Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9794/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X9 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(004)-91/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmamış ailə üzvləri - X3, X4 və X10 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 18 nömrəli evdən çıxarılmaları və onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Oktyabr rayonu X2 İcrayə Komitəsinin 02.10.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş evin hüquqi cəhətdən təsdiq edilməsi və anası X19 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınması qərara alınmışdır. Sonradan ünvan dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmiş, evin nömrəsi olduğu kimi 8 saxlanılmışdır. 3 saylı “ASAN Xidmət” Mərkəzinin 28.02.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, hazırda o 4 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar. Cavabdeh1, ailə üzvləri ilə qeyri-qanuni olaraq onun ailə üzvləri ilə yaşadığı evi zəbt edilmiş və dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh evi tərk etmir. Qeyd edilir ki, MH seriyalı 033283 nömrəli 14.06.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A nömrəli özbaşına tikilmiş ev vardır. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 1N Xidmət” Mərkəzinin 14.03.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar. Yəni, Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsində yerləşən 8 və 8A nömrəli evləri fərqlidir. Halbu ki, cavabdehlər özünə məxsus 8A nömrəli evdə yox, iddiaçının qeydiyyatda olduğu 8 nömrəli evdə yaşayırlar. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xİdmətinin 16.05.2017-ci il tarixli **********62 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 27.11.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiliklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli 590 nömrəli Fərmanı əsasında “ünvan 3 ünvana “ünvan 4an Dadaşov küçəsi ev 8A” ünvana isə “ünvan 6in yeni ünvanı X.Dadaşov ev 20 olduğu halda, qeyri-qanuni olaraq ona məxsus X.Dadaşov küçəsindəki 18 nömrəli evi zəbt etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(004)-91/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə, hakim X20 barəsində xüsusi qərardad qəbul edilməsini və ekspertiza ilə bağlı xərclərin cavabdehdən tutulmasını xahiş etmişdir. Apelyasiya şikayətində işin faktiki halları sadalanmışdır. Kollegiya tərəfindən X16, X9, X17, X5 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər F.Cabarov, A. Cabarova və Y.Fərəcova apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxaraq, özlərinə məxsus evin ünvanının düzgün qeyd olunmasını istədiklərini bildirdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu X2 İcrayə Komitəsinin 02.10.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş ev hüquqi cəhətdən təsdiq edilmiş və İddiaçı anası X19 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınmışdır. Sonradan “4cü Yasamal” küçəsinin adı dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmişdir. 3 saylı “ASAN Xidmət” Mərkəzinin 28.02.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar. 10.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 3 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar. 11.01.2020-ci il tarixli arayışdan görünür ki, X14, X16, X9, X6, Cavabdeh1 və digər şəxslər ünvan 9 ünvanda rəsmi qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 31.01.1996-ci il tarixli 185 nömrəli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu 4-cü Yasasamal küçəsindəki 193,7 kv.m torpaq sahəsində yerləşən 137,4 kv.m yaşayış sahəsi və 173,8 kv.m köməkçi sahəsi olan 8A nömrəli evin Cavabdeh1 adına mülkiləşdirilmiş, evin inventarlaşdırılması və qeydiyyat şəhadətnaməsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-dən xahiş edilmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 14.06.1996-cı il tarixli MH seriyalı 033283 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 1N Xidmət” Mərkəzinin 14.03.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 16.05.2017-ci il tarixli **********62 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 27.11.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiliklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli 590 nömrəli Fərmanı əsasında “ünvan 3 ünvana “ünvan 4an Dadaşov küçəsi ev 8A” ünvana isə “ünvan 11ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 10/95 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 nömrəli evlə, yəni - Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 18 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 287,8 kv.m təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 8A nömrəli ev, yəni - Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 20 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 154,9 kv.m təşkil etdiyini nəzərə alaraq 18 və 20 nömrəli fərdi yaşayış evləri texniki cəhətdən eynilik təşkil etmir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən X7 ünvanlanmış 11.02.2016-cı il tarixli məktubunda göstərilmişdir ki, Sizə məxsus Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 20 (köhnə 8A) saylı fərdi yaşayış evi özbaşına tikili olduğundan və həmin tikiliyə dair idarəyə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə dövlət reyestrində qeydiyyata alınmamışdır. İdarənin mütəxəsissləri həmin ünvanda olarkən məlum olmuşdur ki, istifadənizdə olan daşınmaz əmlak 133,8 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 83,0 kv.m, yaşayış sahəsi 54 kv.m olan 3 otaqlı bir mərtəbəli fərdi yaşayış evidir. Həmçinin evin yeni ünvanı ünvan 13adaşov küçəsi 18 saylı (köhnə 8A) iki mərtəbəli fərdi yaşayış evi Cavabdeh1 məxsusdur və Sizin mülkə aidiyyəti yoxdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)- 383/2012 saylı 05 sentyabr 2012-ci il tarixli qərarından görünür ki, iş materiallarında olan ünvan 14 ünvanlarda yerləşən evlərin və Cavabdeh1 əvvəllər qeydiyyatda olduğu və yaşadığı X.Mustafayev küçəsi, 16 ünvanda yerləşən evin ev dəftərlərinin surətlərindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu X.Dadaşov küçəsi 8 saylı evdə 10.10.1969cu ildə X19, 1976-cı ildə qızı X11, 1986-cı ildə X12 qeydiyyata alınmış, həmin dəftərin 9-cu vərəqində qeydiyyata alınan digər şəxslər barədə yazılar qələmlə qaralandığından həmin yazıların oxunması mümkün olmamışdır. 8 “a” saylı evə dair ev dəftərinin mövcud olmadığı bildirilmişdir. X.Mustafayev küçəsi 16 ünvanda yerləşən evin ev dəftərindən görünür ki, Cavabdeh1 həmin evə 1986-cı il tarixdə qeydiyyata alınmış, 1995-ci il tarixdə qeydiyyatdan çıxarılaraq X.Dadaşov küçəsi 8 “a” saylı ünvana qeydiyyata düşmüşdür. Həmin qərarla müəyyən edilmişdir ki, mübahisəli həyətyanı torpaq sahəsi heç bir vaxt İddiaçı qanuni istifadəsində olmamış, həmin ünvanda yerləşən özbaşına tikiliyə Tamam Eyvazovanın istifadə hüququ tanınaraq ailə üzvləri ilə birlikdə qeydiyyata alınmışdır. Həmin tikilinin 1969-cu ildə nədən ibarət olması, sahəsi, otaqların sayı, planı barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin ünvanda yerləşən 3 otaqlı özbaşına tikili qeyri-rəsmi qaydada A.Cabbarovaya satılmış, sonradan qalan tikililər eyni qaydada Cavabdeh1 satılmışdır. Cavabdeh1 T.Eyvazovadan aldığı evdə 1992-1995-ci illərdə təmir-tikinti işləri aparmış və inşa etdiyi həmin özbaşına tikilini öz adına rəsmiləşdirərək qeydiyyat vəsiqəsi almışdır. İddiaçının həmin iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, özbaşına tikiliyə anası X8 1969-cu ildə istifadə hüququ tanınsa da, sonradan o həmin tikililəri sataraq 1995-ci ildən həmin ünvandan ilə üzvləri ilə birlikdə çıxdığından, 2006-cı ildə T.Eyvazova vəfat etməsi ilə əlaqədar mübahisəli mülkə miras açılmadığından İddiaçı həmin mülkə və onun yerləşdiyi torpaq sahəsinə dair varis kimi hər hansı hüququ yaranmamışdır, İddiaçı tərəfindən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh1 məxsus özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan, dövlət mülkiyyətində olan torpaqlara dair sərəncam vermək hüquq isə yerli icra hakimiyyəti orqanlarına məxsus olduğundan Yasamal rayon İcra Hakimiyyəti öz səlahiyyəti daxilində hərəkət edərək, dövlət mülkiyyətinə olan torpaq sahəsində inşa edilmiş özbaşına tikilini “8a” saylı ev kimi hüquqi qeydə almış və bu zaman Bakı şəhər Sovetinin 17.02.1989-cu il tarixli 2-ci çağırış 8-ci sessiyasının qərarına əsaslanaraq Yasamal rayon İcra Hakimiyyətinin nəzdində qanunsuz tikintilərin hüquqi qeydə alınması komissiyasının üzvlərinin texniki rəyini almış, həmin sərəncam əsasında Cavabdeh1 həmin evə dair mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.05.2013-cü il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-971/2018 saylı 15.05.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçılar üçüncü şəxs Cavabdeh1 məxsus fərdi yaşayış evinin ünvan 15 ünvan əsasında yeni Bakı şəhəri Yasamal rayonu X.Dadaşov 18) ünvanını mübahisələndirməkdə subyektiv hüquqa malik deyillər. Əvvəlki iddiaların rədd olunmasına əsas ünvan 17 ünvanına iddiaçıların subyektiv hüquqlarının mövcud olmaması və həmin ünvanda yerləşən evin üçüncü şəxs Cavabdeh1 məxsusluğu olmuşdur (Məhz ünvan əsasında da yeni qaydalara əsasən cavabdeh tərəfindən üçüncü şəxsə yeni – ünvan 18 ünvanı verilmişdir). Heç bir hüquqları daşınmaz əmlakın dövlət reyestrində təsbit olunmayan, özbaşına tikili sahibləri olan iddiaçıların həmin reyestrdəki üçüncü şəxs Cavabdeh1 adına cavabdeh tərəfindən qeydiyyata alınmış evinə məxsus X.Dadaşov küçəsi 8 A (yeni 18) ünvanını mübahisələndirmək və onun etibarsızlığını tələb etmək üçün subyektiv hüquqları yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1485/2018 saylı 25.07.2018ci il tarixli qərarından müəyyən edilir ki, köhnə ünvanı ünvan 19araq ünvan 20r, İddiaçı da X.Dadaşov ev 8 (köhnə ünvan) ünvanında qeydiyyatdadır, iddiaçının hüquqi qeydiyyatı həmin ünvana aid olduğundan və daşınmaz əmlak obyektinin nömrəsi haqqında məlumatlar açıq hesab edildiyindən, maraqlı şəxs kimi Qaydaların tələblərinə uyğun olaraq ünvan reyestri ilə bağlı arayış şəklində məlumat almaq hüququna malikdir. Belə bir arayışın verilməsi həmin daşınmaz əmlak obyektinin mülkiyyətçisinin (sahibinin) hüquqlarını pozmur və məhdudlaşdırmır, ünvan reyestri ilə bağlı arayış iddiaçıya həmin daşınmaz əmlak obyektinin mülkiyyətçisi və istifadəçisi kimi deyil, həmin ünvanda qeydiyyatda olan maraqlı şəxs kimi verilməlidir. Həmçinin göstərilmişdir ki, yeni ünvan verilənə qədər iddiaçı ünvan 21muş, üçüncü şəxs Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmış tikili isə X.Dadaşov 8a ünvanı kimi qeyd edilmiş, işdəki qüvvədə olan məhkəmə qərarlarına əsasən həmin ünvanda qeydiyyatdan keçmiş tikilidən əlavə iddiaçı və digər şəxslərin pasport qeydiyyatında olduğu özbaşına tikili olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin İddiaçı ünvanlanmış 21.01.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, köhnə ünvanı Xaqan Dadaşov (keçmiş 4-cü ünvan 22munal xidmət aparan qurumlardan verilmiş arayış və qəbzlərə əsasən) yaşayış evinə Azərbaycan Respublikası Prezidentinin 27.11.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarına” əsasən ünvan 23 ünvan löhvəsi quraşdırılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, köhnə ünvanı Xaqan Dadaşov “8” olan yaşayış evi 14.06.1966-cı il tarixində ünvanı Xaqan Dadaşov (keçmiş 4-cü ünvan 24 vəsiqəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin X7 ünvanlanmış 21.01.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, köhnə ünvanı Xaqan Dadaşov küçəsi “8A” olan yaşayış evinə Azərbaycan Respublikası Prezidentinin 27.11.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarına” əsasən ünvan 25 ünvan lövhəsi quraşdırılmışdır. Keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, faktiki olaraq yeni ünvanla X.Dadaşov 18 (köhnə ünvan 8) ünvanda Cavabdeh1 yaşayır, X.Dadaşov küçəsi 8A (yeni ünvan 20) ünvanında isə Afət Cabarova ailəsi ilə yaşayır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı şəhəri Oktyabr rayonu X2 İcrayə Komitəsinin 02.10.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş ev hüquqi cəhətdən təsdiq edilmiş və İddiaçı anası X19 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınmışdır. Sonradan “4cü Yasamal” küçəsinin adı dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmişdir. Həmin ünvanda yerləşən 3 otaqlı özbaşına tikili qeyri-rəsmi qaydada A.Cabbarovaya satılmış, sonradan qalan tikililər eyni qaydada Cavabdeh1 satılmışdır. Cavabdeh1 T.Eyvazovadan aldığı evdə 1992-1995-ci illərdə təmir-tikinti işləri aparmış və inşa etdiyi həmin özbaşına tikilini öz adına rəsmiləşdirərək qeydiyyat vəsiqəsi almışdır. Həmçinin müəyyən olunmuşdur ki, köhnə ünvanı ünvan 26adaşov küçəsi, ev 8A göstərilməklə Cavabdeh1 adına qeydə alınmışdır. Yəni, Cavabdeh1 hazırda yaşadığı ev faktiki olaraq keçmiş 8 saylı evdir və həmin evin üçüncü şəxslərin yaşadıqları 20 (köhnə 8A) saylı evə aidiyyəti yoxdur. İddiaçı qeydiyyatı da keçmiş 8, hazırki 18 saylı evədir. Göründüyü kimi, İddiaçı ünvan 27 ünvanında pasport qeydiyyatındadır, faktiki olaraq isə hazırda həmin ünvanda Cavabdeh1 yaşamaqla, həmin ev sonuncunun mülkiyyətindədir. Qüvvədə olan Ali Məhkəmənin qeyd olunan qərarı ilə ünvan 27 ünvanının Cavabdeh1 mülkiyyətində olması, İddiaçı isə həmin evdə qeydiyyatda olması və bu səbəbdən də ünvan reyestri ilə bağlı arayış şəklində məlumat almaq hüququna malik olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, Cavabdeh1 ailə üzvləri ilə yaşadığı Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A (indiki ünvan 28A) nömrəli 2 mərtəbəli evin İddiaçı qeydiyyatda olduğu ünvan 28 ünvana aidiyyəti yoxdur. Beləliklə Kollegiya hesab edir ki, iddiaçının mübahisəli ünvanda pasport qeydiyyatında olması formal xarakter daşıyır və hazırki iddia tələbinin qanuni və əsaslı hesab edilməsi nəticəsinə gəlməyə əsas vermir, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli özbaşına tikiliyə anası X8 1969-cu ildə istifadə hüququ tanınsa da, sonradan o, həmin tikililəri sataraq 1995-ci ildən həmin ünvandan ailə üzvləri ilə birlikdə çıxdığından, 2006-cı ildə T.Eyvazova vəfat etməsi ilə əlaqədar mübahisəli mülkə miras açılmadığından İddiaçı həmin mülkə və onun yerləşdiyi torpaq sahəsinə dair varis kimi hər hansı hüququ yaranmamışdır. İddiaçının qeyd edilən ünvanda qeydiyyatda olması Cavabdeh1 mülkiyyətində olan və faktiki olaraq yaşadığı ünvandan çıxarılmasına və iddiaçının həmin ünvana köçürülməsinə əsas verən hal deyildir, hazırki iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-91/2021 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9794/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9794/2021
13.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver