Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1009/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-77/2025 nömrəli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron RPŞ-in istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toprlanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərarda aparılmış araşdırma zamanı Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayının 28-dən aprel ayının sonuna qədər o, İddiaçı ümumilikdə 26500 manat hissəhissə alver etmək məqsədi ilə pul almışdır. O, hər gün Vüsala əvvəlcə 107 manat, daha sonra isə 207 manat verməli olmuşdur. Onlar bir müddət meyvə alveri edib ümumilikdə 28700 manat Vüsala pul vermişlər. O, Vüsala 53000 manat pul verməli olduğunu göstərmişdir. Hazırda müflisləşdiyi üçün Vüsalın dediyi məbləği verə bilmədiyini göstərmişdir. Eləcə də araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2023-cü ilin mart ayında axşam saat 19-20 radələrində İddiaçı yaşadığı evin qarşısına gəlmişlər. Vüsal avtomobilə əyləşmiş və 26500 manat pulu Rövşənə əlbəəl vermişdir. Şərtləri o, olmuşdur ki, həmin pulun müqabilində Vüsal onlardan 53000 manat pul alacaq, 53000 manat bitənədək gündəlik 107 manat ona pul veriləcəkdir. Aprel ayından 10 gün onlardan 107 manat pul almış, sonra isə gəlib 107 manatın az olduğunu, ayda 207 manat alacağını bildirmişdir. Həmin ilin sentyabr ayına qədər hər ay 207 manat olmaqla Vüsala pul vermişlər. Həmin tarixədək onlar Vüsala 28700 manat pul ödəmişlər. Onların Vüsala 24000 manat borcu qalmışdır. Vüsala həmin pulu birdəfəlik ödəməyə maddi imkanı olmadıqları üçün hər ay 500 manat vermələri barədə təklif etmiş, lakin o, bununla razılaşmamış, polisə şukayət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, 24000 (iyirmi dörd min) manat pulun, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun və 4320 (dörd min üç yüz iyirmi) manat əldən çıxmış faydanın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 qardaşlarını iki ildir ki, tanımışdır. Cavabdeh1la Xırdalan şəhərində AAAF park yaşayış kompleksində qonşu olmuşdur. Onunla yaxın münasibəti yaranmışdır. 2023-cü ilin mart ayında Rövşən və Natiq meyvə-tərəvəz alveri ilə məşğul olduğuna görə, onlara pul lazım olduğunu bildirmişlər. Əldə olunan qazancın müəyyən hissəsini ona verəcəyinə söz vermişlər. 2023cü ilin mart ayında o, Cavabdeh2 5000 manat pulu Xırdalan şəhərində vermişdir. Aprel ayında isə Natiq ona Rusiya Federasiyasına pomidor göndərmək üçün 15000 manat lazım olduğunu bildirmişdir. Həmin pulu anasından alıb ona vermişdir. Cavabdeh1 və Cavabdeh2 qardaşları xalası oğlu olduğunu bildirərək Cavabdeh3 da bu işə qataraq bundan sonra ondan yenidən hissə-hissə olmaqla 9500 manat pul almışlar. Həmin puldan sonuncu dəfə Pərviz adlı şəxsə 3000 manat pul vermişdir. Dəfələrlə etdiyi xəbərdarlıqlardan və təkidlərdən sonra həmin məbləğlərdən yalnız 5500 manat pulu geri ala bilmişdir. Bundan sonra ona pul qaytarılmamışdır. Onların istifadələrində olan mobil nömrələrə zəng etsə də, telefona cavab verməmişlər. Onlar müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan boyun qaçırmışlar. Onların hərəkətləri nəticəsində ona böyük mənəvi ziyan vurulmuş, həmçinin həmin şəxslər tərəfindən etibarından sui-istifadə nəticəsində xeyli miqdarda əmlakını ələ keçirmişlər. Ona görə də o, məcburiyyət qarşısında qalıb bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılsa da, yekunda cinayət işinin başlanması rədd edilmişdir. Artıq cavabdehlərin yalan vədlərindən bezdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin ona qarşı etmiş olduğu bu hərəkətlərə görə mənəvi iztirab və əzab sarsıntı keçirmiş və hazırda da keçirməkdə davam edir. Əsəb sarsıntıları nəticəsində əsəbləri pozulmuşdur. Cavabdehlərin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması əsəb sarsıntıları və fiziki əzab çəkməsinə səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən 24000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat və 4320 manat əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-77/2025 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev), iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 21000 (iyirmi bir min) manat pul vəsaiti bərabər qaydada, 3000 (üç min) manat Cavabdeh3 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmədə işə baxılması üçün ödənilməli olan 153 (yüz əlli üç) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 aid edilməsi, onlardan alınıb Dövlət gəlirlərinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092.1, 1096.1, 1096.2 və 1097.1ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 78.1, 81, 88, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(061)-77/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı onlara səyyar alver etmələri üçün sələmlə pul vermişdir. Pulu artıqlaması ilə qaytarmışlar. Ancaq pulu qaytarmaları barədə sübutları yoxdur. İddiaçı ilə verdiyi pula görə may ayının birindən hər gün əvvəl 107 manat, sonradan 207 manat alver etdikləri yerdən pul götürəcəyi ilə bağlı razılığa gəlmişlər. Pulun alınması və qaytarılması ilə bağlı sənədləşmə olmamışdır. İddiaçıda bizdən pulu götürməsi barədə jurnal olmuşdur. Hər dəfədə götürdüyü pulu həmin jurnala qeyd etmişdir. Ümumilikdə Vüsala 28700 manat pul ödəmişlər. İddiaçıya etibar etdikləri üçün o, dükanlarından hər dəfə pulu götürəndə imza etdirməmişlər. İddiaçıda olan jurnalı gətirsə onların ona borclarını ödəmələri öz təsdiqini tapar. İddiaçı onların kimi xeyli sayda şəxsə sələmə pul vermişdir. Həmin jurnalda hər bir kəsin borcu və borcundan ödədikləri qeyd edilib. Sadalananlara əsasən hesab edirlər ki, borclarını ödədiklərindən iddia tələbi rədd edilməlidir.
8. Həmçinin, Cavabdeh2 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-77/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti Cavabdeh1 apellyasiya şikayəti ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
14. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
17. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirirlər. İddianın təmin edilməmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız Cavabdeh1 və Cavabdeh2 münasibətdə həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-77/2025 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehlər arasında pulla bağlı razılaşma olmuş, cavabdehlər iddiaçıdan pul almışdır. Belə ki, aralarında yoldaşlıq münasibəti yaranmış və birgə iş görmək istəmişlər. Hər iki tərəfin razılığı ilə birinci 5000 manat, sonra 15000 manat, sonra ümumi 9500 manat cavabdehlərə pul vermiş, lakin pulu sonra qaytarmamışlar. Həmçinin, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə cavabdehlər borcunun olduğunu etiraf etmişlər.
39. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
40. Azərbaycan Respublikasının MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
41. Azərbaycan Respublikasının MM-in 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
42. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
43. Çünki, iş materiallarında olan araşdırma zamanı ibtidai istintaq orqanına izahat vermiş Cavabdeh2 izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayının 28-dən aprel ayının sonuna qədər o, İddiaçı ümumilikdə 26500 manat hissə-hissə alver etmək məqsədi ilə pul almışdır. O, hər gün Vüsala əvvəlcə 107 manat, daha sonra isə 207 manat verməli olmuşdur. Onlar bir müddət meyvə alveri edib ümumilikdə 28700 manat Vüsala pul vermişlər. O, Vüsala 53000 manat pul verməli olduğunu göstərmişdir. Hazırda müflisləşdiyi üçün Vüsalın dediyi məbləği verə bilmədiyini göstərmişdir. Eləcə də araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2023-cü ilin mart ayında axşam saat 19-20 radələrində İddiaçı yaşadığı evin qarşısına gəlmişlər. Vüsal avtomobilə əyləşmiş və 26500 manat pulu Rövşənə əlbəəl vermişdir. Şərtləri o, olmuşdur ki, həmin pulun müqabilində Vüsal onlardan 53000 manat pul alacaq, 53000 manat bitənədək gündəlik 107 manat ona pul veriləcəkdir. Aprel ayından 10 gün onlardan 107 manat pul almış, sonra isə gəlib 107 manatın az olduğunu, ayda 207 manat alacağını bildirmişdir. Həmin ilin sentyabr ayına qədər hər ay 207 manat olmaqla Vüsala pul vermişlər. Həmin tarixədək onlar Vüsala 28700 manat pul ödəmişlər. Onların Vüsala 24000 manat borcu qalmışdır. Vüsala həmin pulu birdəfəlik ödəməyə maddi imkanı olmadıqları üçün hər ay 500 manat vermələri barədə təklif etmiş, lakin o, bununla razılaşmamış, polisə şukayət etmişdir.
44. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
45. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
46. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
47. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 24.000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti almış, lakin sonradan bu vəsaiti geri qaytarmamışlar.
48. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
49. Həmçinin, iddiaçı tərəfindən təqdim olunan sübutlar arasında ziddiyyətli məqamlar olmamış, əksinə cavabdehlərin mövqeyində ardıcıl olmayan və dəyişən ifadələr müşahidə edilmişdir. Belə ki, ilkin mərhələdə pulu aldıqlarını və gəlir paylaşacağına söz verdiklərini bildirən cavabdehlər, sonradan borcun qaytarıldığını, daha sonra isə ümumiyyətlə borcun olmadığını iddia etmişlər. Bu ziddiyyətli ifadələr cavabdehlərin qeyrisəmimi olduğunu və mövqelərində ardıcıllıq olmadığını göstərmişdir.
50. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçının razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş video yazıları və iddiaçının iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “video yazıları”ndan ümumilikdə müəyyən olunur ki, İddiaçı cavabdehlər arasında söhbətlər olmuş və cavabdeh Pərviz Dostiyevə 3000 manat pul vermişdir.
51. Göründüyü kimi, həmin video yazıda görüntüdə İddiaçı cavabdehlər, o cümlədən Pərviz Dostiyev ilə birbaşa ünsiyyətdə olduğu və həmin şəxsə 3000 (üç min) manat məbləğində pul verdiyi aydın şəkildə müşahidə olunmuşdur.
52. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “video yazı”dakı həmin görüntünün tərəflərə məxsus olması iddiaçı tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin görüntülər başqası tərəfindən gizli yazılmamışdır.
53. Görüntüdə iştirak edən şəxslərin şəxsiyyəti müəyyən edilmiş və cavabdeh Pərviz Dostiyevin pulu qəbul etdiyi an videoda aydın şəkildə əks olunmuş, tərəflərdən heç biri bu görüntünün saxtalaşdırıldığını və ya montaj edildiyini sübuta yetirməmişdir.
54. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
55. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
56. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
57. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bu normaların tələbinə uyğundur.
58. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
62. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
63. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında pulla bağlı razılaşma olmuş, cavabdehlər iddiaçıdan pul almışdır. Belə ki, aralarında yoldaşlıq münasibəti yaranmış və birgə iş görmək istəmişlər. Hər iki tərəfin razılığı ilə birinci 5000 manat, sonra 15000 manat, sonra ümumi 9500 manat cavabdehlərə pul vermişdir. Həmçinin, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə cavabdehlər borcunun olduğunu etiraf etmişlər. Müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 21.000 manat, Cavabdeh3 isə 3000 manat İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 24.000 manat pul vəsaiti almış, lakin sonradan həmin pul vəsaitini geri qaytarmamışlar.
65. Beləliklə, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-77/2025 nömrəli qətnaməsi –cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.