Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9781/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh 192 saylı körpələr evi-uşaq bağçasının müdiri X2 və vəkil X1 iştirakları ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-3449/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 192 saylı körpələr evi - uşaq bağçasına qarşı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 17.03.2021-ci il tarixli, 04 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli, 2(008)-3449/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər ərizə ilə müraciət edərək aralarında barışıq sazişi bağladıqlarını bildirərək, həmin barışıq sazişini məhkəmə kollegiyasına təqdim edib, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Həmçinin iddiaçı barışıq əldə olunduğu üçün, iddiadan imtina etdiyini bildirdi. Tərəflərin məhkəməyə təqdim etdiyi 27 oktyabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər razılığa gəlirlər ki, 1. İddiaçı 192 saylı körpələr evində tərbiyəçi vəzifəsində işləyərkən fəaliyyətində yol verdiyi nöqsanları etiraf edərək və barəsində verilmiş intizam tənbehlərini qəbul edərək öz öhdəsinə götürür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan cavabdeh 192 saylı körpələr evi - uşaq bağçasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqını ödənilməsi” tələbinə dair iddia tələbindən imtina edir. 2. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 17.03.2021-ci il tarixdən ləğv edilməsi barədə ərizə verir. 3. 192 saylı körpələr evi - uşaq bağçasının müdiri X2 öz öhdəsinə götürür ki, İddiaçı iddiadan imtinası müqabilində, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 17.03.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə 17.03.2021-ci il tarixli, 4 saylı əmri ləğv edir, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17.03.2021ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən ləğv edilməsi barədə əmr verir. 4. İddiaçı öz öhdəsinə götürür ki, gələcəkdə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqını ödənilməsi ilə bağlı 192 saylı körpələr evi - uşaq bağçasına qarşı heç bir iddia ilə çıxış etməyəcəkdir. 5. İddiaçı öz öhdəsinə götürür ki, 192 saylı körpələr evi - uşaq bağçasının müdiri X2 barəsində irəli sürdüyü əsassız ittihamlarla bağlı Bakı şəhəri İcra Hakimiyyətinə və 192 saylı körpələr evi - uşaq bağçasına təkzib və üzr məktubu ünvanlayacaqdır. 6. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. 7. Bu saziş bağlandığı andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, barışıq sazişi təsdiq edilməklə, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 3449/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 3449/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçının iddiadan imtinası qəbul edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.
1. İddiaçı 192 saylı körpələr evində tərbiyəçi vəzifəsində işləyərkən fəaliyyətində yol verdiyi nöqsanları etiraf edərək və barəsində verilmiş intizam tənbehlərini qəbul edərək öz öhdəsinə götürür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan cavabdeh 192 saylı körpələr evi - uşaq bağçasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqını ödənilməsi” tələbinə dair iddia tələbindən imtina edir. 2.İddiaçı onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 17.03.2021-ci il tarixdən ləğv edilməsi barədə ərizə verir. 3.192 saylı körpələr evi - uşaq bağçasının müdiri X2 öz öhdəsinə götürür ki, İddiaçı iddiadan imtinası müqabilində, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 17.03.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə 17.03.2021-ci il tarixli, 4 saylı əmri ləğv edir, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17.03.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən ləğv edilməsi barədə əmr verir. 4.İddiaçı öz öhdəsinə götürür ki, gələcəkdə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqını ödənilməsi ilə bağlı 192 saylı körpələr evi - uşaq bağçasına qarşı heç bir iddia ilə çıxış etməyəcəkdir.
5. İddiaçı öz öhdəsinə götürür ki, 192 saylı körpələr evi - uşaq bağçasının müdiri X2 barəsində irəli sürdüyü əsassız ittihamlarla bağlı Bakı şəhəri İcra Hakimiyyətinə və 192 saylı körpələr evi - uşaq bağçasına təkzib və üzr məktubu ünvanlayacaqdır.
6. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
7. Bu saziş bağlandığı andan qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev