Məhkəmə qərarları › İş №2(103)-9973/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9973/2020

25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9973/2020 25.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2836/2009 saylı xx xxxxxxx 2009cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2836/2009 saylı xx xxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 582 manat, kredit faizləri üzrə 200 manat, cəmi 782 manat məbləğində borcun və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2836/2009 saylı xx xxxxxxx 2009-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kollegiya iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki işin materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-2836/2009 saylı xx xxxxxxx 2009-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun xx.xx.2009-cu il tarixli qərarı ilə icraata başlanılmışdır. Sonra qeyd olunan icra sənədi aidiyyatı üzrə Nizami rayon İcra Şöbəsinə göndərilmiş və xx.xx.2020-cu il tarixli qərarla icraata başlanılmış və qanunla müəyyən edilmiş qaydada icra ilə əlaqədar müəyyən hərəkətlər edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birbaşa Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir və xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ- 27651 nömrəli məktubla şikayət AR MPM-nin 133, 362-364-cü maddələrinin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi Xətai Rayon Məhkəməsinin 2(011)-2836/2009 saylı xx xxxxxxx 2009-cu il tarixli qətnaməsinin çıxarıldığı vaxtdan 11 il keçməsinə baxmayaraq,cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılması məsələsinə münasibət bildirməyərək apellyasiya şikayətini mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı madəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxslərə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, kollegiya hesab edir ki, hazırki mülki işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 363.1.3, 363.3, 366, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar