Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-97/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ə qarşı qərarın ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, son haqq – hesabın və mənəvi zərərinin əvəzinin ödənilməsi barədə ilkin, Cavabdeh1 İddiaçın qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X10 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı nümayəndələri Vəkil5 və Vəkil6, Cavabdeh1 nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2866291Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ə qarşı qərarın ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, son haqq – hesabın və mənəvi zərərinin əvəzinin ödənilməsi barədə ilkin, Cavabdeh1 İddiaçın qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(009)-7/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Cavabdeh1 MMC-nin 20 iyun 2018-ci il tarixli qərarına əsasən İddiaçı cəmiyyətin direktoru vəzifəsi üzrə səlahiyyətlərinə 14 iyun 2018-ci il tarixdən vaxtından əvvəl xitam verilməsi və onunla bağlanmış əmək müqaviləsinin həmin tarixdən ləğv edilməsi, zərərin əvəzinin sonuncudan tutulması qərara alınmışdır.
2. Cavabdeh1 MMC-nin nizamnaməsinin 2.2-ci bəndinə əsasən Cavabdeh2 100 manat, 10 pay, 100% pul şəklində cəmiyyətin nizamnamə kapitalındakı payı müəyyən edilmiş, 4.1-ci bəndinə əsasən cəmiyyətin təsisçisi 1 nəfər olduqda, ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirməsi, 4.2-ci bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanlarının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir.
3. 12 iyul 20212-ci il tarixli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin yeganə təsisçisi olaraq Cavabdeh2, qanuni təmsilçi olaraq İddiaçı qeydə alınmışdır.
4. Cavabdeh1 MMC-nin 22 iyun 2018-ci il tarixli, 166/2018 nömrəli əmrinə əsasən cəmiyyətin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 iyun 2018-ci il tarixdən xitam verilməsi qərara alınmışdır.
5. Cavabdeh1 MMC-nin təsiçisi Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2012-ci il əmək müqaviləsinə əsasən sonuncu həmin cəmiyyətdə direktor vəzifəsinə təyin olunmuş, həmin müqavilənin 3.3-cü bəndinin f) yarımbəndinə əsasən işəgötürənə vurulmuş maddi ziyana görə məsuliyyət daşımaq direktorun vəzifəsi kimi müəyyən edilmiş və 5.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, istehsal və ya kommersiya maraqlarına ziyan vurursa, birinci tərəf digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır.
6. "xxxx" MMC tərəfindən tərtib olunmuş 18 yanvar 2018-ci il tarixli akta əsasən Cavabdeh1 MMC-nin 01 yanvar 2016-cı il tarixdən 30 sentyabr 2017-ci il taixədək olan dövr üzrə təqdim olunmuş sənədlər əsasında pul vəsaitlərinin uçotunun auditi və mal qalığının inventarizasiyası aparılmışdır.
7. "xxxx" MMC tərəfindən tərtib olunmuş 05 noyabr 2018-ci il tarixli audit rəyinə əsasən Cavabdeh1 MMC-nin 01 yanvar 2015-ci il tarixdən 20 sentyabr 2017-ci il taixədək olan dövr üzrə maliyyə hesabatlarının auditi aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasını qanunsuz hesab edərək, 20 iyun 2018-ci il tarixli qərarın ləğvi, əmək kitabçasındakı qeydin etibarsız hesab edərək iş yeri olan Cavabdeh1 MMC-yə direktor vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən azad edildiyi bütün vaxt üçün 2017-ci ilin sentyabr tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər olan orta əmək haqqı, işdən kənarlaşdırılan zaman ona hesablanmış son haqq-hesab, 500000 manat məbləğdə ona dəymiş mənəvi ziyanın cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırlmışdır ki, İddiaçı 2009-cu il tarixindən Cavabdeh1 MMCnin təsisçisi (iştirakçısı) Cavabdeh2 tərəfindən həmin Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. 2017-ci ilin 18 sentyabr tarixinə kimi direktor vəzifəsində işləmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə, rəhbərlik etdiyi müəssisənin mənfəətlə işləməsinə nail olmuşdur. xx.xx.2017-ci il tarixdə Cəmiyyətin təsisçisi - Cavabdeh2 tərəfindən Cəmiyyətin direktoru vəzifəsindən qanunsuz olaraq kənarlaşdırılmışdır. xx.xx.2017-ci il tarixdə yenidən işdə olduğu zaman Təsisçi Cavabdeh2 şəxsən ondan iş yerini tərk etməyi tələb etmiş, ona bir daha iş yerinə buraxılmayacağanı bildirmiş və buna göstəriş vermişdir. Buna görə iş yerini tərk etməyə məcbur olmuşdur. Cavabdeh2 Bakıda yaşamasa da o, tez-tez (demək olar ki, faktiki hər ay) Bakıya gəlir və gününün çox hissəsini cəmiyyətdə keçirirdi. İş buraxılmayacağını gördükdə, cəmiyyətin direktoru vəzifəsindən “Öz arzum ilə vəzifədən azad olmağım barədə” bir neçə dəfə təkrar-təkrar ərizə ilə Cavabdeh1 MMCnin təsisçisi - Cavabdeh2 cənabına müraciət etdi. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə təsisçinin qərarının qəbul olunmasını, əmək kitabçasının müvafiq qeydlər aparılmaqla ona təqdim olunmasını və son haqq-hesabın ona ödənilməsini xahiş etdi. Lakin 2018-ci ilin iyul ayına kimi qeyd olunanlarla bağlı heç bir tədbir görülməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə təsisçinin qərarı qəbul olunmamış, əmək kitabçası ona təqdim olunmamış və son haqq-hesab ödənilməmişdir. Əksinə, işçilərinin qarşısında cəmiyyətdə direktor vəzifəsində işlədiyi dövr,- qanunsuzluqlara yol verilmiş dövr kimi hallandırılaraq, bu barədə söz-söhbət yayaraq, hüquq-mühafizə orqanları vasitəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi, təsisçi - Cavabdeh2 cənabının arxasında böyük, varlı məmurların durması, istədiyi vaxt istədiyi şəxsi cinayət məsuliyyətinə cəlb etmək qüvvəsinin olması, Azərbaycanda onun üçün uzun illər işlətdiyi biznesində olan əmlakın tərəfindən oğurlanmasını yaymaqla və sair bu kimi xoşagəlməz, şər və böhtan xarakterli, işgüzar nüfuzuna xələl gətirən, ittihamlarla dolu sifarişləri cəmiyyət ilə müqavilə münasibətləri mövcud olan müəssislərin nümayəndələri vasitəsilə ona çatdıraraq ona mənəvi ziyan vurmuş, xx.xx.2017-ci il tarixindən onu işdən kənarlaşdırmaqla, başqa yerdən iş ilə bağlı ona olunmuş təkliflərə baxmayaraq, faktiki işlə təmin olumağına maneə olmuş, imkan verməmiş, hal-hazıradək ona əsəb gərginliyi yaşatmışdır. İşəgötürən AR ƏM-nin 62-ci maddəsinə əsasən, mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə müəyyən olunmuş qaydada rəsmiləşdirməklə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Göründüyü kimi Qanunun bu norması işdən kənarlaşdırmanı müvəqqəti olmaqla yalnız bir iş günü nəzərdə tutmuşdur. Onun isə, işdən kənar edilməyinə ümumiyyətlə, heç bir əsas olmamışdır. Onun işdən kənar edilməyi AR ƏM-nin və onunla bağlanmış əmək müqaviləsinin tələblərinə tamamilə zidd olmuşdur. Buna baxmayaraq, Cavabdeh1 MMC-nin təsisçisi (iştirakçısı) Cavabdeh2 direktor kimi onun səlahiyyətlərinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması halıı) AR ƏM-nin 72- ci maddəsinin “f” bəndi - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xx.xx.2018-ci il tarixindən vaxtından əvvəl xitam verilməsi və onunla Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin həmin tarixdən ləğv edilməsi, haqq-hesab aparılması, hesablanan ödənişlərin məbləğinin AR ƏM-nin 175-ci maddəsinin “c” əsasən vurduğu ziyanın qismən ödənilməsi üçün tam həcmdə İddiaçı tutulması barədə 20 iyun 2018-ci il tarixli qərar çıxarmışdır. Həmin qərar və əmək kitabçası poçt vasitəsilə 20 iyul 2018-ci il tarixində numayəndəsi V.Fatiyevaya, 21 iyul 2018-ci il tarixdə isə ona çatdırılıb. Hesab edir ki, bu qərar əsassız və qanunsuzdur. Birincisi, əmək vəzifələrinin kobud şəkildə pozulması halı heç bir mötəbər sənəd ilə təsdiq edilmir. İkincisi, iş vaxtı ərzində bilavasitə inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməyi də heç bir sənədlə sübut olunmur. Belə ki, bu əsas üzrə təqsirini məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilən, yaxud barəsində inzibati tənbeh tətbiq olunmasına dair səlahiyyətli orqan tərəfindən qərar çıxarılmış işçilər işdən çıxarıla bilər. Üçüncüsü, Təsisçinin (iştirakçının) qərarı ilə onun əmək müqaviləsinə 14 iyun tarixindən xitam verilmişdir. Yəni qərara geriyə qüvvə verilmişdir. Bu isə yolverilməzdir. Dördüncüsü, əmək