mediasiyada heç bir iş aparılmır. Barışıq sazişi təsdiq olunduqdan sonra ərizəçinin ana kimi pozulmuş hüquqları bərpa olunar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 15.Maddələr 305.1, 305.1.17.Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 16.Maddə 355-25.1.Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 17.Maddə 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 18.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 19.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 21.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 22.Məhkəmə kollegiyası ərizəçini, onun və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(006)-4299/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 23.Belə ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/18/2023-00453 saylı Barışıq Sazişinin: 3-cü bəndinə əsasən ikinci tərəf (Ərizəçi) birinci tərəfə (Maraqlı şəxs) birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 (uşağın) birinci tərəfin (Maraqlı şəxs) yanında (himayəsində) qalmasına razılıq verir; 4-cü bəndinə əsasən uşağın saxlanılması ilə bağlı birinci tərəfin (Maraqlı şəxs) aliment tələbi yoxdur və gələcəkdə də ikinci tərəfə (Ərizəçi) qarşı aliment tələbi irəli sürməyəcəyini təsdiqləyir. Uşağın saxlanması ilə bağlı bütün xərclər birinci tərəfə (Maraqlı şəxs) aid olacaq; 5-ci bəndinə əsasən birinci tərəf (Maraqlı şəxs) xx.xx.2015-ci il təvəllüdlü X2 ikinci tərəflə (Ərizəçi ilə) ünsiyyətdə olmasına, təhsil və sağlamlığına ziyan vurmayacaq şəkildə və vaxtda anasının yanında öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə razılıq verir. Görüş günləri və saatları tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir; 6-cə bəndinə əsasən tərəflər qəbul edirlər ki, bu sazişə qədər əvvəllər əldə etdikləri bütün razılaşmalar öz qüvvəsini itirir və hazırki saziş onların uşaqla bağlı hüquq və vəzifələrini müəyyən edən yeganə razılaşmadır. 24.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın əsasları göstərilmişdir. 25.Kollegiya qeyd edir ki, iş materiallarının araşdırılması ilə qeyd olunan Sazişin təsdiq edilməsindən imtina edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. 26.Apellyator maraqlı şəxsin ərizəçinin uşaqla görüşə etiraz etməməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, tərəflər könüllü olaraq barışıq sazişini bağlamışlar. Əgər ərizəçi sərbəst surətdə barışıq sazişinin şərtlərinə uyğun uşağı ilə görüşə bilirdisə, onda hazırki ərizə ilə məhkəməyə nəyə görə müraciət etməli idi? Axı, bu barışıq sazişini bağlamaqla, ərizəçi maraqlı şəxsə etimad edib, ümid etmişdir ki, uşağı ilə rahat şəkildə ünsiyyətini quracaqdır. Lakin bunun tam olaraq əksi baş vermişdir. 27.Ərizəçi tərəfindən təqdim olunmuş Bakı 18 saylı Mediasiya təşkilatının “Mediasiya prosesinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli Protokoldan görunür ki, Ərizəçi “Barışıq sazişinin ləğv olunması” və uşaq tələbi barədə mediasiyadan imtina etmişdir. 28.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ərizənin təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsası hesab edərək qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. 29.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 30.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 32.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 33.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 34.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(006)-4299/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-964/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-964/2024
10.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver