Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9915/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Bahar Dünyamalıyevanın iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbsi, “X1” adlandırlan ərazidə yerləşən 41B nömrəli fərdi yaşayış evi (bundan sonra – ev) boşaldılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, ev boşaldılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev əvvəl cavabdehə məxsus olub, kreditin qaytarılmasının təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. Kredit vaxtında qaytarımadığına görə evə tutma yönəldilib, iddaçı evi alıb, ev üzərində iddiaçının mülkiyyət hüququ 21.12.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Cavabdehin artıq evə hər hansı hüququ yoxdur, o, evə qanunsuz sahiblik edirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9915/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9915/2021
05.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver