Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1064/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və qızıl-zinət əşyaları tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-84/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər Ağdam rayon Əfətli kənd sakini Cavabdeh mülkiyyətində olmuşdur. Uçot bazasının məlumatına əsasən Cavabdeh mülkiyyətində hal-hazıradək nəqliyyət vasitəsi qeydiyyatdan keçmir.
2. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(013)-27/2023 nömrəli müvvəqəti təminat tədbirinin görülməsinə dair qərardadının icrası ilə əlaqədar xx.xx.2023cü il tarixdə Ağdam rayon İcra və Probasiya Şöbəsinin İcra məmurları tərəfindən tərtib edildiyi A.Ş.Alışzadə, N.V.Qarayev, Cavabdeh, Nümayəndə və E.L.Fərhadov tərəfindən imzalanmış aktın surətindn görünür ki, Cavabdeh məxsus evdə, İddiaçı iddia ərizəsində göstərdiyi bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı briliyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırqa üzük dəsti, bir ədəd 1600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırqadan ibarət qızıl zinət əşyalarına, cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 6 baş iri buynuzlu mal-qara həyətin tövləsində aşkar edilməmişdir.
3. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-645/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Ağdam RİHB-nin Əfətli kənd İƏD üzrə nümayəndəliyində 12 mart 2013-cü il tarixdə, 07 nömrə ilə bağlanmış nikah akt qeydi pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 anası, yəni cavabdeh İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh, cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına xx.xx.2023-cü il tarixdən başlanılması, qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir.
4. 12.10.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddia ərizəsində göstərilən bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı brilyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırqa üzük dəsti, bir ədəd 1600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırqadan ibarət qızılların cəmi dəyəri 4520 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ərizənin təsviri hissəsində göstərilən qızıl-zinət əşyalarının naturada və ya onların pul ilə dəyəri olan cəmi 4520 manat pulun, həmçinin birgə nikah dövründə əldə edilmiş ümumi dəyəri 7500 manat olan 6 baş mal-qaranın ona çatası, yəni ½ hissəsinin naturada və ya pulla dəyəri olan 3750 manat pulun, qiyməti 10000 manat olan “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ½ hissəsi olan 5000 manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 153 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-645/2023 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh ilə 12 mart 2013-cü ildə nikaha daxil olan zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə etdikləri 6 baş mal-qara cavabdehdə qalmışdır. Eyni zamanda qiyməti 10000 manat olan “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil də cavabdehdə qalmışdır.
7. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-84/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov), iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 34.1 və 35-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-84/2024 nömrəli nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə şahid qismində iş üzrə maraqlı olan tərəflərin izahatını alaraq şahid ifadələri olaraq qətnaməyə salmaqla, işin ədalətli və obyektiv həlli üçün tələb edilən qərəzsizlik və bitərəflilik prinsipini pozmuşdur. Bundan başqa, cavabdehin maraq və mənafeyi xüsusatinda izahat vermiş, onun yaxın qohumları öz fikirlərini təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Elə ki, iddiaçı bildirir ki, əşyalar cavabdehin sahibliyindədir, cavabdeh isə bildirir ki, iddiaçı evdən gedərkən əşyaları özü ilə aparmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddiaçı sübut etməlidir ki, əşyalar cavabdehin sahibliyindədir, cavabeh isə sübut etməlidir ki, iddiaçı evdən gedərkən əşyaları özü ilə aparmışdır. Ancaq, göründüyü kimi Ağdam Rayon Məhkəməsi öz qətnaməsində cavabdehin onun qızıl zinət əşyalarını özü ilə aparmağına dair sübut təqdim edə bilməməsi məsələsinə hüquqi qiymət verməyibdir və bununla da cavabdehin şəxsi mülahizələrsinə əsaslanan şəkildə qızıl zinət əşyalırının alınıb ona verilməsi tələbində iddianı rədd edibdir. Həmçinin, məhkmədə cavabdehin xeyrinə izahat verən şahidlərdən X5 ifadəsində göstərdi ki, o, Cavabdeh qardaşıdır , o, cavabdehlər ilə bir evdə yaşamır, lakin bir ailə üzvü kimi bilir ki, İddiaçı qardaşının və onun xalası oğlu ilə qardaşına xəyanət etmiş və bunun üstü açılmasından qorxaraq heç kimə dəmədən evdən çıxıb getmişdir. Yəni, şahidin dediyinə görə o evi münaqişəli halda tərk etmişdir. Belə olan halda cavabdehin ona qızıl zinət əşyalarını aparmağa icazə verməsi ağlabatan deyil və buna dair də cavabdehin məhkəməyə təqdim etdiyi heç bir sübut növü olmamışdır. Bu kimi mübahisələrdə evin tərk edildiyi şərait sübut əhəmiyyətinə malikdir. O evi mübahisəli şəraitdə tərk etmiş, evi tərk edəcəyini qabaqcadan planlaşdırmamışdır. Bununla bağlı məhkəmə öz qətnaməsində qeyd edir. Bundan başqa, cavabdeh tərəf məhkəməyə, cavbadehin evindən ayrıldıqdan sonra hansısa mərasimdə, şənlikdə ya tədbirdə çəkdirdiyi, onda qaldığını iddia etdiyi qızıl zinət əşyaları üzərində olmasını göstərən, fotoşəkil və ya video görüntü təqdim edə bilməmişdir. Məhkəmənin cavabdehin və onun xeyrinə ifadə verən şahidlərin ifadələri də məhkəmə tərəfindən onun əleyihinə sübut olaraq qəbul edilmişdir ki, bu da obeyktiv və ədalətli qərar qəbuluna maneə olan bir faktdır. Bundan başqa, məhkəmə mal–qaraya dair tələb hissəsində də düzgün nəticəyə gəlməyərək, yalnız icra məmurunun verdiyi sənəd üzrə cavabdehlə birgə nikah dövründə əldə edilmiş hansısa mal qaranın olmadığını özü üçün qəti qənaət hesab etmişdir. Ancaq, məlumdur ki, icra məmuru həyətə baxışa gedərkən həmin mal qaranı cavabdeh başqa yerə köçürdə bilərdi. Məhkəmə işləri təcrübəsində bu cür hallar az olmayıbdır. Necə ki, bankdan kredit almaq üçün qohum qonşunun mal qarasını gətirib öz pəyəsinə bağlayıb kredtin məbləğini çoxaltmaq istəyən şəxslər vardır, eynən cavabdeh də icra məmurunun baxış keçirməsi mərhələsində mal qaranı həyətdən çıxara bilərdi və bunu etdiyinə dair də şübhəsi yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, cavabdeh ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuşlar. Nikahları xx.xx.2023-cü ildə pozulmuşdur. Qızıl-zinət əşyalarının naturada və ya onların pul ilə dəyəri olan cəmi 4520 manat pulun, həmçinin birgə nikah dövründə əldə edilmiş ümumi dəyəri 7500 manat olan 6 baş mal-qaranın ona çatası, yəni ½ hissəsinin naturada və ya pulla dəyəri olan 3750 manat pulun, qiyməti 10000 manat olan “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ½ hissəsi olan 5000 manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 153 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək və iddiaçının göstərdiyi halları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı ona böhtan atır. İddiaçı ona xalasıoğlu ilə xəyanət etmişdir. İddiaçı o, evdə olmayanda iddia əzizəsində tələb etdiyi qızılları, pulu və sənədləri götürərək evdən çıxıb getmişdir. Nikahları xx.xx.2023-cü ildə pozulmuşdur. Onların mal-qarası olmamışdır. Mersedes markalı avtomaşın isə ona məxsus olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
20. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
21. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
22. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;
23. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
24. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
25. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
26. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
27. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35.
28. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur.
29. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı
30. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
31. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-84/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçı ailə quran zaman cavabdehə məxsus evə gəlin köçmüşdür. Bu zaman mübahisəli qızıl-zinət əşyaları iddiaçıya toy zamanı hədiyyə edilmiş, daha sonra ailədaxili münaqişələrə görə evdən çıxmışdır.
51. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna və birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsinin ona məxsus olmasına əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.
52. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, məhkəmə kollegiyası ilk öncə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissəsi ilə bağlı bildirir ki, əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak kimi bölünməsi üçün, qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən dispozisiya şərtlərinin olubolmadığı araşdırılmalıdır.
53. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
54. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
55. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
57. İş materiallarından göründüyü kimi, tərəflər birgə nikah dövründə olan zaman “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil alqı satqı müqaviləsi əsasən xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər Ağdam rayon Əfətli kənd sakini Cavabdeh mülkiyyətində olmuşdur. Uçot bazasının məlumatına əsasən Cavabdeh mülkiyyətində hal-hazıradək nəqliyyət vasitəsi qeydiyyatdan keçmir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlak avtomobil tərəflərin nikaha daxil olmamışdan qabaq cavabdehin mülkiyyətində olan əmlakın satılmasındən əldə edilmiş vəsait hesabına alınmışdır. Halbuki, həmin xüsusatları iddiaçının özü də verdiyi izahatda təsdiq etmişdir. Lakin, cavabdeh pul vəsaiti kifayət etmədiyi üçün qardaşından borca pulun alındığını və onun əsasında isə mübahisəli əmlakın alınmasını qeyd etmişdir. Ancaq, iddiaçı göstərdiyi dəlillər barəsində hər-hansı sübutlarını məhkəmələrə təqdim etməmişdir. Halbuki, 77.1-ci maddənin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Eyni zamanda məhkəmə kollegiyası iddianın qızıl-zinət hissəsi ilə bağlı qiymət verərək bildirir ki, iddia həmin hissədə əsassız olmuşdur.
60. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
61. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
62. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
63. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
64. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.
65. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
66. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
67. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
68. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:
1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;
2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;
3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.
69. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
70. İşin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə, habelə işə əlavə edilmiş fotoşəkillər ilə sübut olunur. Cavabdeh tərəfindən isə qızıl-zinət əşyalarının mövcudluğu mübahisələndirilmir.
71. İş materiallarından görünür ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehdə qalmasını sübuta yetirə bilməmişdir. Doğrudur ki, tələb olunan qızılların mövcudluğu sübut edilir və cavabdeh də bunu inkar etmir. Lakin nəzərə alınmalıdır ki, əmlak tələbi üzrə mübahisə yaranan zaman əmlakların mövcudluğu sübut olunmaqla yanaşı onun tərəflərdən hansında qalması da, müəyyən edilərək sübut edilməlidir.
72. Belə olan halda sübutetmə institunun tələbləri baxımından iddiaçıdan daha güclü sübutlar təqdim olunması tələb edilir. Sübutetmə qaydalarına görə iddiaçının istinad etdiyi dəlillər barədə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə məhkəmələrə qızılların cavabdehlərdə qalması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Göstərilən hal yalnız iddiaçının subyektiv mülahizələrinə söykənməklə onun izahatında öz əksini tapmışdır.
73. Məhkəmə kollegiyası qeyd olunan qızılların cavabdehdə qalması barədə iddiaçının dəlillərini inandırıcı saymır və onun izahatını yetərli sübut kimi qəbul etmir.
74. Çünki, bu növ iddialar üzrə sübutetmədə əsas diqqətin cəmləndiyi məqam, iddiaçını evdən çıxıb getməyə məcbur edən şərait və bu şəraitdə onun qızılları özü ilə aparmaq imkanına malik olub-olmasıdır.
75. İlk növbədə qeyd olunmalıdır ki, hazırki işdə qızıl əşyalarının cavabdeh tərəfindən nəzarət olunması, onlardan istifadə etməkdə iddiaçı üçün cavabdeh tərəfindən hər hansı maneə törətməsi, evdən şiddət və ya mübahisə əsnasında çıxması birmənalı olaraq müəyyən olunmur.
76. Lakin iddiaçı tərəf israrlı olaraq bildirir ki, həmin qızıllar cavabdeh tərəfindən götürülmüş və ona geri qaytarılmamışdır. Kollegiya göstərir ki, iddiaçı tərəfin bu dedikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
78. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi).
79. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
80. İddiaçının sübutları da Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar «əsaslı şübhədən kənar» sübut standartlarına uyğun deyildir.
81. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi üçün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmış, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmiş və qətnamə tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etməklə, tərəflərin təqdim etdikləri dəlillərlə əsaslandırılmışdır.
82. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
83. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
86. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
88. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən qızıl-zinətə dair hissədən iddiaçı tərəf qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
89. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-84/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən (iddiaçı tərəf) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən qızıl-zinətə dair hissədən iddiaçı tərəf kassasiya şikayəti verə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.