Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9967/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin qaytarılması, mülkiyyətdən istifadəyə qanunsuz maneənin aradan qaldırılması, əgər qətnamə icra olunan zaman maşın mövcud olmazsa əmlakın dəyərinin ödənilməsi” tələbinə 2(008)- 273/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 2012-ci il buraxılışlı, VAZ 21214 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, mülkiyyətdən istifadəyə qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Nikoyl” İKB-nin 6 saylı filialı ilə arasında bağlanmış 21 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 22 faiz hesablanmaqla 36 ay müddətinə 8500 manat məbləğində kredit götürmüş və bu məbləğ müqavilə bağlanan tarixdə onun hesabına ödənilmişdir. Kredit müqaviləsinə əsasən kreditin təyinatı 2012-ci il buraxılışlı, VAZ 21214 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı 21 may 2012-ci il tarixli ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, tərəflərin razılığı ilə 11000 manat məbləğində qiymətləndirilmiş, mülkiyyət hüququ ilə ona məxsus olan 2012-ci il buraxılışlı VAZ 21214 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobildir. Kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 50 illik etibarnamə verərək avtomobili sürməyə vermişdir. Cavabdeh1 qeyd edilən avtomobili bir müddət sürdükdən sonra etibarnamə ilə onu başqasına satmış və beləliklə avtomobil bir neçə əl dəyişmişdir. Bundan sonra onda olan məlumata görə sonuncu dəfə etibarnamə Cavabdeh3 verilmişdir. Daha sonra isə sonuncu etibarnaməsi olmadan qardaşı Cavabdeh2 avtomobili sürməyə vermişdir. Cavabdeh3 2013-cü ildə Suraxanı Rayon Polis İdarəsinə şikayət verərək avtomobilin tapılmasını xahiş etmiş, bununla bağlı əməliyyat tapşırığı verilsə də, hal-hazıradək mübahisəli avtomobilin tapılması mümkün olmamışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər qismində Cavabdeh2 və Cavabdeh3 qeyd edərək 2012-ci il buraxılışlı, VAZ 21214 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılması, mülkiyyətdən istifadəyə qanunsuz maneənin aradan qaldırılması, əgər qətnamə icra olunan zaman maşın mövcud olmazsa əmlakın dəyərinin 9000 manatın və 100 manat hüququ yardıma görə ödənilmiş vəsaitin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2012-ci il buraxılışlı, “VAZ 21214” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı qaytarılması, mülkiyyətdən istifadəyə qanunsuz maneənin aradan qaldırılması, əgər qətnamə icra olunan zaman maşın mövcud olmazsa əmlakın dəyərinin 8915 manat və 100 manat hüquqi yardıma gör ödənilmiş vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2012-ci il buraxılışlı “VAZ 21214” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Həmin avtomobili onun iş üzrə cavabdeh olan qardaşı Cavabdeh3 Bayram adlı şəxsdən pul ödəyərək almış, hər ay banka ödəniş etməli olmuş, bir müddət sonra həmin avtomobili etibarnamə ilə başqa şəxsə satmışdır. Qardaşının avtomobil salonu var, o, avtomobili həmin salonda satışa qoymuşdur. Həmin şəxs də həmçinin müəyyən miqdarda ödəniş etmiş, avtomobil üçün qalan pulu banka hər ay ödəməli imiş, Naməlum şəxs həmin avtomobili almaq niyyəti ilə aparmış və geri qaytarmamışdır. Hal-hazırda avtomobil axtarışdadır və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində bununla bağlı ərizə vardır. Apellyasiya baxışı zamanı Cavabdeh2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı şikayəti qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, həmin avtomobil uzun müddət Cavabdeh2 istifadəsində olmuşdur, bunu görən şəxslər də vardır. Hər iki cavabdeh ona avtomobilin pulunu qaytaracaqlarını bildirirsələr də, bu günədək ona hər hansı məbləğdə pul verməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh3 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən təqdim olunan məlumatdan görünür ki, mübahisə predmeti olan VAZ 21214 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.08.2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı “Nikoyl” İKB-nin xeyrinə 7980,95 manat əsas kredit borcu, 880,46 manat faiz borcu və 54,29 manat dəbbə pulu borcu, ümumilikdə 8915,70 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin girov predmeti olan və İddiaçı məxsus VAZ 21214 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, əldə olunan vəsait hesabına bankın xeyrinə 7980,95 manat əsas kredit borcu, 880,46 manat faiz borcu və 54,29 manat dəbbə pulu borcu, ümumilikdə 8915,70 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. “Elektron notariat” X1 çıxarışların və İddiaçı 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə ünvanlandığı 25.01.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 14.06.2012-ci il tarixdə X13, 29.06.2012-ci il tarixdə X3 Sərxan İsmayıl oğluna, 28.10.2012-ci il tarixdə X2 Bayram Elxan oğluna, 23.11.2012-ci il tarixdə isə X4 Elxan Rəşid oğluna etibarnamə vermişdir. İddiaçı 25.01.2020-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək onun adından Cavabdeh3 adına verilmiş etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barələrində ünvanladığı müraciətlər əsasında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılmış müvafiq araşdırmasının nəticəsi məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, 25.06.2018-ci il və 06 fevral 2019-cu il tarixlərdə İddiaçı müraciəti üzrə Bakı şəhər Baş Polis İdarəsində aparılmış araşdırma zamanı «Niva» markalı Az **-CB-*** dövlət qeydiyyat nömrəli avtomaşını Cavabdeh2 qardaşı Cavabdeh3 23.11.2012-ci il tarixdə Bayram Mehdiyev adlı şəxsdən 224618 nömrəli etibarnamə əsasında aldığı müəyyən olunmuş, lakin həmin avtomaşını polis kapitanı Cavabdeh2 etibarnaməsiz idarə etdiyinə görə Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən intizam tənbehinə layiq bilinmiş, eləcə də müraciət üzrə təkrar araşdırmada qəbahətin törətdiyi vaxtdan 3 il müddət keçməsi nəzərə alınmaqla DİN-nin 2009-300 nömrəli əmrinin 43-cü bəndinə əsasən ciddi xəbərdar olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı əmlakından məhrum olmuş, həmin əmlakı almaq üçün bankdan kredit götürmüş, krediti ödəyə bilmədiyinə görə bank ona qarşı 8915 manat məbləğində kredit borcunun qaytarılması barədə iddia irəli sürmüşdür. Onun avtomobili cavabdehlər Cavabdeh2 və Cavabdeh3 olmuş, beləliklə iddiaçı əmlakından məhrum olmaqla 8915 manat məbləğində ziyana düşmüşdür. Məhkəmə kollegiyası mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh2 da alınaraq İddiaçı qaytarılması, onun tərəfindən də mülkiyyətdən istifadəyə qanunsuz maneənin aradan qaldırılması, həmçinin, qətnamə icra olunan zaman maşın mövcud olmazsa əmlakın dəyərinin 8915 manatın iddiaçının xeyrinə tutulması hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, həmin nəqliyyat vasitəsinin Cavabdeh2 olmasını təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı “VAZ 21214” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.06.2012-ci il tarixdə X13, 29.06.2012-ci il tarixdə X3 Sərxan İsmayıl oğluna, 28.10.2012-ci il tarixdə X2 Bayram Elxan oğluna, 23.11.2012-ci il tarixdə X4 Elxan Rəşid oğluna etibarnamə vermişdir. Göründüyü kimi, qeyd edilən nəqliyyat vasitəsinin idarə edilməsi üçün adlarına etibarnamə verilmiş şəxslərin sihayısında Cavabdeh2 olmadığı üçün iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinin həmin cavabdehin istifadəsində olması qənaətinə gəlmək doğru deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qətnamə icra olunan zaman maşın mövcud olmazsa əmlakın dəyəri olaraq 8915 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: -əmlakın mülkiyyətçiyə məxsus olması; - əmlakın başqa şəxsin sahibliyində olması; - başqa şəxsin sahibliyinin qanunsuz olması; - özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır; - geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalıdır; - əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Göstərilən şərtlər və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı fərdi-müəyyən əşya olan mübahisə edilən avtomobilin məhv olub-olmamasını sübuta yetirə bilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Mülkiyyət hüququnun obyekti yalnız fərdimüəyyən əlamətlərə malik olan əşya ola bilər və məhz bu səbəbdən müvafiq əşyanın məhv olması avtomatik olaraq həmin əşyaya olan mülkiyyət hüququnun xitamına səbəb olur. Əşyanın özü yoxdursa, maddi-hüquqi tələb də yoxdur. Bu, o deməkdir ki, özgənin qanunsuz sahibliyində olan əşyanın məhv olması, mühüm dərəcədə dəyişdirilməsi, istehlak olunması və s. vindikasiyanın predmetini, yəni maddi hüquqi tələbi istisna edir. İddia tələbindən də görünür ki, iddiaçının avtomobilin məhv olub-olmamasından məlumatı yoxdur. Odur ki, hazırki mülki iş üzrə yuxarıda göstərilən hallar öz təsdiqini tapmadığından, iddia tələbi bu hissədə təmin oluna bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın Cavabdeh2 qarşı təmin olunan və qətnamə icra olunan zaman maşın mövcud olmazsa əmlakın dəyəri 8915 manatın iddiaçının xeyrinə tutulması hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissələrdə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(008)- 273/2021 saylı qətnaməsi- iddianın Cavabdeh2 qarşı təmin olunan və qətnamə icra olunan zaman maşın mövcud olmazsa əmlakın dəyəri 8915 manatın iddiaçının xeyrinə tutulması hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissələrdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9967/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9967/2021
13.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver