Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1007/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)- 142/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. 26.01.2025-ci il tarixli CL-EE002866915 nömrəli istehlak krediti müqaviləsinin surətindən əsasən, iddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edərək 48 ay müddətinə, illik 14,9 faiz ödəmək şərti ilə, 14000 manat kredit götürmüşdür.
2. İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma formasının surətinə əsasən, kredit götürən şəxs İddiaçı tərəfindən ödəniləcək məbləğ əsas borc üzrə 14000 manat, faiz borcu üzrə 4667,96 manat (cəmi : 18667,96 manat) təşkil edir.
3. İddiaçı ilə cavabdehin razılaşmasına əsasən iddiaçı götürüdüyü 14000 manat krediti cxavabdehə vermiş və cavabdeh aylıq ödənişləri faziləri ilə birlikdə həyata keçirməyi öhdəsinə götürmüşdür.
4. Tərtər Rayon Məhkəməsinin 1(061)-09/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs İddiaçı ilə barışması ilə əlaqədar xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14000 (on dörd min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh onun qardaşı oğludur. Aralarınmda yaxın qohum kimi münasibətləri yaxşı olduğundan hətta cavabdehin ailəli və kirayədə qalmasını nəzərə alıb onun təklifi ilə ata yurdunda yaşamasına köməklik etmişdir. Bir sözlə birgə ailə kimi yaşamışlar. Cavabdeh olan qardaşı oğluna daima inanıb, güvənmişdir. xx.xx.2024-cü il tarixdə Ramil axşam işdən gəlib onunla söhbət əsnasında işə piyada gedib-gəlməkdə çətinlik çəkdiyində avtomobil almaq istədiyini və bəyəndiyi avtomobil olsa da maddi imkanı olmadığı üçün ala bilmədiyini bildirmişdir. Cavabdeh ona avtomobil almaq üçün borc pul istəmişdir. Ona maddi imkanı olmadığını, lakin ona kömək məqsədi ilə bankdan kredit götürüb ona verə biləcəyini, cavabdeh də krediti vaxtında ödəyəciyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh və anası ilə birlikdə “Azərbaycan Beynəlxalq Bank”ın Tərtər filialından 48 ay müddətinə, 14,9 faiz ödəmək şərti ilə 14000 manat məbləğində kredit götürərək tam şəkildə cavabdehə vermişdir. Cavabdeh ailə üzvlərinin yanında krediti hər ay ödənişlərini ödəyəcəyinə söz vermişdir. Həmin pulla cavabdeh özünə ** LY *** dövlət qeydiyyat nişanlı, “Ford Fucion” markalı avtomobil almışdır. Lakin bundan sonra cavabdehlə aralarında soyuq münasibət yaranmışdır. Bunun nəticəsində cavabdeh qəsdən məqsədli şəkildə son üç aydır ki, ödəniş etməmişdir. Nəticədə bank aylıq ödənişi gecikmiş faizlə birlikdə onun əmək haqqından tutmuşdur. Bu isə onun maddi vəziyyətini daha da çətinləşdirir. Bu və digər məsələlərə görə qardaşı oğlu Ramil və onun ailəsi ilə münaqişələrə gətirib çıxartmışdır. Həmin münaqişə ilə bağlı Tərtər rayon Polis Şöbəsinə müraciət etmiş, hazırda araşdırma yekunlaşmışdır. Həmin araşdırma vaxtı izahatı alınmış qardaşı oğlu Cavabdeh həqiqətən ondan 14000 manat pul aldığını, lakin maddi imkanı olmadığından qaytara bilmədiyini göstərmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 14000 (on dörd min) manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17108 (on yeddi min yüz səkkiz) manat pul vəsaiti, 142 (yüz qırx iki) manat dövlət rüsumu və vəkil xidməti üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pul vəsaitinin alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) göstərmişdir ki, iddiaçı 26 yanvar 2024-cü ildə "xxxx" ASC-in Tərtər Filialından 48 ay müddətinə,14,9 faizilə 14000 manat pul götürərək Cavabdeh vermişdir. Həmin pulla Ramil özünə avtomobil almışdır. Ramil iddiaçının qardaşı oğludur. Cavabdeh həmin kredit məbləğindən cəmi 2328 manat pul ödəmiş, lakin xeyli müdətdir ki, ödəniş etmir. Məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 17108 (on yeddi min yüz səkkiz) manat pul vəsaiti, 142 (yüz qırx iki) manat dövlət rüsumu və vəkil xidməti üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pul vəsaitinin alınıb İddiaçı verilməsini xahiş etmişlər. Beləliklə cavabdehin iddiaçıya olan borcu ümumilikdə 18668 manat təşkil etmişdir. Beləliklə cavabdehin ödədiyi məbləğ çıxılmaqla cavabdehin idiaçıya olan borcu 16340 manat təşkil etmişdir. Həmin pul mübahisəsi ilə bağlı aralarında yaranmış münaqişə zamanı Cavabdeh İddiaçı döymüş və ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla bağlı CM-in 128-ci maddəsi ilə cinayət işi açılmış və istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtər Rayon Məhkəməsində həmin cinayət işinə baxılarkən iddiaçı qohum olduqlarını nəzərə alıb onu bağışlamış və cavabdeh barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin pul iddiaçının əmək haqqından tutulur. Hazırda Cavabdeh iddiaçıya olan borcu 16340 manat pul vəsaiti, 142 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqından ibarətdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəmə iclasında göstərmişdir ki, İddiaçı onun xahişi ilə 26 yanvar 2024-cü ildə "xxxx" ASC-in Tərtər Filialından 48 ay müddətinə, 14,9 faizilə, 14000 manat pul götürərək ona vermişdir. O, həmin kredit məbləğindən 6 ay müddətində 2328 manat ödəmişdir. Lakin İddiaçı ilə aralarında olan mübahisələrə görə 6 ay ödəniş etməmişdir. Onun həmin pulu birdəfəlik ödəməyə imkanı olmadığını, ancaq kredit üzrə aylıq ödənişləri edə biləcəyini göstərmişdir. Göstərdiklərinə əsasən iddianın 14000 manat məbləğindən ödədiyi hissə çıxılmaqla qalan hissənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.
10. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-142/2025 nömrəli qətnaməsi (hakim Kamil Rzayev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 16340 (on altı min üç yüz qırx) manat pul vəsaiti, 142 (yüz qırx iki) manat dövlət rüsumu və vəkil xidməti üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həqiqətən məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin izahatları ilə təsdiq edilir ki, cavabdehin iddiaçıya pul borcu vardır və həmin pulu qaytarmamışdır. Yalnız tərəflər arasında pulun ümumi məbləği ilə bağlı mübahisə mövcuddur. Belə ki, məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi Vəkil göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh xahişi ilə "xxxx" ASC-dən illik 14,9 faiz olmaqla, 48 ay müddətinə, 14000 manat ktediti götürüb ona vermişdir. Həmin məbləğ 4667,96 manat faizlə birlikdə 18668 manat təşkil etmişdir. Cavabdeh bir müddət krediti ödəmiş, lakin sonradan gecikmələr olduğu üçün iddiaçı ilə cavabdehin arasında bu səbəbdən mübahisələr olmuş, cavabdeh iddiçını döymüş, barəsində cinayət işi açılmış, lakin iddiaçı məhkəməyə ondan şikayət və tələbi olmaması ilə bağlı ərizə verdiyi üçün cinayət işinin icraatına xitam verilmişdir. Cavabdeh özünün də dediyi kimi kredit məbləğində 6 ay ödəmiş və həmin məbləğ ümumilikdə 2328 manat təşkil etmişdir. Beləliklə hazırda Cavabdeh İddiaçı 17108 manat pul borcu qalmışdır. Həmin məbləğdə pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, həqiqətən İddiaçı "xxxx" ASCdən 14000 manat götürüb ona vermişdir. Həmin kredit məbləğindən 2328 manat hissəsini ödəmişdir. Lakin iddiaçı ilə həmin pulla bağlı mübahisə yarandığından kreditin aylıq ödənişini etməmişdir. Odur ki, ümumi məbləğin 14000 manat olmaqla həmin məbləğdən ödədiyi 2328 manat pulun çıxılmasını və həmin məbləğin təmin edilməsini xahiş etmişdir. İstər iddiaçı tərəf, istərsə də cavabdeh borcun göstərdikləri məbləğdə olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmiş, hər iki tərəf öz şəxsi mülahizələrinə əsasəlanaraq izahat vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfədə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bu səbəbdən onların arasında mübahisə olmuş, nəticədə cavabdeh iddiaçını döymüş və onun barəsində cinayət işi açılmışdır. Cinayət işinə məhkəmədə baxılarkən iddiaçı humanistlik göstərərək qohum olduqlarını və digər səbəbləri nəzərə alaraq idiaçı barəsində şikayət tələbinin olmadığını bildirmiş və beləlıiklə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi cavabdehin iddiaçıya 17108 manat pul borclu olduğunu və borcu qaytarmadığını, eləcə də Cavabdeh izahatında iddiaçıya özünün şəxsi mülahizələrinə əsaslanaraq göstərdiyi məbləğdə pul borcu olduğunu, lakin maddi vəziyyəti ilə bağlı həmin borcu birdəfəyə qaytara bilmədiyini göstərmişdir. Bunlara baxmayaraq məhkəmə elan olunmuş mötəbər sübutlara əsalanaraq, eləcə də hər iki tərəfin məhkəmə iclasında verdikləri izahatlarında cavabdehin ümumi borc məbləğindən 2328 manat hissəsini ödəməsi ilə bağlı göstərdiklərinə əsasən hesab edir ki, cavabdehin hazırkı vəziyyətdə iddiaçıya olan borcu 16340 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş mötəbər sübutlatlarla bu fakt tam təsdiq olunmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh borcu tam qaytarmamışdır. Bununla da məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 16340 manat borcunu qaytarmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh iddiaçının bankdan 14000 manat kredit götürərək ona verdiyini etiraf etmiş, həmin kredit məbləğinin 4667,96 manat hissəsini nəzərə almamışdır. Hansı ki, həmin məbləğ də kredit ödənərkən ödəniş edilməli məbləğ təşkil edir.
14. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı bankdan 48 ay müddətinə, 14,9 faiz ödəmək şərti ilə, 14000 manat kredit götürərək cavabdehə vermişdir. Məhkəmə iclasında elan olunmuş istehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma formasının surətində, kredit götürən şəxs İddiaçı tərəfindən ödəniləcək məbləğin əsas borc üzrə 14000 manat, faiz borcu üzrə 4667,96 manat (cəmi: 18667,96 manat) təşkil etdiyi öz təqsdiqini tapmışdır. Göründüyü kimi faiz məbləği də ümumi kredit məbləğini təşkil etmişdir. Cavabdehin iddiaçıya pul borclu olmasını və borcunu qaytarmadığıını təsdiq edən yuxarıda qeyd olunan özünün etirafedici izahatını və digər sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 78.1, 107, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-n Tərtər rayon filialından illik faizi 14.9% olmaqla 48 ay müddətinə hər ay 388.93 manat kreditin faizi ödənilməklə 14000 manatın banka kreditin ümumi ödənişi 18.668 manatdır. İddiaçı mart 2025-ciiltarixə kimi banka 5000 manat p u l ödəyibdir. Banka ödənilən 5000 mantadan, altı ayının pulu 2.328 manatını mən özüm ödəmişdir. Yerdə qalan 2.716 manatını isə iddiaçı özü ödəyibdir. Aramızda yaranan narazılığa görə mən banka ödəməni davametdirə bilməmişdir. Mən Tərtər rayon məhkəməsindədə izahat verərək bildirmişəm ki, mən iddiaçıya olan 2716 manat pulu və banka yerdə qalan 11.340 manatı ödəməyi bildirsəmdə hakimnəzərə almayaraq heç bir qanunçuluğa sığmayan qətnamə qət etdi. Mən bu gündə iddiaçının banka və özünə olan borcumu ödəməyə hazıram. Tərtər rayonməhkəməsiiddiaçınınmüvəqqətitəmin tələbi ilə bağlı ərizəsinə mənimiştirakım olmadan baxaraq istifadəmdə olan ** LY *** d.n.n avtomaşınımüzərinə həbs qoyaraq əmlakımdan istifadə etməyimə qadağa qoyubdur. Mən məhkəmənin qəraını aldıqdan sonra, 650 manat əmək haqqım olduğu üçün həbsin avtomaşınımın üstündən götürülməsi barədə qərar verməsi ilə bağlı məhkəməyə ərizə versəmdə məhkəmə ərizəmə baxmayaraq geri qaytarıbdır. Yazıb məlumedirəmki, iddiaçı mənimdə doğma bibimdir. Biz15-ildən artıqdır ki, ünvan 1 ünvanında olan həyət evində yaşayırıq. xx.xx.2024-cü il tarixə kimiiddiaçı ilə aramızda heç bir narazılıq olmamışdır mehriban yaşamışıq. Bank ayda bibimin əmək haqqısından 388.93 manat pulu tutaraq kreditin hesabına ödəyirdi. Məndə əmək haqqımı (maaşımı) alan kimi 389 manat pulu nəqd olaraq bibim İddiaçı vermişəm. Pulun ödənilməsi ilə bağlı iddiaçı ilə aramızda olan səs yazısı olan diski məhkəmə prosesində hakimə təqdimetmişəm. Beləkiməhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş məhkəmənin gəldiyi nəticə üçün mühüməhəmiyyətli olan bütün faktiki hallaraydınlaşdırılmamaış (araşdırılmamaış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamaış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamaışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən onun xahişi ilə 26 yanvar 2024-cü ildə "xxxx" ASC-in Tərtər Filialından 48 ay müddətinə,14,9 faizilə, 14000 manat pul götürərək ona vermişdir. O, həmin kredit məbləğindən 6 ay müddətində 2328 manat ödəmişdir. Lakin, iddiaçı ilə aralarında olan mübahisələr görə 6 aydan sonra ödəniş etməmişdir. Hazırda kredit borcunun hazırki tarixə olan məbləğini birdəfəlik ödəmək istəsə də cavabdeh buna razılaşmamışdır. Cavabdeh ondan qalıq əsas və faizlərin öna ödənilməsini tələb edir vəo, iddiaçının yerinə banka ödəniş edib krediti bağlaya bilmir. Belə ki, bank ondan kredit borcunu götürmür. Məhkəmənin verdiyi zaman ərzində iddiaçı ilə borcun ödənilməsi üçün banka getməklə bağlı razılığa gələ bilməmişdir. Belə ki, cavabdeh bütün məbləğin ona verilməsini bildirir. Onun ödənişlərindən sonra 12.668,61 manat təşkil etmişdir. Hazırda onun ödənişlərdən sonra qalan 14.107,82 manat məbləğində olan borcun ondan tutulmasına razıdır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
40. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
42. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
43. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
44. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
48. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
50. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
51. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh xahişi ilə "xxxx" ASC-dən illik 14,9 faiz olmaqla, 48 ay müddətinə, 14000 manat ktediti götürüb ona vermişdir. Həmin məbləğ 4667,96 manat faizlə birlikdə 18668 manat təşkil etmişdir. Tərəflərin razılaşmasına əsasən 14000 manat kredit iddiaçı tərəfindən cavabdehə verilmiş və cavabdeh krediti onun yerinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bir müddət krediti ödəmiş, lakin sonradan gecikmələr olduğu üçün iddiaçı ilə cavabdehin arasında bu səbəbdən mübahisələr olmuş, cavabdeh iddiçını döymüş, barəsində cinayət işi açılmış, lakin iddiaçı məhkəməyə ondan şikayət və tələbi olmaması ilə bağlı ərizə verdiyi üçün cinayət işinin icraatına xitam verilmişdir.
52. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh borcu tam qaytarmamışdır. Bununla da məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya olan 16340 manat borcunu qaytarmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh iddiaçının bankdan 14000 manat kredit götürərək ona verdiyini etiraf etmiş, həmin kredit məbləğinin 4667,96 manat hissəsini nəzərə almamışdır. Hansı ki, həmin məbləğ də kredit ödənərkən ödəniş edilməli məbləğ təşkil edir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı bankdan 48 ay müddətinə, 14,9 faiz ödəmək şərti ilə, 14000 manat kredit götürərək cavabdehə vermişdir. Məhkəmə iclasında elan olunmuş istehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma formasının surətində, kredit götürən şəxs İddiaçı tərəfindən ödəniləcək məbləğin əsas borc üzrə 14000 manat, faiz borcu üzrə 4667,96 manat (cəmi: 18667,96 manat) təşkil etdiyi öz təqsdiqini tapmışdır. Göründüyü kimi faiz məbləği də ümumi kredit məbləğini təşkil etmişdir. Cavabdehin iddiaçıya pul borclu olmasını və borcunu qaytarmadığıını təsdiq edən yuxarıda qeyd olunan özünün etirafedici izahatını və digər sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir.
53. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslı deyildir.
54. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
55. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
56. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
57. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
58. Qeyd olunan mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdehlər sübut etməlidir.
59. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən götürülmüş 14.000 manat kredit məbləği cavabdehə verilmiş və cavabdeh də qeyd edilən pulun onun tərəfindən götürülməsini etiraf etmişdir.
60. Hazırki mübahisə isə qaytarılan və qaytarılmalı olan pulun məbləği ilə bağlıdır.
61. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman iddiaçı iddiasının əsası kimi, qanuni qüvvəsini almış məhkəmə qərarını birinci instansiya məhkəməsinə təqdim etmişdir.
62. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
63. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 1(061)-09/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə iddiaçı izahatında göstərmişdir ki, onun adına kredi sənədləşdirilmiş və ona kredit olaraq verilən 14000 manatı ramilə vermişdir. Ramil krediti və faizlərini aybay özü ödəyəcəyinə söz vermiş və 06 ay ödəniş etmişdir. Lakin, daha sonra ödənişlər etmədiyindən ondan tutulmalar baş vermişdir.
64. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
65. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarında iddiaçıın özü də cavabdehin kredit məbləğində 06 ay müddət ərzində ödənişlər etdiyini və daha sonra isə ödənişləri dayandırdığını bildirmişdir.
66. Məhkəmə hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
67. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Birinci instansiyası məhkəməsi borca dair Mülki Məcəlləsinin 739-cu maddəsinə istinad etməkdə haqlı olmamışdır.
68. Birinci instansiyası məhkəməsi tərəflərin borc münasibətlərində olmasını əsaslandırmış və Mülki Məcəllənin qüvvədən düşmüş 739-cu maddəsinə istinad etmişdir.
69. Belə ki, iddiaçının kredit götürdüyü xx.xx.2024-cü il tarixdə birinci instansiyası məhkəməsinin istinad etdiyi 739-cu maddəsi qüvvədə olmamışdır. Həmin maddəyə 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Qanunla dəyişiklik edilmiş və borc müqaviləsinə dair maddi hüquq normaları yeni redaksiyada verilmişdir.
70. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin yarnadığı zaman qüvvədə olan maddi hüquq normasına deyil qüvvədən düşmüş normaya istinad etmiş, hazırki mübahisəyə ümumiyyətlə aidiyyəti olmayan maddi hüquq normasına istinad etmiş və tərəflər arasında şifahi borc müqaviləsinin bağlandığını əsaslandırmışdır.
71. Halbu ki, xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
72. Hazırki iş üzrə borcun məbləği üç min manatdan çox olduğundan tərəflərin borc münasibətlərin çıxış etmələri üçün tərəflər arasında borca dair yazılı müqavilə mövcud olmalıdır ki, tərəflər arasında yazılı müqavilə müvcud deyildir.
73. Belə olan halda tərəflərin borca dair razılaşması əhəmiyyətsiz olduğundan tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır.
74. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
75. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
76. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
77. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
78. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz adına kredit götürərək, əldə etdiyi ümumilikdə 14.000 manat kredit məbləğini cavabdehə vermiş, lakin pul geri qaytarılmamış, nəticədə isə iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, iddiaçı kreditin əsas borcunu və faizləri özü ödəyir. Buna görə də cavabdeh iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
80. MPM-nin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
81. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
82. Cavabdehdən tutulmalı olan pul məbləğinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən götürülmüş kreditin əsas məbləği və faizləri 6 ay ərzində cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda cavabdehdən 6 aydan sonra ödənilməmiş əsas kreditin məbləği olan 12668,61 manat pul və cavabdehin 6 aydan sonra hazıradək ödədiyi faiz qismində 1439,21 manat vəsait cavabdehdən tutulmalıdır. Həmin borc məbləği ödənildikdən sonra iddiaçı tərəfindən faizlərə görə məbləğ ödəniləcəyi təqdirdə iddiaçı həmin məbləği cavabdehdən tələb edə bilər.
83. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə əlaqədar tamamilə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli və iddia qalan hissədə isə təmin edilməməlidir.
84. Eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 132 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
85. Məhkəmə həmçinin izah edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddiaçıya münasibətdə birinci instansiyası məhkəməsi tərəfindən təmin edilən hissə 16340 manat olmuş və o, apellyasiya şikayəti verməmişdir. Hazırki qətnamə ilə təmin edilən hissə isə 14.107,82 manatdır ki, iddiaçıya münasibətdə mübahisələndirilən hissə 2235,18 manat təşkil edir. Mübahisələndirilən hissə 5000 manat az olduğundan iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.
86. Cavabdehə münasibətdə isə qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi tərəfindən təmin edilən hissə 16340 manat olsa da cavabdeh apellyasiya şikayətində 11340 manat ödəməyə hazır olduğunu etiraf emiş və məhkəmə iclasında 14.107,82 manatı ödəməyə razı olduğunu bildirmişdir. Belə olan halda apellyasiya şikayətində ödəməyə hazır olduğu 11340 manata münasibətdə ondan tutulmuş 14.107,82 manatla mübahisələndirilən hissə 2767,82 manat təşkil edir. Məhkəmə iclasında verdiyi izahatına münasibətdə isə o, tutulacaq məbləğlə razlaşdığından mübahisələndirilən hissə mövcud deyildir ki, hər iki hala münasibətdə onun kassasıya şikayəti vermək hüququ yoxdur.
87. Birinci instansiyası məhkəməsinin qətnaməsi tamailə ləğv edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və vəkilə ödənilən xidmət haqqıda cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.6-ci maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci madddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-142/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 14.107,82 (on dörd min yüz yeddi manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 132 (yüz otuz iki) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla cəmi 14.559,82 (on dörd min beş yüz əlli doqquz manat səksən iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.