Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9844/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-1/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 13 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.08.2019-cu il tarixli çıxarış verilmişdir. Həmçinin bildirir ki, cavabdeh ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibidir və orada yaşayır. Torpaq sahəsinə çıxarış aldıqdan sonra ona məlum oldu ki, mülkiyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və daş hasara alınmışdır. Dəfələrlə cavabdehi şifahi xəbərdar edərək, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və zəbt edilmiş torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı Pirallahı Rayon Polis şöbəsinə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, hazıkı mübahisə mülki xarakterli olduğu üçün, cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki idda qaldırmaq hüququ var. Amma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində qeyd olunur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət ququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı Pirallahı Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğu üçün, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 13 saylı bağ sahəsi yanında yerləşən 0.0425 ha torpaq sahəsi cavabdehdən alınaraq ona qaytarılmalı, onun xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün cavabdeh tərəfindən yaranmış maneələr aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 13 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq ona qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətləri qadağan edilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin («torpaq üzərində mülkiyyət hüququnu pozma» cinayətinin) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-1/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİ” b/y-NİN 11 saylı bağ sahəi üvanında yerləşən 0,0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdə alınaraq İddiaçı Babakiş qızına qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-1/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-1/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Babakiş qızı apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-1/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiaya məhkəməsi tərəflərin təqdim etdiyi sübutları araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlətreyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi yanında yerləşən sənəd üzrə sahəsi 0.06 olmaqla faktiki sahəsi 0.0425 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsində yerləşən 0,0425 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək iddiaçının mükiyyətində olan torpaq sahəsini daş hasara almışdır. Bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə zəddir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub ki, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın saxta sənədlər əsasında verilməsinə istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Quliyev X1 Yaqut Babakişi qızınz qarşı çıxarışın ləğv edilməsi edilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş və onun iddiası qeyri-mümkün hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin bu barədə2-1(112)-4557/2020 saylı 22.09.2020-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021 ci il tarixli 2-1(103)-347/2021 saylı qərardadla, həmin qərərdad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-813/2021 saylı 04.05.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Cavabdeh apellyasiya şikayətində irəli sürdüyün dəlilin həqiqiliyini sübuta yetirə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdıraraq işin faktiki hallarını düzgün müəyyən etmiş və maddi və prosessual hüquq normalarının tətbiqində səhvə və prosessual qanun pozuntusuna yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirikmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-1/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9844/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9844/2021
01.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver