Məhkəmə qərarları › İş №2(104)-1021/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1021/2024

27.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1021/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (həyat yoldaşı) Nümayəndə2 iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-93/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,2714 hektar torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-93/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan (xx.xx.2023-cü il tarixldə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) və ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində Cavabdeh tərəfindən tikilmiş, sahəsi 8 kvadrat metr olan, hamam tikilisinin 5 kvadrat metr hissəsinin sökülməsi, İddiaçı mülkiyyətində olan (xx.xx.2023-cü il tarixldə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) və ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində 67 kvadrat metr torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(125)-93/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunan hissələrində ləğv olunması və həmin hissələrdə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdehə məxsus mənzil çoxmənzilli binanın 8 mənzilindən biridir. Bina 1860-cı illərdə çar Rusiyyası zamanında tikilmiş binadır. O zamanlar belə binaların həyətində ümumi tualetləri olan bina olub. SSRİ illərində hər bir mənzil sahibi binanın həyətyanı sahəsində dövlət orqanlarının razılığı ilə özlərinə ayrıca olaraq hamam tualet tikdirərək özləri üçün şərait yaradıblar. Məlum məsələdir ki, çox mənzilli binaların həyətyanı sahələri olur. Hansı ki, həmin həyətyanı sahələr mənzillərdə yaşayanların istifadəsinə verilən sahələrdir. Hər bir mənzil sahibi də ümumi razılıq əsasında hər mənzilə mənzillərinin qarşısında ayrıca olaraq hamam və tualet tikilmişdir. Bu tikililər və tikililərin yerləşdiyi sahələr mənzil sahiblərinin istifadəsinə verilən və DƏDRdə də qeydiyyatda alınan sahələrdir. Bu səbəbdən xx.xx.2008-ci il tarixli **********805101- 093001 reyestr nömrəli çıxarışdan göründüyü kimi Gəncə şəhəriAtatürk prospektində istifadə də olan 0,0347 ha torpaq sahəsində yerləşən 11 nömrəli 1 mərtəbəli binanın 2-ci girişində 91 kvadrat metr ümumi olmaqla 37 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına DƏDR-də hüquqların dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan Çıxarışdan göründüyü kimi ümumi sahəsi 91 kvadrat metr olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində, mənzilin yerləşdiyi 0,0347 ha torpaq sahəsi isə istifadəsində olmaqla Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-də qeydiyyata alınmışdır. Çoxmənzilli binaların sakinlərinin gəzintisi, gediş-gəlişi, yük aparıb gətirməsi, uşaqların oynaması və sakinlərə məxsus avtomobillərin dayanması üçün binanın yerləşdiyi torpaq sahəsindən əlavə həyətyanı sahəsi də olmalıdır. O həyətyanı sahə də sakinlərin istifadəsində olan torpaq sahələridir. Binanın mənzillərinin ayrıca hamam-tualeti olmadığına və ümumi olduğuna görə mənzillərin sahiblərinin qarşılıqlı razılıqları və dövlət orqanlarının da razılıqları ilə hər bir mənzil sahibləri öz mənzillərinin qarşısındakı həyətyanı sahəni hasarlayaraq hamam tualet və sairə yardımçı sahələr tikdirərək özlərinə zərari şərait yaratmışlar. İddiaçının mülkiyyətində olan torpaq sahəsi 24 saylı uşaq bağçasının özəlləşdirilməsi nəticəsində əldə olunan torpaq sahəsidir. Cavabdehin (bizim) mənzildən Sidqi Ruhulla küçəsinədək Atatürkprospekti boyu 10 metr enində torpaq sahəsinin 24 saylı uşaq bağçasının həyətyanı torpaq sahəsinə hər hansı bir aidiyyəti olmamışdır. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi (həyat yoldaşı) Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, yaşadıqları çoxmənzilli binanın sakinləri üçün həyətdə ümumi istifadə üçün ayaqyolu vardır. Lakin onlar özləri üçün binanın ümumi istifadəsində olan torpaq sahəsində ayrıca olaraq hamam tualet tikdirərək özləri üçün şərait yaratmışar. İddiaçının mülkiyyətində olan torpaq sahəsi 24 saylı uşaq bağçasının özəlləşdirilməsi nəticəsində əldə olunan torpaq sahəsidir. Onların tikililərinin isə 24 saylı uşaq bağçasının həyətyanı torpaq sahəsinə hər hansı bir aidiyyəti olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(125)-93/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunan hissələrində ləğv olunması və həmin hissələrdə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(125)-93/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(125)-93/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunan hissələrində ləğv olunması və həmin hissələrdə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli elektron çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,2714 ha olan yaşayış məntəqələrinin torpağı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. xx.xx.2023-cü il tarixli 944484 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsini xx.xx.2023-cü il tarixli, 4Ə-269 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmçinin ünvan 2 ünvanında yerləşən **********26 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli, **********8-05101- 093001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospektində istifadədə olan 0,0347 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. xx.xx.2008-ci il tarixli, **********68-05101-093001 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportun surətindən göünür ki, Cavabdeh Gəncə şəhəri, Atatürk prospektində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzilini xx.xx.2008-ci il tarixli, 4Ə-3-312 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8741 nömrəli rəyindən görünür ki, **********26 reyestr nömrəli çıxarışa əsasən 0,2714 hektar torpaq sahəsindən 0,01325 hektar (132.5 kv.m) hissənin İddiaçı faktiki olaraq istifadəsində olmadığı müəyyən edilmişdir. Cavabdeh **********68-05101-093001 reyestr nömrəli çıxarışaəsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kvadrat metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınımış 0.2714 hektar torpaq sahəsi ilə, Cavabdeh mülkiyyətində ola mənzilin yerləşdiyi torpaq sahəsinin 65,45 kvadrat metr hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi sahədə əlavə, faktiki istifadəsində olan 77,6 kvadrat metr torpaq sahəsinin 67 kvadrat metr hissəsi, həmin 77,6 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 8 kvadrat metr sahədə olan hamam tikilisinin isə 5 kvadrat metr hissəsinin, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyasında müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli elektron çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,2714 ha olan yaşayış məntəqələrinin torpağı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixli, 4Ə-269 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almış və xx.xx.2023-cü il tarixli 944484 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində ünvan 2 ünvanında yerləşən **********26 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli, **********8-05101- 093001 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Atatürk prospektində istifadədə olan 0,0347 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh Gəncə şəhəri, Atatürk prospektində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzilini xx.xx.2008-ci il tarixli, 4Ə-3-312 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8741 nömrəli rəyi ilə **********26 reyestr nömrəli çıxarışa əsasən 0,2714 hektar torpaq sahəsindən 0,01325 hektar (132.5 kv.m) hissənin İddiaçı faktiki olaraq istifadəsində olmadığı müəyyən edilmişdir. Cavabdeh **********68-05101-093001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kvadrat metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınımış 0.2714 hektar torpaq sahəsi ilə, Cavabdeh mülkiyyətində ola mənzilin yerləşdiyi torpaq sahəsinin 65,45 kvadrat metr hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi sahədə əlavə, faktiki istifadəsində olan 77,6 kvadrat metr torpaq sahəsinin 67 kvadrat metr hissəsi, həmin 77,6 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 8 kvadrat metr sahədə olan hamam tikilisinin isə 5 kvadrat metr hissəsinin, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuniu və əsaslı olmuşdur. Cavabdehin (bizim) mənzildən Sidqi Ruhulla küçəsinədək Atatürk prospekti boyu 10 metr enində torpaq sahəsinin 24 saylı uşaq bağçasının həyətyanı torpaq sahəsinə hər hansı bir aidiyyətinin olmaması barədə dəlilləri əsaslı sayıla bilməz. Belə ki, işin yuxarıda qeyd edilmiş halları ilə müəyyən olunmuşdir ki, Cavabdeh **********68-05101-093001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kvadrat metr torpaq sahəsi olduğu müəyyən edilmiş və məhz faktiki istifadəsində olan 77,6 kvadrat metr torpaq sahəsinin 67 kvadrat metr hissəsi, həmin 77,6 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 8 kvadrat metr sahədə olan hamam tikilisinin isə 5 kvadrat metr hissəsinin, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-93/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-93/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar