Məhkəmə qərarları › İş №2(103)-965/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-965/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-965/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank VTB (Azərbaycan) ASC iddia ərizəsi ilə məhəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi, 9 saylı fərdi yaşayış evindən məcburi çıxardılması, fərdi yaşayış evinin boşaldılması və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Hazırda həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən X2 ərizəsi daxil olmuş, həmin ərizədə Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi qeyd edilmiş, həmin ərizəyə müvafiq apellyasiya şikayəti də əlavə edilmiş, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Abdullayeva həmin apellyasiya şikayətinin icraata qəbul edilib-edilməməsinin müəyyən edilmədiyini bildirdi, bu səbəbdən mülki işin baxışdan çıxarılaraq rayon məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və ona əlavə edilmiş mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, L.Mirzəyevanın verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12042/2021 saylı, 06 dekabr 2021-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar