Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-965/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər icarə haqqı üzrə borcun ödənilməsi) Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə əsasında nümayəndəsi X5, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair” ilk iddiası ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli 629 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanda yerləşən 168,6 m2 olan torpaq sahəsinin icarəyə verilməsi barədə 204 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Bununla da, cavabdehin 204 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə ödənilməli olan 2.360 manat 40 qəpik icarə haqqı borcu yaranmışdır.
2. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 204 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “İcarəyəverən” ƏMDK-nın sədrinin xx.xx.2017-ci il tarixli 64 saylı sərəncamına əsasən ünvan 1 ünvandakı qeyriyaşayış binasının yerləşdiyi 168,6 m2 torpaq sahəsi icarəçi X18 tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Müqavilə şərtlərinə görə torpaq sahəsinin illik icarə haqqı 3.540 manat 60 qəpik, aylıq icarə haqqı 295 manat 05 qəpik təşkil edir.
3. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsinin X16 ünvanladığı **********97 saylı, xx.xx.2019-cu il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, X16 müraciət edilərək, ünvan 1 ünvandakı qeyriyaşayış binasının yerləşdiyi 168,6 m2 torpaq sahəsinin icarəyə verilməsinə dair onunla bağlanmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2019-cu il tarixə 1.475 manat 25 qəpik məbləğində icarə haqqı borcu yarandığı bildirmişdir. Borcun 7 gün ərzində dövlət büdcəsinə ödənilməsinin zəruri olduğu göstərilmişdir. Əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir.
4. İş materiallarında olan, Şəxsi hesab vərəqinin təsdiq edilmiş surətindən görünür ki, X14 həmin torpaq sahəsindən istifadəyə görə xx.xx.2020-ci il tarixə 2.360 manat 40 qəpik məbləğində icarə haqqı borcu vardır.
5. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-mühasibat ekspertizasının № 9/2203 saylı, 24 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 17 mart 2017-ci il tarixli 204 nömrəli müqavilə üzrə X10 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə borcu 1.475 manat 25 qəpik məbləğində müəyyən olunur, o cümlədən: 295,05 x 5 = 1.475,25 manat., 295 manat 05 qəpik aylıq icarə haqqı; 5 ay xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə olan dövr; 1.475 manat 25 qəpik tədqiqatla hesablanmış ümumi məbləğ. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X8 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia tələbini belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası ƏMDK ilə Cavabdeh arasında ünvan 1 ünvanda yerləşən 168,6 m2 olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli 204 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Beləliklə, cavabdehin dövlət büdcəsinə ödənilməli olan 204 saylı icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2019cu il tarixli **********97 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.
8. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiasının təmin edilməməsi, “Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7 maddəsinə və Yasamal Rayon İcra hakimiyyətinin xx.xx.2006-cı il 34 №-li və xx.xx.2011-ci il 64 №-li sərəncamlarına istinadən əmlakının yerləşdiyi 20 metrənin 17 metrəyə olan icarə müqaviləsi bağlanılması, icarə haqqı axımının əmlakının bərpasından və işi başladığından sonra başlaması, 3 il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğinin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsası Əbdülrəhim Haqverdiyev küçəsi 2c ünvanında yerləşən xx.xx.2019-cu il tarixli ********** №-li X6 əsasən mülkiyyət hüququna sahib olduğu qeyri-yaşayış sahəsidir. Mülkiyyətçisi olduğu əmlak 2006-cı ildən ailəsinə məxsusdur. xx.xx.2006-cı il 34 saylı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sərəncama aid əmlakı ailə üzvü X19 xx.xx.2006-cı ildə 19 saylı Dövlət Notariat kontorunda alqı-satqı vasitəsi ilə rəsmiləşdirərək almış, xx.xx.2006-cı il tarixdə isə Dövlət Reyester Xidmətindən qeydiyyatdan keçirərək qeyri-yaşayış sahəsinə dair əmlaka rəsmi sənəd alaraq mülkiyyət hüququ əldə etmişdir. Amma verilən sənəddə əmlakın yarısı qaraj kimi əks etdirilmiş, yarısı isə göstərilməmişdir. Ailə üzvü Vaqif Abdıyev ixtisasca sürücü və yaşlı olduğundan Yasamal RİH-ti səlahiyyətlisi S.İslamov 34 saylı Sərəncamın və 3-cü bəndinin tələb-göstərişi olan “Qaraj (qeyriyaşayış) sahəsi 45 saylı evin yaxınlığındakı boş əraziyə keçirilsin, tikilməsi faktı təsdiq edilsin,1-ci bənd və yerləşdiyi ərazinin torpağ icarə xərcləri rayonun müvafiq qurumları ilə bağlanacaq müqavilə əsasında həyata keçirilməlidir” torpağa dair icarə müqaviləsini qanuna zidd bilərəkdən yanlış yönləndirərək Yasamal Bələdiyyəsi ilə Bələdiyyənin 148/6 saylı 24 avqust 2006-cı il tarixli Sərəncamı əsasmda, 88.6 kv.m torpaq sahəsinin mülkiyyətçisinin öz vəsaiti hesabına abadlaşdıraraq istifadə etməsini təsdiq edərək müqavilə bağlatmışdır. Buna səbəb mülkiyyətçinin əmlaka dair sənədində ikinci otağın və (əmlakın) yerləşdiyi sahənin qeydiyyatda göstərilməməsi idi ki, bunun üçün mülkiyyətçi haqlı olaraq Yasamal RİH-nə mövcud problemlə müraciət etmişdir. Çünki, “Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında” 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən Qeydiyyat orqanıdaşınmaz əmlakın dövlət reyesterini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bu əsasla da Yasamal RİH sözügedən əmlakın yerləşdiyi 20 metrin x 20 metrəyə olan hər tərəfdə piyada yolu ilə əhatə olunmuş avtonom sahəyə verilmiş Yasamal RİH-nin 2011-ci il tarixli, 64 №-li sərəncamını qeyri-qanuni tələb etmişdir. Çünki Yasamal RİH-nin xx.xx.2006-cı il tarixli, 34 saylı sərəncamında 20-in x 20-yə olan boş əraziyə keçirilməsi, qeyri-yaşayış anlayışı və icarəyə verilməsi faktları göstəriş olaraq verilmişdir. Bilərəkdən 34 №-li sərəncam əvəzinə 64 №-li sərəncamla Dövlət Reyester xidmətindən qeydiyyatdan keçirilmişdir. Çünki MA seriyalı ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2012-cı il tarixli çıxarışda nə sökülmüş, yəni bərpasına çalışdığı sahə nə də boş ərazi adlandırılan ərazi göstərilməmişdir. 24 iyun 2015-ci ildə əmlak bağışlanma yolu ilə onun adına rəsmiləşmişdir. Çünki artıq ailə üzvü süründürməçilikdən, icra hakimiyyəti səlahiyyətlisinin vəzifəsindən qanundan sui-istifadə etməsi səbəbindən illərlə nəticə ala bilməməkdən bezmişdir. Sənədə düzəliş və bərpa üçün İcra Hakimiyyətinə yenidən müraciət etsə də, adını sərhəd divarı qoyulan xx.xx.2012-ci ildə A-89 №-li məktubla imtina məktubu verdilər. Səbəbi isə Dövlət Reyestri Xidmətində qeydiyyata alınmayıb, halbuki, çıxarışın texniki pasportunda istinad planında göstərilib və öz təqdim etdikləri plan-sxem eskiz lahiyə mövcuddur və onun əsasında alınmışdır. 5 il ərzində 2 məhkəmə mübahisələndirmək istədi, alınmadı. Vəkil vasitəsi ilə yenə müraciət etmiş və xx.xx.2016-cı il A-89 № məktubla imtina verildi. Bu dəfə də Dövlət Reyestrində qeyd olunduğunu qəbul edib, amma adını istinad planı qoydular. Sanki öz verdikləri plan-sxem lahiyənin hansı plana istinad edildiyindən xəbərsizdilər. Səbəbi isə Dövlət mülkiyyəti xx.xx.2011-ci ilin plansxeminə cüzi dəyişiklik edib Əmlak Komitəsinə göndərildi. Sədrin köməyi ilə xx.xx.2017-ci il tarixdə 204 saylı müqavilə ilə icarə, icra hakimiyyətinin tələbi üzərinə rəsmiləşdirildi və 25 sentyabr 2017-ci il **********47 №-li məktubla təyinat və bərpasına razılıq verildi. 2006-cı ildən mülkiyyət hüququ, 2010-cu ildən əmlakının bərpası üçün qanuna müvafiq etik davranış məsuliyyəti ilə hüquqi mübarizə aparır. İstifadəsindən məhrum olduğum sahəyə görə indi də təxminən 300 AZN olmaqla icarə haqqı ödəməklə xx.xx.2019-cu il tarixə qədər əmlakının bərpası üçün icarə haqqı rüsumu ödədi. Çünki əmlakının bərpası üçün İcra Hakimiyyətinin tələbi üzərinə icarə müqaviləsini bağladı. Amma Reyestr haqqında qanunun 13.7 maddəsinə əsasən nəinki ərazisi rəsmiləşdi, həm də sökülmüş əmlakının bərpa icazəsində kiçildi. Səbəb iki bina arasındakı məsafəni bərabərləşdirmək 10 metrdən 7 metrəyə kiçildildi. Bu səlahiyyət isə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə aiddir. Bütün bunlara baxmayaraq, Əmlak Komitəsindən aldığı razılığı (əmlakının bərpasına dair) Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi ki, üst qurumun nəzarətində olsun. Müraciətinə baxılması üçün Yasamal RİH-nə göndərildi. 12 il səlahiyyətlərindən sui-istifadə edərək onu mülkiyyət hüququndan məhrum edən S.İslamov artıq icra başçısının vəzifəsini icra edirdi. Ona xəbər vermədən xx.xx.2017-ci il tarixdə A130069№-li məktubla Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə müraciət edir və xx.xx.2017-ci il tarixdə 17/2261-01 №-li aldığı cavab məktubuna əsasən xx.xx.2018-ci il tarixdə A130/3- 069/3-t/l № li məktubla müraciətinə absurd cavab vermişdir. Qəribəlik burasındadır ki, cavabda Əmlak Komitəsinin fəaliyyəti üzərinə müəyyənləşdirdiyi təyinatında istifadəsini dondurub yerinə yaşıllıq salınması göstərişini verməsi idi. O, aldığı qadağa cavabını yazılı Komitəyə təqdim edib kömək istədi. Sonra Komitəni müqavilənin 2.1 və 2.2-ci bəndlərinin şərtlərini pozduğuna görə və bu halla bağlı heç bir hərəkət göstərmədiyinə görə, Prezidentə teleqram vurub sədrin qəbulunu tələb etmişdir. Cavab isə eyni, kömək edə bilmərik. Bu səbəbdən xx.xx.2019-cu il tarixdən icarə haqqı ödəməyi dayandırıb artıq məhkəməyə müraciət etdi. 3 il əmlakına görə icra hakimiyyətinin tələbi üzərinə bağladığı, amma istifadəsindən məhrum olduğu yerə görə icarə müqaviləsi üzərinə icarə haqqı ödəməyə Əmlak Komitəsi tərəfindən öhdəlik icrası olaraq məcbur edilir. 204 №-li xx.xx.2017-ci il tarixli, müqavilədə hər iki tərəfin öhdəlikləri ayrı-ayrılıqda müəyyənləşdirilib və müqavilənin kreditor tərəfi öz öhdəliyi yerinə yetirməməyə görə hərəkətsizliyə cavabdehdir. Eləcə də, onun mənfəət bəhrə götürməməyinə görə məsuliyyətdən azad olunmur. Çünki, o, işləyərək gəlirdən-bəhrədən icarə ödəyir. Bunlara baxmayaraq, xx.xx.2019-cu il tarixdə icra hakimiyyəti əmlakının çıxarışda da son göstərici üzrə 40 santimetr hündürlükdə olan divar qalığı da nümayişkaranə şəkildə qanunsuz sökür və tullantıları bəhanə edərək bütün sökülmüş qalıq materiallarını da icazəsiz aparır. Piyada yolunu yararsız hala salır və ona məxsus ərazini yer səthi ilə bərabərləşdirir ki, piyadalar məcbur ona məxsus yerdən keçsin. Qeyd etdiklərinə müvafiq qanunlara əsasən əmlak komitəsinin vəzifəsi “Daşmmaz Əmlakın dövlət reyesteri haqqında” 29 iyun 2004-cü il tarixli Qanununun əsasında Yasamal İH-nin müvafiq sərəncam və eskiz planına dair qeydiyyata almaqdır ki, qeydiyyat natamam aparılmış, 20 metrənin 17 metrəyə olan boş ərazi adlandırılan sahə icarədə göstərilməmiş. Eyni zamanda bildirir ki, inzibati məhkəmə əmlakının çıxarış və 204 №-li xx.xx.2017-ci il müqavilənin hazırda qüvvədə olması faktı tələbinin mübahisəsiz halını təşkil etdiyi əsasa dayanaraq İcra hakimiyyəti tərəfindən maneələrin törədilməsinin qarşısının alınması məqsədilə tələbinə dair cavabdehin mane olan hərəkətlərindən çəkindirilməsi üzrə qərar qəbul etmişdir. 2006-cı ildən əmlakının bərpasına dair etdiyi müraciəti qismən təmin olunub. Amma 3 il ərzində sədrin göstərişinə baxmayaraq heç olmasa aldığı pulun müqabilində ona və ya qanunsuz qadağa qoyulmuş fəaliyyətinin bərpasına dair öz müqaviləsi öhdəliyinin tələbi üzərinə heçbir hüquqi addım atmadı. Halbuki, müqavilənin tələbi vəzifəsidir. Müqavilə üzrə icarənin böyüdülməsinə dair isə yəni icra hakimiyyətinin müqavilə üçün təqdim etdiyi plan-sxemə əsasən enindən 10 metrədən 7 metrəyə kiçildilməsi əvəzi 3 metrəni və bütövlükdə 10 metrəni arxadan əlavə edilməsinə, böyüdülməsinə etiraz etmir. Son xx.xx.2020-ci il tarixdə **********99 №-li məktubla cavab verərək məhkəmənin qərarına uyğun baxılacağını bildiriblər. Bu əsaslarla da bildirir ki, məhkəmə çəkişməsi müddətində və işləmədiyinə, o cümlədən ölkədəki pandemiya ilə bağlı iş həyatının dayandırılmasında qanusuz yazılan icarə haqqı borcu əsassızdır və silinməlidir. Eləcə də, Komitə müqavilənin 03 mart **********99 nömrəli icarənin artırılmasına etiraz etmirik cavabı varkən məhkəməyə nə ehtiyac var? Sənədlərin düzgün olduğu və əsaslılığına dayanaraq 10 metrənin 7 metrəyə olan sahə 20 metrənin 17 metrəyə artırılaraq icarə müqaviləsinə əlavə edilməlidir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ilə (hakim Səməd Cəfərov), iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər tələbinə dair” qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov), iddianın təmin edilməsi, Cavabdeh 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin Azərbaycan Respublikası X8 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, 30 manat dövlət rüsumunun cavabdeh X15 tutularaq Dövlət büdcəsinə ödənilməsi, 150 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 168,6 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə ƏMDK ilə X18 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 204 №-li icarə müqaviləsi üzrə X14 dövlət büdcəsinə 2.360 manat 40 qəpik icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, iddia təmin edilməli, cavabdeh X11 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 443, 448.1, 700.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın və qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə mövcud qanun çərçivəsində, müdafiə, bərabərlik, mülkiyyət hüququna dair faktlar, sübutlar əsasında baxılmasını xahiş etmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11713/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadı ləğv edilərək mülki işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
16. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, işin predmeti və mahiyyəti xx.xx.2017-ci il 204 №-li, sökülmüş əmlakının bərpasına dair, əmlakının altındakı torpağın icarə müqaviləsi üzrə tərəf olan ƏMDX-nin müqavilənin tələbi ilə öhdəliklərini yerinə yetirməməklə və xx.xx.2006-cı il 34 №-li Yasamal İH-ti sərəncamının üçüncü bəndinə uyğun torpağın, yəni ölçülərin düzgün qeyd etməməsi, eləcə də, bu səbəblərdən dolayı Yasamal İH-ti tərəfindən fəaliyyətinin dayandırılması ilə əmlakının istifadəsindən və mənfəət gəlirindən məhrum olmağından ibarətdir ki, nəticədə xx.xx.2019cu il tarixə qədər işləmədən amma icarə haqqı axımı olan borcu tam bağlayıb ƏMDX-nə məlumat verərək məhkəməyə müraciət etməklə, ƏMDX-nin rəsmisi R.Şahbazov xx.xx.2019-cu il **********99 №-li rəsmi məktubla icarənin artırılmasına etiraz etmir və son xx.xx.2020-ci il **********99 №-li məktubla icarəni artırılaraq düzəlişinə məhkəmə qərarına uyğun baxılacaq mövqeyi ilə qanuni öhdəliyini yerinə yetirməmiş eləcə də, onu icarə axımının dayandırılmadığından məhkəmə axımı müddətində yığılan icarə borcuna görə məhkəməyə verilməyilə nəticələnməkdən ibarətdir. ƏMDX-i beş il ərzində öz öhdəliyini yerinə yetirməyərək onun müqavilə şərtinə uyğun fəaliyyətini təmin etməmişdir. Yeni müraciətindən sonra ƏMDX-i icarəni yenə kiçildərək yəni 17,25 metrin 17,75 olan baş planla razılaşdırma, təsdiq etmə, münasibət bildirmə adı ilə Yasamal RİH-nə göndərilir. Halbuki Yasamal RİH-ti 2006-cı il 34 №-li sərəncamla bu məsələni ƏMDX-nə tapşırmışdı. Nəticədə xx.xx.2021-ci il A-152-091 №-li məktubla öz əməli nəticəsi - məhrum etmə səbəbini açıqlayır və son cümlədə etiraz etmə hüququ olmadığından adına hüquq müəyyənedici sənədlərin verilməsini ƏMDX-nin ixtiyarına - mülahizəsinə buraxmışdır. Beləliklə hər iki qurum əmlakının düzgün sənədləşərək bərpa olunmasına etiraz etmədiklərini rəsmi bildirdilər. Amma yenə icra olunmur nədənsə məhkəmədən sonraya saxlayırlar. Eləcə də, işləmədən icarə haqqı axımı dayanmayaraq artır və tələb olunur ki, ödəsin. Ödəmə məqsədi ilə ƏMDX-nin kuratoru təklif verdi ki, əmlakını icarəyə versin və icarə haqqı ilə borcu bağlasın və o, razı oldu ki, təki işləri düzəlsin. Nuhzadə İlqarla rəsmi müqavilə icarəyə verdi. İcarəçi mütəmadi olaraq Yasamal RİH-ti işçiləri tərəfindən işinə müdaxilə olunaraq fəaliyyətinin əngəlləndiyini bildirirdi. Bu səbəb isə obyektin yan və arxa tərəfindəki sökülmüş ərazinin təmizliyi, ona aid olan və ƏMDX-i ilə rəsmi müqaviə əsasında fəaliyyət növü üzrə icazəsinə baxılmayaraq avadanlıqlarının istifadəsinə qadağa qoyularaq - götürülməsi səbəbi tələb olunurdu. Hətta içəridəki rəsmi icazə sənəd üzrə mövcud olan yüz ədəd təndir və sacı, his ətrafda yaşayanları narahat edə bilər adı ilə götürüb obyektin arxasına yerləşdirilməsini icarədarın sözünə istinadən icarədardan tələb edib icrasına nail olmuşlar. İcarədar məcbur olub çörəyi tok peçində bişirməyə davam edib. Apelyasiya məhkəməsinə maraqlı şəxs qismində qoşulan icarədar təqdim etdiyi fotolarda hər an fakt olaraq öz təsdiqini tapmışdır. Belə ki, obyekti təhvil aldığı vəziyyəti, İcra