müqaviləsi onunla Cəmiyyət, yəni hüquqi şəxs arasında deyil, Cəmiyyətin təsisçisi (iştirakçısı) arasında bağlanmışdır. Beşincisi, heç bir ziyan vurmadığına görə, son haqqhesab ondan tutulmamalıdır. Altıncısı, AR ƏM-nin 83- cü maddəsinin birinci hissəsinə zidd olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməmişdir. Yeddincisi, AR ƏM-nin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda həmin maddədə nəzərdə tutulmuş məlumatlar, o cümlədən, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Lakin sözügedən qərarda heç bir rəsmi sənədə istinad belə olunmayıb. AR ƏM-nin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin 1 -ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Səkkizincisi, o direktor kimi bilavasitə pul və ya əmtəə sərvətlərinə xidmət göstərməmiş və bu fakt onunla bağlanmış əmək müqaviləsi, vəzifə təlimatı ilə təsdiq olunmur. O maddi-məsul şəxs olmamış və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Ən azı ona görə ki, direktor əmtəələrin, pul vəsaitlərinin, mal- material və s. qiymətlilərin qəbulu və buraxılışı ilə məşğul olan şəxs deyildir. Bundan əlavə, maddi-məsul şəxslərin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 188 saylı qərarı tənzimlənir və ditektor vəzifəsi həmin kateqoriyaya aid edilmir. Əmək kitabçasındada onun, yəni direktorun işəgötürəni (təsisçi) tərəfindən deyil, hansısa kadrlar üzrə mütəxəssis Asya Nəbiyeva tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qeyd aparılmışdır. İşəgötürənin, yəni təsisçinin (iştirakçının) 20 iyun 2018-ci il tarixli Qərarından fərqli olaraq tamamilə başqa bir gündə - 22 iyun 2018-ci il tarixində 166 №-li əmr ilə əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. Belə çıxır ki, əmək kitabçasındakı qeydə görə, onun əmək müqaviləsinə işəgötürəni olan təsisçi Cavabdeh2 deyil, onun işəgötürəni olmayan, Cəmiyyətin yeni direktoru xitam verib. AR Nazirlər Kabinetinin 1996- cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçalarının forması və onun tərtibi Qaydaları”nın 3.4-cü bəndinə əsasən, əmək kitabçasında bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Bu halda işəgötürənin qərarına uyğun olmalı idi. Əmək kitabçasındakı bu qeyd də etibarsız hesab edilməlidir. Göründüyü kimi, Təsisçi- Cavabdeh2 cənabının təqsiri üzündən halhazıradək işlə təmin oluna bilmədiyindən, ailəsi və üç azyaşlı uşaqları yaşamaq və dolanışıq üçün tələb olunan vəsaitsiz qalmışlar. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində konstitusiya ilə müəyyən edilmiş hüquqlarını pozulmuşdur. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o fiziki, mənəvi əzab və sarsıntılar keçirmişdir. Buna görə də, ona vurulmuş mənəvi ziyanı 500000 manat dəyərində qiyməntləndirir və ona dəymiş ziyanın əvəzi ödənməlidir. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilmişdir, mənə maddi və mənəvi ziyan vurulmuşdur və bu ziyana görə işəgötürən tam maddi məsuliyyət daşıyır. Bu səbəbdən də onun işdən azad olunmağı qanunsuz hesab edilməli, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh2in 20 iyun 2018-ci il tarxili qərarı ləğv edilməli, əmk kitabçasmdakı qeydin etibarsız hesab edilməli və Cavabdeh1 MMC-yə direktor vəzifəsinə bərpa edilməlidir. Qanunsuz olaraq işdən məhrum edildiyi bütün vaxt üçün, 2017-ci ilin sentyabrından başlayaraq işə bərpa olunacağı günə qədər olan orta əmək haqqı, istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, mənəvi ziyan, eləcə də qanunsuz işdən kənarlaşdırılandan sonra ona hesablanmış, "xxxx" MMC-nin xeyrinə tutulmuş son haqq-hesab cavabdehlərdən tutularaq ona ödənilməlidir.
10. Cavabdeh1 MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 952320 manat zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıda xx.xx.2016-xx.xx.2017-ci il dövr üçün pul vəsaitlərinin uçotunun auditin və xx.xx.2017-ci il tarixinədək qarşılıqlı lüa üzrə iddiaçının anbarında mal qalığının inventarizasiyasının aparılması -məqsədilə audit yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017- il tarixli müqavilə bağlanmışdır. Audit 25 sentyabr 2017-ci il tarixində başlanmış və 30 dekabr 2017-ci il tarixində başa çatmışdır. Auditlə əhatə olunan dövr ərzində iddiaçının maliyyə-təsərrüfat fəaliyyətinə cavabdeh olan şəxslər direktor kimi qarşılıqlı iddia üzrə cavabdeh və baş mühasib olmuşlar. Audit yoxlaması nəticəsində "xxxx" MMC ”tərəfindən 18 yanvar 2018-ci il tarixli Akt tərtib edilmişdir. Keçirilmiş audit yoxlaması nəticəsində aşağıdakılar müəyyən olunmuşdur. Belə ki, Cavabdeh1 MMC tərəfindən müxtəlif xidmətlərə görə bir ~2 ƏDV ödəyicisi olan hüquqi şəxslərə nəğd qaydada ödənişlər aparmaqla cəmi 14989,33 manat məbləğində ƏDV-nin əvəzləşdirilməsi hüququndan istifadə eməməklə qarşılıqlı iddia üzrə iddiaçıya iqtisadi ziyan vurulmuşdur. Bundan əlavə, kassadan müxtəlif təl-təl hesabı şəxslərə ümumi məbləğ 209595,31 manat olan pul vəsaiti verilmiş, lakin bu pul vəsaitlərin xərclənməsi ksmi sənədlərlə (ciddi uçot sənədləri ilə) təsdiq olunmamışdır. Daha sonra, kassadan 26500 manat məbləğində nəğd pul vəsaiti silinib, lakin bu vəsaitin kimə verildiyini təsdiq edən sənəd təqdim olunmamışdır. Bundan əlavə, auditin əhatə edildiyi dövrdə 2 ədəd fərdi kompüterin (noutbuk) alınmasına baxmayaraq, əsas vəsait kimi uçota mədaxil edilməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının anbarında mal qalığının inventarizasiyası aparılmışdır. Anbarda aparılan uçot məlumatları ilə mühasibatlıqda olan uçot məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən idilmişdir. Belə ki, xx.xx.2017- ci il tarixinə mühasibat uçotu üzrə mal qalığı texniki anbar daxil olmadan) 980579,33 manat təşkil etmiş, aparılmış inventarizasiya ilə isə qeyd olunan tarixə faktiki mal qalığının 793934,05 manat olduğu müəyyən edilmişdir. İnventarizasiya ilə ümumilikdə 186645,28 manat fərqin olduğu müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, bir neçə adda mallar anbara faktiki maya dəyərindən bir neçə dəfə artıq qiymətə mədaxil edilmişdir. Belə ki, Radiator assy artikul 30/915200 olan mal 581,59 manat əvəzinə 58159,00 manat dəyərində, artikul 25/4014008 olan salnik 8,60 ranat olmasına baxmayaraq uçot üzrə 788,00 manata mədaxil edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının texnikanın hərəkətinin auditi zamanı məlum olmuşdur ki, ilkin qalıq dəyəri 146808,87 manat olan 1 ədəd JS330LC Hydraulic Excavator texnikasının icarəyə verilməsinə baxmayaraq, 132874,99 manat dəyərində texnika qalıqdan silinmişdir. Texnikanın qalıq dəyərinin 13934,88 manat azaldılmasının və icarəyə verilmiş texnikanın dəyərinin texnikanın ümumi qalıq dəyərindən silinməsinin nə məqsədlə edildiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, 2017-ci il ərzində əmək haqqının nəğd şəkildə kassadan ödənişi aparılmışdır, nəticədə xx.xx.2016-cı il tarixli “Nağdsız hesablaşmaların aparılması haqqında” AR Qanunun tələblərinə əməl edilməmişdir, bu isə öz növbəsində qarşılıqlı iddia üzrə iddiaçıya qarşı maliyyə sanksiyaların tətbiqinə gətirib çıxarır. Bununla belə, aparılmış audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya xüsusilə külli miqdarda (628.961,72 manat) ziyan vurmaqla AR Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş (mənimsəmə və ya israf etmə). Cinayət əməli törədilmişdir. İddiaçının maliyyə-təsərrüfat fəaliyyətinə məsul olan şəxs kimi audit yoxlaması nəticəsində müəyyən olunmuş nöqsan və qanunpozuntularma görə birbaşa məsuliyyət daşıyır. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıda auditin bilməsini və özünü məsul olduğunu bilərək audit yoxlamasında iştirak əkdən və məsuliyyətdən boyun qaçırmaq məqsədilə audit yoxlaması amamışdan qabaq qarşılıqlı iddia üzrə iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlə bağlanmış əmək müqaviləsinə əsasən, işçi götürənə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır. Qarşılıqlı iddia üzrə cavabdeh direktor vəzifəsində işləmiş, qarşılıqlı iddia üzrə iddiaçının rəhbəri və qanuni təmsilçisi kimi bank, maliyyə və digər sənədlərin imzalanmasnda səlahiyyətli şəxs olmuşdur.
12. Məhkəmə - mühasibağlıq ekspertizasının 27 sentyabr 2019-cu il tarixli, 20467 nömrəli rəyindən qeyd olunmuşdur ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2016- xx.xx.2017-ci illər üzrə audit yoxlaması və "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2015-xx.xx.2017-ci illər üzrə audit yoxlamasının nəticələri hər iki auditor şirkəti tərəfindən “Auditor Xidməti haqqında” Qanunun və “Auditorun yekun sənədləri” X5 tələblərinə uyğun aparılıb. xx.xx.2015 xx.xx.2017-ci illər üzrə "xxxx" MMC-nin apardığı audit yoxlamasının nəticələrinə görə tərtib olunmuş xx.xx.2018-ci il tarixli Audit Hesabatı və Auditor Rəyinə əsasən kassa əməliyyatlarının mövcud qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun rəsmiləşdirilməməsi, ciddi hesabat blanklarının olmaması, kassadan təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsinə baxmayaraq ödənişlə əlaqədar təsdiqedici sənədlərin olmaması satışın, debitor borcların şişirdilməsi, rəqəmlərin təhrif edilməsi səbəbindən aparılan tədqiqatla audit yoxlaması ilə əhatə olunan dövr üzrə İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 952320 manat məbləğində ziyan vurulması müəyyən edilir.
13. Azərbaycan Respublikası Auditorlar Palatasının 23 aprel 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən AT/038 qeydiyyat nömrəsi ilə üzvlüyə qəbul edilmiş və ona ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün 29.11.16-cı il tarixli 056 saylı icazə verilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 31 yanvar 2017-ci il tarixli 285/6 nömrəli Qərarına əsasən auditor fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş icazə qüvvəsi 2017-ci ilin 01 fevral tarixindən üzvlük haqqı borclarını tam ödəmədiyi üçün dayandırılmışdır. Üzvlük haqqı borcunun bir qismini ödədikdən sonra "xxxx" MMC-nin 2018-ci il 10 dekabr tarixli ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş və hal-hazırda fəaliyyət göstərir.
14. Azərbaycan Respublikası Auditorlar Palatasının 29 yanvar 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2001-ci il 5 noyabr tarixli 84/2 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququna malik olan sərbəst auditora və ya auditor təşkilatına verilmiş icazə dayandırıldıqda həmin icazə müvafiq rəsmiləşdirmə yolu ilə Auditorlar Palatasına qaytarılır. İcazəsi dayandırılmış sərbəst auditor və ya auditor təşkilatı icazənin dayandırıldığı dövrdə aparmış olduğu auditə və vermiş olduğu rəyə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıya bilər.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(009)- 7/2022 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.
16. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad olunması barədə müvafiq qeyd AR Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” xx.xx.1996-cı il tarixli Qərarının tələblərinə uyğun olaraq aparılmışdır. 22 iyun 2018-ci il tarixli əmr ilə iddiaçının əmək kitabçasında aparılan qeyd arasında heç bir ziddiyyət mövcud deyildir. Belə ki, iddiaçı işdə yol verdiyi nöqsanlara görə işdən azad olunmuş və onun əmək kitabçasında da məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi öz əksini tapmışdır. Beləliklə, işəgötürən tərəfindən işçinin işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmiş və işəgötürən tərəfindən hüquqi prosedur qaydalarına riayət edilmişdir. Mənəvi ziyanın ödənilməsinə dair ilkin iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddianın bu hissəsi bilavasitə iddianın “əmrin ləğvi və işə bərpa” hissəsi ilə əlaqəli olduğundan və iddia tələbi həmin hissədə əsassız sayıldığından qeyd olunan mənəvi zərər hissəsində də təmin edilməməlidir. "xxxx" MMCnin səlahiyyətləri 01 fevral 2017-ci il tarixdən 10 dekabr 2018-ci il tarixədək dayandırılmışdır. Lakin həmin audit təşkilatı 05 noyabr 2018-ci il tarixdə icazəsi dayandırılmasına baxmayaraq qanunvericiliyin tələblərinə zidd olaraq audit yoxlaması aparmışdır. Halbuki "xxxx" MMC aparmış olduğu audit yoxlamasının nəticəsində 05 noyabr 2018-ci il tarixdə audit rəyini tərtib edərkən, onun audit yoxlanışı aparmaq kimi səlahiyyətləri olmamışdır. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən Palata Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin ”Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir. Əsasnamənin 24-cü bəndinə əsasən palatanın üzvləri müəyyən olunmuş məbləğdə üzvlük haqqı ödəyirlər. Bundan başqa eyni zamanda məhkəmə qeyd edir ki, audit yoxlaması aparılarkən qanunvericiliklə nəzərdə tutulmuş prosedur qaydalar da gözlənilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Lakin işəgötürən tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan normasına riayət edildiyini təsdiq edə biləcək sübuta iş materiallarında rast gəlinmir. Məhkəmə iş materiallarında olan ekspert rəyinə münasibətdə isə qeyd edir ki, ekspert öz rəyində baş tutmuş auditor yoxlamasının “Auditor Xidməti haqqında” Qanunun və “Auditorun yekun sənədləri” X5 tələblərinə uyğun aparıldığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, auditor təşkilatı ümumiyyətlə audit yoxlaması keçirilən zaman həmin səlahiyyətə malik olmadığından və eyni zamanda keçirilmiş audit yoxlaması Əmək Məcəlləsinin 203-cü maddəsinin tələbləri pozulmaqla keçirildiyindən onun tərəfindən keçirilmiş yoxlamanın nəticələri etibarlı sayıla bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 203cü, maddələrinə, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmadığı hissədə ləğv edilməklə həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Həm əmrin özündə, həm də əmrin qəbul olunması əsasları ilə bağlı əsassız hallara hüquqi qiymət verilməmişdir, yəni, onun inzibati və cinayət xarakterli əməllərə yol verilməsini nə ilə saslandırdırıldığını, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olub – olmaması, nə səbəbdən işçinin son haqq – hesabının qanunsuz olaraq tutulmasına qiymət verilməmişdir. Yəni, İddiaçı iş vaxtı inzibati və ya cinayət xarakterli əməllərə yol verməməsini nə ilə əsaslandırdıqlarını, bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olub – olmamasını, olmadığı halda nə əsasla əmrdə həmin hallar istinad olunaraq işdən çıxarılması, nə səbəbdən işçinin son haqq - hesabının qanunsuz olaraq tutulmasına qiymət verilməmişdir. Əmək Məcəlləsinin 175.2-ci maddəsinin “c” bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; tutulma işəgötürənin əmri, sərəncamı olmadan, təsisçilərin ümumi yığıncacının qərarına əsasən aparılmışdır. Əmək Məcəlləsinin 200.1, 200.5 – ci maddələrinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Ümumi yığıncağın qərarına əsasən son haqq – hesabı tam tutmaqla yalnız orta aylıq əmək haqqı məbləğində maddi məsuliyyət daşıyan şəxs olmadığını təsdiq etmişdir. Eyni zamanda Cavabdeh1 MMC məhkəməyə "xxxx" MMC tərəfindən 01 yanvar 2015 – 20 sentyabr 2017-ci il dövrləri üçün keçirilmiş audit yoxlamasının nəticələri ilə bağlı verilmiş 05 noyabr 2018-ci il tarixli müstəqil rəyi məhkəməyə təqdim etmişdir. Belə ki, qarşılıqlı iddia İddiaçı işdən çıxarıldıqdan 4 ay sonra verilmiş audit rəyinə əsaslanır. Əmək müqaviləsi ləğv edilməmişdən əvvəl hər hansı yoxlama və ya audit aparılmamışdır. Bundan başqa "xxxx"ə verilmiş icazə 01 fevral 2017-ci il tarixdən ləğv edilmiş, 10 dekabr 2018-ci il tarixdən bərpa edilmişdir, yəni, rəy verməyə səlahiyyətli olmamışdır. Əmək Məcəlləsinin 203.1, 203.2-1-ci maddələrinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Lakin işçidən izahat alınmamış və yoxlama sənədləri ilə tanış edilməmişdir. Həmçinin əmrdə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi göstərilsə də, həmin məcəllənin 84.1-ci maddəsinə zidd olaraq əmək müqaviləsinin ləğv edilmə əsası göstərilməmişdir.
20. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qarşılıqlı iddianın təmin olunmadığı hissədə qətnamənin ləğv olunaraq həmin hissədə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməlinin qanunauyğunluğu, dəymiş ziyanla onun hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqə, habelə dəymiş ziyanın həqiqi miqdarı Cavabdeh1 MMC tərəfindən cəlb edilmiş iki auditor təşkilatı - "xxxx" MMC və"xxxx" MMC tərəfindən müəyyən edilərək müvafiq qaydada auditor rəyləri ilə rəsmiləşdirilib. İddiaçı yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) və yoxlamanın nəticələri ilə tanış olmaq hüququnun təmin edilməsinin qeyri-mümkün oldğunun səbəbləri, o cümlədən auditor rəylərində göstərilib. İddiaçı Cavabdeh1 MMC-nin icra orqanında təmsil olunduğu vaxt auditora təhrif olunmuş məlumat təqdim etməsi faktı - 2015-ci ilin əvvəlinə kassada 552350 manat pul vəsaiti olduğu halda auditora təhrif olunmuş “0” rəqəmi təqdim etməsi, cəmiyyətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən hansı dərəcədə vicdanlı, ədalətli və qərəzsiz olduğunu təsdiq edir. Bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20467 nömrəli ekspert rəyi ilə sübuta yetirilib. Rəyin “Üçüncü sual (ç bəndi) üzrə” hissəsində göstərilir ki, - birinci yoxlamada auditor bütövlükdə maliyyə hesabatlarına müsbət rəy vermiş, ikinci yoxlamada isə 4 sahəni yoxlayaraq, həmin sahələrdə mövcud olan təhrifləri, problemləri aşkarlamış və nəticədə mənfi rəy formalaşdırmışdır. "xxxx" MMC eyni dövrü ikinci dəfə yoxlayarkən rəqəmlərin təhrif edilməsini müəyyən etmişdi. Bundan başqa, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin xx.xx.2019- cu il tarixli qərardadı əsasında təyin edilmiş, ekspertizanın növü məhkəmə-mühasibat ekspertizası, ixtisas sahəsi mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə iqtisad göstəricilərinin tədqiqi olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, verilmiş xx.xx.2019-cu il tarixli, 20467 nömrəli Espert Rəyinin nəticə hissəsində İkinci sual (b bəndi) üzrə göstərilib ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2016-xx.xx.2017-ci illər üzrə audit yoxlaması və"xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2015xx.xx.2017- ci illər üzrə audit yoxlamasının nəticələri hər iki auditor şirkəti tərəfindən “Auditor Xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun və “Auditorun yekun sənədləri” X5 tələblərinə uyğun aparılıb. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın xx.xx.2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş, ekspertizanın növü məhkəmə-mühasibat ekspertizası, ixtisas sahəsi mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, verilmiş xx.xx.2020-ci il tarixli, 9/190 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilib ki, məhkəmənin ekspertiza təyini haqqında xx.xx.2020-ci il tarixli qərardadında ekspertiza tədqiqatında İddiaçı və X8 iştirak etməsi göstərilmişdir. Qeyd edilir ki, İddiaçı və X8 iştirakı xx.xx.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzində təşkil edilərək müvafiq formada protokollaşdırılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin203cü maddəsinin tələblərinə riayət edildiyini təsdiq edən sübutlar iş materiallarında mövcuddur, lakin hakim İlkin Rüstəmli, səbəbi özünə məlum olan qərəzli mövqeyindən onları görmək istəməyib. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinin tələblərinin icra edilməməsinin zərərin əvəzinin ödənilməsindən imtinaya əsas olması qanunvericilikdə nəzərdə tutulmayıb. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş, ekspertizanın növü məhkəmə-mühasibat ekspertizası, ixtisas sahəsi mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, verilmiş xx.xx.2019-cu il tarixli, 20467 nömrəli ekspert rəyinin nəticə hissəsində ikinci sual (b bəndi) üzrə göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2016xx.xx.2017-ci illər üzrə audit yoxlaması və"xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2015-xx.xx.2017-ci illər üzrə audit yoxlamasının nəticələri hər ikiauditor şirkəti tərəfindən “Auditor Xidməti haqqında” AzərbaycanRespublikasının Qanununun və “Auditorun yekun sənədləri” X5 tələblərinə uyğun aparılıb. Dördüncü süal (ç bəndi) üzrə göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan xx.xx.2015xx.xx.2017-ci illər üzrə "xxxx" MMC-ninapardığı audit yoxlamasının nəticələrinə görə tərtib olunmuş xx.xx.2018-ci il tarixli audit hesabatı və auditor rəyinə əsasən kassa əməliyyatlarının mövcud qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun rəsmiləşdirilməməsi, ciddi hesabat blanklarının olmaması, kassadan təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsinə baxmayaraq ödənişlə əlaqədar təsdiqedici sənədlərin olmaması satışın, debitor borcların şişirdilməsi, rəqəmlərin təhrif edilməsi səbəbindən aparılan tədqiqatla audit yoxlaması ilə əhatə olunan dövr üzrə İddiaçı tərəfindən Cavabdeh1 MMC-nə 952320 manat məbləğində ziyan vurulması müəyyən edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayətinə etirazı onun özü tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı nümayəndələri Vəkil5 və Vəkil6 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək həmin şikayətin təmin, Cavabdeh1 MMC-nin apellyasiya şikyətinin isə təmin olunmamasını məhkəmədən xahiş etdilər.
24. Cavabdeh1 MMC-nin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2866291Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək həmin şikayətin təmin, İddiaçı apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2024-cü il tarixli, 2(103)-394/2024 nömrəli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq ekspertizanın aparılması səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara cəlb ediləcək auditorların siyahısında göstərilən auditorlardan hər hansı biri cəlb edilməklə, həmçinin, tərəflərin və (və ya) onun səlahiyyətli nümayəndələrinin iştirakı təmin olunmaqla Azərbaycan Respublikasının Auditorlar Palatasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İş materiallarında olan "xxxx" MMC-nin 18 yanvar 2018-ci il tarixdə tərtib olunmuş 01 yanvar 2016 – 30 sentyabr 2017-ci illər üzrə audit yoxlaması və "xxxx" MMC-nin 06 noyabr 2018-ci il tarixdə tərtib olunmuş 01 yanvar 2015-20 sentyabr 2017-ci illər üzrə audit yoxlamasının nəticələrinə dair sənədləşmələr '“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun, “Auditorun yekun sənədləri” haqqında Normativ hüquqi aktın və X2 tələblərinə uyğundurmu? - Cavabdeh1 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlaması ilə bağlı İC mühasibat proqramındakı eyni göstəricilər və istinad olunan digər eyni sənədlər əsasında "xxxx" MMC-nin 18 yanvar 2018-ci il tarixdə, 01 yanvar 2016-30 sentyabr 2017-ci illəri əhatə edən audit yoxlmasının və "xxxx" MMC-nin 28 iyun 2016-cı il tarixdə tərtib olunmuş 01 yanvar 2015-01 yanvar 2016-cı illəri əhatə edən audit yoxlamasının və 05 noyabr 2018-ci il tarixdə tərtib olunmuş 01 yanvar 2015-ci il-20 sentyabr 2017-ci illər üzrə audit yoxlamalarının nəticələri (rəy, akt və s.) bir-biri ilə ziddiyət təşkil edirmi? - İş mateiallarında olan "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdə tərtib olunmuş 2015ci il üzrə audit yoxlamasının nəticəsi müsbət və "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2015-xx.xx.2017-ci illər üzrə audit yoxlamasının nəticəsi isə mənfi olduğu halda, bir auditor eyni dövr üzrə müxtəlif vaxtlarda (eyni göstəricilər, sənədlər və s. əsasında) biri- birinə ziddiyyət təşkil edən rəylər verə bilərmi? - İş materiallarında olan auditor aktları və digər sənədlərə əsasən müəyyən edilsin ki, İddiaçı tərəfindən zərər vurulmuşdurmu, əgər vurulmuşdursa zərərin məbləği nə qədər təşkil edir?
26. Ekspert qarşısında qoyulan ilk 3 süal Azərbaycan Respublikasının Auditorlar Palatasının 25 noyabr 2024-cü il tarixli “Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə hesabat”ında aşağıdakı qaydada cavablandırılmışdır: - "xxxx" MMC-nin 28 iyun 2016-cı il tarixli auditor rəyi 700 saylı X7, həmçinin auditor rəyi ilə təsdiq edilmiş Cavabdeh1 MMC-nin maliyyə hesabatı X1 Standartlarına (MHBS) tam uyğundur. Həmçinin 05 noyabr 2018-ci il tarixli rəy və Audit hesabatı 4400 saylı (düzəliş edilmiş) əlaqəli xidmətlər üzrə beynəlxalq standartın (ƏSBS) tələblərinə uyğundur. Həmçinin, "xxxx" MMC tərəfindən 18 yanvar 2018-ci il tarixdə tərtib olunmuş audit yoxlaması aktı “Auditin yekun sənədləri haqqında” normativ hüquqi aktın tələblərinə uyğundur. - "xxxx" MMC və "xxxx" MMC tərəfindən rətib edilmiş Auditor hesabatı və aktının bir – biri ilə ziddiyyət təşkil etməsi barədə fikir bidirə bilmərik. Belə ki, hər 2 şirkət üzrə sifarişçi tərəfindən qarşıya qoyulmuş məqsədlər müxtəlifdir: "xxxx" MMC üzrə - pul vəsaitinin xərclənməsi, maliyyə hesabatlarında fırıldaqçılığa yol verilməsinin müəyyən edilməsi; "xxxx" MMC üzrə - pul vəsaitinin uçotunun auditi və mal qalığının inventarizasiyası. Həmçinin yoxlamanın əhatə etdiyi dövrlər də müxtəlifdir: "xxxx" MMC üzrə - 01 yanvar 2015-ci il tarixdən 20 sentyabr 2017-ci il tarixi aralığı; "xxxx" MMC üzrə - 01 yanvar 2016cı il tarixdən 30 sentyabo 2017-ci il tarixi aralığı. - İş mateiallarında olan "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdə tərtib olunmuş 2015ci il üzrə audit yoxlamasının nəticəsi müsbət və "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə tərtib olunmuş xx.xx.2015-xx.xx.2017-ci illər üzrə audit yoxlamasının nəticəsi isə mənfi olduğu halda, bir auditor eyni dövr üzrə müxtəlif vaxtlarda (eyni göstəricilər, sənədlər və s. əsasında) biri- birinə ziddiyyət təşkil edən rəylər verə bilər. Belə ki, X3 belə halların baş verməsi zamanı auditorun əməl etməli olduğu proseduralar nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən göstərilmiş xidmətlər hər 2 halda eyni məqsədli olmamış və eyni dövrləri əhatə etməmişdir. Belə ki, birinci xidmət üzrə 28 iyun 2016-cı il tarixli rəy 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi” Auditin nəticələri və hesabatlıq standartına (BAS) əsasən tərtib edilmiş 2015-ci il maliyyə hesabatlarının auditi barədə olmuşdur. İkinci xidmət üzrə 05 noyadr 2018-ci il tarixli rəy isə 4400 saylı “Maliyyə məlumatları ilə bağlı razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə tapşırıqlar” Əlaqəli xidmətlər üzrə beynəlxalq standartlara (ƏXBS) əsasən 01 yanvar 2015-ci ildən 20 sentyabr 2017-ci il aralığında yol verilməsinin müəyyən olunması barədə tərtib edilmişdir. Göründüyü kimi hər 2 xidmət ayrı – ayrı məqsədləri nəzərdə tutulmuş və ayrı – ayrı dövrləri əhatə etmişdir. İkinci xidmətin göstərilməsi zamanı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi kənarlaşmalar və şübhəli əməliyyatlar ortaya çıxmışdır. Auditor əvvəlki verdiyi rəy üzrə maliyyə hesabatlarına təsir edə biləcək amilləri nəzərə alaraq BAS tələblərinə riayət etmişdir.
27. Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 02 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən 4-cü sualın (İş materiallarında olan auditor aktları və digər sənədlərə əsasən müəyyən edilsin ki, İddiaçı tərəfindən zərər vurulmuşdurmu, əgər vurulmuşdursa zərərin məbləği nə qədər təşkil edir?) cavablandırılması üçün auditin aparılması "xxxx" MMC-nin direktoru X9 həvalə edilmişdir.
28. "xxxx" MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatında qeyd olunmuşdur ki, Cavabdeh1 MMC-nin 2015-ci, 2016-cı illər və 18 iyul 2017-ci il tarixə kimi olan dövrün audit yoxlaması aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: - 2015-ci il üzrə kassadan mədaxil olunmuş pul vəsaitlərinə dair dövriyyə cədvəli tərtib edilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin 2015-ci ildə 70 halda 783662,48 manat məbləğdə kassadan müxtəlif təyinatlara pul vəsaiti məxaric edilmişdir. Cavabdeh1 MMC-nin kassa məxaric tərtib edilmiş dövriyyə cədvəlinə əsasən 3 halda 56150 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən götürülmüş, həmin pul vəsaitinin xərclənməsini təsdiq edən sənədlər təqdim edilməmiş, nəticədə müəssisəyə 56150 manat məbləğində ziyan vurulmuşdur. Digər müxtəlif şəxslərə verilmiş ("xxxx"MMC və s.) 274988,06 manat nağd pul vəsaitinin hansı təyinatlara xərclənməsini təsdiq edən kassa mədaxil orderlərinin qəbzləri kassa hesabatlarına əlavə edilməmişdir. Xəzinədarın adından imzalar edilmiş və ödənişi təsdiq olunmayan 86595 manat vardır. Hesabata əlavə edilməmiş və qovluqdan çıxarılmış məxaric kassa sənədlərinə əsasən 361583,06 (274988,06 + 86595) manat kassadan pul vəsaiti götürülmüş və müəssisəyə ziyan vurulmuşdur. Cavabdeh1 MMC-nin 365929,42 manat məbləğdə 1C mühasibatlıq uçotuna müdaxilə edilmiş kassanın uçot qalığı süni şəkildə azadılmaqla 365929,42 manat məxaric kassa sənədləri yazılmadan bu işə məsul olan şəxslər tərəfindən 365929,42 manat kassadan götürülmüşdür, müəssisəyə vurulmuş ziyan kimi qiymətləndirilməlidir. - 2016-cı il üzrə kassadan mədaxil olunmuş pul vəsaitlərinə dair dövriyyə cədvəlindən müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin kassasından 56 halda 367609,7 manat məbləğdə kassadan müxtəlif təyinatlara pul vəsaiti məxaric edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: Cavabdeh1 MMC-nin direktoru İddiaçı tərəfindən 3 halda 48500 manat məbləğində pul vəsaiti götürülmüş, həmin pul vəsaitinin xərclənməsini təsdiq edən sənədlər təqdim etmədiyi üçün müəssisəyə ziyan vurulmuşdur. Cavabdeh1 MMC-nin baş mühasibi X4 məxaric sənədlərində mühasib kimi imza etməsinə baxmayaraq, həm də xəzinədarın əvəzinə müxtəlif aylarda məxaric sənədlərinə imzalar etmiş 95392 manat pul vəsaiti kassadan götürülmüş və müəssisəyə ziyan vurulmuşdur. Cavabdeh1 MMC-də 2016-cı ildə kassadan müxtəlif təyinatlara, ayrı – ayrı şəxslərə kassa məxaric sənədləri yazılmış 19615 manat məbləğin xərclənməsini təsdiq edən sənədlər vardır. 92896,69 manat nağd pul vəsaitinin xərclənməsini təsdiq edən sənədlər yoxdur. Nəticədə kassadan götürülmüş 92896,69 manat hesabına ziyan vurulmuşdur. Cavabdeh1 MMC-nin mühasibatlığında müəssisənin kassanın uçotu 1C proqramında aparılmışdır. Həmin 1C proqramına müdaxilə edilərək 111206 manat məbləğ süni olaraq azaldılmış, 111206 manat pul vəsaiti götürülmüş və müəssisəyə ziyan vurulmuşdur. - 2017-ci ilin kompüterdə kassa əməliyyatlarına dair uçotu aparılan 1C proqramında yazılmış uçot məlumatlarından müəyyən olunmuşdur ki, həmin 1C proqramına müdaxilə olunmuşdur. Cavabdeh1 MMC-nin 2017-ci ildə 23 halda 190076,74 manat məbləğində pul vəsaiti götürülmüşdür. - Beləliklə qeyd olunan dövrlərdə (2015, 2016, 2017-ci ilin 7 ayı) uçot proqramı dəyişməsi ilə əlaqədar bank əməliyyatları, mal əməliyyatlar və əmək haqqına dair hesablaşma sənədləri yoxlamaya təqdim olunmadığı üçün araşdırılması mümkün olmadı. - Cavabdeh1 MMC-də daxili nəzarət zəif olmuşdur, direktoru İddiaçı tərəfindən 104650 manat məbləğində pul vəsaiti götürülmüş, həmin pul vəsaitinin xərclənməsini təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün müəssisəyə ziyan vurulması müyyən olunur. - Cavabdeh1 MMC-nin kassa məxaric sənədlərində mühasib kimi imza etməsinə baxmayaraq mühasib – xəzinədar Rəşad Rəşidovun əvəzinə Qədirov Səyid 367884,69 manat kassa məxaric sənədlərinə imzalar edilərək nağd pul vəsaiti naməlum şəxslər tərəfindən götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur. - Cavabdeh1 MMC-nin mühasibatlıq tərəfindən kassadan müxtəlif təyinatlara və ayrı – ayrı şəxslərə kassa məxaric sənədləri yazılmış 181987 manat naməlum şəxslər tərəfindən kassadan götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur. - Cavabdeh1 MMC-nin (2015, 2016, 2017-ci ilin 7 ayı) 1C mühasibatlıq uçotuna müdaxilə edilmiş və kassanın qalığı azaldılaraq 667212,6 manat pul vəsaiti kassadan götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur. - Cavabdeh1 MMC-də aparılmış audit yoxlaması nəticəsində kassanın 1C uçot proqramında qeyd olunmuş məlumatlarına əsasən yoxlamanın əhatə etdiyi dövr (2015, 2016, 2017-ci ilin 7 ayı) ərzində müəssisənin sabiq rəhbərliyi tərəfindən 1321733,85 (104650 + 181987 + 367884,69 + 667212,6) manat pul vəsaitinin təsdiqedici sənədlər olmadan qanunsuz yolla kassadan götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur.
29. Məhkəmə - mühasibatlıq ekspertizasının 01 may 2025-ci il tarixli, 9-10045 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunmuşdur ki, eyni dövrü əhatə edən audit yoxlamasında müxtəlif vaxtlarda fərqli sənədlər təqdim edildiyi halda ziddiyyətli audit rəyi verilməsi mümkündür. Təqdim edilmiş iş materiallarında "xxxx" MMC-nin 18 yanvar 2018ci il tarixdə tərtib etdiyi aktda 01 yanvar 2016-cı il tarixə cəmiyyətin kassa qalığının 7719,45 manat təşkil etdiyi, 01 yanvar 2016-cı il tarixdən 20 sentyabr 2017-ci il tarixədək olan dövrdə kassanın mədaxil dövriyyəsinin 1099206,71 manat məbləğində, məxaric dövriyyəsinin 1097082,94 manat məbləğində olması, "xxxx" MMC-nin 05 noyabr 2018-ci il tarixdə tərtib olunmuş müstəqil audit rəyində 01 yanvar 2016-cı il tarixdən 20 sentyabr 2017-ci il tarixədək olan dövrdə kassanın mədaxil dövriyyəsinin 951218,41 manat, məxaric dövriyyəsinin 981825,94 manat məbləğində olması göstərilmişdir. Eyni dövr üçün eyni sənədlər əsasında fərqli nəticəli audit rəyinin verilməsi düzgün deyildir. Rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə (kassadan məxaric edilmiş pullar barədə cədvəl məlumatları, 2015-2016-cı illər üzrə daxili kassa məxaric orderləri (cash payment order) sənədləri, həmin daxili kassa məxaric orderlərində əksini tapmış əməliyyatlara dair elektron poçt (email) vasitəstilə yazışmalar, müvafiq xərclərini təsdiq edən qəbzlər və s.) əsasən 06 noyabr 2024-cü il tarixli "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-nin 2015, 2016 və 2017-ci ilin 18 iyul tarixinədək olan fəaliyyət dövründə kassa məxaric əməliyyatları üzrə aparılmış yoxlamaya dair tərtib edilən auditor hesabatının düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Yəni, göründüyü kimi, iş materiallarında olan auditin gəldiyi nəticəyə əsas yarada bilən sənədlər mövcud deyildir. Eləcə də bildirilir ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə məxsus pul vəsaitlərinin nağdlaşdırılmasını, MMC-yə zərər vurulmasını və s. halları da müəyyən etmək mümkün deyildir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1, 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 43.1. 43.2. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Maddə 45. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Maddə 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. Maddə 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Maddə 49-1.1, 49-1.1.8. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Həmin Məcəllənin 49-1.1.4 və 49-1.1.6-ci maddlərində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri hüquqi şəxsə aidiyyəti olan şəxslərdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 fevral 2025-ci il tarixli qərarı: “Sadalanan maddələrin məzmunundan aydın olur ki, qanunverici hüquqi şəxsin icra orqanının rəhbərinin təsisçilərin müvafiq qərarı ilə seçilməsini nəzərdə tutaraq onu digər işçilərdən ayırmışdır. Qanunvericinin belə mövqeyi hüquqi şəxsin yaradılma məqsədindən, icra orqanının həyata keçirdiyi funksiyadan irəli gəlir. Belə ki, hüquqi şəxs (kommersiya hüquqi şəxsi) təsisçilər (və ya tək təsisçi) tərəfindən gəlir əldə etmək məqsədilə yaradılmaqla fəaliyyəti şəxsi maraqların təmin olunmasına xidmət edir. Odur ki, hüquqi şəxsin təsisçiləri ilə onun idarəetmə orqanı arasındakı münasibətlər şəxsi etimada əsaslanan münasibətlərdir. Məhz bu səbəbdən Mülki Məcəllənin 49-cu maddəsi ilə müəyyən edilmişdir ki, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 2023-cü il 20 oktyabr tarixli Qərarında əmək münasibətləri ilə mülki hüquq münasibətlərinin arasındakı fərqlər geniş təhlil edilərək qeyd olunmuşdur ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Göründüyü kimi qanunverici əmək hüquq münasibətlərinin xüsusiyyətlərindən çıxış edərək həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Bu zaman hüquqi şəxsin mülkiyyətçisi dedikdə hüquqi şəxsin təsisçisi, struktur bölmələrinin rəhbərləri qismində isə hüquqi şəxsin idarəetmə orqanının rəhbəri nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxsin təsisşisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir. Həmçinin Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir. Bununla belə hüquqi şəxsin yeganə təsisçisinin həm də onun icra orqanının rəhbəri (direktoru) olması qanunvericiliklə qadağan edilməmişdir. Lakin belə halın rəsmiləşdirilməsi, qeydiyyatının həyata keçirilməsi ictimai (ümumi) maraqlar baxımından zəruri olduğundan hüquqi şəxsin təsisçisinin həm də onun icra orqanının rəhbəri vəzifəsinə müvafiq əmr və ya qərar ilə təyin edilərək rəsmiləşdirilməsi vacibdir.”
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
34. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti ilə lkin iddianın rədd olunduğu, cavabdehin apellyasiya şikayəti ilə qarşılıqlı iddianın rədd olunduğu hissələrində mübahisələndirildiyindən qətnamə apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. İlkin iddianın tam rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunması barədə müvafiq qeyd AR Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” xx.xx.1996-cı il tarixli Qərarının tələblərinə uyğun olaraq aparılmışdır. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, 22 iyun 2018-ci il tarixli əmr ilə iddiaçının əmək kitabçasında aparılan qeyd arasında heç bir ziddiyyət mövcud deyildir. Belə ki, iddiaçı işdə yol verdiyi nöqsanlara görə işdən azad olunmuş və onun əmək kitabçasında da məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi öz əksini tapmışdır. Beləliklə, işəgötürən tərəfindən işçinin işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmiş və işəgötürən tərəfindən hüquqi prosedur qaydalarına riayət edilmişdir. Mənəvi ziyanın ödənilməsinə dair ilkin iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddianın bu hissəsi bilavasitə iddianın “əmrin ləğvi və işə bərpa” hissəsi ilə əlaqəli olduğundan və iddia tələbi həmin hissədə əsassız sayıldığından qeyd olunan mənəvi zərər hissəsində də təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, ilkin olaraq tərəflər arasındakı münasibətlərə mülki – hüquqi, yoxsa əmək qanunvericiliyinin müddəaları baxımından qiymətləndirilməsi məsələsinə aydınlıq gətirilməlidir.
37. Mülki Məcəllənin 30-cu bənddə sadalanan normalarının məzmunundan görünür ki, hüquqi şəxsin idarəçiliyini həyata keçirən onun idarəetmə orqanıdır ki, hüquqi şəxs mülki hüquq və vəzifələri həmin orqanlar vasitəsi ilə əldə edir. Hüquqi şəxsin idarəetmə orqanı (o cümlədən icra orqanının rəhbəri) hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq seçilir, təyin edilir və fəaliyyət göstərir. Mücərrəd varlıq olan hüquqi şəxsi təmsil edən hüquqi şəxsin idarəetmə orqanı yalnız onun iradəsini ifadə edir, hüquqi şəxsin maraqlarına uyğun olaraq onu idarə edir və qanunverici hüquqi şəxsin icra orqanının rəhbərinin təsisçilərin müvafiq qərarı ilə seçilməsini nəzərdə tutaraq onu digər işçilərdən ayırmışdır. Qanunvericinin belə mövqeyi hüquqi şəxsin yaradılma məqsədindən, icra orqanının həyata keçirdiyi funksiyadan irəli gəlir. Belə ki, hüquqi şəxs (kommersiya hüquqi şəxsi) təsisçilər (və ya tək təsisçi) tərəfindən gəlir əldə etmək məqsədilə yaradılmaqla fəaliyyəti şəxsi maraqların təmin olunmasına xidmət edir. Odur ki, hüquqi şəxsin təsisçiləri ilə onun idarəetmə orqanı arasındakı münasibətlər şəxsi etimada əsaslanan münasibətlərdir. Məhz bu səbəbdən Mülki Məcəllənin 49-cu maddəsi ilə müəyyən edilmişdir ki, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı tutduğu vəzifədən ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirən təsisçinin qərarı ilə kənarlaşdırıldığından bu münasibətlərə mülki hüquqi münasibətlər kimi qiymətləndirilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 fevral 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir. Bununla belə hüquqi şəxsin yeganə təsisçisinin həm də onun icra orqanının rəhbəri (direktoru) olması qanunvericiliklə qadağan edilməmişdir. Lakin belə halın rəsmiləşdirilməsi, qeydiyyatının həyata keçirilməsi ictimai (ümumi) maraqlar baxımından zəruri olduğundan hüquqi şəxsin təsisçisinin həm də onun icra orqanının rəhbəri vəzifəsinə müvafiq əmr və ya qərar ilə təyin edilərək rəsmiləşdirilməsi vacibdir.”
39. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh1 MMC-nin nizamnaməsinin 4.2ci bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanlarının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir və buna görə də iddia işdən azad olunmanın qanunsuz hesab edilərək 20 iyun 2018-ci il tarixli qərarın ləğvi, əmək kitabçasındakı qeydin etibarsız hesab edərək iş yeri olan Cavabdeh1 MMC-yə direktor vəzifəsinə bərpa edilmə, qanunsuz olaraq işləməkdən azad edildiyi bütün vaxt üçün 2017-ci ilin sentyabr tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər olan orta əmək haqqının ödənilməsi hissələrində əsassızdır və təmin olunmamalıdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyə görə hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir, yəni, bu rəsmiləşdirmə ona görə zəruridir ki, icra orqanının rəhbərinin əmək və sosial hüquqları qorunmalıdır. Bu hüquqlara isə Əmək Məcəlləsinin 83.2-ci maddəsində qeyd olunan son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) işçiyə verilməsi də daxildir və son haqq-hesabın ödənilməməsi və zərərin əvəzi olaraq icra orqanının rəhbərindən tutulması işin mübahisələndirilməyən halıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC son haqq-hesabı ödəməyərək zərərin əvəzi olaraq icra orqanının rəhbərindən tutmaqla onun qanunvericilikdə nəzərdə tutulmuş hüququnu pozmuşdur və bu hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Buna görə İddiaçı işdən azad edildiyi günə kimi ödənilməmiş son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hesablanaraq Cavabdeh1 MMC tərəfindən ödənilməlidir.
42. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, zərərin vurulub – vurulmaması isə məsələlərin araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5769/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2- 9/9800/2023 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə göndərilmiş və məktubda qeyd olunmuşdur ki, eyni dövr üçün eyni sənədlər əsasında fərqli nəticəli audit rəyinin verilməsi düzgün deyildir, bununla bağlı mübahisələndirilən dövr üzrə yenidən sənədlər auditə təqdim edilib audit yoxlaması keçirildikdən sonra ekspert rəyinin verilməsi mümkündür.
43. Buna görə də məhkəmənin 21 may 2024-cü il tarixli, 2(103)-394/2024 nömrəli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq ekspertizanın aparılması səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara cəlb ediləcək auditorların siyahısında göstərilən auditorlardan hər hansı biri cəlb edilməklə, həmçinin, tərəflərin və (və ya) onun səlahiyyətli nümayəndələrinin iştirakı təmin olunmaqla Azərbaycan Respublikasının Auditorlar Palatasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında 25-ci bənddə qeyd olunan suallar qoyulmuşdur.
44. Lakin qərardadda qoyulmuş suallar auditor, Azərbaycan Respublikasının Auditorlar Palatası və ekspert tərəfindən müxtəlif formada cavablandırılmışdır. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
45. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında zərərin hesablanması ilə bağlı 3 audit rəyi mövcuddur: "xxxx" MMC tərəfindən tərtib olunmuş 18 yanvar 2018-ci il tarixli akt, "xxxx" MMC tərəfindən tərtib olunmuş 05 noyabr 2018-ci il tarixli audit rəyi və "xxxx" MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatı.
46. Yuxarıda qeyd olunduğu kimi işə apellyasiya instansiyasında baxılarkən "xxxx" MMC tərəfindən tərtib olunmuş 18 yanvar 2018-ci il tarixli aktla "xxxx" MMC tərəfindən tərtib olunmuş 05 noyabr 2018-ci il tarixli audit rəyi arasında ziddiyyətlər mövcud olduğundan bu ziddiyyətin aradan qaldırılması üçün yenidən ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/9800/2023 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubunda qeyd olunmuşdur ki, eyni dövr üçün eyni sənədlər əsasında fərqli nəticəli audit rəyinin verilməsi düzgün deyildir, bununla bağlı mübahisələndirilən dövr üzrə yenidən sənədlər auditə təqdim edilib audit yoxlaması keçirildikdən sonra ekspert rəyinin verilməsi mümkündür. Məhz buna görə də apellyasiya instansiyası tərəfindən yenidən audit aparılması qərara alınmış, həmçinin, əvvləki rəylərdə olan ziddiyyətlərin müəyyən olunması ilə bağlı suallar da qoyulmuşdur.
47. Rəylərdə olan ziddiyyətlərlə bağlı qoyulmuş suallar ekspert tərəfindən cavablandırılarkən ümumiyyətlə heç bir əsasdandırma aparılmamış, hər hansı bir elmi – tədqiqat metoduna istinad olunmamışdır. Bunun əksinə olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasının 25 noyabr 2024-cü il tarixli “Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə hesabat”ında fərqli nəticəyə gəlinmiş və bu nəticə X1 Standartları (MHBS), 4400 saylı (düzəliş edilmiş) əlaqəli xidmətlər üzrə beynəlxalq standartın (ƏSBS), 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi” Auditin nəticələri və hesabatlıq standartı (BAS), 4400 saylı “Maliyyə məlumatları ilə bağlı razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə tapşırıqlar” Əlaqəli xidmətlər üzrə beynəlxalq standartlara (ƏXBS) istinadlarla kifayət qədər əsaslandırılmışdır. Buna görə də məhkəmə kollegiyası ekspert qarşısında qoyulmuş 3 sualla bağlı ekspertin gəldiyi nəticə əsasladırılmadığından bununla razılaşmır və Azərbaycan Respublikasının Auditorlar Palatasının 25 noyabr 2024-cü il tarixli “Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə hesabat”ı üzrə gəlinən nəticəni əsaslı hesab edir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert tərəfindən əvvəlki rəylər əsasında rəy verilməsi mümkün olmadığından yenidən auditin aparılması zəruriliyi qeyd olunduğundan zərərin məbləği müəyyən olunarkən "xxxx" MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatı üzrə araşdırma aparılmalıdır.
49. "xxxx" MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatına əsasən Cavabdeh1 MMC-də aparılmış audit yoxlaması nəticəsində kassanın 1C uçot proqramında qeyd olunmuş məlumatlarına əsasən yoxlamanın əhatə etdiyi dövr (2015, 2016, 2017-ci ilin 7 ayı) ərzində müəssisənin sabiq rəhbərliyi tərəfindən 1321733,85 (104650 + 181987 + 367884,69 + 667212,6) manat pul vəsaitinin təsdiqedici sənədlər olmadan qanunsuz yolla kassadan götürülməsi nəticəsində müəssisəyə ziyan vurulması müəyyən olunsa da, məhkəmə - mühasibatlıq ekspertizasının 01 may 2025-ci il tarixli, 9- 10045 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, həmin auditor hesabatının düzgünlüyünü müəyyən etmək mümkün deyildir, iş materiallarında olan auditin gəldiyi nəticəyə əsas yarada bilən sənədlər mövcud deyildir, iş materiallarında olan sənədlərə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə məxsus pul vəsaitlərinin nağdlaşdırılmasını, MMC-yə zərər vurulmasını və s. halları da müəyyən etmək mümkün deyildir.
50. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinin tədqiqi hissəsində hansı səbəblərdən audit hesabatı ilə razılaşmamanın əsaslandırmasını tədqiq edərək qeyd edir ki, ekspert rəyində formal olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tədqiqi Qaydları”nın, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın bəndlərinə istinad olunsa da, təqdim olunmuş sənədlərlə bu normalar arasında hansı uyğunsuzluğun olması əsaslandırılmamış və yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.
51. Lakin "xxxx" MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatında bunun əksinə olaraq hər bir dövr üçün ayrıca hesablama və əsaslandırma aparılaraq bütün məxaric sənədlərinin tarixi və nömrəsi, həmin məxaric sənədlərində hansı məbləğlərin məxaric olunması konkret olaraq qeyd olunmuşdur. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, zərərin məbləği müəyyən olunarkən "xxxx" MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatına istinad olunmalıdır və ekspert rəyində gəlinən nəticə əsaslandırılmadığından bu hesabatın mötəbər sübut kimi qiymətləndirilməməsi üçün əsas ola bilməz.
52. "xxxx" MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatında bu nəticəyə gəlinmişdir ki, Cavabdeh1 MMC-də daxili nəzarət zəif olmuşdur, direktoru İddiaçı tərəfindən 104650 manat məbləğində pul vəsaiti götürülmüş, həmin pul vəsaitinin xərclənməsini təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün müəssisəyə ziyan vurulması müyyən olunur. Cavabdeh1 MMC-nin kassa məxaric sənədlərində mühasib kimi imza etməsinə baxmayaraq mühasib – xəzinədar Rəşad Rəşidovun əvəzinə Qədirov Səyid 367884,69 manat kassa məxaric sənədlərinə imzalar edilərək nağd pul vəsaiti naməlum şəxslər tərəfindən götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur. Cavabdeh1 MMC-nin mühasibatlıq tərəfindən kassadan müxtəlif təyinatlara və ayrı – ayrı şəxslərə kassa məxaric sənədləri yazılmış 181987 manat naməlum şəxslər tərəfindən kassadan götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur. Cavabdeh1 MMC-nin (2015, 2016, 2017-ci ilin 7 ayı) 1C mühasibatlıq uçotuna müdaxilə edilmiş və kassanın qalığı azaldılaraq 667212,6 manat pul vəsaiti kassadan götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur. Cavabdeh1 MMC-də aparılmış audit yoxlaması nəticəsində kassanın 1C uçot proqramında qeyd olunmuş məlumatlarına əsasən yoxlamanın əhatə etdiyi dövr (2015, 2016, 2017-ci ilin 7 ayı) ərzində müəssisənin sabiq rəhbərliyi tərəfindən 1321733,85 (104650 + 181987 + 367884,69 + 667212,6) manat pul vəsaitinin təsdiqedici sənədlər olmadan qanunsuz yolla kassadan götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur.
53. Azərbeynəlxalq Audit Xidməti” MMC-nin 23 oktyabr 2024-cü il tarixli auditor hesabatı üzrə gəlinən nəticə bundan ibarət olmuşdur ki, direktor İddiaçı tərəfindən 104650 manat məbləğində pul vəsaiti götürülmüş, həmin pul vəsaitinin xərclənməsini təsdiq edən sənədlər təqdim olunmamışdır, Cavabdeh1 MMC-nin (2015, 2016, 2017-ci ilin 7 ayı) 1C mühasibatlıq uçotuna müdaxilə edilmiş və kassanın qalığı azaldılaraq 667212,6 manat pul vəsaiti kassadan götürülmüş, nəticədə müəssisəyə ziyan vurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə olan zərərin İddiaçı tərəfindən vurulması təsdiqini tapır və iddianın bu hissədə (104650 + 667212,6 = 771862,6) təmin olunması üçün əsaslar vardır.
54. Lakin hesabatın digər hissələrində qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hesabatda Cavabdeh1 MMC-nin kassa məxaric sənədlərində mühasib kimi imza etməsinə baxmayaraq mühasib – xəzinədar Rəşad Rəşidovun əvəzinə Qədirov Səyid 367884,69 manat kassa məxaric sənədlərinə imzalar edilərək nağd pul vəsaiti naməlum şəxslər tərəfindən götürüldüyü, həmçinin MMC-nin mühasibatlıq tərəfindən kassadan müxtəlif təyinatlara və ayrı – ayrı şəxslərə kassa məxaric sənədləri yazılmış 181987 manat naməlum şəxslər tərəfindən kassadan götürüldüyü və nəticədə müəssisəyə ziyan vurulması qeyd olunur. Göründüyü kimi bu hissələrdə qeyd olunan məbləğlərin “kassa məxaric sənədlərində mühasib kimi imza etməsinə baxmayaraq mühasib – xəzinədar Rəşad Rəşidovun əvəzinə Qədirov Səyid 367884,69 manat kassa məxaric sənədlərinə imzalar edilərək nağd pul vəsaiti naməlum şəxslər tərəfindən götürüldüyü” və “mühasibatlıq tərəfindən kassadan müxtəlif təyinatlara və ayrı – ayrı şəxslərə kassa məxaric sənədləri yazılmış 181987 manat naməlum şəxslər tərəfindən kassadan götürüldüyü” qeyd olunur. Yəni, həmin məbləğlərin ümumiyyətlə kim tərəfindən götürülməsi məlum deyildir və bu məbləğdə zərərin yaranmasına cavabdehliyi İddiaçı daşıya bilməz, bu məsuliyyət mühasibatlığın və bu sahəyə məsul şəxslərin üzərindədir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, iddianın digər hissədə təmini üçün əsaslar mövcud deyildir.
55. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin hər 2 iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə qismən təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv edilməli, ilkin və qarşılıqlı iddialar yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(009)- 7/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(009)- 7/2022 nömrəli qətnaməsi İddiaçı Cavabdeh1nə qarşı işdən azad olunmasının qanunsuz hesab edilərək, 20 iyun 2018-ci il tarixli qərarın ləğvi, əmək kitabçasındakı qeydin etibarsız hesab edilərək Cavabdeh1 direktoru vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işdən azad edildiyi dövr üçün 2017-ci ilin sentyabr tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər olan orta əmək haqqının, son haqq-hesabın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasının rədd olunduğu hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. İddiaçı işdən azad olunduğu günə kimi ödənilməmiş son haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hesablanaraq Prolink Caspian” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilsin. İlkin iddia qalan hissələrdə rədd edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(009)- 7/2022 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(009)- 7/2022 nömrəli qətnaməsi Cavabdeh1 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiasının rədd olunduğu hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh1 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilsin. 771862,16 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsi üçün ödənilməli olan 250 manat məbləğində pul vəsaitinin 203 manat məbləğində hissəsi İddiaçı, 47 manat məbləğində hissəsi Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.