Hakimiyyəti müdaxiləsi vəziyyəti. O, məsələni bildikdə rəsmi sənəd tələb etdi, ama polis müşayiəti ilə olan danışıq nəticəsi ilk olaraq razılıq əldə etdi ki, peçin ətrafını taxtadiktlə bağlayıb fəaliyyətini bərpa etdi sonra hazır olduqdan, dərhal sökülüb arxada yenidən quraşdırılmağa və üstünü isə şifer naveslə örtməyə icazə verildi ki, nəticədə bu prosesə pulunun yetməyəcəyini bilib peçi sökülmüş təndirlərin yerinə sadəcə yerləşdirdilər ki, bu hal min altı yüz manata nail oldu. İcarədar isə işinə icarəyə götürdüyü sahədə davam edirdi. İcarədar ona bildirdi ki, arxada yaşayan müvəqqəti qaçqın qonşular vasitəsilə icarədara xəbərdarlıq ediblər ki, şikayət etsə qaçqınları qonşu adı ilə şikayətə qaldırıb işini dağıdacaqlar. O gəlib bunu deyən qaçqın yataqxanasında müvəqqəti yaşayan Mübariz və digərlərini sahə müvəkkilinə şikayət etdi və icarədara tövsiyə etdi ki, rəsmi şikayət etsin. Nəticədə icarədar icazəsi olmadan obyektdən bütün avadanlıqlarını gecə ilə çıxardıb, beş ay icarə haqqını ödəmədən və işığa 1145 AZN, qaza 1290 AZN borc qoyaraq, avadanlıqlarını və obyekti istismara yararsız hala salaraq iş yerini atıb qaçmışdır. Səhəri açarları gətirib iki şahid olan işçiləri ilə imzaları ilə təsdiqləyərək öhdəlik kağızı verdilər ki, gəlib öhdəliklərini yerinə yetirib borclraı bağlayacaq. Amma bu günə kimi nə icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirib, nə də bocunu ödəməyi düşünür, əksinə başqa yerdə işləyir və fəaliyyətinə davam edir. Daha sonra məlum oldu ki, icarədar işlədiyi müddətdə qanunsuz fəaliyyət göstərib, vergi ödəməyib, işçilərlə müqavilə imzalamadan fəaliyyət göstərib, girov kimi yazaraq qoyduğu avtomobil işləmir, sökülüb və icarə əsaslı şərikinə məxsusdur, peç sadəcə çöl qutudan ibarətdir, şkaf isə tullantıdır ki, sadəcə lazımsız əşya kimi aparmayıb. İcarə müqaviləsi öhdəliklərini yerinə yetirmək üçün Yasamal RİH-nin sökülmüş ərazidə yəni fotoşəkillərdən də görsəndiyi kimi obyektin yan çöl hissəsində gətirdiyi yalançı peçi işlətməyə və ya quraşdırmağa icazə verməyib ki, bu halın isə icarəçiyə heç bir aidiyyəti yoxdur. Çünki o, ona tikili altı olan 76 kv-m sahəni icarəyə vermişdir ki, o da öz növbəsində beş ay tam fəaliyyət göstərib. Bu faktı isə onun işçiləri məhkəmədə şahid olaraq təsdiq etmişlər. Yasamal RİH ona məxsus əmlaka aid xx.xx.2017-ci il 204 №-li icarə müqaviləsinə və xx.xx.2017-ci il **********47 №-li fəaliyyət üzrə göstəriş təyinatına baxmayaraq qanuni fəaliyyətinə süni maneələrlə əngəllər yaradaraq işindən və mənfəət gəlirindən məhrum edir. Buna səbəb isə sənədləşmənin düzgün qeydə alınmamasıdır. Yəni çıxarışda 168,6 kv metr 17,25x10 metrəyə qeydə alınan sahə əslində ƏMDX-i xx.xx.2019-cu il **********99 №-li məktubla əməlini təsdiqləyərək Yasamal RİH 204 №-li icarə müqaviləsinin artırılaraq baş plana uyğun 17,25x17.75-ə düzəldilməsini, eləcə də, adına hüquqmüəyyənedici sənədlərin verilməni ƏMDX-nin ixtiyarına buraxmışdır, yəni etiraz etməmişdir. Nəticə olaraq xx.xx.2021-ci il **********18 №-li məktubla ƏMDX-i icarə müqaviləsinə qanuni düzəlişi məhkəmənin yekun qərarına uyğun olaraq baxıla biləcəyini bildirmişdir və ona istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq yeddi mindən çox ödənilməsini məhkəmədən tələb edir. ƏMDX-i qanuni vəzifəsini yerinə yetirmir. Eyni zamanda qanuni müqavilə əsasında, ayı dörd min AZN olmaqla beş ay icarə haqqı və işıqda 1144,21 AZN, qazda 1298,12 AZN borc qoyan Nuhzadə İlqarı MPM-nin 54-cü maddəsinə uyğun cavabdeh qəbul edilməsini, apelyasiya məhkəməsində üçüncü şəxs kimi tələb edən və faktları təsdiq edərək borcunu etiraf edən ərizəsinə, eləcə də, yuxarıda qeyd etdiklərinə istinadən X3 cavabdeh olaraq işdə tərəf qəbul edilməsini, 204 №-li icarə müqaviləsinin, 34 saylı sərəncamın və ƏMDXnin baş planına uyğun 17,25x17,75 ölçüləri ilə artırılaraq qeydə alınması haqda qərar çıxarılmasını, xx.xx.2017-ci il **********47 №-li göstəriş məktubunun icrasının təmin olunmasını, beş aylıq (ayı 4000) ayı dörd min AZN olmaqla ümumilikdə iyirmi min AZN icarə haqqı borcunun X1 tutulub ƏMDX-nin hesabına 204 №-li icarə müqaviləsi üzrə hesabına keçirilməsini, işıq və qaza olan borcun İlqar Nuhzadə tərəfindən ödənilməsini xahiş etmişdir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinin X4 aid olan hissələrdə icraata qəbulundan imtina edilmiş və ərizə geri qaytarılmışdır.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh X18 tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, geri qaytarılmış, həmin qərardaddan cavabdeh Səbuhi Abdi şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
19. Bakı Apelyasiya Məhkəməsinin 2(006)-5015/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə (hakim Səməd Cəfərov), iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh tərəfindən iddianın əsası olaraq icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbi kimi onun qeyd edilən əmlakı istifadə edə bilməməsi göstərilsə də, bu hal sübut edilə bilməmiş, həmçinin əmlak üçüncü şəxslərə icarəyə verilmişdir və onlar tərəfindən icarə müqaviləsi üzrə istifadə edilmişdir. Eyni zamanda iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 700.1, 701.2, 712, 717-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən və 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
24. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi, 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
25. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilənlərlə əsaslandımışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
27. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
28. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.
29. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən və 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, hər iki qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnamələri tam mübahisələndirdiyindən, qətnamələr tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 443.1.-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
35. Maddə 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
37. Maddə 712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. 712.2. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. 712.3. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər. 712.4. Əgər icarəçi bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə qəbul etdiyi ləvazimatı icarəyə götürdüyü torpaqdan istifadə növünü dəyişdirməsi nəticəsində əhəmiyyətli dərəcədə azaldırsa, icarəyə verən hələ icarə dövründə pul kompensasiyası ödənilməsini tələb edə bilər, amma ləvazimat tərkibindən obyektlərin satışından götürülən vəsaitdən onun məbləği ilə ağlabatan nisbətdə olan yaxşılaşdırmanın həyata keçirilməsi üçün istifadə olunduğu hallar istisna təşkil edir.
38. Maddə 717. Torpaq icarəsi haqqında müqavilənin razılaşdırılması: 717.1. Əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. 717.2. Müqavilə şərtlərinin dəyişdirilməsini icarənin başlanmasından və ya müqavilə öhdəliklərinin son dəyişikliyinin qüvvəyə minməsindən iki il keçənədək tələb etmək olmaz. Əgər adətən sığorta müdafiəsi olmayan viranedici təbii fəlakətlər müqavilə öhdəliklərinin nisbətini kökündən dəyişdirərsə, bu müddəa tətbiq edilmir. 717.3. Müqavilə şərtlərinin dəyişdirilməsini ona dair bildiriş verildiyi icarə ilindən tez tələb etmək olmaz. 717.4. Əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər. 717.5. Bu maddəyə uyğun olaraq müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək hüququ istisna edilə bilməz. Müqavilə iştirakçılarından birinin bu maddəyə uyğun hüquqlarını həyata keçirməsi və ya həyata keçirməməsi halında onun üçün xüsusi mənfi nəticələr və ya üstünlüklər yaranmasını nəzərdə tutan razılaşmanın qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Birinci instansiya məhkəməsi ilk iddia üzrə ünvan 1 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 168,6 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə ƏMDK ilə X18 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 204 №-li icarə müqaviləsi üzrə Cavabdeh dövlət büdcəsinə 2.360 manat 40 qəpik icarə haqqı borcu yaranmasını, ilk iddia üzrə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməməsini nəzərə alıb, hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutulmalıdır.
49. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən iddianın əsası olaraq icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbi kimi onun qeyd edilən əmlakı istifadə edə bilməməsi göstərilsə də, bu halın sübut edilə bilməməsini, həmçinin əmlakın üçüncü şəxslərə icarəyə verilməsi və onlar tərəfindən icarə müqaviləsi üzrə istifadə edilməsini, iddiaçının Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsini nəzərə alıb, hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
50. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən və 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsindən verdiyi apelyasiya şikayətində 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnamənin isə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilməmiş, nəticədə onun qanunvericiliklə nəzərdə tutulmuş hüquqları pozulmuşdur.
51. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
52. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 204 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, “İcarəyəverən” ƏMDK-nın sədrinin xx.xx.2017-ci il tarixli 64 saylı sərəncamına əsasən ünvan 1 ünvandakı qeyriyaşayış binasının yerləşdiyi 168,6 m2 torpaq sahəsi icarəçi X18 tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir.
53. Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, Bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hrsablanır: torpaq sahəsinin illik icarə haqqı 3.540,60 manat, aylıq icarə haqqı 295,05 manat.
54. Həmin müqavilənin 3.2-ci bəndində qeyd edilmişdir ki, İcarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ödəməlidir.
55. Həmçinin, iş materiallarında olan, Şəxsi hesab vərəqinin surətindən görünür ki, X14 həmin torpaq sahəsindən istifadəyə görə xx.xx.2020-ci il tarixə 2.360 manat 40 qəpik məbləğində icarə haqqı borcu vardır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinin tələbinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi olmaqla, icarəçiyə (kirayəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan bəhər və gəlir götürmək imkanını təmin edir. Bu səbəbdən, kirayə müqaviləsindən fərqli olaraq icarə müqaviləsində icarəçinin (kirayəçinin) əsas məqsədi icarəyə götürdüyü obyektdən müəyyən gəlir əldə etmək olur.
57. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 204 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən ilk iddia üzrə iddiaçıya borcunun yaranması iş materialları və digər sübutlarla tam təsdiqini tapmışdır.
58. Məhkəmə kollegiyası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə düzgün nəticəyə gəlməməsi barədə apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
59. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, iddiasının əsasını icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbi kimi onun qeyd edilən əmlakı istifadə edə bilməməsini göstərsə də, bu hal sübut edilə bilməmiş, həmçinin əmlak üçüncü şəxslərə icarəyə verilmişdir və onlar tərəfindən icarə müqaviləsi üzrə istifadə edilmişdir. Eyni zamanda iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyriyaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Buna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
60. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.
61. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
62. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır.
63. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
64. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
65. Odur ki, məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir.
66. Kollegiya qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmamasının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
67. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair işlər).
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”.
69. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
70. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir.
72. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri 2(006)-294/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnamənin və 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnamənin ləğvi üçün əsas deyildir.
73. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin 2(006)-294/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin və 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
74. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi və 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.